Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Venturi borusunun boğazzlığında qazın tələb olunan sürəti ω



Yüklə 1,74 Mb.
səhifə19/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   59
Mühəndis ekologiyası kitabı

16. Venturi borusunun boğazzlığında qazın tələb olunan sürəti ω2 hesablanır:

, m/san. (1.70)

17. Venturi borusunun boğazzlığının diametri d hesablanır:

, m. (1.71)
Alınmış diametrə görə normallaşmış Venturi borusunun digər ölçüləri təyin edilir.

Tapşırıq: Verilmiş variantda (cədvəl 1.12) tərkibində əhəng tozu olan qazları təmizləmək üçün Venturi skrubberinin hesablanması.

    1. Absorberin hesabatı

Qaz və ya buxarın maye uducular (absorbentlər) tərəfindən udulması prosesi absorbsiya adlanır. Sənayedə qaz qarışıqlarından qiymətli komponentlərin ayrılması, texnoloji və yanar qazların zərərli qarışıqlardan təmizlənməsi, qazların sanitar təmizlənməsi və s. üçün istifadə olunur. Absorbsiya üsulu tullantı qazların zəhərli qarışıqlardan təmizlənməsi prosesində daha geniş tətbiq edilir. Bu zaman absorbsiya prosesi absorber adlanan aparatlarda aparılır.

Absorber (lat.absorbero – uduram) qaz qarışığının bir və ya bir neçə komponentini absorbent (uducu) adlanan mayedə həll etməklə qaz və buxarları udularaq onu tərkib hissələrinə ayıran aparatdır.

Absorbsiya zamanı proses fazaların ( qaz və mayenin) təmas səthində baş verir. Ona görə də, absorberlər yayılmış fazalararası səthə malik olmalıdırlar. Bu səthin yaradılması üsülundan asılı olaraq absorberləri şərti olaraq qrupa bölürlər: səthi, plyonkalı, püskürdücü, içlikli və s.

Absorber növləri arasında daha geniş yayılanı içlikli absorberlərdir. Bu absorberlərin əsas üstünlüyü qurğunun sadə olması, hidravlik müqavimətin az olması, aqressiv mühitlərdə işləmə qabiliyyətinin və korroziyaya qarşı davamlılığının yüksək olmasıdır.

İçlikli absorber içərisi müxtəlif formalı və müxtəlif materiallardan ibarət bərk cisimlərlə doldurulmuş kolonkadan ibarətdir (şəkil 1.8).



Qaz qarışığı kolonkanın aşağı hissəsindəki giriş boğazlığından, absorbent isə kolonkanın yuxarı hissəsindən çiləyici vasitəsi ilə verilir və içliyin üzərinə tökülərək yuxarı qalxan qaz axınının əksinə olaraq aşağı axır. Qaz və mayenin əks istiqamətli təması nəticəsində qaz qarışığının udulacaq komponentlərinin absorbentdə daha tam həll olması baş verir. Qaz qarışığının udulmayan komponentləri absorberin yuxarı, doymuş absorbent isə aşağı hissəsindən kənarlaşır.

İçlikli absorberlərin əsas elemntlərindən biri içlik dir. Sənayedə müxtəlif forma və ölçülü (Şəkil 1.9) içliklər tətbiq edilir. İçliklər müxtəlif materiallardan (keramika, plastik kütlə, çini,polad və s.) hazırlanır.












Belə içlik formaları ya kolonkanın içərisindəki saxlayıcı torun üzərinə müəyyən nizamla yığılır, ya da nizamsız şəkildə tığla tökülür.




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin