Azərbaycan Respublikasının sığorta sistemi
Хариъи
инвестисийалы
сыьорта
тяшкилатлары
Милли
Сыьорта
тяшкилатлар
ы
С
ЫЬ
О
РТ
А
С
ИС
Т
Е
М
И
Азярбай
ъан
Республи
касынын
Малиййя
Назирлийи
Дювлят
Сыьорта
Нязаряти
Баш
идаряси
«Йашыл карт»
Няглиййат
Сыьорта
Бцросу
Сыьорта
тяшкилатлары
Сыьорта
Брокери
Тяшкилатлары
Сыьорта
Ъямиййятляри
Иттифагы
325
XX FƏSİL. SIĞORTANIN FORMALARI, SAHƏLƏRİ VƏ
NÖVLƏRİ
20.1. Sığortanın forma, növlər və sahələr üzrə həyata
keçirilməsinin əhəmiyyəti
Sığorta cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə
etməklə əhalinin maddi rifahının və sahibkarlıq riskinin zəmanətçisi kimi
çıxış edir, gözlənilməz və fövqəladə hadisələr zamanı əmlak mənafelərinin
qorunmasına, dövlətin maliyyə sisteminin möhkəmləndirilməsinə təsir gös-
tərir. O, nəinki sığorta hadisələri zamanı büdcəni dəyən zərərlərin
ödənilməsindən azad edir, hətta uzunmüddətli investisiyaların mənbəyinə
çevrilir.
Sığorta münasibətləri məcburi və könüllü formalarda həyata keçirilir.
Məcburi sığorta dövlət tərəfindən qanunvericilik əsasında həyata
keçirilməklə cəmiyyətin maraqlarının təmin edilməsi üçün hüquqi və fiziki
şəxslərin sığorta edilməsidir. Sığortanın bu formasının həyata keçirilməsinə
səlahiyyəti olan orqanlar qanunvericilik əsasında müəyyən edilir.
Məcburi sığortadan fərqli olaraq sığortanın könüllü formasında sığor-
taçılarla sığorta olunanlar arasında müqavilə könüllü olaraq bağlanılır.
Qanunvericiliyə uyğun olaraq könüllü sığortanın hər bir növü üzrə qaydalar
müəyyənləşdirilir, dövlət sığorta nəzarəti orqanları tərəfindən lisenziya
verilir. Bir qayda olaraq könüllü sığorta müqaviləsi əvvəlcədən müəyyən
edilmiş sığorta müddəti üçün bağlanılır.
«Sığorta haqqında» AR Qanununa əsasən sığorta iki əsas sahədən:
həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir. Sığortaçılar bu
sahələrdən biri və ya hər ikisi üzrə fəaliyyət göstərə bilərlər.
Həyat sığortası–sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin
qocalığa yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün
aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya
sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində
müəyyən edilmiş qaydada və şərtlərlə sığortaçıya və ya onun varisinə
ödənilir. Həyat sığortası müqavilələri uzun müddətə bağlanılır və bu müd-
dətdə yaranmış inflyasiya sığortalıya təminatın verilməsinə maneçilik
yarada bilər. Bu baxımdan sığorta şirkəti öz fəaliyyətini elə qurmalıdır ki,
sığorta müqavilələri üzrə qəbul etdiyi öhdəlikləri müqavilə ilə müəyyən
olunmuş şərtlər çərçivəsində həyata keçirə bilsin.
Qeyri-həyat sığortası-sığorta hadisəsi baş verdiyi zaman sığortaçıya
vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə
bağlı risklərin sığortasıdır.
Sığorta münasibətləri əsasən beş növə ayrılır:
326
- əmlak sığortası;
- sosial sığorta;
- şəxsi sığorta;
- məsuliyyət sığortası;
- sahibkarlıq risklərinin sığortası.
