158
Çıxdaş məhsuldan alınan itkinin ödənilən məbləği “İsteh-
salat çıxdaşı” hesabının kreditinə “Materiallar” (tullantıların
dəyərinə), “Əmək ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar”
(çıxdaşa görə tutulan məbləğ) hesablarının debetinə yazılır.
Çıxdaş edilmiş məhsulun maya dəyəri ilə çıxdaşdan alı-
nan itkinin əvəzinin ödənildiyi məbləğ arasındakı fərq xalis (tə-
miz) itki məbləğini göstərir və Dt “İstehsalat məsrəfləri”, Kt
“İstehsalatda çıxdaş məhsul” hesabı yazılışı ilə rəsmiləşdirilir.
Qalan qeyri-məhsuldar xərclər, itkilər və qeyri-müstəqim xərc-
lər - ümumtəsərrüfat, ümumistehsalat “İnzibati xərclər” sinte-
tik hesablarında uçota alınırlar.
Boşdayanmadan itkilərə ayrı-ayrı dəzgahların, sexlərin,
bütövlükdə müəssisənin planlaşdırılmamış dayanması səbəbin-
dən xammala,
materiala, yanacağa, hesablanan əmək haqqına
sərf edilən qeyri-məhsuldar məsrəflər daxildir:
1. Dəzgahlar işçi vəziyyətində olmaması (nasaz olması)
səbəbindən ayrı-ayrı işçilərin boşdayanmaları;
2. Elektrik enerjisi, qaz, su, sıxılmış hava və s. təminatı-
nın kəsilməsi (dayanması) üzündən sexlərin, sahələrin, ayrı-ay-
rı istehsalatların və yaxud bütövlükdə
müəssisənin boşdayan-
ması;
3. Sexlərin, istehsalatların və
müəssisənin təbii fəlakət
baş verməsi üzündən dayanması.
Müəssisədə boşdayanmaları nomenklaturası və boşda-
yanmaların cavabdehlərinin siyahısı işlənib hazırlanır. Əgər
fəhlə bu və ya digər səbəb üzündən 15 dəqiqədən artıq boş da-
yanarsa, ona boşdayanma vərəqi tərtib edilir və orada boşda-
yanmanın başlandığı və qurtardığı vaxt, səbəbi,
səbəbin kodu
və s göstərilir. Əgər boşdayanma işçinin günahı üzündən baş
vermirsə, işçinin əmək haqqısı ödənilir.
Əgər boşdayanma
üzündən sexlər, sahələr, ayrı-ayrı istehsalatlar və yaxud bütöv-
lükdə müəssisə dayanarsa, bu zaman akt tərtib edilir. İstehsala-
159
tın bütün boşdayanmalarını daxili və yaxud xarici səbəblər
üzündən olmaqla iki növə ayırırlar.
Sənaye müəssisələrində əmələ gələn itki növlərindən biri
də material resurslarının xarab olması və çatışmazlığı səbəbin-
dən olan itkilərdir.
Mövcud qanunvericiliyə
uyğun olaraq, material resursla-
rının, hazır məhsul və bitməmiş istehsalın maddi məsul şəxsin
günahı üzündən əmələ gələn çatışmazlıqlar və itkilər müəssisə-
yə vurulan maddi zərər həcmində ödənilməlidir. Aşkar edilmiş
itkilər əvvəlcə 217 N-li “Digər qısa müddətli debitor borcları”
hesabın debetində, 201 N-li “Material ehtiyatları”, 202 N-li “İs-
tehsalat məsrəfləri”, 204 N-li “Hazır məhsul” hesablarının kre-
ditində əks etdirilir. Əgər çatışmazlıq
və itkilər üçün məsul şəx-
si müəyyən etmək mümkün olmazsa, təbii itki norması daxilin-
də (həddində) olan itki və çatışmazlıq müstəqim və yaxud qey-
ri-müstəqim xərclərə silinir və bununla da məhsul, iş və xidmə-
tin maya dəyərinə daxil edilir.
Dostları ilə paylaş: