§ 4. istehsalat məsrəfləri və onların təsnifatı
Maya dəyərinin qunıluşunun öyrənilməsi maya dəyərini aşağı
salmağın ən mühum istiqamətlərini aşkara çıxarmağa, istehsal
xəuplərinin aşağı salınmasının səmərəli yollarını müəyyən etməyə,
həmçinin istehsalat-təsərrüfat təşkilatlarının fəaliyyətini obyektiv
qiymətləndirməyə kömək edir.
Maya dəyərinin quruluşu dedikdə, istehsala çəkilən məsrəflərin
ümumi məbləğində maya dəyərinin ayrı-ayrı iqtisadi ünsürlərinin
xüsusi çəkisinin faiz nisbəti başa düşülür.
İstehsalat məsrəfləri bir sıra əlamətlərinə görə, yəni xərclərin
iqtisadi məzmununa və təyinatına, xərclərin maya dəyərinə aid edtlməsi
üsüluna, onların tərkibinə, istehsalın həcminə, xərclərin əmələ gəlmə
sferasına olan münasibətə görə təsnifləşdirilir.
Müəssisənin istehsal xərcləri aşağıdakı elementlərdən ibarətdir:
material məsrəfləri (geri qaytarılan tullantıların dəyərini çıxfnaqla),
əməyin ödənilməsinə məsrəflər, sosial ehtiyaclara ayırmarar,' əsas
vəsaitlərin amortizasiyası və sairə məsrəflər(poçta-teleqraf, telefon,
ezamiyyə və b.)
Xərc elementlərinin nomenklaturası makroiqtisadiyyatm bütün
sahələri üçün bir cürdür. Həmin nomenklaturanın xüsusiyyəti ondan
ibarətdir ki, xərclərin hər bir elementi üzrə məqsədindən və sərf edilmə
yerindən asılı olmayaraq hesabat dövründə istehsalatda onun tamam
sərf edilməsi göstərilir.
İstehsal xərclərinin elementlər üzrə uçotu xərclərin hər bir
növünün məqsədli təyinatı və istiqaməti üzrə uçotu ilə birlikdə həyata
keçirilir. Bu və ya digər elementin sərf edilməsini əks etdirən ilkin
sənədlərdə, xərclərin məqsədli istiqamətinin göstərilməsi yolu ilə əldə
edilir.
İstehsal xərclərinin uçotunu məqsədli istiqaməti və təyinatı üzrə
təşkil etmək üçün xərclərin müvafiq nomenklaturaları və şrifləri işlənib
hazırlanır ki, bu da onların istehsalın, sexlərin növləri və məmulat
növləri üzrə toplamağa imkan verir. Xərclərin təyinatı üzrə uçotu
maddələrlə aparılır, onların siyahısı, istehsalın təşkili vo
texnologiyasının xüsusiyyətlərindən asılı olaraq işlənib hazırlanır. Kal-
1 0
kulyasi\;ı nı.uidələ' üz- ' '.əıclərin qruplaşdınlması məsrəflərin məhsul
ıstehsaım. ;cxn ojı proseslə əlaqəsini, istehsalın həcmi ilə əlaqəsini,
m.->rər :in əqş.tdəuyğunluğunu. məmulatın ayrı-ayrı növlərinin maya
ə.əyəruK) daxil edilməsi üsulunu əks etdirməlidir.
İstehsal xərclərinin cari uçotu və buraxılan məhsulların maya
dəyəri kalkulyasiyası məsrəf maddələri üzrə həyata keçirilir. Məsrəf
maddələrinin tərkibinə görə xərclər müxtəlif cinsli xərc elementindən
ibarət olmaqla, həm bir elementli və həm də kompleks olur.Xərclərin
kompleks maddələrinə, misal üçün, ümumistehsalat xərcləri,
ümumtəsəmıfat xərcləri və ia. aid edilir. Bu maddələrdən hər biri
xərclərin müxtəlif elementlərinin toplanmış məbləğindən ibarətdir.
İstehsal prosesində məsrəllərin iqtisadi məzmunundan, onların
məqsədli təyinatından asılı olaraq xərcələr əsas və əlavə olmaqla iki
yerə bölünür.
Əsas məsrəflər dedikdə, məhsul istehsalının texnoloji prosesləri ilə
bilavasitə əlaqədar olan xərclər, daha doğrusu, texnoloji prosesin onsuz
həyala keçirilməsi mümkün olmayan xərclər başa düşülür. Onlara
xammal və materialların, yanacağın, enerjinin və texnoloji məqsədlər
üçün suş ıın dəyəri, istehsalat fəhlələrinin əsas və əlavə əmək haqqı vo
sosial ehtiyaclara ayırmalar, istehsal prosesində bilavasitə iştirak edən
əsas vəsaitlərin amortizasiyası, avadanlıqların saxlanması və istismarı
üzrə xərclər, yeni növ məhsulların istehsalının mənimsənilməsi,
alətlərin, məqsədli təyinatlı qurğuların köhnəlməsinin ödənilməsi və
başqa .xərclər aiddir.
İstehsalın təşkili, idarəedilməsi və xidmətlə əlaqədar olan
məsrəflərə əlavə xərclər deyilir. Onların tərkibinə sosial ehtiyaclara
ayırmalarla birlikdə sexlərin və zavod idarəsinin inzibati-təsərrüfat
heyətinin əmək haqqı, binanın qızdınlmasından ötəri yanacaq və
işıqlandırmaq üçün enerji səıii. bina və təsərrüfat inventarlannm
amortizasiyası, onların cari təmiri üçün xərclər və i.a daxildir.Əlavə
xərclər, ayrı-ayrı sexlərin idarə edilməsi \ ə xidməti üzrə məsrəflərə və
ümumtəsərrüfat xərclərinə, yəni bıııövlükdə istehsalın idarə edilməsi və
təşkili ilə əlaqədar olaraq meydana çıxan məsrəflərə bölünür.
11
Məhsulun maya dəyərinə xərclərin aid edilməsi üsulundan asılı
olaraq, bütün xərclər müstəqim və qeyri-müstəqim olmaqla iki yerə
bölünür.
Müstəqim məsrəflər dedikdə, məmulatın müəyyən edilmiş bir
növünün istehsalı ilə əlaqədar olan xərclər başa düşülür. Bununla
əlaqədar olaraq, onlar ilk sənədlər əsasında istehsal edilən müvafiq
məhsulun maya dəyərinə müstəqim olaraq əlavə edilə bilərlər.
Bir neçə məmulatın hazırlanması və ya məmulatın müxtəlif
mərhələlərdə emalı ilə əlaqədar olan məsrəflər, qeyri-müstəqim xərclər
adlanır. Qeyri-müstəqim xərcələr, adətən, onların baş vermə yerləri üzrə
üçota alınır Sonra isə onlar məhsulların ayrı-ayrı növləri arasında hər
hansı şərti bazaya mütənasib olaraq bölüşdürülürlər. Qeyri-müstəqim
xərclərin bölüşdürülməsi metodları, əsas etibari ilə istehsalın təşkili və
texnologiyasının xüsusiyyətlərindən, habelə istehsal edilən məhsulların
xarakterindən asılıdır. Bu xərclərin bölüşdürülməsi metodlarının
seçilməsinə həmçinin sənaye sahəsində kalkulyasiya maddələri
nomenklaturasmm qurulması müəyyən təsir göstərir.
Məhsulun maya dəyərinə aid edilməsi üsuluna görə müstəqim
xərclərə, bir qayda olaraq, məsrəflərin bir elementli maddələri aiddir
(xammal və əsas materiallar, texnoloji məqsədlər üçün yanacaq,
istehsalat fəhlələrinin əmək haqqı və i.a.). Bütün bunların əksinə olaraq,
məhsulların maya dəyərinə aid edilmək üçün kompleks xərclərin şərti
bölüşdürülməsi tələb olunur.
İstehsalın həcminə olan münasibətinə görə müəssisənin xərcləri
dəyişən və şərti-daimi olmaqla iki yerə bölünür.
Dəyişən xərclərə, həcmi çox və ya az miqdarda istehsalın həcminin
dəyişməsindən düz mütənasib olaraq asılı olan məsrəflər, məhsul
istehsalına sərf edilən xammal və materiallar, istehsalat fəhlələrinin əsas
əmək haqqı və buna oxşar xərclər aid edilir. İstehsalın, başqa cür desək,
məhsul istehsalının texnoloji proseslərin dəyişilməsindən müstəqim
olaraq asılı olan bütün qalan əsas xərclər tapılır və ona görə onlar
dəyişən maddələr hesab olunurlar.
Şərti-dəyişən xərclər dedikdə, kəmiyyəti istehsalın həcminin
miqdarı ilə mütənasib olmayan məsrəflər başa düşülür. Bura bütün
üstəlik xərclər aid edilir.
12
Onu da bilmək lazımdır ki, dəyişən xərclərin heç də bütün növləri
istehsalın həcminin miqdarından tamamilə asılı deyildir. İstehsalın
həcmindən məsrəflərin bu və ya digər növünün asılılıq dərəcəsi istehsal
xərclərinin tənzimlənməsi və təhlil prosesində dəqiqləşdirilir.
Tənzimlənmə ilə əhatə olunmasından asılı olaraq xərclər,
tənzimlənən və tənzimlənməyən olmaqla iki yerə bölünür.
Tənzimlənən xərclərə, müəssisənin təsərrüfat fəaliyyətinin öz
xarakterindən irəli gələn və istehsal xərcləri smetasında və texniki
sənaye maliyyə planında nəzərdə tutulan müəssisənin bütün məsrəfləri
aid edilir.
Tənzimlənməyən xərclər səmərəsiz xərclərdir. Onlar heç də üzvü
surətdə zəruri deyildir və müəssisənin təsərrüfat fəaliyyətinin normal
şəraitindən irəli gəlmir.Bu məsrəflər müstəqim itkilər hesab olunur və
ona görə istehsal xərcləri smetasına və texniki-sənaye maliyyə planına
daxil edilmir.
Tənzimlənməyən
xərclərə
saxlanma
zamanı
xammalın,
materialların və məhsulların xarab olması ilə əlaqədar çalışmaması,
çıxdaşdan olan itkilər və digər səmərəsiz məsrəflər aid edilir.
Səmərəsiz məsrəflərin və itkilərin uçotu, onların nəzərə
çatdırılması və aradan qaldırılması üçün böyük əhəmiyyətə malikdir.
Əmələ gəlmə sferasına görə bütün xərclər istehsal və qeyri- istehsal
xərclərinə bölünür.
İstehsal xərclərinə məhsulun istehsalı ilə əlaqədar olan məsrəflər
aid edilir, onların da məbləği istehsalat maya dəyərini təşkil edir.
Qeyri-istehsal xərcləri dedikdə, əsasən istehsal edilən məhsulların
satışı ilə əlaqədar olan təsrəflər başa düşülür. Onların istehsal xərclərinə
birləşdirilməsi nəticəsində buraxılan məhsulların tam maya dəyəri alınır.
İstehsal xərclərinin hər bir növünün mahiyyətinin düzgün başa
düşülməsi, onların əsaslı olaraq tənzimlənməsi və uçotu, istehsal
xərclərinin durmadan aşağı salınmasına gündəlik nəzarətin təşkili üçün
vacib şərtdir.
İstehsal xərclərinə nəzarət etmək üçün müəssisədə məsrəf
normaları - həmin istehsal şəraitində - məhsul vahidinə sərf edilən
13
xammal və matcriallarır iş valiidinə sərf edilən əmək və əmək haqqının
və i.a. maksimum icazə verilən həcmi işlənib hazırlanır. Məsrəf
normaları onun aşağı olmasını həvəsləndirən olmalıdır. Əvvəlcə məsrəf
nonnaları miqdar şəklində müəyyən edilir, məmulata müəyyən növ
materialların sərf edilməsi kq-la. texnoloji əməliyyatların yerinə
yetirilməsinə iş vaxtının sərf edilməsi dəqiqə ilə və i.a., sonra xərclərin
miqdar göstəriciləri pul ölçülərinə çevrilir. Məhsul vahidinə məsrəf
normasını müəyyən etmək məqsədəuyğun deyilsə və ya çətindir sə,
onda xərclərin bəzi növləri üzrə müəyyən dövrə xərclərin smetası
işlənib hazırlanır. Misal üçün, ümumistehsalat xərclərinin smetası il və
ya rüb üçün tərtib edilir. Yeni növ məmulatın istehsalının hazırlığına və
mənimsənilməsinə məsrəflərin smetası istehsalın bu cür hazırlığı və
mənimsənilməsi üçün lazım olan bütün dövrə işlənib hazırlanır. Belə
smetalar kompleks xərclərin müvafiq növləri üçün təsdiq edilmiş
maddələrin nomenklaturası üzrə müəyyən olunur. Vəsaitələrin istifadə
edilməsinə nəzarət, smeta üzrə məsrəflərlə faktiki məsrəfləri müqayisə
etməklə həyata keçirilir.
Dostları ilə paylaş: |