Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


§ 5. Məsrəfldrin elementlər və kcılkniyasiyiı maddələri üzrə



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə6/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63
596 (1)

§ 5. Məsrəfldrin elementlər və kcılkniyasiyiı maddələri üzrə 
qrnpla^dınlması 
İstehsal edilən məhsulun maya dəyəri müəssisədə onun istehsalına 
və satışına çəkilən cari məsrəflərin pulla ifadəsidir. 
Müəssisələrdə  istehsala  məsrəflərin  uçotu  və  məhsulun  maya 
dəyərinin  hesablanması  haqqında  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  «Məhsulun  (işin,  xidmətin)  maya  dəyərinə  daxil  edilən 
xərclərin  tərkibi  haqqında  Əsasnamənin  təsdiq  edilməsi  barədə» 
1996-cı il 16 avqust tarixli III saylı qərarı qüvvəyə minmişdir. Həmin 
sənəd uçotun və kalkulyasiya etmənin vahid prinsiplərini şərh edir və 
məsrəflərin  uçotu  və  maya  dəyərinə  dair  «Sahə  təlimatları-  nın» 
hazırlanmasında sanballı metodik göstəriş kimi xidmət edir. 
Müəssisədə istehsala çəkilən məsrəflər iqtisadi məzmununa görə 
iki  cür;  iqtisadi  elementlər  üzrə  və  kalkulyasiya  maddələri  (xərc 
maddələri) üzrə uçota alınır. 
14 


Xərc elementləri dedikdə, ilkin tərkib hissələrinə ayrılmayan oxşar 
vəsaitin  bütövlükdə  müəssisənin  ehtiyacına  sərf  edilməsi  (məsələn, 
materialın  hazır  məhsul  istehsalına,  ümumtəsərrüfat  məqsədlərinə, 
köməkçi  istehsalata,  çıxdaşın  düzəldilməsinə  və  i.a.  sərfi  hamısı  bir 
yerdə)  başa  düşülür.  İstehsala  çəkilən  bütün  məsrəfləri  aşağıdakı 
elementlər  üzrə  qruplaşdırırlar:  1)  material  məsrəfləri;  2)  eməyin 
ödənilməsinə  məsrəflər  (tullantıları  çıxmaqla);  3)sosial  ehtiyaclara 
ayırmalar; 4) əsas fondların amortizasiyası; 5) sair xərclər. 
Sadalanan  elementlər  üzrə  istehsala  çəkilən  xərclərin  smetası  və 
onların  icrası  haqqında  hesabat  tərtib  edirlər.  Ona  görə  məsrəflərin 
elementlər  üzrə  qruplaşması,  istehsal  məsrəfləri  smetasının  yerinə 
yetirilməsinə nəzarət etmək üçün xidmət edir. 
Məsrəf  elemenlerinin  uçotu  10  və  10-1  saylı  jurnal-orderlərdə 
aparılır,  bu  da  müəssisəyə  imkan  verir  ki,  icmal  cədvəlin-jurnalın 
vasitəsilə  iqtisadi  elementlər  üzrə  istehsal  məsrəfləri  smetasının  ay 
ərzində  (ilin  əvvəlindən  artan  yekunla)  yerinə  yetirəlməsinə  nəzarəti 
həyata keçirsin. 
Lakin müəssisənin istehsalat fəaliyyətinə rəhbərlik etmək üçün bu 
və  ya  digər  vəsaitin  nəyə  sərf  edilməsini  bilmək  lazımdır.  Məsələn: 
yanacaq bir məsrəf elementi kimi müəssisədə texnoloji məqsəd üçün və 
binanın qızdırılması üçün (təsərrüfat ehtiyaclarına) sərf edilə bilər. 
Bu  və  ya  digər  vəsaitlərin nə  üçün  sərf edildiyinə,  xərclərin  kal- 
kulyasiya  maddələri  üzrə  məsrəf  uçotu  cavab  verir.O,  əmtəəlik 
məhsulun və onun tərkibinə daxil olan məmulatların ayn-ayrı növlərinin 
maya  dəyəri  üzrə  tapşınqın  yerinə  yetirilməsi  nəzarət  etmək  üçün 
istifadə edilir. 
Kalkulyasiya maddəsi dedikdə, məqsədli təyinatına görə müəssisə
onun daxilində isə sexlər və digər struktur bömələri üzrə yalnız əmtəəlik 
məhsulun istehsalına və satışına çəkilən həmcins ünsürdən (birünsürlü), 
yaxud  müxtəlif  cinsli  ünsürlərdən  ibarət  olan  kompleks  xərclər 
düşünülür.  Məsələn,  birincisinə  «istehsalat  fəhlələrinin  əsas  əmək 
haqqı»,  ikincisinə  isə  «maşın  və  avadanlıqm  saxlanılması  və  istismarı 
üzrə xərclər» kimi maddələr nümunə ola bilər. 
15 


Maya  dəyərinin  tənzimlənməsi  və  uçotu  üzrə  «Əsasnamə»  də 
ı>lohsal  xərclərinin  kalkulyasiya  maddələrinin  aşağıdakı  nümunə\  ı 
nomenklaturası müəyyən edilmişdir: 1) Xammal və materiallar; 2) Ueri 
qaytarılan  tullantılar  (çıxılır);  3)  Satın  alınmış  məmulatlar,  ya- 
rnnfabrikatlar  və  kənar  müəssisə  və  təşkilatların  istehsal  xarakterli 
xidmətləri; 4) Texnoloji məqsədlər üçün yanacaq və enerji; 5) İstehsalat 
fəhlələrinin əmək haqqı; 6) Sosial ehtiyaclara ayırmalar; 7) İstehsalın 
hazırlanmasına 
və 
mənimsənilməsinə 
çəkilən 
xərclər; 
8) 
Ümumistehsalat  xərcləri;  9)  Ümumtəsərrulat  xərcləri;  10)  Çıxdaşdan 
olan itkilər; 1 1) Sair istehsal xərcləri; 12) Kommersiya xərcləri. 
Məsrəflərin  kalkulyasiya  məddələri  uzrə  uçotu  10  sa\lı  jurnal 
orderdə  hər  bir  sənaye  sahəsində  özünün  «Sahə  təlimatında»  qəbul 
edilmiş  xərc  maddələri  nomenklaturasma  uyğun  aparılır.  Məhsulun 
müxtəlif növləri üzrə maya dəyəri hesablanan zaman məhz bu «Sa- hə» 
nomenklaturasından istifadə olunur. 
Sənaye  müəssisəsində  məhsul  istehsalına  çəkilən  məsrəflərin 
uçotu  maya  dəyərinin  kalkulyasiyası  bir-birilə  qarşılıqlı  surətdə  sıx 
əlaqədardır. Birinci, iki uçoı mərhələsi kalkulyasiya olunma mərhələsi 
ilə  tamamlanır.  O  biri  tərəfdən  üçot  elə  aparılır  ki,  kalkulya-  siyanm 
tərtib edilməsi üçün mühasibat uçotu məlumatlarından sistemli surətdə
asanlıqla və əlavə uçot işi görmədən tam istifadə etmək mümkün olsun. 
Digər  tərəfdən  kalkulyasiya  elə  tərtib  edilir  ki,  onun  məlumatlarına 
əsasən material, əmək və pul ehtiyatlarından istifadə olunmasına nəzarət 
qoyulur.  Bu  məqsədlə  faktiki  məsrəflərin  nəzərdə  tutulandan 
kənarlaşmaları  aşkara  çıxarılır,  nöqsanların  aradan  qaldırılması  uçun 
lazımi tədbirlər hazırlanır və həyata keçirilir. İkincisi məsrəflərin uçotrı 
və kalkulyasiya etmə zamanı eyni metoloji prinsiplərə istinad edilir. 
Həmin  prinsiplar  arasında  məsrəflərin  uçotunun  və  kalkulyasiya 
etmənin obyektləri, kalkulyasiya vahidi xüsusi əhəmiyyətə malikdir. 
Məsrəflərin  uçotu  və  kalkulyasiya  etmənin  səviyyəsi  xeyli 
dərəcədə  müəssisənin  nomıativ  təsərrüfatının  təşkili  vəziyyətindən 
asılıdır. 
İstehsal prosesinin tənzimlənməsi və ona nəzarət məhsul buraxılışı 
və onun maya dəyərinin hesablanması və i.a. məqsədlər üçün ' 
1 6  


optimal  şəraiti  müəyyən  edən  bütün  tapşırıqların,  normaların, 
normativlərin, smetaların və s. məcmuuna normativ təsərrüfat deyilir. 
Müəssisənin  normativ  təsərrüfatının  tərkibində  məhsulun  maya 
dəyərinə uyğun olaraq, material ehtiyatları və əmək məsrəfləri normaları 
mühüm yer tutur. Tərtib olunan normalar mütərəqqidir, yəni texnikanın, 
texnologiyanın  istehsal  və  əmək  təşkilinin  müasir  səviyyəsinə  uyğun 
gəlir,  eyni  zamanda,  məsrəf  nonnaları  dinamikdir,  yəni  elmi-texniki 
tərəqqi  şəraitində  dəyişməz  qalmır,  müntəzəm  surətdə  gözdən 
keçirilməklə, bir qayda olaraq, aşağı salınır. Bu baxımdan, normalardakı 
dəyişikliklərin  və  normalardan  kənarlaşmanın  operativ  uçotu  böyük 
əhəmiyyətə malikdir. 
Müəssisədə  normaların  dəyişməsinin  operativ  uçotu  adətən  baş 
texnoloq  şöbəsinin  nonuativ  bürosu  tərəfindən  aparılır.  Bunun  üçün 
ilkin sənəd sayılan «cari nonualarm dəyişilməsi haqqında bildiriş» təıtib 
olunur.  Onda  lazımi  məlumatlar  əks  etdirilir  və  texniki  sənədlərdə  və 
normativ  kalkulyasiyalarmda  müvafiq  düzəliş  edilməsi  üçün  əlaqədar 
sex  və  şöbələrə  göndərilir.  Normativ  bürosu  toplanmış  bildirişlərə 
əsasən  qabaqca  cari  normaların  ay  (rüb)  ərzində  dəyişilməsinin  icmal 
cədvəlini,  sonra  isə  hesabat  ilində  cari  normaların  mühüm  xərc 
maddələri  üzrə  dəyişilməsindən  qənaətin  üçotu-  nun  icmal  cədvəlini 
tərtib edir. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin