11
sablanır, ikincidə hər bir məhsul növü üzrə faktiki maya dəyəri
hesablanır, üçüncüdə məhsul, iş və xidmət vahidinin maya də-
yəri hesablanır.
Məhsulun maya dəyərinin kalkulyasiyası mürəkkəb bir
prosesdir və məsrəflərin uçot prosesi ilə növbələşir. Məsələn,
mərhələli metod şəraitində əvvəlcə birinci mərhələnin yarım-
fabrikatının maya dəyəri kalkulyasiyalaşdırılır və ikinci mərhə-
lənin məsrəflərinə köçürülür. Yalnız
bundan sonra ikinci mər-
hələnin məhsulunun maya dəyərinin kalkulyasiyasına başlamaq
olar. Buna oxşar olaraq maşınqayırma zavodunda tökmə sexlə-
rində istehsal edilən tökmənin maya dəyərinin aralıq kalkulya-
siyası tərtib edilir.
Sənayedə məhsul vahidinin və kalkulyasiya obyektinin
maya dəyərinin hesablanmasına tətbiq edilən üsulların bütün
məcmusunu 6 üsulda birləşdirmək olar: kalkulyasiyanın nor-
mativ üsulu, məsrəflərin cəmlənməsi üsulu, yanaşı
məhsullara
sərf edilən məsrəflərin çıxılması üsulu, məsrəflərin mütənasib
olaraq bölüşdürülməsi üsulu, birbaşa hesablama üsulu,
kalkul-
yasiyanın kombinələşdirilməsi üsulu.
Sənaye müəssisəsinin timsalında bu üsulların hər birinin
qısa məzmununu və onların qarşılıqlı əlaqələrini nəzərdən keçi-
rək. 2 N-li sxem kalkulyasiya üsullarının təsnifatı və qarşılıqlı
əlaqələri haqqında daha geniş təsəvvür yaradır.
Normativ üsul məsrəflərin uçotunun məhsulun maya də-
yərinin kalkulyasiyasının tərkib hissəsidir. Bu üsulun tətbiqinin
ilkin şərti, buraxılan məhsul vahidinin normativ maya dəyəri-
nin normativ kalkulyasiyasının tərtibi,
norma və normativlər-
dən kənarlaşmaların sənədləşdirilməsi və uçotu hesab olunur.
Uçotun və kalkulyasiyanın normativ metodunun mahiyyəti 6-cı
mövzuda öyrəniləcəkdir. Məsrəflərin cəmlənməsi üsulunda
kalkulyasiya obyektinin və yaxud məhsul vahidinin maya də-
yəri məmulatın ayrı-ayrı hissələri və yaxud onun hazırlanma
prosesləri müəyyən edilir. Bu üsul hər şeydən əvvəl elə istehsa-
latda tətbiq edilir ki, burada məsrəflərin uçotu mərhələlər üzrə
aparılır. Bu üsuldan kömür şaxtalarında, gəmiqayırmada, bəzi
maşınqayırma müəssisələrində istifadə olunur.
Əlavə məhsula sərf edilən məsrəflərin çıxılması üsulunda
kompleks istehsalatda alınan məhsul əsas və əlavə məhsula
12
bölünür. Əsas məhsulun maya dəyərini hesablamaq üçün, əlavə
məhsula kalkulyasiya tərtib edilmir, ona sərf edilən xərclər isə
qabaqcadan müəyyən edilmiş qiymətdə məsrəflərdən çıxılır.
Bu üsul
sənayenin əlvan metallurgiya, neftayırma, kimya və
digər sahələrində istifadə edilir. Məsrəflərin mütənasib bölüş-
dürülmə üsulu eyni istehsalda bir neçə növ məhsul istehsal
edilən zaman məhsulun maya dəyərinin
kalkulyasiya edilməsi
üçün və yaxud məsrəflərin uçotu eynicinsli məmulat qrupları
üzrə aparıldığı halda (hansı ki məsrəfləri konkret növ məhsula
aid etmək mümkün olmur ) istifadə edilir.
Məsrəflərin mütənasib olaraq bölüşdürülməsinə dair
tərkibində bir neçə metal olan (polimetal) filizin zənginləşdi-
rilərkən metalın maya dəyərinin kalkulyasiyasını misal göstər-
mək olar.
Məsələn: laboratoriya analizinə görə 1
ton filizin tərki-
bində 20 kiloqram qurğuşun, 60 kiloqram sink və 80 kiloqram
mis vardır. Belə olduğu halda 60% qurğuşun, 80% sink və 80%
mis alınması nəzərdə tutulmuşdur. Filizin 1 kiloqramında olan
qurğuşunun qiyməti 800 manat, sinkin qiyməti 600 manat, mi-
sin qiyməti 2000 manat. Zənginləşdirməyə çəkilən xərcin cəmi
– 120000 manat; zənginləşdirilmiş filizin miqdarı – 1000 ton.
Konsentratda (qarışıq filizdə) olan 1 kiloqram metalın
maya dəyərini hesablamaq üçün aşağıdakı cədvəli tərtib edək:
Birbaşa hesablama üsulu daha çox sadədir, dəqiqdir və
bu üsulda məmulata və kalkulyasiya maddələri üzrə sərf
edilmiş bütün xərclər buraxılmış məhsulun miqdarına bölünür.
Bu üsuldan yalnız bir növ və
yaxud bir neçə növ məhsul
istehsal edən (əgər məsrəflərin uçotunu ayrı-ayrı məmulatlar
üzrə ayrılıqda aparmaq mümkündürsə) müəssisələrdə istifadə
edilir.
Məhsul vahidinin və yaxud obyektin maya dəyərini
hesablamaq üçün kombinələşdirilmiş
üsuldan o vaxt istifadə
edilir ki, yuxarıda sadalanan üsulları ilə kalkulyasiyalaşdırmanı
aparmaq mümkün olmasın. `Müvafiq olaraq kombinləşdirilmiş
üsul bir neçə üsulun birləşdirilməsini özündə ehtiva edir.