§ 6. istehsalat mərsdflərində müstəqim material
xərclərinin uçotu
Müəssisənin mühasibatında istehsal xərcləri hesablannda uçota
alınan əsas məsrəflərin tərkibində materiallar, komplektləşdirici
məmulatlar və yarımfabrikatlar böyük xüsusi çəki təşkil edirlər. Ona
görə müəyyən edilmiş nomalarla müqayisədə onlara qənaət edilməsi və
ya artıq sərf edilməsi məhsulların maya dəyərinə əhəmiyyətli təsir edir.
İstehsalata materialların və yarımfabrikatlann sərf edilməsi,
xərclərin təyinatı, yəni sexin, məmulat və ya sifarişin adı (şilfi)
göstərilən ilkin sənədlər (xidmət kartları, material tələbnamələri və b.)
əsasında müəyyən edilir. Bu, sərf.edilraiş materialların dəyərini,
17
bir qayda olaraq, istehsalın uçotunun müvafiq obyektinə aid edilməsinə
imkan verir.
Müəssisənin anbarındakı materialların istehsalata buraxılması sex
anbarı vasitəsi ilə həyata keçirilir. Müəssisədə materiallar hazırlanan
məmulatın hər bir növünə buraxılır. Müəssisənin anbarından istehsalata
buraxılan, lakin ayın axırına kimi emal edilməyən materiallar, müvafiq
istehsalat hesablarından silinib yenidən materiallar hesabına yazılır. Bu,
bitməmiş istehsalatın qalığının qədərini və məhsulun maya dəyərinin
düzgün hesablanması üçün lazımdır.
/
Hər ay müəssisənin sexləri hər bir nomenklatura nömrəsi üzrə
istehsalatda materialların sərf edilməsi haqqında hesabat-cədvəlləri
tərtib edirlər. Bunun üçün materialların sexdə ayın əvvəlinə və axırına
qalığını nəzərə almaqla onlann daxil olması, geri qaytarılması və sərf
edilməsi haqqında məlumatlardan istifadə edilir.
Bu hesabat cədvəllərdə ayrı-ayn məmulatlara faktiki məsrəflər
nonna ilə və normalardan kənarlaşmalar üzrə məsrəflərə bölünməklə
göstərilir. Elə buradaca materiallann artıq sərf edilməsinin və ya
qənaətin səbəbi aydınlaşdırılır və çatışmamazlıqların aradan
qaldırılması üzrə qəbul edilmiş ölçülər göstərilir.
Sərf edilmiş materiallann, istehsal xərclərinin sintetik və analitik
uçotunun müvafiq hesablarına silinməsi üçün mühasibatda hər ay ilkin
sənədlər və sexlərin hesabat-cədvəlləri əsasında materiallann
bölüşdürülməsi cədvəlləri tərtib edilir. Onlarda məsrəf hesablannın
şifrləri, uçot qiyməti ilə sərf edilmiş materialların dəyəri, faktiki tədarük
maya dəyərinin plandan kənarlaşmasının (qənaət və ya artıq xərc)
həcmi və ya nəqliyyat-tədarükat xərclərinin məbləği göstərilir. Bu plan
maya dəyərindən kənarlaşma və ya nəqliyyat- tədarükat xəcləri
məhsulların ayrı-ayrı növlərinə, qruplarına uçot qiyməti ilə sərf edilmiş
materialların dəyərinə mütənasib olaraq bölüşdürülür. Bununla da
istehsalata və başqa məqsədlərə sərf edilən materiallar, son nəticədə
faktiki tədarük maya dəyəri ilə əks etdirilir.
İstehsalatda materiallann faktiki sərf edilməsini müəyyən etmək
üçün normadan kənarlaşmanın sənədlə rəsmiləşdirilməsi tətbiq edilir,
bu zaman norma üzrə məsrəfə adəti üzrə sənəd tərtib edilir.
18
materiallann məsrəf normasından kənarlaşmasına və ya onların
başqaları ilə əvəz olunmasına ayrıca xəbərdarlıq sənədi, yəni, di- aqonal
üzrə qırmızı xətt çəkilmiş tələbnamə tərtib edilir. Bu sənəd müəssisənin
direktoru tərəfindən imzalanır və bununla bərabər gələcəkdə artıq xərcə
yol verilməməsi üçün tədbirlər qəbul edilir.
Müəssisədə istehsal olunan məmulatların ayn-ayn növlərinə
materialların, komplektləşdirici məmulatların və yarımfabrikatlann
müstəqim olaraq aid edilməsi həmişə mümkün deyildir. Müxtəlif
növlərdə məhsul istehsalı üçün material istifadə edildiyinə görə,
ınəhsullann ayrı-ayrı növlərinə onların faktiki məsrəfi, məmulatlann
ayrı-ayrı növləri arasında faktiki buraxılmış məhsullara normativ üzrə
çəkilmiş xərclərə mütənasib olaraq bölüşdürülür.
İstehsalat hesablarından mədaxil edilən geri qaytanlan tullantılann
dəyəri qədər xammal və əsas materiallara çəkilən xərc azaldılır. Ona
görə geri qaytanlan tullantıların öz vaxtında toplanması və yenidən emal
edilməsi, məhsul buraxılışının artı- nlmasında və onun maya dəyərinin
aşağı salınmasında mühüm ehtiyat hesab olunur. Əsas istehsalat
sexlərində istehlak edilən və ya tam dəyərli material kimi kənara satılan
tullantılar həmin ilk materialların preyskurant qiyməti ilə
qiymətləndirilir. Əgər tullantılar əsas istehsalatda tələb olunmursa və
köməkçi istehsalatın ehtiyaclanna və ya geniş istehlak əşyalarının
hazırlanmasına tətbiq edilirsə,
onlar
ilk
materialın aşağı salınmış
qiyməti ilə
qiymətləndirilir. Qalan hallarda tullantılar kənara onların istifadəsinin
mümkün olan qiymətləri ilə satılır.
Müəssisədə köməkçi materialların sərf edilməsinin uçotu əsas
materiallann uçotuna oxşar apanlır. Lakin köməkçi materiallann
texnoloji məqsədlərə sərf edilməsi, əsas materiallara nisbətən çox \'axt
məmulat növləri arasında qeyri-müstəqim yolla bölüşdürülür.
Hesabat kalkulyasiyası tərtib edilən zaman texnoloji məqsədlər
üçün sərf edilən köməkçi materialların dəyərini məmulat növləri
arasında tarif smetasına mütənasib olaraq bölüşdürmək tətbiq edilir.
Məmulatlar üzrə tarif smetası, köməkçi materialların qiyməti və məsrəf
norması əsasında müəyyən edilir. Materiallann məsrəf normalan və plan
maya dəyəri dəyişilən zaman tarif smetasına müəssisədə yenidən baxılır.
Avadanlıqların, inventarların və başqa
19
əsas vasitələrin cari təmiri və saxlanması üçün istifadə edilən köməkçi
materiallar, avadanlıqların saxlanması və istismarı üzrə xərclərin,
ümumistehsalal və ya ümumtəsəmifat xərclərinin müvafiq maddələrinə
silinir.
Texnoloji yanacağın sərf edilməsinin uçotu, bir qayda olaraq, onun
istehlak edildiyi yerlər, yəni peçlər, aqreqatlar və i.a. üzrə aparılır.
Məhsulun maya dəyərinə sərf edilmiş yanacaq, köməkçi mate- rial-ların
bölüşdürülməsinə oxşar yolla müstəqim və ya qeyri- müstəqim olaraq
daxil edilir. Bu zaman, hesabat məlumatlarını planla müqayisə etmək
məqsədi ilə bütün növdən sərf edilən yanacaq istilik törətmə
qabiliyyətinə görə 1 kq-mı 7000 kal. olan şərti yanacağa çevrilir.
Müəssisədə texnoloji yanacaq və bütün növdən olan enerji
avadanlıqların saxlanması və istismarı üzrə xərclərin tərkibində uçota
alınır və kalkulyasiyanın müstəqil maddəsinə ayrılmır.
İstehsalata sərf edilən həm öz istehsalının və həm də kənardan
alınan enerjinin bütün növlərinin ümumi miqdarı hesablayıcılann
göstəricilərinə əsasən müəyyən edilir. İstehsal xərclərinin uçotu və
məhsulun maya dəyərinin kalkulyasiya obyektləri üzrə sərf edilmiş
enerjinin bölüşdürülməsi istehsalatın ölçü cihazlan ilə təmin
olunmasından asılı olaraq müstəqim və ya qeyri-müstəqim yolla həyata
keçirilir. Ayrı-ayrı işçi yerlərində ölçü cihazları olan zaman, bir qayda
olaraq, texnoloji ehtiyaclara sərf edilmiş elektrik və digər növ enerjinin
məhsulun maya dəyərinə müstəqim olaraq aid edilməsi mümkün olur.
Bu, eyni zamanda enerjinin səmərəli istifadə edilməsinə nəzarət etmək
üçün vacibdir. Həm texnoloji və həm də mü- həiTİk enerjisini
aparatların iş saatlarının miqdarına mütənasib olaraq, hər bir iş yerində
istehsal edilən məhsulun növləri üzrə isə - köməkçi materialların sərf
edilməsinin hesablanmasına oxşar olaraq, faktiki buraxılan məhsula sərf
edilmiş enerjinin nonnativinə mütənasib olaraq bölüşdürülür.
Sərf edilmiş enerji aşağıdakı mühasibat köçürməsi ilə əks etdirilir:
a) öz istehsalının enerjisinin dəyərinə:
DT 25-1 "Ümumislehsalat xərcləri" hesabının 1-ci "Maşın və
avadanlıqların saxlanması və istismarı üzrə xərclər" subhesabı
20
KT 23 "Köməkçi istehsalat" hesabı b)
kənardan alınmış enerjinin dəyərinə:
DT 25-1 "Ümumistehsalat xərcləri" hesabının 1-ci "Maşın və
avadanlıqların saxlanması və istismarı üzrə xərclər" subhesabı
KT 60 «Malgöndərənlər və podratçılarla hesablaşmalar» hesabı
Kalkulyasiya obyektləri və xərc maddələri üzrə materialların sərf
edilməsini qruplaşdırmaq üçün ay ərzində sərf edilmiş materialların
bölüşdürülməsindən ötəri hazırlıq cədvəli tərtib edilir.
Materialların
bölüşdürülməsi
cədvəllərinə
əsasən
25
"Ümumistehsalat xərcləri" hesabının məsrəf uçotu üzrə 12 saylı
cədvəldə və 26 «Ümumtəsərrüfat xərcləri» hesabının uçotu üzrə 15 saylı
cədvəldə qeydlər həyata keçirilir, 12 saylı cədvəldə bundan başqa əsas
istehsalatın (20 saylı) ehtiyacına və çıxdaşın düzəldilməsinə (28 saylı)
materiallar sərfi əks etdirilir.
İstehsalata sərf edilən materiallara nəzarətin məqsədi istehsalatda
maddi qiymətlilərin itkisinin qarşısını almaqdan və onların daha
səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir. Materialların sərf
edilməsinə qabaqcadan nəzarət edilməsi foiTnası, limitləşdirmə
sisteminin tətbiq edilməsindən ibarətdir. Limitləşdimıə zamanı
istehsalat proqrammasmın ölçüsü ilə materialların buraxılışı
məhdudlaşdırılır. - ,
^ 7. Əməyin ödənilməsinə və ipçilərin sosial təminatına çəkilən
Dostları ilə paylaş: |