İ
§3. istehsalata məsrəflənn uçotunun t^^kiHnin
ünıunıi prinsipləri.
‘ \
istehsalata məsrəflər haqqında ilk hesabat dövrü hesab olunan ay
ərzində mühasibat uçotunda baş vermiş xərcləri müvafiq olaraq sin-
tetik hesablarda əks etdirirlər. Bu hesabların daxilində məsrətləri.
xərcləri müəyyən edilmiş maddələr üzrə əks etdirirlər. Məsələn, 20
«Əsas istehsalat» hesabında müəssisədə bilavasitə, bir qayda olaraq,
özünün əsas istehsalının məhsul istehsalı üzrə müstəqim məsrəflər
belə maddələr, yəni «Xammal və materiallar», «İstehsalat fəhlələri-
nin əsas əmək haqqı və b. üzrə uçota alınır.
İstehsalat uçotunun belə təşkili, müəyyən olunmuş qaydada
rəsmiləşdirilmiş ilkin sənədlərin, məmulatların qmrlaşdınlması və
işlənməsi nəticəsində əldə edilən cədvəllərdə və digər uçot regi-
stirlərində olan məlumatlar əsasında həyata keçirilir.
Materialların sərf edilməsi üzrə və istehsalat fəhlələrinin əmək
həqqmın istifadə edilməsi üzrə əməliyyatlar əks etdirilən ilk sə-
nədlərdə onların hansı məhsulun və ya bircinsli məhsul növləri qm-
punun istehsalına ayrıldığı və sərf edildiyi göstərilir. Əgər obyektlər
bir yerə düşmürsə, bu müəyyən növ məhsul istehsalına (kalkulya-
siya obyektinə) onun istehsalının müəyyən mərhələsinə (məsrəflə-
rin uçot obyektinə) aid olan və ya əgər obyektlər bir yerə düşürsə,
uçotun obyektinə və kalkulyasiya obyektinə eyni zamanda aid olan
məsrətləri qrupiaşdınuağa imkan verir. Məlumdur ki, istehsal məs-
rəflərinin bu cür qruplaşdırılması ancaq məhsulun maya dəyərinə
müstəqim yolla aid edilə bilən əsas xərclər üzrə ola bilər.
Bu cür məsrəflərin analitik uçotunu, adətən, kalkulyasiya
obyektləri, uçot obyektləri, xərclərin baş verdiyi yerlər üzrə və
xərclərin kalkulyasiya məddələri üzrə qruplaşma və yığım cədvəllə-
rində aparırlar. Göstərilən registirlərdə məsrətləri ayrı-ayrı təyi-
natlar üzrə toplayırlar. Bu zaman materialların sərf olunması natural
və pul ifadəsində ilkin məsrəf sənədlərində qeyd olunan möhkəm
uçot qiymətlərilə göstərilir. Eyni zamanda hesablaşma cədvəlləri
əsasında sərf edilmiş xammal və materialların uçot (.|ivmətlorinin
faktiki maya dəyərindən kənarlaşmasını əks etdirirlər. Əvvəlcədən qeyd
edək ki, müstəqim məsrəflərin analitik uçotu, məsrəflərin uçotu və
məhsulun maya dəyərinin kalkulyasiyasının müəssisədə tətbiq olunan
metodlarından və eyni zamanda uçot obyektlərinin, kalkuyasiya
obyektlərinin siyahısından və xarakterindən çox asılıdır.
Kalkulyasiya obyektlərinə müstəqim olaraq aid edilə bilməyən,
qalan müstəqim məsrəflərin analitik uçotunu isə xərc maddələrinin
nomenklaturasına müvafiq olaraq uçot obüektləri və əmələ gəlmə
yerlori(fazalar,
mərhələlər,
sexlər)
üzrə
yığım-qruplaşdırma
cədvəllərində aparırlar.
İstehsalata xidmət və idarəetməyə çəkilən xərclərin analitik uçotu
adətən xərclərin əmələ gəlmə yerləri və müəyyən edilmiş xərc
maddələrinin nomenklaturası üzrə yığım və qnıplaşdınna xarakterləri
olan registirlərdə aparılır. Bununla belə müəssisələr sex quruluşlu
olduğu uçun avadanlıqların saxlanması və ümumtəsərrüfat xərcləri,
kalkulyasiya obyektləri arasında müəyyən olunmuş metodika uzrə
bölüşdürülür.
\y qurtardıqdan sonra loplayıcı-bölüşdürücü hesablarda uçota
alınan istehsalata xidmət və idarəetmə ilə əlaqədar olan xərclər
istehsalat hesablarına köçürülür. Son nəticədə 20 «Əsas istehsalat»
hesabında « Əsas istehsalat» ilə əlaqədar olan bütün məsrəflər toplanır.
Yuxarıdakı qısa mətndən aydın olur ki, məsrəflərin uçotu və
məhsulun maya dəyərinin kalkulyasiyası arasında və onların qarşılıqlı
şərtləri arasında müəyyən əlaqə görünür. Eyni zamanda məsrəflərin
uçotu və məhuslun maya dəyəri arasındakı qarşılıqlı əlaqə bir tərəfdən
istehsalata məsrəflərin uçotunun təşkilinin yaxşılaşdırılmasına və digər
tərəfdən kalkulyasiya işlərinin təkmilləşdirilmə- sinə müxtəlif şəkildə
təsir göstərir.
Beləliklə, məhsulların ayrı-ayrı növlərinin faktiki maya dəyərinin
düzgün hesablanması, tezliklə həll olunması tələb olunan aktual
problem hesab olunur. O, məsrəflərə cari nəzarətin,qənaət rejiminin
həyata keçirilməsinin, iqtisadi işin səviyyəsinin yüksəldilməsinin
mühüm alilərindən biri hesab olunmalıdır.
|