Əmlak sığortasında sığorta obyektləri kimi hüquqi və fiziki şəxslərin
əmlakı nəzərdə tutulur. Bu zaman təsərrüfat subyektləri üzrə təsnifləşmə
aparılır: sənaye müəssisələrinin əmlakı, kənd təsərrüfatı müəssisələrinin
əmlakı və ev əmlakının sığortası.
Sosial sığorta sosial sahədə dövlət siyasətinin mühüm tərkib hissəsi
olmaqla vətəndaşların konstitusiya hüquqlarının reallaşdırılmasında öz
əksini tapır.
Şəxsi sığorta sığortanın mühüm fəaliyyət növlərindən biri olub,
könüllü qaydada həyata keçirilir. Şəxsi sığorta müqavilələri tərəflərin
razılığına əsasən istənilən məbləğ üzrə bağlana bilər. Şəxsi sığortaya
uşaqların sığortasını, nigahın sığortası və s. aid etmək olar.
Məsuliyyət sığortası zamanı sığorta təşkilatları mal göndərilməsi üzrə
müqavilə şərtlərinin yerinə yetirilməsinə, borclara və dəyən ziyanın
ödənilməsinə görə öhdəlikləri həyata keçirməyə borcludurlar.
Sahibkarlıq riskinin sığorta edilməsi obyekti mənfəətin kifayət qədər
əldə edilməməsi və müəssisənin ziyanla işləməsidir.
327
Sığortanın növləri və obyektləri
С
ЫЬ
О
РТ
АН
ЫН
Н
Ю
ВЛ
Я
РИ
ВЯ
О
Б
ЙЕ
КТ
Л
Я
РИ
Я
М
Л
АК
С
ЫЬ
О
РТ
АС
Ы
С
О
С
ИАЛ
С
ЫЬ
О
РТ
А
Ш
Я
ХС
И
С
ЫЬ
О
РТ
А
М
Я
С
У
Л
ИЙ
-
ЙЯ
Т
С
ЫЬ
О
РТ
АС
Ы
С
А
Щ
ИБ
-
К
А
Р
Л
ЫГ
Р
ИС
К
Л
Я
Р
ИН
ИН
С
ЫЬ
О
Р
Т
А
С
Ы
М
АД
Д
И
Г
ИЙМ
Я
Т
Л
И
Л
Я
Р
Я
Щ
АЛ
ИН
ИН
Э
Я
Л
ИРЛ
Я
РИ
ИН
С
А
Н
Л
А
Р
ЫН
Щ
Я
Й
А
Т
С
А
Ь
-
Л
А
М
Л
ЫЬ
Ы
В
Я
Я
М
Я
К
Г
А
Б
ИЛ
ИЙ
-
Й
Я
Т
И
Э
Я
Л
ИР
ИН
Я
Л
Д
Я
Е
Д
ИЛ
М
Я
М
Я
С
И
Р
ИС
К
И
М
Я
Щ
С
У
Л
Э
Ю
Н
Д
Я
РИ
Л
М
Я
С
И
Ц
ЗРЯ
М
Ц
Г
А
ВИ
Л
Я
Ш
Я
РТ
Л
Я
РИ
Н
Я
Я
М
Я
Л
Е
Д
ИЛ
М
Я
С
И,
КРЕ
Д
ИТ
О
РА
О
Л
АН
Б
О
РЪУ
Н
Ю
Д
Я
Н
ИЛ
М
Я
С
И
Ц
ЗРЯ
С
ЫЬ
О
РТ
А
М
Я
С
У
Л
ИЙЙЯ
Т
И
328
Könüllü sığortanın prinsipləri
İcbari sığortanın prinsipləri
КЮ
Н
Ц
Л
Л
Ц
С
ЫЬ
О
РТ
АН
ЫН
П
РИ
Н
С
ИП
Л
Я
Р
И
Кюнцллц сыьорта ганун васитясиля
вя кюнцллц шякилдя тятбиг едилир
Сыьортада кюнцллц сурятдя ишти-
ракетмя сыьорта етдирян шяхсляр
цчцн характерикдир
Кюнцллц сыьорта иля сечимли ящатя
олунма сыьорта етдирян шяхслярин
бу просесдя иштирак етмя арзусуну
ифадя етмяляри иля ялагядардыр
Кюнцллц сыьорта цзря сыьорта тя-
минаты сыьорта етдирянин арзу вя
истяйиндян асылыдыр
Кюнцллц сыьорта йалныз бир дяфялик
вя йа дюврц сыьорта щагларынын
юдянилмяси заманы щяйата кечириля
биляр
Кюнцллц сыьорта щяр заман
сыьорта мцддяти иля
мящдудлашдырылыр
329
ИЪБ
АРИ
С
ЫЬ
О
РТ
АН
ЫН
П
РИ
Н
С
ИП
Л
Я
РИ
Иъбари сыьорта ганунла
мцяййян едилир
Ганунда эюстярилмиш
обйектлярин иъбари сыьорта иля
там ящатя олунмасы
Ганунда эюстярилмиш
обийектляря иъбари сыьортанын
дярщал шамил едилмяси
Иъбари сыьорта цзря сыьорта
тяминатынын низама салынмасы
Иъбари сыьортанын щяйата
кечирилмяси сыьорта тядиййяляри-нин
юдянилмя-синдян асылы дейил
Иъбари сыьортанын мцддятсизлийи
330
20.2. Şəxsi sığortanın növləri
Bazar iqtisadiyyatına keçid şəraitində vətəndaşların həyat və
sağlamlığının qorunmasında şəxsi sığortanın rolu böyükdür.
1. İnsanların sığortalanmasının mahiyyət
Sığorta işində ən mühüm fəaliyyət sahələrindən biri də şəxsi
sığortadır. Buraya ayrılıqda götürülmüş hər bir insanın həyatında baş verə
biləcək hadisələrlə bağlı bütün sığorta növləri aiddir. Rusiyada qəbul
olunmuş sığorta təsnifatına əsasən, şəxsi sığorta sahəsinə elə sığorta növləri
daxil edilir ki, orada sığorta obyekti kimi sığortaçının və sığorta olunanın
həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə əlaqədar olan
əmlak maraqları çıxış edir. Sığortanın başqa növləri kimi, şəxsi sığorta da
könüllü və məcburi ola bilər. Lakin o, əmlak sığortasından fərqli olaraq,
əsasən, könüllü qaydada həyata keçirilir. Buna görə də şəxsi sığorta
dedikdə, bir qayda olaraq, könüllü sığorta nəzərdə tutulur. İnkişaf etmiş
bazar ölkələrinin hamısında insanların sığortası geniş yayılıb. İndi o, keçmiş
sosialist ölkələrinə də dərindən nüfuz etməkdədir. İnkişaf etmiş ölkələrdə
(ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya və s.) toplanan pulun həcminə
görə insan sığortası birinci yeri tutur. Sığortanın məlum növləri, hər bir
insanın taleyi ilə ilişgili olduğundan, mühüm sosial funksiya yerinə yetirir.
Buna görə də bütün ölkələrdə insan sığortasının inkişafına və
dəstəklənməsinə xüsusi diqqət yetirilir.
Şəxsi sığorta, başqa sözlə, insan həyatının sığortalanması deməkdir.
Sığortanın bir neçə növünü özündə birləşdirdiyinə görə iqtisadiyyata dair
ədəbiyyatda həyat sığortası çox zaman həyatın qarışıq sığortası adlandırılır.
İnkişaflı ölkələrdə qarışıq sığorta ölüm hallarının və həyatın son çağının
sığortalanmasını əhatə edir. Bizim ölkədə və bütövlükdə keçmiş sovet
respublikalarında bədbəxt hadisələrdən sığorta da buraya daxil edilir.
Bu variantda qarışıq sığorta məbləği o zaman ödənilir ki, müqavilə
müddəti bitməmiş həyatın son dövrü sığortalanmış olsun, bədbəxt hadisə
nəticəsində sağlamlıq itirilsin, sığortalanmış şəxs vəfat etmiş olsun.
Bütövlükdə şəxsi sığorta həyatın, sərnişinlərin, turistlərin, nikahların,
pensiyaların sığortalanması, bədbəxt hadisələrdən sığortalanma, annuitetlər
və s. aiddir.
2. Həyatın sığortalanması
331
Həyatın sığortası üzrə müqavilə yalnız fiziki şəxslərlə bağlanır.
Sığortaçı təşkilat sığortalananlar kontingentini seçərkən üç başlıca amili əsas
götürür: yaş, sağlamlıq dərəcəsi, vətəndaşlıq. Adından da göründüyü kimi,
həyat sığortası polisləri konkret şəxsin – sığortalananın həyatına əsaslanır və
yalnız həmin şəxs öldükdə həyata keçirilir. Sığortanın əvvəlində
sığortalanmış şəxsin adı müəyyənləşdirilir, sığorta polisinin fəaliyyət
müddətində ölüm ehtimalı qiymətləndirilir. Sığortaçı o adama deyirlər ki, o,
polis əsasında müəyyən işlər görə bilir və polisin ilk sahibi olur.
Həyat sığortasına o növlər daxil edilir ki, orada sığorta obyekti kimi
insanın həyatı çıxış edir. Həyat sığortası müqavilələri azı bir il müddətə
bağlandığından burada əmanət və risk funksiyaları birləşə bilər. Məsələn,
xarici ölkələrdə populyar olan belə sığorta növü ölüm halının və həyatın son
çağının sığortalanmasıdır. Rusiya Federasiyasında həyatın qarışıq
sığortasına daha çox bədbəxt hadisədən sığorta daxil edilir. Beləliklə,
qarışıq sığorta üzrə sığorta məsuliyyəti sığortalanmış şəxs sığorta müddəti
başa çatmamış ömrünün son çağını yaşayırsa; bədbəxt hadisə nəticəsində
sağlamlığını itirirsə; vəfat edirsə, sığorta məbləğinin ödənməsini nəzərdə
tutur:
Sığorta polisləri həm şəxsi həyatın, həm də üçüncü şəxsin həyatının
sığortalanması üçün verilə bilər. Birinci halda, sığortaçı və həyatı sığorta
polisilə müdafiə olunan adam eyni şəxs olur. Məsələn, hami şəxs qəfildən
öləcəyi halda himayəsində olanları təmin etmək məqsədilə belə polis ala
bilər. İkinci halda, verilmiş polis sığortaçıdan fərqli olan və adı göstərilən
başqa bir nəfərin həyatını müdafiə edir.
Əlbəttə, bu, o zaman baş verir ki, birinci şəxs həmin üçüncü şəxsin
yaşamasında maraqlı olsun. Məsələn, maddi cəhətdən asılı olan şəxs asılı
olduğu şəxs üçün belə polis ala bilər.
Bu zaman bir faktı nəzərə almaq lazımdır ki, başqa ödəniş
formasından iki sığortalanmış şəxs istifadə edə bilər; bu forma, adətən, ailə
cütlərinə tətbiq olunur. Sığorta marağı varsa, istifadəçilərin sayının
artırılmasına da yol verilir. Bu növ həyatın birgə sığortası adlanır. Həyat
sığortasının bu növündə maraq ya birinci, ya da ikinci ölümə əsaslanır.
Birinci ölüm üzrə həyatın qarışıq sığorta polisi ödənişin iki
sığortalanmış şəxsdən birincisinin ölümü zamanı verilməsini nəzərdə tutur.
İkinci ölüm üzrə birgə sığorta polisini, adətən, son sağ qalanın sığorta polisi
adlandırırlar. Ondan əsas etibarilə yüksək vərəsəlik vergisinə qarşı
xəbərdarlıq tədbiri kimi, bəzən isə investisiya qismində istifadə olunur.
Həyat sığortası polisləri bir neçə qrupa bölünür:
332
- Təcili sığortalama. Müqavilədə nəzərdə tutulmuş müəyyən
müddətdə ölümün mümkünlüyündən müdafiə üçün istifadə olunur. Ölüm
müqavilədə göstərilmiş müddətdə baş vermirsə, heç bir sığorta ödənişi
verilmir, sığortaçı köçürdüyü sığorta pulunu geri ala bilmir. Buna görə də
sığorta pulu çox aşağı olur.
- Ömürlük sığortalama. Adətən, həyatın müdafiəsi üçün istifadə
edilir. Sığorta məbləği sığortalanan şəxs öldükdə verilir. Ömürlük sığorta
müqavilələri uzun müddətə bağlanılır. Buna görə də ömürlük sığorta
polislərinə investisiya tərkibləri daxil edilir və müəyyən mərhələdə onlar
gəlir gətirir.
- Ömrün son çağının sığortalanması investisiya əməliyyatı kimi
gerçəkləşdirilir, bu zaman müqavilələr investisiya sazişləri kimi bağlanır.
Burada polislər sığorta məbləğinin müəyyən gələcək vaxtda və ya bu
müddət başa çatmamış ölüm halı baş verdikdə ödənməsini nəzərdə tutur. Bu
polislərdə müdafiə elementi iştirak edir.
Bir qayda olaraq, həyatın qarışıq sığortasında son vaxtlar yaş senzi
genişləndirilir, müqavilə bağlanan anda müvafiq şəxsin sağlamlığı ilə bağlı
məhdudiyyətlər aradan qaldırılır. Hazırda sığorta müqaviləsi 16 yaşından 77
yaşına qədər olan vətəndaşlarla bağlanır. Başlanğıc yaş sığortalananların
müəyyən olunmuş hüquqi imkanlara malik olması və onun vətəndaşlığını
təsdiq edən sənəd əsasında müəyyənləşdirilir. Son maksimal yaş həddi
müəyyənləşdirilən zaman isə ölkə əhalisinin orta ömrü əsas götürülür.
Sığortalananlar ancaq Ölkənin bütün vətəndaşları, eləcə də vətəndaşlığı
olmayan, lakin ölkədə daimi yaşayan əcnəbilər həyatlarını sığortalaya
bilərlər. Sağlamlıq vəziyyətinə görə məhdudiyyət dedikdə işləməyən birinci
qrup əlillərlə müqavilənin bağlanmaması nəzərdə tutulur.
Həyatın qarışıq sığortası üzrə hər bir vətəndaş yalnız özünü
sığortalada bilər.
Tərəflərin razılığı ilə müqavilələr istənilən sığorta məbləğinə
bağlanır. Bu məbləğin ölçüsü praktik olaraq sığortalanan şəxslərin maddi
imkanlarına
uyğunlaşdırılır.
Sığorta
məbləği
çoxaldıqca
sığorta
ayırmalarının da çoxalması
sığortalananların
imkanlarının sığorta
məbləğindən artıq olmasını vacib edir. Həyatın qarışıq sığortası üzrə sığorta
ayırmaları sığortalanan şəxsin orta aylıq əməkhaqqının təxminən 5-6%-ni
təşkil edir. Sığorta müddəti başa çatarkən bədbəxt hadisə nəticəsində
sağlamlıq itirildikdə sığorta məbləğini məhz sığortalanmış şəxsin özü alır.
Digər şəxs bu məbləği yalnız o halda ala bilər ki, sığortalanmış adam ona
notarial qaydada təsdiqlənmiş etibarnamə vermiş olsun. Sığortalanmış şəxs
öldükdə isə alınmamış məbləğ mərhumun varislərinə verilir.
333
Sığortanın şərtlərində qabaqcadan nəzərə alınır ki, sığortalanan şəxs
sığorta müqaviləsi bağlayarkən özünün öləcəyi təqdirdə sığorta məbləğini
alacaq şəxsi təyin edə bilər. Sığortalanana icazə verilir ki, qohumluq
dərəcəsindən asılı olmayaraq istənilən fiziki şəxsi özünə varis seçsin.
Sığortalanmış şəxs öldükdə sığorta məbləği əvvəlcədən təyin olunmuş şəxsə
ödənilir. Ölmüş alıcının əvəzləyicisi, yaxud qanuni sələfləri hesablanmış
məbləği şəxsin ölüm günündən sonrakı üç il müddətində ala bilərlər.
Mövcud qanunvericiliyə görə, ölmüş vətəndaşın qanuni sələfi onun
övladları, həyat yoldaşı və valideynləri hesab edilir. İkinci dərəcəli varis isə
hər bir ölkənin öz mülki qanunvericiliyi ilə müəyyənləşdirilir. Çox zaman
vərəsəlik hüququ qardaşa, bacıya, hər iki tərəfdən olan babaya və nənəyə
verilir. İkinci dərəcəli varislər bu hüququ yalnız o zaman qəbul edə bilər ki,
əsas varis olmasın və ya o, vərəsəlik hüququndan imtina etsin.
Sığorta müqaviləsi 3, 5, 10, 15 və 20 il müddətinə bağlana bilər,
amma bu şərtlə ki, müştərinin yaşı həmin vaxtadək 80-i keçməsin.
Vətəndaşların əksəriyyəti 5 illik müqaviləyə üstünlük verir.
Sığorta müddəti ilk sığorta ayırması ödənildikdən sonrakı ayın 1-dən
başlanır. Lakin bu hələ müqavilənin fəaliyyəti demək deyil. Sığorta
müqaviləsi ilk sığorta ayırmasının ödənildiyi gündən qüvvəyə minir. Sığorta
ayırmaları cəm halında bir dəfəyə, yaxud aybaay, hissə-hissə ödənilə bilər.
Qeyd edək ki, hesablaşmalar nəzəriyyəsinə uyğun olaraq sığorta ayırmaları
birdəfəlik ödənildikdə onların məbləğində güzəşt edilir ki, bu da nəticə
etibarilə aylıq sığorta ödənişlərinin ümumi cəmindən xeyli az olur.
Sığortalanmış şəxs sığorta müqaviləsinin fəaliyyət göstərdiyi
müddətdə daimi yaşayış və ya iş yerini dəyişərsə, o, müqavilə ödənişlərini
köçdüyü şəhərin və rayonun sığorta şöbələrində ödəmək hüququna malikdir.
Onun ərizəsinə əsasən, təzə ödəniş yeri üçün lazım olan hesab vərəqəsi
tərtib olunur.
Sığorta məsuliyyətinin həyatın qarışıq sığortası ilə müəyyənləşən
həcmində aşağıdakı sığorta halları nəzərdə tutulur:
Sığorta olunanın şəxsin sığorta müddəti bitənədək yaşaması. Burada
sığorta məbləğinin ödənilməli olduğu sığorta halı sığorta olunmuş şəxsin
müqavilənin qüvvədə olduğu son günədək yaşamasıdır. Bu o deməkdir ki,
müqavilə son günədək qüvvədə qalmalı, yəni sığorta məbləği tam
ödənilməlidir (ayba-ay, yaxud birdəfəlik). Sığorta məbləğinin alınması
hüququ sığorta müddəti bitəndən sonrakı gün qüvvəyə minir. Bu zaman tam
sığorta məbləği ölçüsündə ödəniş sığorta olunmuş şəxsin müqavilənin
fəaliyyət göstərdiyi müddətdə baş vermiş bədbəxt hadisənin nəticələrinə
görə ödəniş alıb-almamağından asılı olmayaraq verilir. Bu şərt sığorta
tariflərindəki netto-dərəcələrdən irəli gəlir. Sığorta məbləği müqavilənin
müddəti başa çatandan sonra üç il ərzində verilir.
334
Bədbəxt hadisə nəticəsində sağlamlığın itirilməsi. Müqavilə qüvvədə
olduğu müddətdə sığorta olunmuş şəxslə bağlı bədbəxt hadisə baş verərsə,
bunun nəticəsində o, müqavilədə nəzərdə tutulmuş bədən xəsarəti alarsa,
sığorta məbləğinin ya sağlamlıq itkisinə uyğun bir hissəsi, ya da hamısı
ödənilir. Ödəniş prinsipləri bədbəxt hadisədən sığorta zamanı olduğu
kimidir. Sığortalanmış şəxsin ölməsi. Bu sığorta halının baş verməsi təyin
olunmuş sığorta məbləğinin sığorta olunan şəxs sağ ikən təyin etdiyi şəxsə
(yəni müqavilə kimin xeyrinə bağlanıbsa, ona) verilməsini nəzərdə tutur.
Ölümün səbəbi əvvəlcədən razılaşdırılmış hallardan başqa istənilən hadisə
ola bilər. Sığorta müqavilələri sığortalanmış şəxslərin ilkin həkim müayinəsi
və sığortaya qəbul edilmək üçün tibbi əks-göstəriş olmadan bağlandığından,
qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortalanmanın ilk
mərhələsində xəstəlikdən ölmə halları üzrə sığorta məsuliyyətini
məhdudlaşdırmaq zərurəti yaranır. Bununla da sığortalanmış şəxslər
arasındakı ölüm hallarının tarif səviyyəsində saxlanılması təmin olunur.
Məsələn, qaydalarda nəzərdə tutula bilər ki, sığortalanmış şəxs
sığortalandıqdan sonrakı 6 ay ərzində yaman şişlərdən və ya ürək-damar
xəstəliklərindən vəfat edərsə, ona sığorta məbləği ödənmir.
Bu dövrdə sığorta məhdudiyyətinin məhdudlaşdırılması, bir o qədər
əsası olmasa da, intihar hallarına da şamil edilir. Yeddinci aydan etibarən
xəstəlikdən ölmə halı üzrə tam sığorta məsuliyyəti başlanır.
Bütün sığorta müddəti ərzində sığortalanmış şəxsin qəsdən cinayət
törətməsi və müqavilədə razılaşdırılmış bir sıra digər hüquq pozuntuları
nəticəsində ölümü ilə bağlı sanksiyalar fəaliyyət göstərir. Bu sanksiyalara
görə, tam sığorta məbləği əvəzinə onun ölüm gününədək ödənilmiş hissəsi
qaytarılır.
Beləliklə, həyatın qarışıq sığortasına əsasən, səbəbindən asılı
olmayaraq ölüm üçün sığorta məsuliyyəti fəaliyyət göstərir.
3. Uşaqların sığortalanması
Şəxslərin sığortasından söhbət gedərkən qeyd olunası əsas
məsələlərdən biri uşaqların sığortalanmasıdır. Bu sığorta növü dünya
ölkələrinin, demək olar, hamısında tətbiq edilir ki, bu da ilk növbədə
dövlətin iqtisadi-demoqrafik maraqları ilə bağlıdır.
Uşaqları müxtəlif adamlar – onların valideynləri, başqa qohumları,
habelə digər sığortalı uşaqlar sığortalada bilərlər. Sığortaçılar ölkə
vətəndaşları, həmçinin ölkə ərazisində daimi yaşayan, lakin vətəndaşlığı
olmayan şəxslər, o cümlədən əcnəbilər ola bilərlər. Sığorta zamanı uşaqların
mənafeyi əsas amil olduğu üçün sığortaçıların yaşı və səhhəti müqavilənin
bağlanmasında rol oynamır.
335
Uşaqlar sığortalanarkən sığortaçılar və sığortalananlar müxtəlif
şəxslər olur. Sığortaçı qismində uşağın valideynləri və başqa qohumları,
sığortalanan qismində isə uşağın özü çıxış edir. Bu zaman sığortaçıları ən
çox əmanət funksiyası cəlb edir. Buna görə də uşaqların sığorta şərtlərində
üstünlük ömrün son çağının sığortalanmasına, yəni sığorta müddətinin başa
çatması ilə əlaqədar olaraq sığorta məbləğinin ödənilməsinə verilir.
Bu sığorta növündə eyni zamanda bədbəxt hadisələr nəticəsində
sığortalanmış uşağın sağlamlığının itirilməsi və ya ölməsi ilə əlaqədar
sığorta ödənişləri də nəzərdə tutulur.
Bir uşaq üçün bir neçə sığorta müqaviləsi bağlana bilər. Sığortaçı
şəxsin müxtəlif uşaqlar üçün bir neçə müqavilə bağlaması da mümkündür.
Bu sığortanın şərtlərində sığortaçının sığortalanan uşaqla qohumluq
dərəcəsini təsdiqləyən xüsusi sənəd tələb olunmur: sadəcə olaraq, qohumluq
dərəcəsini göstərmək kifayətdir.
Sığortalanmaya səhhətindən asılı olmayaraq 15 yaşına qədər olan
uşaqlar qəbul edilir. Sığortalanmış uşağın yaşı tam rəqəmlə ifadə olunur.
Məsələn, uşaq 5 yaş 2 aylıqdırsa, onun yaşı 6 göstərilir.
Uşaqlar sığortalanarkən onların səhhəti nəzərə alınmaqla sığorta
faizləri müxtəlif cür müəyyən edilə bilər. Sığortalanmış uşaqlar
sağlamlılıqlarını itirdikdə həmin faizlər həyatın qarışıq sığortasında olduğu
kimi müəyyən edilir.
Sığortaçılar və sığortalanmışlar müxtəlif şəxslər olduğundan sığorta
şərtlərində sığortalanan və sığortalanmış şəxslərin vəfatı zamanı müvafiq
sığorta məbləğinin ödənilməsi məsələsi də nəzərə alınır.
Sığortaçı vəfat edərkən sığorta məbləği aylıq sığorta ayırmasının
90%-i qədər ödənilir. Müqavilədə ayırmaların birdəfəlik verilməsi nəzərdə
tutulursa və ayırmalar ödənilib qurtarıbsa, onda sığortaçının vəfatından
sonra da sığorta müddəti başa çatana qədər müqavilə qüvvəsini itirmir.
Müqavilə o halda da qüvvədə qalmış hesab olunur ki, uşağı sığortalamış
şəxsin vəfatından sonra uşağın qohumlarından kimsə sığorta ayırmalarını
ödəməkdə davam etsin.
Uşaqların sığorta müqavilələri istənilən məbləğə bağlana bilər. Bu
halda yalnız minimum sığorta məbləği müəyyən olunur. Sığorta müddətinin
başa çatmasına az qaldıqda sığortalamış və sığortalanan şəxslər sığorta
məbləğini sığorta müddəti bitməmiş sığorta orqanlarına yazılı ərizə
verməklə ala bilərlər. Sığortaçı sağ ikən bu məbləği ala bilmədikdə həmin
məbləğ qanuni varisə ödənilir.
336
Sığorta müqaviləsi 6 aydan 15 ilə qədər olan müddətə bağlana bilər.
Sığorta müddəti uşaq 18 yaşa çatdıqda bitir. Məsələn, uşağın 15 yaşı varsa,
müqavilə yalnız 3 illiyə bağlanır, yaxud köhnə müqavilənin vaxtı bir o
qədər uzadılır. Uşağın yaşı 18-dirsə, müqavilə yalnız 6 aylıq müddətə
bağlana bilər. Hər bir yaş dövrünə uyğun olaraq müxtəlif sığorta tarifləri
müəyyən olunur.
Dostları ilə paylaş: |