163
İstehsal məsrəflərinin icmal uçotu cədvəli üzrə məbləğlər
(məsrəflərin bütün uçot obyektləri üzrə) “İstehsal məsrəfləri”
(202) hesabının dövriyyələrinə və qalığına bərabər olmalıdır.
Məhsul
vahidinin
maya
dəyərinin
sonrakı (növbəti)
kalkulyasiyası üçün istehsal məsrəflərinin icmal uçot
cədvəlində xammal və əsas materiallar pul və cinsi ifadədə
kalkulyasiya qrupları üzrə göstərilir.
MÖVZU 12. STANDART - KOSTİNG VƏ DİREKT -
KOSTİNG SİSTEMLƏRİ ƏSASINDA MƏSRƏFLƏRİN
QİYMƏTLƏNDİRİLMƏSİ
12.1. Standart - Kosting haqqında anlayış və onun
yaranma tarixi
Standart – Kosting müəssisənin və onun ayrı-ayrı
bölmələrinin
gözlənilən
xərclərinin
müəyyən
edilməsi
sistemini özündə ehtiva edir. Gözlənilən
xərclərin müəyyən
edilməsi sisteminin əsasını keçmiş dövrün məsrəflərinin orta
plan səviyyəsi, bütövlükdə məmulat və yaxud iş üzrə sınaqdan
keçirilmiş normativlər (standartlar) təşkil edir. Standart –
Kosting üçün ən mühüm iş ondan ibarətdir ki, məhsul istehsalı
ilə bağlı xərclər hesablanana qədər əmtəəlik məhsul buraxılışı
və xidmətlərin nomenklaturalarının mümkün ola bilən
variantları və təşkilati-texniki tədbirlər planı yəni xərclərin
aşağı salınması qarşıda
duran işlər müəyyən edilmiş
(hazırlanmış) olsun.
Qarşıdakı dövrdə məsrəflərin həcmi onların nail olduqları
səviyyədən və xərclərin aşağı salınma planından çıxış edilərək
hesablanır. Faktiki məsrəflərin uçotu ilə müqayisədə xərc
növləri üzrə daha çox detallaşdırılır. Onu da qeyd edək ki, bu
detallaşdırma məsrəflərin uçotunun normativ səviyyəsindəki
qədər müfəssəlləşdirilə bilmir. Əgər
uçot normativ dəyəri ilə
164
aparılırsa
normativlərin
hesablanması
əməliyyatların,
yarımfabrikatların və hazır məmulatların hər bir növü üzrə
başlayırsa, bu iş Standart – Kosting sistemində yalnız məhsul
növləri, onların qrupları üzrə, mühüm xərc maddələri üzrə
aparılır.
Məsrəflərin plan (standart) dəyəri ilə uçota alınması,
prinsip etibarı ilə xərclərin normativlər üzrə uçota alınması ilə
xeyli oxşardır. Bu və ya digər halda qarşıdakı (gözlənilən)
xərclər hesablanır, sonra isə onların faktiki miqdarından
kənarlaşmalar aşkara çıxarılır və təhlil edilir.
Normativ uçot
şəraitində qarşıdakı xərclər verilmiş sərt məhsul buraxılışına
əsasən Standart – Kosting sistemində isə mümkün olan
variantlarla təyin edilir. Bu hal xərclərin qiymət və miqdar
göstəricilərinə aid edilir. Standart – Kosting sistemində məsrəf-
lərin müxtəlif miqdar və qiymət standartlarından istifadə edilə
bilər, normativ uçotunda isə həmin
dövr üçün optimal hesab
edilən standartlardan istifadə olunur.
Faktiki məsrəflər bu və ya digər halda mühasibat uçotu
sistemində istehsalın və satışın faktiki həcmindən çıxış edilərək
hesablanır.
Standart – Kosting sistemində kənarlaşma dedikdə - plan
və faktiki xərc arasındakı fərq başa düşülür və bu məbləğ
müxtəlif üsullarla hesablana bilər.
Məsrəflərin uçotunun Standart – Kosting sistemi faktiki
maya dəyərinin normativ uçotundan
xeyli əvvəl meydana
gəlmişdir. Standart – Kosting ilə ideyasını P.Lonqmyu 1902-ci
ildə “The Engineering Magazine” jurnalında çap etdirdiyi “The
Rekording and İnterpreting of Fondru Costs” məqaləsində irəli
sürmüşdür. Lakin bu barədə digər fikirlər (ideyalar) da
mövcuddur. Belə ki, Standart – Kosting (Standart - Costing)
vaxtı ilə məhsuldarlıq nəzəriyyəsinin görkəmli müəllifi hesab
olunan Emerson tətbiq etmişdir. Əgər söhbət qaydaların
metodu haqqında deyil sistemi haqqında gedirsə bu zaman
165
“Standart - Kosting” anlayışı tətbiq edilir. Standart – Kosting
sistemi təcrübədə ilk dəfə XX əsrin 20-ci
illərində Amerika
Birləşmiş Ştatlarının sənaye şirkətlərində istifadə olunmağa
başlanılmışdır. İlk dəfə bu sistemi əmək və idarəetmənin elmi
təşkili üzrə görkəmli mütəxəssis olan Ç.Qarrıson işləyib
hazırlamış və öz firmasında tətbiq etmişdir. Birinci Dünya
müharibəsi qurtardıqdan sonra Standart – Kosting
sistemi ye-
niləşdirilmiş formada Avropa ölkələrində istifadə edilməyə
başlanılmışdır. Bizim ölkəmizdə Standart – Kosting sistemi
mühasibat uçotu üzrə bir qrup mütəxəssisin 1992-ci ildə
Amerikaya səfərindən sonra istifadə edilməyə başlanılmışdır.
Dostları ilə paylaş: