Шяхси сыьортанын нювляри
Ушагларын сыьортасы
Вятяндашларын щяйат сыьортасы
Ниэащадяк сыьорта
Бядбяхт щадисялярдян сыьорта
Сярнишинлярин сыьортасы
346
20.3. Əmlak sığortasının mahiyyəti və növləri
Əmlak sığortası qrup sığorta hadisələrindən və ya sığorta etdirənlərlə
sığortaçı arasında bağlanmış sığorta müqaviləsində razılaşdırılmış fərdi
sığorta hadisələrindən sığortalanmaqla həyata keçirilir.
Bildiyimiz kimi, hər bir normal ölkədə, xüsusən iqtisadi inkişaf
dövründə, vətəndaşlar daim öz əmlaklarını və sərvətlərini artırmağa
çalışırlar. Bu sərvətin və əmlakın istifadəsi ilə əlaqədar olaraq onlar
mülkiyyət münasibətlərinə girirlər.
Vətəndaşların dövlətlə, müəssisələrlə, idarələrlə, təşkilatlarla bütün
mülkiyyət formalarını əhatə edən mülkiyyət münasibətləri vətəndaşlar
arasındakı iqtisadi münasibətlərin məcmusunu əks etdirir.
İctimai istehsalın artımı və bazar münasibətlərinin inkişafı ilə eyni
vaxtda vətəndaşların mülkiyyəti də çoxalır. Bu, əhalinin maddi və mənəvi
tələbatının təmin edilməsinin qanunauyğun sonluğudur və nəticə etibarilə
şəxsi mülkiyyət alətlərinin, o cümlədən, əmlak kütləsinin artmasına gətirib
çıxarır. Amma eyni zamanda əks əlaqə də baş verir. Əhalinin iqtisadi
mənafeyi, iqtisadi stimullaşma mexanizmi, daha dəqiq desək, insanların
halal zəhmət sayəsində öz var-dövlətinin artmasında maraqlı olması
istehsalın və milli sərvətin artmasına da kömək edir.
Vətəndaşların mülkiyyət artımının əsas mənbəyi əməkhaqqı və
istehsaldan, kommersiyadan, qanunazidd olmayan başqa fəaliyyət
növlərindən əldə etdikləri gəlirlərdir.
Əmlak
dövlətin,
həmçinin
ictimai
birliklərin,
təşkilatların,
vətəndaşların mülkiyyətinin tərkibində yerləşə bilər. Xüsusi mülkiyyətin
əsas tərkib hissəsi vətəndaşların əmlakıdır. Buraya torpaq sahəsi, yaşayış
evi, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı və şəxsi istifadə
alətləri, kənd təsərrüfatı və digər ev heyvanları, pul vəsaitləri, səhmlər,
347
istiqrazlar və digər qiymətli kağızlar, əmtəə istehsalı sahəsindəki əmlak
kompleksi, məişət xidməti, ticarət və digər sahibkarlıq fəaliyyəti sahələri,
binalar, qurğular, avadanlıq, nəqliyyat və digər istehsal vasitələri daxildir.
Vətəndaşlara məxsus əmlakın dəyəri və miqdarı məhdudlaşdırılmır.
Vətəndaşların mülkiyyətindən əmlakın ayrı-ayrı növlərinin müsadirə, yaxud
məhv edilməsi, dövlətin beynəlxalq öhdəliklərinə müvafiq olaraq və dövlət,
yaxud ictimai təhlükəsizliyə uyğun olaraq yalnız qanunvericiliklə
tənzimlənir.
Keçid iqtisadiyyatı ölkələrində vətəndaşların əvvəllər yalnız şəxsi
istifadə alətlərindən və azacıq təsərrüfat təyinatlı mülkiyyətdən ibarət olan
əmlak sahəsi xeyli genişlənib. İndi vətəndaşların öz istehsal vasitələrinə
yiyə durmaq, milli sərvətlərin çoxaldılmasında və maddi rifah halının
yüksəldilməsində fəal iştirak etmək imkanı var.
Əhalinin real gəlirləri artdıqca ərzaq xərcləri qanunauyğun şəkildə
azalır, uzunmüddətli istifadə, o cümlədən istehsal alətlərinin əldə edilməsi
xərcləri çoxalır. Belə olan halda, uzunmüddətli predmetlərin əldə
edilməsinin əsas mənbəyi olan ailə yığımları daha intensiv qaydada artırılır
ki, bu da əmlakın artması və geniş mülkiyyət münasibətlərinin bərqərar
olmasını şərtləndirir.
Ailənin tələbatının təmin edilməsindəki önəm dərəcəsinə görə
vətəndaşların əmlakını iki kateqoriyaya bölmək olar:
1) Əsas, daha doğrusu, son dərəcə vacib əmlak. Bu əmlakın məhvi
(itirilməsi) təkcə ayrı-ayrı şəxslərin deyil, həm də cəmiyyətin maraqlarına
toxunur.
2) Başqa əmlak növləri. Onların məhvi (itirilməsi) yalnız şəxsi
maraqlara toxunur.
Birinci kateqoriyaya daxil olan əmlakın (yaşayış evlərinin,
avtomobillərin, kənd təsərrüfatı heyvanlarının) itirilməsi mülkiyyətçiyə çox
böyük zərər vurur və bu zaman yardımsız keçinmək olmur. Zərərçəkən
mülkiyyətçilərə dövlətin maddi yardım göstərməsi çox vacibdir. Bu,
vətəndaşların əmlakı qorumaq məsuliyyətini artırır, onların sığorta
müdafiəsini təmin edir. Dövlət birinci kateqoriya əmlakın minimal dəyərini
müəyyənləşdirərək onun məcburi sığortasını təşkil edir. Məcburi sığortanın
məqsədi əhalinin diqqətini vətəndaşların əmlak maraqlarının və müxtəlif
təsərrüfat növlərinin səmərəli müdafiəsinin təşkilinə yönəltməkdir.
Sığortanın bu növü təkrar istehsal prosesində dövlət tənzimləyicisi rolunu
oynayır. Məcburi sığorta ona deyilir ki, müəyyən şəxslər qrupuna öz
əmlaklarını və ya həyatlarını sığortalamaq həvalə olunur. MDB ölkələrində
nəqliyyat vasitələrinin, sərnişinlərin, tikililərin, kənd təsərrüfatı əmlakının
və s.-nin sığortası nəzərdə tutulur.
348
İkinci kateqoriya əmlak yalnız könüllü sığorta olunur. Könüllü sığorta
inkişaf etmiş ölkələrin iqtisadi həyatında daha geniş tətbiq edilir. Lakin
bazar iqtisadiyyatına keçid sabiq sosialist ölkələrində də çoxsaylı
təsərrüfatçılıq subyektlərinin meydana gəlməsini şərtləndirmiş, bununla da
həmin subyektlərin mümkün risk amillərindən müdafiəsini təmin etməli
olan yeni sığorta növlərinə tələbat yaranmışdır. Bu, ilk növbədə əhaliyə və
onun özəl strukturlarına aiddir, çünki bazar şəraitində onlar dövlət
himayəsindən məhrum olmuş, sığorta yardımına tez-tez əl atmaq
məcburiyyətində qalmış və bu yolla əlverişsiz vəziyyətlərdə maliyyə dəstəyi
qazanmağa çalışırlar. Könüllü sığorta əhalinin həm əmlakını, həm həyatını,
həm də səhhətini əhatə edir.
Əmlak sığortasının növləri aşağıdakılardır:
1. Tikintinin və quraşdırmanın sığortalanması
Tikili dedikdə, adətən, kərpicdən, daşdan, dəmir-betondan inşaedilən,
şifer, kirəmid, metal, asfalt, dəmir-beton dam örtüyü olan şəxsi yaşayış
evləri, onların artırmaları, evlə birlikdə satılan daşınmaz əmlak və
avadanlıq, divarlar barılar, yaşıl çəpərlər, terraslar, darvazalar, üzgüçülük
hovuzları, doqqaz yolları, cığırlar nəzərdə tutulur.
Tikililər sığorta edilərkən yanğın, partlayış, ildırım zərbəsi, zəlzələ,
qiyam, vətəndaş iğtişaşları, tətillər, iqtisadi və siyasi çıxışlar, qəsdən
korlamalar, vandalizm aktları, uçucu aparatların, yerüstü nəqliyyatın,
qatarların, heyvanların təsiri, fırtınalı qasırğa, subasma, ağacların yıxılması,
torpağın çökməsi, yaxud püskürməsi (bəzi hallar istisna olmaqla) və s.
nəticəsində dəymiş zərərin əvəzi ödənilir.
Tikintinin sığortası dedikdə tikintisi başa çatmayan yaşayış evlərinin,
iş yerlərinin, zavod, fabrik, körpü, yol və s. obyektlərin sığortası nəzərdə
tutulur. Bunlar sığorta edilərkən, adətən, sığorta polislərindən istifadə olunur
və onların örtümü yanğın, partlayış, ildırım zərbəsi, zəlzələ, qəsdən korlama,
yaxud vandalizm aktları, uçucu aparatların, yerüstü nəqliyyatın, qatarların,
heyvanların təsiri, fırtınalı qasırğa, subasma, ağacların yıxılması, torpağın
çökməsi, yaxud püskürməsi, oğurluq kimi sığorta hallarına şamil edilir.
Lakin müharibə, xarici dövlətlərin işğalı, layihə çatışmazlığı, layihələrin
yanlış tətbiqi kimi hallar sığorta örtümünə qəbul olunmur.
Lakin bu zaman sığortaçı öz arzusu ilə əlavə sığorta ödəmələri
hesabına əlavə sığorta örtümləri almaq hüququna malikdir. Bu əmlaka
tikintidə istifadə olunan dəzgahlar, alətlər, avadanlıqlar, inşaatçılar üçün
müvəqqəti komalar, yardımçı tikintilər, qiyam, vətəndaş iğtişaşları, tətillər,
iqtisadi və siyasi çıxışlar, qəsdən korlamalar, yaxud terror aktları zamanı
vurulan zərərlər və s. daxildir.
349
Sığorta müddəti sığorta polisində göstərilir və tikintinin başlandığı
gündən sifarişçiyə təhvil verildiyi günədək olan müddəti əhatə edir.
Quraşdırma sığortası dedikdə quraşdırma mərhələsində olan tikililərin,
boru kəmərlərinin, tankerlərin, energetika stansiyalarının, maşın və
mexanizmlərin sığortası nəzərdə tutulur. Quraşdırma sığortası zamanı
sığorta halları tikinti sığortasında olduğu kimi müəyyənləşdirilir, sığorta
müddəti sığorta polisində təyin olunur və adətən, quraşdırmanın başlanması
ilə qurtarması arasındakı müddəti əhatə edir. Lakin bu zaman, dördaylıq
sınaq vaxtı da (istifadədə olmuş avadanlıq və mexanizmlər istisna
olunmaqla) sığorta müddətinə daxil edilir.
Tikinti ilə quraşdırma eyni vaxtda aparıldıqda onların ikisinə bir
sığorta polisi tərtib etmək olar.
2. Yanğından sığorta
Yanğından sığorta əmlak sığortasının önəmli növlərindəndir. Xaricdə
geniş yayılıb. Son vaxtlar keçid iqtisadiyyatı ölkələrində də yanğından
sığorta xidmətinə tez-tez müraciət olunur. Bu sığorta növü kompleks
riskdən, beynəlxalq miqyasda işlənən terminlə desək, FLEXA-dan
(Fire+Lightning+Explosion+Aircraft impact – Od + İldırım + Partlayış +
Təyyarə qəzası) müdafiəni nəzərdə tutur. Burada yanğın, ildırım zərbəsi,
partlayış, idarə olunan uçucu aparatın, onun hissələrinin və yükünün
düşməsi sığorta hadisəsi sayılır və onlardan hər birinə tərif verilərək
müvafiq qərar qəbul olunur.
Yanğından sığortanın adi polisində yanma, ildırım zərbəsi, partlayış
nəticəsində dəyən zərər ödənilir. Bu zaman bəzi sığorta halları risklərin
yanğından sığortanın standart polisi üzrə ödənilməsindən çıxarılır. Məsələn,
öz-özünə, yaxud istilik verməklə aparılan texnoloji proseslərin tətbiqi
nəticəsində baş verən yanğın, zəlzələnin, vulkan püskürməsinin, yeraltı
yanğınların, qiyamların, vətəndaş iğtişaşlarının, hərbi əməliyyatların və
xarici müdaxilələrin təsiri ilə olan alışmanın vurduğu zərərin əvəzi
ödənilmir.
Lakin təcrübədə yanğından sığorta polisinə əlavələr də olur ki, onlar
qeyri-yanğın riskinin ödənilməsini təmin edir. Belə risklər beynəlxalq
praktikada «xüsusən təhlükəli risklər» adlanır. Buraya təbii və süni
partlayışlar, qiyamlar və vətəndaş iğtişaşları, qasırğalar, subasmalar, su
çənlərinin, aparatlarının, avadanlıqlarının partlaması və ya daşması, dolu
qarışıq tufanlar, zəlzələlər, vulkan lavasının püskürmələri, yeraltı yanğınlar,
torpaq çökmələri və sürüşmələri, uçucu aparatların, onların hissələrinin yerə
düşməsi, mal-qara daşıyan yerüstü və ya dəmiryol nəqliyyatının toqquşması
daxildir.
350
Yanğından sığortada zərər müəyyənləşdirilərkən əmlakın qiymətindən
deyil, zədələnmiş əmlakın sığorta halının baş verdiyi andakı dəyərindən
istifadə olunur. Əmlakın dəyəri sığorta halının fəaliyyətdə olduğu zaman
artıbsa, bu halda polis sahibi artmış zərəri ödəmək hüququna malikdir.
Sığortanın başqa formalarında olduğu kimi, yanğından sığortada da
sığorta halları standart hallara heç də həmişə uyğun gəlmir və hər bir halın
xüsusiyyətlərini nəzərə almaq lazım gəlir. Anderrayterin riskin təbiətini və
ona müvafiq tarif ölçüsünü razılaşdırmaq haqqında qərarı hər bir hal üçün
fərdi xarakter daşıyır, çünki onlara müxtəlif amillər təsir göstərir. Yanğın
riskləri sığortalanarkən bu amillər sırasında yanğınsöndürmə sisteminin
olmasını, binanın konstruksiyası haqqında məlumatları, anbarların
planlaşdırılmasını, istehsal tikililərinin spesifikasını və s. qeyd etmək olar.
Fırtınalardan, subasmalardan, qəzalardan, üsyanlardan və vətəndaş
iğtişaşlarından, uçucu aparatların və onların hissələrinin düşməsinin
sığortası zamanı obyektlərin yerləşmə coğrafiyası hökmən nəzərə alınır.
Anderrayt da prosesin baş verməsinin tarixi aspektini təhlil etməlidir.
Sığorta hadisəsi baş verərkən ödəniş məbləği əmlakın tam məhv
olduğu zaman razılaşdırılmış sığorta məbləğinin ölçüsünə, əmlak qismən
zədələndikdə isə ödəmə prinsipinə uyğun olaraq müəyyənləşdirilir.
Yanğından sığortanın əlavəsi kimi, eləcə də sığortanın müstəqil
növləri qismində:
sındırmaqla oğurluqdan, qarətə çevrilən oğurluqdan, qarətdən və ya
ona cəhddən;
fırtınadan;
doludan;
kəmər suyundan;
nəqliyyat vasitələrinin basmasından;
tüstüləmədən;
digər risk növlərindən də istifadə olunur.
3. İstehsaldakı fasilələrdən sığortalanma
Müxtəlif amillərin təsiri ilə istehsal prosesində yaranan fasilələrin
vurduğu zərərin sığortalanması dünyanın bir çox ölkəsində həyata keçirilir.
Son illər bu forma keçid iqtisadiyyatı ölkələrində də geniş yayılıb.
Keçmişdə bu polis növü mənfəət itkisi kimi tanınırdı, çünki məqsəd
sığortaçının öz şirkətinin fəaliyyətindən əldə etdiyi gəlir itkisinin ödənilməsi
idi. Belə itkilər yanğın, yaxud sığortalanmış başqa risklər nəticəsində yarana
bilər.
351
İstehsal fasilələrinin sığortalanması öz məzmununa görə əsas və
dövriyyə kapitallarının sığortasına əlavə kimi çıxış edir, çünki fasilə onların
məhvi və ya zədələnməsi nəticəsində baş verir. Buna görə də sığortaçıların
tərkibi ilə sığortaya məruz qalan sığorta hallarının siyahısı eyni ola bilər.
Lakin bu, əsas və dövriyyə kapitallarının dəyər itkisinin avtomatik ödənməsi
demək deyil. Bu risk əlavə sığortalanmalıdır. İlk sığortalama zamanı
(yanğından sığorta və ya avadanlığın sığortası nəzərdə tutulur) zərərin əsas
məbləği ödənilir, lakin bu zaman sığortaçı əlavə məsrəflər itkisinin əvəzini
tam almır, çünki bunlar polis həddində örtümə daxil deyil. Belə olan halda
şirkətlərin fəaliyyətinin müvəqqəti dayandırılmasından yaranan itkiləri
ödəmək zərurəti meydana gəlir.
İstehsal fasilələrindən sığortanın vacib xüsusiyyətlərindən biri zərərin
ölçüsünün bir çox cəhətdən boşdayanmaların müddətindən asılı olmasıdır.
Buna görə sığorta müqaviləsində sığortaçının məsuliyyətinin davametmə
müddəti, yəni onun boşdayanmalardan yaranan zərəri ödəməli olduğu
zaman kəsiyi müəyyənləşdirilir. Bu, istehsal fasilələrindən sığortanın
mühüm üstünlüklərindən biridir. Dünya praktikasında belə məsuliyyətin
daha çox rast gəlinən müddəti 12 aydır. Bu, bir qayda olaraq, maksimal
müddət sayılır, lakin lazım gəldikdə onun artırılması da mümkündür. Eyni
vaxtda sığorta ödəmələrinin ölçüsünü azaltmaqla sığortaçı bu müddəti
azalda da bilər
Boşdayanmalardan irəli gələn zərərlərin sığortalanması şərtlərində, bir
qayda olaraq, sığortaçının məsuliyyətinin başlandığı müəyyən hədd də
nəzərə alınır. Belə hədd kimi əmlak sığortasında geniş tətbiq olunan
franşizanın pulla ifadəsi, habelə sığortaçının sığorta ödənişini almaq hüququ
qazandığı boşdayanma müddəti götürülə bilər.
Zərər müəyyənləşdirilərkən maddi itkiləri və ödənməli olan əlavə
xərcləri dəqiq fərqləndirmək lazımdır. Həmin itkilər və xərclər, əsasən,
aşağıdakı elementlərdən yaranır:
1. İstehsalın dayanması ilə bağlı olan və bu dayanma zamanı yaranmış
bəzi istehsal xərcləri; məsələn, satış həcminin azalmasına baxmayaraq
əməkdaşların maaşı əvvəlki kimi qala bilər.
2. Gəlirlərin və mənfəətin daxil olmasının zəifləməsi mümkündür.
Buna əldən buraxılmış mənfəətin (qazancın) sığortalanması deyilir.
3. Zərəri azaltmaq məqsədilə həyata keçirilən, məsələn, müvəqqəti
binadan istifadəyə görə əlavə məsrəflər meydana gələ bilər.
Xərclərin birinci (istehsalın dayandığı müddətdə yaranan) qrupuna
istehsal prosesinin gedib-getməməlindən asılı olmayaraq sığortaçının
gerçəkləşdirməli olduğu cari sığorta məsrəfləri daxildir. Bu məsrəflərin
yaranması istehsalın dayanması ilə bağlı deyil. Onların həcmi
müəyyənləşdirilərkən istehsalın dayandığı şəraitdə müəssisənin məruz
352
qaldığı məsrəfləri ümumi xərclərdən fərqləndirmək lazımdır. Dayanma
dövründə əldə edilməyən mənfəətin ümumi həcmini həmin müddətdə
istehsal olunmamış hər məhsul vahidinə düşən mənfəət normasına vurmaqla
hesablamaq olar.
Boşdayanma zərərlərini azaltmaqla bağlı olan əlavə məsrəfin həcmini
uçot sənədləri əsasında müəyyənləşdirmək məsləhətdir. Bu məsrəflər əlavə
növbələrin, uzadılmış iş günlərinin, təcili təmirlərin, az qənaətli maşınların
və proseslərin tətbiqi ilə, işlərin bir hissəsinin başqa müəssisələrə verilməsi,
yarımfabrikatların alınması, maşınların icarəyə götürülməsi, başqa
mənbələrdən elektrik təchizatı alınması və s. ilə əlaqədar ola bilər.
İstehsal
fasilələri
riski
sığortalanarkən
zərərin
həcmini
müəyyənləşdirmək xeyli çətindir. İstehsal fasilələrinin sığortalanması üzrə
ödənişlərlə əmlak sığortası üzrə ödəniş arasında böyük fərq var. Bu ödənişin
həcmini müəyyənləşdirmək üçün müxtəlif mütəxəssislər, o sıradan
sığortaçının mühasibi də dəvət olunur.
Bu zaman nəzərə almaq lazımdır ki, adı çəkilən sığortada sığortaçı
məsuliyyətindəki ümumi istisnalardan (sığortaçının qərəzçiliyi, hərbi
əməliyyatlar və s.) başqa, bəzi səbəblər üzündən istehsalın dayanmasına
görə olan əlavə zərərin məbləği də ümumi ödəniş məbləğindən çıxılır. Belə
səbəblər sırasına, məsələn, zədələnmiş obyektin yenidən qurulması, plan
üzrə təmir, bərpa edilən obyektin ilkin layihəsinin dəyişdirilməsi hakimiyyət
orqanlarının bərpa işlərini qadağan etməsi, boşdayanmanı aradan qaldırmaq
üçün sığortaçının material, əmək və maliyyə ehtiyatlarının azlığı daxildir.
İstehsaldakı fasilələr sığortalanarkən sığorta ödənişlərinin həcmi
buraxılan ümumi məhsulun dəyər dərəcəsinə görə faizlə müəyyən edilir. Bu
zaman sığorta olunanın fərdi istehsal şərtlərindən asılı olaraq sığorta
tarifinin fərqləndirilməsinə yol verilir.
5. Yüklərin və nəqliyyatın sığortalanması
Beynəlxalq praktikada nəqliyyatın sığortası çox geniş yayılmışdır.
Belə sığortanın tərkibində dəniz, çay, hava, qatar və avtomobil yollarında
ehtimal olunan təhlükə hallarından sığortalanmanın bütün növlərinin
məcmusu başa düşülür. Bu zaman həm nəqliyyat vasitələrinin özləri, həm
də onların yükləri sığorta obyekti olur. Sığortaya dair ədəbiyyatda yüklərin
sığortası karqo (ispanca yük deməkdir), nəqliyyat vasitələrinin sığortası isə
kolqo adlandırılır.
Yüklərin sığortası çox geniş yayılmış sığorta əməliyyatlarındandır.
Sığorta olunan tərəf kimi yükün göndəricisi, yaxud qəbuledicisi olan
istənilən hüquqi və fiziki şəxs çıxış edə bilər. Sığorta tərəfləri, yəni alıcı və
satıcı konkret yüklərin sığortası üzrə müqavilə bağlayır. Bu müqavilədə
353
tərəflərin hüquqi və iqtisadi münasibətlərinə aid olan göndəriş şərtləri
müəyyən edilir.
Nəqliyyat sığortası təkcə müxtəlif nəqliyyat vasitələri ilə daşınan
yüklərin deyil, həm də avtomobildən tutmuş gəmiyə və təyyarəyə qədər
bütün nəqliyyat vasitələrinin özlərinin də sığortasını əhatə edir. Bu vasitələr
yüklə, yaxud sərnişinlərlə birlikdə və ayrıca sığortalana bilər.
Nəqliyyat vasitələrini həm məcburi və həm də könüllü formada
sığortalamaq olar. Nəqliyyat sığortasına minik və yük avtomobilləri, yük-
sərnişin maşınları, mikroavtobuslar, motosikllər, motorollerlər, mopedlər,
traktorlar, motorlu, avarlı və yelkənli qayıqlar, yaxtalar, katerlər, gəmilər,
təyyarələr və s. qəbul olunur.
Bununla eyni vaxtda sığorta müştərilərinin arzusu ilə sürücülər və
sərnişinlər, nəqliyyat vasitəsinə məxsus olan əlavə avadanlıqlar, müxtəlif
yük növləri də sığortalana bilər. Yüklər sığortalanarkən bir sıra əşyalar,
məsələn, qiymətli metal məmulatları, qiymətli, yarımqiymətli və əlvan
daşlar, şəkillər, əlyazmaları, pul nişanları, qiymətli kağızlar və s. sığortaya
qəbul olunmur.
Ölkə vətəndaşları, həmin ölkədə daimi yaşayan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər nəqliyyat vasitələrinin sığorta müştəriləridir.
Sığorta anında motorlu nəqliyyat vasitələri sahibinin yaşı 16-dan, digər növ
nəqliyyat sahiblərinin isə yaşı 18-dən az olmamalıdır. Nəqliyyat vasitəsi ya
vətəndaşın şəxsi mülkiyyəti olmalı, ya icarəyə götürülməli, ya da
etibarnamə ilə təchiz edilməlidir.
Nəqliyyat vasitələri aşağıdakı sığorta halları olduqda sığortalanır:
Birinci halda bir neçə istisnanı saymasaq, müqavilədə nəzərdə
tutulmuş bütün sığorta halları nəticəsində yaranan zərərlərin tam örtülməsi
məsələsinə baxılır.
İkinci halda qismən ödəmə məsələsi nəzərdən keçirilir və faciəli
hadisələr (yanğın, partlayış, yerüstü və su nəqliyyatı qəzaları) zamanı
dəymiş zərər ödənilir.
Nəqliyyat sığortası vəsaitlərin mövcud dəyəri ölçüsündə həyata
keçirilə bilər. Dəyəri müəyyən edilmiş minimumdan aşağı olan vasitələr
sığortaya qəbul olunmur. Sığorta ödənişləri nəqliyyatın növündən və sığorta
variantından asılı olaraq müəyyən edilmiş dərəcə üzrə gerçəkləşdirilir. Bu
tarif dərəcələri mütəhərrikdir, yəni artıb-azala bilər. Nəqliyyat vasitələrinin
sığortahaqqı hər ay, yaxud ildə bir dəfə ödənilir.
354
Sığorta müqaviləsi sığorta agentlikləri ilə bağlanır, nağd və ya nisyə
hesablaşma yolu ilə ödənir.
Müqavilə sığorta haqqının nağd ödənilməsinin ertəsi günü, nisyə
hesablaşmada isə sığortalanan şəxsin iş yerində əməkhaqqı aldığı gündən
sonra qüvvəyə minir. SIğorta haqqı müqavilə şərtlərindən asılı olaraq hər ay
və ya il ərzində ödənilir. Müqavilədə hər ay ödəniləcək hissə dəqiq müəyyən
olunur. Bu variantlardan başqa, müqavilədə sığorta ödənişlərinin iki dəfəyə
verilməsi də müəyyən oluna bilər.
Azərbaycan Respublikasında qəbul olunmuş qanuna görə, bütün
nəqliyyat vasitələri məcburi qaydada sığortalanır.
Dostları ilə paylaş: |