Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Buxarlanma və səpələnmə nəticəsində yaranan su itkilərini (Q



Yüklə 1,74 Mb.
səhifə31/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   59
Mühəndis ekologiyası kitabı

3. Buxarlanma və səpələnmə nəticəsində yaranan su itkilərini (Q1 və Q2) kompensasiya etmək üçün sistemə əlavə olunan təmiz su sərfiyyatı təyin edilir. Bu zaman nəzərə almaq lazımdır ki, sistemə əlavə olunan suyun bir hissəsi texniki sudur(Qtex.s):

Qts = Q1 + Q2Qtex.s , m3/saat. (2.10)
4. Material balans tənliyi tərtib edilir:

(Q3+Qtex.s+Qts)C0 = Q3C3 + Qtex.sCtex.s+Qt.sCt.s (2.11)

5. Material balans tənliyindən üfürülmə suyunun tərkibində sudan istifadə dövrəsinə qaytarmaq üçün duzların duzsuzlaşdırmadan sonrakı mümkün maksimal qatılığı C3 təyin edilir:

C3=(Q3+Qtex.s+Qts)C0-( Qtex.sCtex.s+Qt.sCt.s)/Q3 ,mq/l. (2.12)


Tapşırıq: Verilmiş varianta (cədv.2.5) uyğun olaraq duzsuzlaşdlrldıqdan sonra sudan istifadə siklinə qaytarmaq, sərfiyatı və duzluluğu daimi saxlamaq üçün hava püskürtməklə kənarlaşdırılan suyun tərkibində duzların mümkün maksimal qatılığını təyin etməli.


2.3. Çirkab sularını mexaniki təmizləmə qurğularının(barmaqlıq və qumtutucu) tələb olunan həcminin və həndəsi ölçülərinin hesabatı

Çirkab suları (ÇS) dedikdə, müxtəlif ehtiyaclar (məişət, istehsalat, sənaye və s.) üçün istifadə olunma və içərisinə müxtəlif qarışıqların düşməsi nəticəsində ilkin tərkib və xassələrini dəyişmiş sular nəzərdə tutulur. Bundan başqa, atmosfer yağıntılarının (yağış, qar) düşməsindən sonar kanalizasiya şəbəkələrinə axıdılan sular da çirkab sularına aid edilir.

Çirkab sularının tərkibində külli miqdarda natəmizliklər, palçıq, kənar fraksiyalar, ən təhlükəlisi isə sonsuz sayda mikroorqanizmlər və patogen elementlər olur. Belə suların sonrakı istifadəsi olduqca təhlükəlidir. Ona görə də, laboratoriyalarda aparılmış analizlərdən sonar çirkab sularının təmizlənməsi prosesi tələb olunur.

ÇS-nın təmizlənməsi onların tərkibindən zərərli qarışıqları ayırmaq məqsədilə təmizləyici qurğularda emal prosesidir. ÇS-nın təmizlənməsinin mahiyyəti qarışıqların qatılığını ətraf mühitə zərərli təsir göstərməyən səviyyəyə qədər azaltmaqdan və ya onları zərərsiz birləşmələrə çevirməkdən ibarətdir. (Şək.2.3)




ÇS-nın əsas təmizlənmə üsulları aşağıdakılardır:

- mexaniki təmizləmə (2, 3);

- fiziki – kimyəvi təmizləmə (4);

- bioloji təmizləmə (5).

ÇS-nın əsas təmizləmə üsullarından biri (ilkin təmizləmə) mexaniki təmizləmədir. Mexaniki təmizləmə əsasən ÇS-nın tərkibindəki kobud (iri) disperslikli qarışıqları ayırmaq üçün istifadə olunur.

Mexaniki təmizləmə zamanı xüsusilə iri fraksiyaları, zibilləri və s. ayırmaq üçün əvvəlcə xüsusi barmaqlıqlar quraşdırılır. Daha sonar barmaqlıqda tutulmayan hissəcikləri ayırmaq üçün qumtutucu quraşdırılır.

Təmizləyici qurğuların hesabatını aparmaq üçün ilk öncə çirkab suyunun hesabat sərfiyyatı müəyyənləşdirilir, daha sonra qurğunun həndəsi ölçüləri təyin edilir və lazım gələrsə çöküntünü kənarlaşdıran nasosun seçilməsi həyata keçirilir.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin