Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


İstehsal məsrəflərinin icmal uçotu



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə69/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   91
document hrclubaz 226

11.5. İstehsal məsrəflərinin icmal uçotu 
 
Məsrəflərin bütövlükdə müəssisə üzrə xərc maddələri, 
məsrəflərin bitməmiş istehsal ilə əmtəəlik məhsul arasında, elə-
cə də sexlər, mərhələlər və bu məsrəflərin digər sərf edilmə 
yerləri üzrə bölüşdürülməsi ilə bağlı olan kompleks uçot işləri 
istehsal məsrəflərinin icmal uçotu adlanır. 
Müəssisədə istehsal məsrəflərinin icmal uçotunun tərkib 
hissəsi (komponentləri) aşağıdakılardan ibarətdir: 
1. İstehsal məsrəfləri uçotunun variantları (yarımfabrikat-
lı, yarımfabrikatsız); 
2. Məhsul buraxılışının uçotu; 
3. Məsrəflərin uçot obyektləri; 
4. İstehsal məsrəflərinin sintetik və analitik uçotu; 
5. İstehsal məsrəflərinin icmal uçotu cədvəli
6. Məsrəflərin uçotunun baş verdiyi yerlər üzrə təşkilinin 
bəzi məsələləri; 


160 
7. Məsrəflərin uçotunun kalkulyasiya ilə qarşılıqlı əlaqə-
si. 
İstehsal məsrəflərinin icmal uçotunun təşkili və aparılma 
mənbələrini məsrəflərin analitik və sintetik uçot təşkil edir. 
Məsrəflərin maddələr üzrə analitik uçotu məsrəflərin uçot 
obyektləri (bölmələr, məsrəflərin baş vermə yerləri, məsrəf 
mərkəzləri, məsuliyyət mərkəzləri və b.) üzrə aparılır. Elektron 
hesablama maşınlarının tətbiq edildiyi müəssisələrdə digər uçot 
sahələrində alınmış ilkin rəqəm məlumatlarından (materialların 
hərəkəti, əmək haqqının hesablanması, amortizasiya və s.) isti-
fadə edilir. Məhsul istehsalına sərf edilən məsrəflər haqqında 
bütün informasiya müxabirləşən hesablar üzə elektron hesabla-
ma maşınında qruplaşdırılır və 202 N-li “İstehsal məsrəfləri” 
hesabı üzrə dövriyyə cədvəli tərtib edilir. 
İstehsal məsrəflərinin sintetik uçotunu mühasibat uçotu-
nun jurnal – order forması üzrə aparılmasını məqsədəuyğun he-
sab edirik. Bu məqsədlə sənaye müəssisələrində 10 N-li jurnal 
– orderdən istifadə edilir. 10 N-li jurnal – order şahmat cədvəli 
prinsipi üzrə qurulur, yəni cədvəlin mübtəda hissəsində məsrəf-
ləri uçota alan hesabların kreditləşmə üzrə debetləşən, xəbər 
hissəsində isə kreditləşən hesablar göstərilir. Jurnal – order üç 
bölmədən ibarətdir: 
1. İstehsal məsrəfləri
2. İstehsal məsrəflərinin iqtisadi elementlər üzrə hesab-
lanması; 
3. Əmtəəlik məhsulun maya dəyərinin hesablanması. 
20 N-li cədvəldən göründüyü kimi jurnal – orderin 1 böl-
məsində bütövlükdə müəssisə üzrə bütün istehsal məsrəflərinin 
icmalı verilmişdir. Cədvəlin 1 bölməsi ayın yekunlarını əks et-
dirən 12 N-li “Sexlərin məsrəfləri” və 15 N-li “Ümumtəsərrüfat 
xərcləri; qarşıdakı hesabat dövrünün ehtiyatları və ödənişləri və 
kommersiya xərcləri” köməkçi cədvəllərinin məlumatlarına 
əsasən doldurulur. Əsas və köməkçi istehsalat üzrə ümumisteh-
salat ayrı-ayrı sexlər üzrə xərclərinin uçotu 12 N-li cədvəldə 
aparılır. 12 və 15 N-li cədvəllərdən bütün yekun məlumatları 


161 
jurnal – orderə köçürüldükdən sonra müvafiq hesabların kredit-
ləri üzrə yazılışların düzgün aparılması yoxlanılır. 10 N-li jur-
nal – orderin axırında həm şaquli, həm də üfüqi istiqamətdə ye-
kun göstəricilər hesablanır. Jurnal – orderin yekunu iki sətir 
(elementlər və kompleks maddələr) üzrə hesablanır.
10 N-li jurnal – orderdə uçota alınmayan məsrəflərin 
(əsas vəsaitlərin təmiri, hazır məhsulların yüklənməsi, boşaldıl-
ması və s.) uçotu 10/1 N-li jurnal – orderdə aparılır. 10/ 1 N-li 
jurnal – order 10 N-li jurnal – orderin davamı hesab olunur. 10/ 
N-li jurnal – order materialların, əmək haqqının, əsas vəsaitlərə 
və qeyri-maddə aktivlərə hesablanan amortizasiyanın bölüşdü-
rülməsi cədvəllərinə əsasən tərtib edilir. Jurnal-orderlərə yekun 
vurulduqdan sonra baş kitabın müvafiq sintetik hesabların kre-
dit dövriyyələrinə köçürülür. Uçotun digər formalarında isteh-
sal məsrəflərinin iqtisadi elementlər və xərc maddələri üzrə ye-
kun məlumatları almaq üçün oxşar məzmunda mühasibat re-
gistrləri (cədvəl, maşinoqramma və s.) tərtib edirlər. 
Yuxarıda sadalanan uçot registrləri vasitəsi ilə müəyyən 
edilən məsrəflərdə məsrəflərin müxtəlif növ silinmələri və bit-
məmiş istehsalın ayın əvvəlinə və axırına olan qalığı göstəril-
mir. Ona görə də istehsal məsrəflərinin sintetik və analitik uço-
tu istehsal məsrəflərinin icmal uçotu ilə tamamlanır. 
İstehsal məsrəflərinin icmal uçotu özündə bitməmiş is-
tehsal qalıqları və məhsul buraxılışının faktiki maya dəyəri nə-
zərə alınmaqla məsrəflərin ay ərzində bütün dövriyyələrinin 
ümumiləşdirilməsini ehtiva edir. 
Bitməmiş istehsalın ayın əvvəlinə olan qalığı əvvəlki 
ayın oxşar cədvəlindən götürülür. Hesabat ayının məsrəfləri 
maşinoqram və yaxud işçi cədvəlinə əsasən müəyyən edilir. İn-
ventarlaşdırmadan və qiymətləndirmədən sonra ayın axırına 
olan bitməmiş istehsal qalığı əks etdirilir. Buraxılan məhsulun 
faktiki maya dəyəri hər bir xərc maddəsi üzrə aşağıdakı hesab-
lama yolu ilə təyin edilir: məsrəflərin yekunundan silinən son 
çıxdaşın maya dəyəri, çatışmayan məbləğ və ayın axırına bit-
məmiş istehsal qalığı çıxılır. 


162 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin