Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


Üstəlik istehsal xərclərinin uçotu



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə9/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   63
596 (1)


§ 8. Üstəlik istehsal xərclərinin uçotu 
İstehsal  olunan  məhsulların  maya  dəyərinin  tərkibində  maşın  və 
avadanlıqların saxlanılması və istismarına çəkilən xərclər mühüm  yer 
tutur. Buna görə də maşın və avadanlıqların saxlanılması və istismarına 
çəkilən xərclərin uçotunun səmərəli təşkili və həmin xərclərin düzgün 
bölüşdürülməsi mühüm əhəmiyyətə malikdir. 
Müəssisələrin  texniki  cəhətdən  təmin  olunmasının  yüksəlməsi, 
yeni  və  daha  mürəkkəb  maşın  və  mexanizmlərin  tətbiqi,  onların 
fasiləsiz  işinin  təmin  edilməsini,  saz  vəziyyətdə  saxlanılmasını  tələb 
edir  ki,  bu  da  həmin  işlərlə  əlaqədar  olan  xərcləri  artmr  və  istehsal 
olunan məhsulların maya dəyərini yüksəldir. 
Maşın  və  avadanlıqların  saxlanılması  və  istismarı  üzrə  xərclər 
məlum  olduğu  kimi  əsas  xərclərə  daxildir.  Lakin  həmin  xərclər  eyni 
zamanda  kompleks  xərclərə  aid  edilir.  Çünki  həmin  xərclərin  tərkibi 
müxtəlif xərc elementlərindən ibarətdir. 
Maşın  və  avadanlıqların  saxlanması  və  istismarı  üzrə  xərclərin 
müəssisələrdə tətbiq olunan nomenklamrası aşağıdakı kimidir: 
1.  Avadanlıqların və nəqliyyat vasitələrinin amortizasiyası. 
2. Avadanlıqların  istismarı  (cari  təmirə  sərf  olunan  vəsaitlərdən 
başqa). 
3. Avadanlıqların  və  nəqliyyat  vasitələrinin  təmirinə  edilən 
ayırmalar. 
4.  Müəssisə daxilində yüklərin yerdəyişməsi. 
5. Azqiymətli  və  tez  köhnələn  alətlərin  və  ləvazimatların 
köhnəlməsi. 
25 


6. Sair xərclər (avadanlıqların saxlanılması və istisman üzrə digər 
xərclər). 
Avadanlıqların  və  nəqliyyat  vasitələrinin  amortizasiyası  ilə 
əlaqədar olan xərc maddəsinə müəssisədə olan maşın və avadanlıqlara 
norma üzrə hesablanan amortizasiya ayırmaları aid edilir. 
Avadanlıqların  istisman  (cari  təmir  xərclərindən  başqa)  ilə 
əlaqədar  olan  xərc  maddəsinə  istehsal  avadanlıqlanna  xidmət  edən 
fəhlələrin  (elektrik  çilingərləri,  yağlayıcılar,  təmirçi  çilingərlər  və  s.) 
əsas və əlavə əmək haqqı, sosial ehtiyaclara ayırmalar, avadanlıqların 
işləməsi üçün sərf olunan elektrik enerjisi, yağlayıcı materialların və s. 
köməkçi  materialların  dəyəri,  avadanlıqlara  xidmət  edən  və  onu  işçi 
vəziyyətində  saxlamaq  üçün  göstərilən  xidmətlərin  dəyəri  və  s. 
daxildir. 
Avadanlıqların və nəqliyyat vasitələrinin təmiri ilə əlaqədar olan 
xərc  maddəsinə  avadanlıqların  və  nəqliyyat  vasitələrinin,  qiymətli 
alətlərin  təmiri  üzrə  sərf  olunan  ehtiyat  hissələrinin  və  başqa 
materiallann dəyəri, təmir zamanı işləyən fəhlələrə verilən əmək haqqı 
və  sosial  ehtiyaclara  ayırmalar,  avadanlıq  və  nəqliyyat  vasitələrinin 
təmiri üzrə köməkçi istehsalatın göstərdiyi xidmətlərin dəyəri və s. aid 
edilir. 
Müəssisə  daxili  yüklərin  yerlərinin  dəyişdirilməsi  ilə  əlaqədar 
olan xərclər. Bu xərc maddəsinə aşağıdakılar aid edilir: 
a) materialların, yanmfabrikatlarm, məmulatlann yerdəyişməsi və 
özünün,  həm  də  kənardan  cəlb  edilmiş  jdik  avtomaşınlarının,  av- 
tokranların, elektrokarlann, qaldırıcı kranlann saxlanması və istismarı 
ilə əlaqədar olan xərclər; 
b) sexdaxili  nəqliyyatın  istismarı  prosesində  istifadə  edilən  yağ- 
layıcı və sürtgü maddələrinin, yanacağın və ehtiyat hissələrinin dəyəri
v) yüklərin sexlərə daşınması, materiallann, alətlərin, detallann iş 
yerlərinə boşaldılması və iş gününün sonunda onlann dəzgahlar- dan və 
digər  iş  yerlərindən  yığılması  (toplanması)  ilə  məşğul  olan  qaldırıcı 
kranların,  avtomobil  və  elektrokarlann  sürücülərinin  əmək  haqqı  və 
sosial ehtiyaclara ayırmalar. 
Azqiymətli  və  tez  köhnələn  alət  və  qurğuların  köhnəlməsi  ilə 
əlaqədar olan xərclər. Bu maddəyə azqiymətli və tez xarab olan əş- 
26 


yalann  köhnəlməsi  üzrə  xərclər  və  dəyəri  100000  manata  qədər  olan 
əşyaların alınması üzrə xərclər aid edilir. 
Sair  xərclər  maddəsində  avadanlığın  və  nəqliyyat  vasitələrinin 
saxlanması  və  istismarı  üzrə  olan  və  əvvəlki  xərc  maddələrində  öz 
əksini tapmayan xərclər öz əksini tapır. 
Maşın  və  avadanlıqların  saxlanması  və  istismarı  üzrə  xərclərin 
analitik uçotu 12 saylı cədvəldə aparılır, cədvəl ilkin uçot sənədlərinin 
məlumatlanna əsasən tərtib olunur. Material, əşyalar, əmək haqqı və s. 
üzrə məsrəflər edildikdə 25 "Ümumistehsalat xərcləri" hesabının debeti 
üzrə  yazılışlar  edilir  və  müvafiq  məsrəf  hesabları  ki'edit-  ləşir.  Ayın 
sonunda bu hesab üzrə (25 saylı hesab üzrə) dövriyj'Ə cəmləşdirilir və 
20 «Əsas istehsalat» hesabına silinir. Əgər çıxdaş olan məhsullar varsa, 
həmin  məbləğdən  28  "İstehsalatda  olan  çıxdaş  məhsul"  hesabına  da 
silinir. 
Maşın  və  avadanlıqlann  saxlanılması  və  istismarı  üzrə  xərclərin 
uçotu 25 saylı hesabın 1-ci "Maşın və avadanlıqların saxlanılması və 
istismarı üzrə xərclər" subhesabında aparılır. Bu hesab öz təyinatına və 
quruluşuna  görə  toplayıcı-bölüşdürücü  hesabdır.  Bu  hesab  istehsal 
prosesində baş verən əməliyyatlarla əlaqədar olaraq müxtəlif hesablarla 
müxabirləşir. 
Qeyd  olunduğu  kimi,  maşın  və  avadanlıqların  saxlanılması  və 
istismarı üzrə xərclər əsas xərclərə aid olsalar da onlar qeyri-müstə- qim 
qaydada bölüşdürülərək məhsulların maya dəyərinə daxil olunur. 
Müəssisədə maşın və avadanlıqların saxlanılması və istismarı üzrə 
xərclər ayrı-ayn məhsul növlərinin maya dəyərinə istehsalat fəhlələrinin 
əmək  haqqına  mütənasib  olaraq  daxil  edilir.  Bu  metodla  maşın  və 
avadanlıqların saxlanılması və istismarı üzrə xərclər ayrı- ayn məhsul 
növləri arasında aşağıdakı qaydada bölüşdürülür. 
Ay ərzində bütün məhsul növləri üzrə istehsalat fəhlələrinin əsas 
və əlavə əmək haqqının faktiki məbləğinin tərkibində ay üzrə maşın və 
avadanlıqların  saxlanılması  və  istismarı  üzrə  xərclərin  faktiki 
məbləğinin  xüsusi  çəkisi  hesablanır.  Belə  ki,  hər  bir  konkret  məhsul 
növü  üzrə  ay  ərzində  hesablanmış  əmək  haqqının  bölüşdürmə  faizi 
həcmində həmin məhsula avadanlıqların saxlanması və istismarı üzrə 
xərclər aid edilir. 
27 


Maşın  və  avadanlıqların  saxlanması  və  istismarı  üzrə  xərclərin 
istehsalat fəhlələrinin əmək haqqına mütənasib olaraq bölüşdürülməsi 
nəticə  etibarı  ilə  bütün  sənaye  sahələrində  düzgün  metod  deyildir. 
Çünki bu metodla bölüşdürmə nəticəsində ayn-ayrı məhsulların maya 
dəyərinə daxil edilən maşın və avadanlıqların saxlanılması və istismarı 
üzrə  xərclər  faktiki  olaraq  həmin  məhsul  növünə  düşən  xərc 
məbləğindən az və ya çox məbləğdə daxil edilir. Bu da nəticə etibarı ilə 
məhsulların  maya  dəyərinin  təhrif  olunmasına  səbəb  olur.  Bazar 
iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq  bu  xərclərin  bölüşdürülməsini 
təkmilləşdinnək,  daha  mütərəqqi  metodlar  tətbiq  etmək  müəssisə 
qarşısında duran əsas vəzifələrdən biridir. 
Müəssisənin  ümumistehsalat  xərcləri  dedikdə,  sexlərin  idarə 
edilməsinə, təşkilinə və onlara xidmət edilməsinə çəkilən xərclər başa 
düşülür.  Müəssisədə  sex  qumluşlu  idarəetmə  üsulu  olan  zaman, 
ümumistehsalat xərclərinə ayrı-ayrılıqda hər bir sexin idarə edilməsi və 
ona təsərrüfat xidməti göstərilməsi ilə əlaqədar olan xərclər aid edilir. 
Müəssisənin  ümumistehsalat  xərclərinə  sex  heyətinin  saxlanmasına 
çəkilən  xərclər,  sexdə  istifadə  olunan  binalar,  qurğular  və  alətlərin 
saxlanması, cari təmiri və amortizasiyası xərcləri, sex xarakterli əmək 
mühafizəsi  xərcləri,  azqiymətli  və  tez  köhnələn  təsərrüfat 
inventarlarının dəyərinin ödənilməsi və başqa xərclər aid edilir. Faktiki 
ümumistehsalat  xərclərinin  tərkibinə  sexdə  boş  dayanmadan  olan 
itkiləri,  maddi  qiymətlilərin  və  texnoloji  alətlərin  xarab  olmasından 
olan  itkiləri  və  habelə  digər  qeyri-istehsal  xərclərini  və  itkilərini  aid 
edirlər. 
Müəssisənin ümumistehsalat xərclərinin hər bir sex üzrə smetası 
tərtib  olunur.  Sexlərin  smetaları  məsrəflərin  elementləri  çərçivəsində 
xərclərin bəzi növləri üzrə, digər xərclər üzrə isə kompleks maddələr 
şəklində işlənib hazırlanır. Kompleks maddə özündə eyni təyinatlı olan 
bir  neçə  məsrəf  elemetlərini  birləşdirir.  Misal  üçün,  "cari  təmir" 
maddəsi  təmir  fəhlələrinin  əmək  haqqından,  təmir  sexinin  əsas 
fondlarının  amortizasiyasından,  təmir  üçün  sərf  edilən  materialların 
dəyərindən və b. ibarətdir. 
Anbarlarda maddi qiymətlilər saxlanan zaman əmələ gələn itkilər
ümumistehsalat xərclərinə və beləliklə də xammal, material, məhsul və 
digər növ maddi qiymətlilərin saxlanma yerində inventa- 
28 


rizasiya zamanı müvafiq olaraq artığı çıxmaqla, məhsulun faktiki maya 
dəyərinə daxil edilir. 
Müəssisədə  uçotun  jurnal-order  formasının  12  saylı  cədvəlində 
olan sex xərcləri maddələrinin məzmunu aşağıdakılardan ibarətdir: 
1. Sex  heyətinin  saxlanması  -  mühəndis-texniki  işçilərin,  qulluq- 
çulann və kiçik xidmətedici heyətin əsas və əlavə əmək haqqı və sosial 
ehtiyaclara ayınnalar. Bu maddə də həmçinin maddi istehlak fondundan 
sex  heyətinə  ödənilən  mükafatın  məbləği  üzrə  sosial  sığorta 
hesablamaları  da  aid  edilir.  Burada  sexin  dispetçer  rabitəsinin 
saxlanması üzrə xərclər və sexin idarə edilməsi üzrə digər xərclər əks 
olunur. 
2. Sair sex heyətinin saxlanması - sexin idarə heyətinə aid olmayan 
mühəndis-texniki  və  digər  işçilərin  sosial  ehtiyaclara  ayırmalar  ilə 
birlikdə əsas və əlavə əmək haqqı. 
3. Sexin  binasının,  qurğularının  və  inventarlarının  amortizasiyası. 
Sexin  əsas  vəsaitlərinin  tərkibində  olan  binaların,  qurğuların  və 
inventarların  (avadanlığın  saxlanması  və  istismarı  üzrə  xərclərə  daxil 
edilən amortizasiyadan başqa) amortizasiya məbləği. 
4. Sexin  binasının,  qurğularının  və  inventarlarının  saxlanması  - 
binaların  qızdırılması,  işıqlandırılması,  su  ilə  təmin  olunması, 
kanalizasiyası  və  binaların  təmiz  saxlanması  üçün  material,  yanacaq, 
buxar, su, elektrik enerjisi, qaz sərfi, həmçinin nəqliyyat vasitələrinin 
saxlanması üzrə: sürtkü materialları, rəngləmə, hissələrin dəyişilməsi və 
i.a.  xərclər.  Müxtəlif  təsərrüfat  işlərində  qızdınna,  işıqlandırma, 
binalann  təmizlənməsi,  döşəmənin  təmizlənməsi,  şüşələrin  salınması, 
tüstü  çıxarlarının  və  tavanın  təmizlənməsi,  zibilin  daşınması  ilə  i.a. 
məşğul olan köməkçi fəhlələrin əsas əmək haqqı və sosial ehtiyaclara 
ayırmalar. Sexin binasının, qurğusunun saxlanması ilə əlaqədar olaraq 
başqa sexlərin və kənar təşkilatların xidmətləri. 
5. Sexin  binasının,  qurğularının  və  inventarlarının  cari  təmiri  - 
sexlərin  binalarının,  istilik  peçlərinin  tüstü  çıxarlarının,  istilik  boru 
kəmərlərinin, işıqlandınna xətlərinin və armaturlarının, su təchizatının, 
kanalizasiyasının və digər təsərrüfat məişət qurğularının, habelə sexlərə 
təhkim  edilmiş  releli  yolların, səkilərin  və  hasarların  cari  təmiri  üçün 
material sərfi. Binaların, qurğuların və inventarların cari 
29 


təmiri  ilə  məşğul  olan  fəhlələrin  əsas  əmək  haqqı,  həmçinin  kənar 
sexlərin xidmətləri. 
6. Yoxlama, sınaq və tədqiqat, səmərələşdirmə, ixtiraçılıq - burada 
yoxlamaların,  tədqiqatların,  sınaqların  və  səmərələşdirici  təkliflərin 
həyata keçirilməsi üçün çəkilən material məsrəfləri və fəhlələrin sosial 
ehtiyaclanna ayırmaları ilə birlikdə əmək haqqı, öz sexlərinin və kənar 
təşkilatların iş və xidmətlərinin dəyəri və sair pul xərcləri; ixtiraçılıq, 
texniki  təkmilləşdirmə  və  səmərələşdirici  təkliflərlə  əlaqədar  olaraq 
ekspertlərin,  məsləhətlərin,  müəllif  təlti-  fatlannın  ödənilməsi  uçota 
alınır. 
7. Əməyin  mühafizəsi  üzrə  xərclər  -  siqnal  qurğulan,  mühafizə 
qurğulan üzrə xərclər, ventilyatorlar üzrə xərclər, işçilərə əvəzsiz olaraq 
verilmiş  xüsusi  geyimlər,  xüsusi  ayaqqabılar  və  eynəklərin  dəyəri, 
həmçinin isti sexlərin və zərərli sexlərin işçilərinə verilmiş südün, yağın 
və  digər  neytrallaşdırıcı  maddələrin dəyəri; ümumi  istifadə  yerlərinin 
dezinfeksiyası;  xüsusi  geyim  və  xüsusi  ayaqqabıların  təmiri  və 
yuyulması xərcləri və b. 
8. Azqiymətli  və  tez  köhnələn  inventarların  köhnəlməsi  -  azqiy- 
mətli  və  tez  köhnələn  əşyaların  və  təsərrüfat  inventarlarının 
köhnəlməsinin bərpası. Bu əşyaların təmirinə və bərpasına sərf edilən 
sexin  fəhlələrinin  əmək  haqqı  və  materiallar  və  digər  sexlərin 
xidmətləri. 
9. Sair  xərclər  -  qüvvədə  olan  qanunvericilikdə  nəzərdə  tutulan 
istehsalat fəhlələrinə əlavə ödəmələr, işdən sonra və gecə vaxtı işləməyə 
görə; briqadaya rəhbərlik etməyə görə, əsas işdən ayrılmayan, işəmuzd 
fəhlələrdən olan briqadirlərə orta əmək haqqına qədər; müvəqqəti əmək 
qabiliyyətini  itirdikdə  faktiki  əmək  haqqına  qədər.  Dövlət  və  ictimai 
vəzifələri yerinə yetirməyə və hərbi xidmət toplanışına getməyə görə 
sərf edilmiş iş vaxtının ödənilməsinə. 
10. Sexlərin  günahı  üzündən  boşdayanmalardan  itkilər  -  sexlərin 
günahı  üzündən  boş  dayanmalara  görə  fəhlələrə  hesablanmış  əsas  və 
əlavə əmək haqqı və sosial ehtiyaclara ayırmalar, habelə boşdayanma 
zamanı az ixtisaslaşdırılmış işlərdə istifadə edilən fəhlələrə hesablanmış 
əlavə ödəmələr; sexin günahı üzündən boş dayanma vaxtı sərf edilmiş 
xammalın, materialların, yanacağın və enercinin dəyəri. 
30 


11. Sex  anbarlarında  saxlanan  zaman  maddi  qiymətlilərin  xarab 
olmasından  olan  itkilər  -  istifadəsi  mümkün  olan  zaman  onların 
məbləğini  çıxmaqla,  sexlərin  anbarlarında  maddi  qiymətlilərin 
(materialların, yanmfabrikatlann və detalların) xarab olması. 
12. Konstruksiyalan köhnəlmiş detalların, qovşaqların və texnoloji 
alətlərin  tam  istifadə  edilməsindən  olan  itkilər  -  hazırlanan  mə- 
mulatlann  modernləşdirilməsi  ilə  əlaqədar  olaraq,  müstəqim  təyinatı 
üzrə  istifadə  edilə  bilinməyən  konstruksiyası  köhnəlmiş  detalların, 
qovşaqların  və  texnoloji  alətlərin  tam  istifadə  edilməməsindən  olan 
itkilər. 
13. Artıqlan çıxmaqla maddi qiymətlilərin və bitməmiş istehsalatın 
çatışmaması  -  günahkar  şəxslərə  aid  edilənlərdən  başqa  bitməmiş 
istehsalatın  çatışmaması  və  artıqlığı  (sex  anbarlannda  və  işçi 
yerlərində). 
14. Sexin sair qeyri-istehsal xərcləri - əvvəlki maddələrdə nəzərdə 
tutulmayan sair qeyri-istehsal xərcləri. 
Müəssisədə  sex  xərclərinin  sintetik  uçotu  25  "Ümumistehsalat 
xərcləri"  adlı  aktiv,  toplayıcı-bölüşdürücü  hesabın  eyni  adlı  2-ci  sub- 
hesabmda aparılır. Ümumistehsalat xərclərinin sexlər və nomenkla- tura 
maddələri üzrə aparılan analitik uçotu üçün 12 saylı cədvəl ayrılmışdır. 
Müəssisədə  ümumistehsalat  xərclərinin  smetasının  istifadə 
edilməsinə  nəzarət  və  istehsalata  xidmət  və  idarəetmə  üzrə  xərclər 
haqqında hesabat tərtib etmək üçün, ay ərzində və ilin əvvəlindən həm 
smeta üzrə və həm də faktiki olaraq bütün sexlər üzrə ümumistehsalat 
xərclərinin  yekunu  12  saylı  cədvəldə  əks  etdirilir.  Smetada  nəzərdə 
tutulan xərcləri faktiki ilə müqayisə edərək sexlər üzrə və bütövlükdə 
zavod  üzrə  xərclərin  hər  bir  maddəsinə  görə  qənaət  və  ya  artıq  xərc 
olduğunu müəyyən etmək çətin deyildir. 
Ay ərzində bütün xərclər 25 "Ümumistehsalat xərcləri" hesabının 
debetinə toplanır. Həmin xərclərə müəssisənin mühasibatında aşağıdakı 
kimi mühasibat köçürməsi tərtib edilir: 
DT-25 "Ümumistehsalat xərcləri" 
KT-70 "Əməyin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmalar, 02 
"Əsas vəsaitlərin köhnəlməsi", 23 "Köməkçi istehsalat", 10 
31 


«Materiallar», 13 "Azqiymətli və tez köhnələn əşyaların köhnəlməsi" 
və sair hesablar. 
Müəssisənin  ümumistehsalat  xərcləri  ayın  axınnda  təyinatından 
asılı olaraq istehsal xərclərini uçota alan müvafiq mühasibat hesablarına 
silinir.  Mühasibatlıqda  ümumistehsalat  xərclərinin  həmin  silinən 
məbləğinə aşağıdakı kimi mühasibat köçürməsi tərtib edilir: 
DT 20 «Əsas istehsalat» hesabı DT 23 
"Köməkçi istehsalat" hesabı DT 28 
"İstehsalatda olan çıxdaşlar" hesabı KT 25 
"Ümumistehsalat xərcləri" hesabı 
İstehsal  məsrəflərinin  uçotu  və  məhsulun  maya  dəyərinin  kal- 
kulyasiyası bir-birilə sıxı surətdə əlaqədardır. Bu, ondan irəli gəlir ki, 
istehsal edilmiş məhsulun maya dəyəri məsrəflərin uçot məlumatlarına 
əsasən hesablanır. Digər tərəfdən, uçot aparılan zaman kalkulyasiyanın 
tələbləri nəzərə alınır. Başqa sözlə, uçot və məhsulun maya dəyərinin 
kalkulyasiyası  istehsal  prosesinin  texnoloji  və  təşkili  xüsusiyyətlərinə 
müvafiq olaraq aparılır. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin