Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


partiyası üçün açılmış uçot kartlarında aparılır. Bu kartda işçi



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə40/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   91
document hrclubaz 226


partiyası üçün açılmış uçot kartlarında aparılır. Bu kartda işçi 
yerinə verilən materialın miqdarı, bu partiyadan hazırlanmış 
detalların miqdarı, alınmış tullantıların miqdarı, istifadə 
edilməmiş materialın miqdarı və s. göstərilir. 
Materialın norma üzrə sərf edilən miqdarı istehsal edilmiş 
məhsulun detalların və yarımfabrikatların miqdarına sərfiyyat 
normasına vurmaqla hesablanır. Faktiki sərf edilmiş 
materialların miqdarını material sərfinin müəyyən edilən norma 


80 
ilə müqayisə etməklə istifadə nəticələri (qənaət və yaxud artıq 
xərc) aşkara çıxarılır.
Biçilmiş materialların istifadəsində kənarlaşmaların 
uçotu biçmə üzrə ilk sənədlərdə (biçmə vərəqi, cədvəllərdə, 
pasportlarda və s.) aparılır.
Partiyalar üzrə və fasiləsiz biçmələrin üstünlüyü ondan 
ibarətdir ki, burada materialların bilavasitə iş yerləri istifadə 
olunmaları üzərində nəzarət etmək mümkün olur. Eyni 
zamanda hər bir partiya materialın kənarlaşmaların fərdi 
səbəblərini öyrənmək üçün şərait yaranır. Bu metodun 
çatışmayan cəhəti onun məhdudluğundadır. Belə ki, bu metod 
yalnız biçilməli olan materiallara tətbiq edilə bilər. 
Əmək ödənişi üzrə istehsal xərcləri üzərində nəzarət 
etmək üçün kənarlaşma haqqında olan informasiyalardan 
istifadə edilir. Kənarlaşmaları aşkara çıxarmaq üçün xammal 
və 
materialların məsrəflərinin uçotunda tətbiq edilən 
metodlardan 
(xəbərdarlıq 
sənədləşdirilməsi metodundan, 
partiyalı və fasiləsiz biçmə metodundan və inventar və 
hesablama metodlarından) istifadə edilir. Əmək ödənişi üzrə 
kənarlaşmanın aşkara çıxarılmasının sənədləşmə metodu əmək 
haqqının normativ uçotunda daha geniş yayılmışdır. Onun 
köməkliyi ilə kənarlaşmaların əsas növlərini, səbəblərini və 
məsul şəxsi təyin etmək olur. 
Əmək ödənişi üzrə kənarlaşmların partiyalar üzrə uçotu 
çox nadir hallarda istifadə edilir və demək olar ki, xammal və 
materialın müvafiq metodundan fərqlənmir. 
Bu metodun tətbiqi nəticəsində aşkara çıxarılan 
kənarlaşmalar biçmənin keyfiyyətindən asılıdır. Məhsul 
çıxımının uçotu üzrə ilk sənəd biçmə kartı hesab olunur. 
Kənarlaşmaların 
sənədləşdirmə 
vasitəsilə 
aşkara 
çıxarmaq mümkün olmayan hallarda inventarizasiya üsulundan 
istifadə edilir. İnventarizasiya nəticəsində müəyyən edilmiş 
bütün məhsul və bitməmiş istehsalın miqdarı əmək ödənişinin 
normativ məsrəflərinə əsasən qiymətləndirilir. Faktiki istehsal 
əmək ödənişinin normativ ödənişdən kənarlaşma məbləği 
normativ dərəcəsi üzrə ödənilməli olan əmək haqqı məbləği ilə 
hesablanan faktiki istehsalat əmək haqqı arasındakı fərqə 
bərabər olmalıdır. 


81 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin