5. Kənd təsərrüfatı məhsullarının sığortalanması
İqtisadiyyatın başqa sahələrinə nisbətən kənd təsərrüfatında, xüsusən
də bitkiçilikdə itki daha duyumlu və realdır. Bu, istehsal prosesinin xarakteri
ilə şərtlənir və əsasən, təbii iqlim şəraiti ilə bağlıdır. Əlverişsiz təbii amillər
nəticə etibarilə kənd təsərrüfatı məhsulları istehsalına böyük neqativ təsir
göstərir. Xarici təsirlər təkcə təbii amillərin deyil, aqrotexniki tələblərin
yerinə yetirilməməsi nəticəsində də meydana çıxır. Ona görə də kənd
təsərrüfatı məhsullarının, ilk növbədə, tərəvəzin sığortalanması çox vacibdir.
Tərəvəzin sığortalanma prinsipləri fermer təsərrüfatlarında və başqa
kənd təsərrüfatı müəssisələrində fəaliyyətin nəticələri ilə sıx əlaqədardır.
Sığorta təminatının həcmi tərəvəzçiliyin səviyyəsindən asılıdır.
Sığortanın digər prinsipi universallıq, yəni praktik olaraq bütün mənfi
halların əhatə edilməsidir.
Kənd
təsərrüfatı
məhsullarının
sığorta
müştəriləri
balıqçılıq
təsərrüfatlarından və başqa dövlət aqrar müəssisələrindən, təsərrüfatlararası
qurumlardan, kooperasiyalardan, icarə təsərrüfatlarından və s. ibarətdir.
Sığorta onun əsas obyekti olan kənd təsərrüfatı məhsullarının bütün
növlərini əhatə edir.
Dövlət və kooperasiya müəssisələrində məhsulların sığorta qiyməti
son 5 ilin nəticələrinə görə hər hektarın orta məhsuldarlığı nəzərə alınmaqla
müəyyən olunur. İcarə və fermer təsərrüfatları sığorta variantlarını və
itkilərin örtüm səviyyəsini müqavilə bağlanarkən özləri seçirlər.
Sığorta müqavilə bağlanarkən bədbəxt hadisələrin xarakteri və bu
hadisələr zamanı sığorta məsuliyyəti dəqiq müəyyən edilir. Bədbəxt
hadisələr baş verərkən təsərrüfatlar akt tərtib edərək sığorta ödənişini
355
əsaslandırırlar. Bu akt əsas sənəd hesab olunur və bütün sığorta ödənişləri
yalnız və yalnız onun əsasında həyata keçirilir.
Sığorta ödənişi sığortalanmış bitkilərə və məhsullara aiddir.
Məhsulların, yaxud tərəvəzin məcburi sığortası zamanı bu ödəniş itkilərin
ümumi dəyərinin 70%, çoxillik bitkilər üçün isə 100%-ni təşkil edir.
Könüllü sığorta zamanı bu həcmi təsərrüfatlar müəyyənləşdirir.
Kənd təsərrüfatı məhsulları sığortalanarkən, adətən, ödəniş hesabının
əsasını yerli bazardakı qiymətlər təşkil edir. Sığortanın başqa formalarında,
yuxarıda deyildiyi kimi, sığortaçının başqa bazarlardakı qiymətlə əldə edə
biləcəyi əlavə mənfəət hüququ olmur. Səbəbi də budur ki, sənaye mallarının
pərakəndə qiymətini alıcılar topdansatış qiymət əsasında müəyyənləşdirirlər
(nəticədə satış qiyməti bundan yüksək olur). Kənd təsərrüfatı məhsullarına
isə malın alınmasından, yaxud satılmasından asılı olmayaraq vahid qiymət
qoyulur. Buna görə də ödəniş məbləği satış qiyməti əsasında hesablanır.
Bir çox ölkələrdə kənd təsərrüfatının sabit inkişafına nail olmaqdan
ötrü fermerlər üçün təminatlı qiymətlər tətbiq edilir. Fermer zay məhsulu
sata bilmədiyindən bazar qiyməti ilə təminatlı qiymət arasındakı fərqi
itirmiş olur. Sığorta ödənişi zaman bu fərq nəzərə alınır.
İndiki mərhələdə bütün dünyada ən çox yayılmış sığorta növləri
bitkilərin doludan sığortalanması, istixanaların, heyvanların (o cümlədən
ətlik heyvanların, heyvanların həyatının), ev quşlarının, müxtəlif növ dəniz
məhsullarının sığortalanmasıdır.
6. Ev əmlakının sığortalanması
Vətəndaşların ev əmlakı yalnız könüllü qaydada sığortalanır.
Müqavilələr ölkənin vətəndaşları ilə, onun ərazisində daimi yaşayan
əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə bağlanır. Müqavilə ancaq
həmin ölkə ərazisində qüvvədə olur.
Sığorta obyektləri, şəxsi təsərrüfatda istifadə olunan və həmin ailənin
mədəni-məişət tələbatını təmin etməyə yönəlmiş məişət və istehlak
əşyalarıdır. Bundan başqa, dövlət binalarında və ictimai evlərdə, o cümlədən
vətəndaşların şəxsi mülkiyyətinə satılmış mənzillərdə sığortalananların
mənzil avadanlığı və məişət alətləri sığortalanmış hesab edilir.
Bir sıra ev əşyaları və ya ev əmlakı sığortaya qəbul edilmir.
Ev əmlakı ümumi və xüsusi müqavilə ilə sığortalana bilər. Birinci
halda onun bütün predmetləri sığortalanmış hesab edilir.
Xüsusi müqaviləyə görə, qiymətli metallardan düzəldilmiş
məmulatlar, yarımqiymətli və əlvan daşlar, kolleksiyalar, şəkillər, əntiq və
356
nadir əşyalar, radio, televiziya və video aparatları, kompyuter, foto və kino
aparatları, musiqi alətləri, elektron aparatları və digər əşyalar sığorta obyekti
sayılır.
Xüsusi müqavilələr bütün əşyaların, yaxud onların ayrı-ayrı
hissələrinin sığortalanmasını əhatə edə bilər.
Sığortalanmış ev əşyaları təbii fəlakətlər, faciəli hadisələr, yanğın,
partlayış, ağcların və uçucu aparatların yerə düşməsi, içində əmlak olan
tikililərin əsas konstruksiyalarının qəfil korlanması, su ilə qızdırma, su
təchizatı və kanalizasiya sistemlərində baş verən qəzalar, üçüncü şəxslərin
hüquqazidd qərəzli əməlləri, oğurluq, yaxud oğurluğa cəhd nəticəsində
məhv olduqda və ya zədələndikdə sığorta kompensasiyası ilə təmin edilir.
Televizorlar və soyuducular yalnız yanıb sıradan çıxdıqda, qiymətli metal,
qiymətli, yarımqiymətli və əlvan daşlar isə oğurlandıqda sığorta ödənişi
verilir.
Bütün bu hadisələr sığorta halları adlanır.
Ev əmlakına daxil olan əşyalar daimi yaşayış yerində sığortalanır.
Sığortalanmış şəxs müqavilə müddəti bitməmiş daimi yaşayış yerini
dəyişərsə, sığortalanmış əmlakın hamısı, yaxud bir hissəsi müqavilədə
göstərilən müddətin sonuna qədər yeni ünvan üzrə sığortalanmış hesab
edilir.
Ev əmlakı, ümumi müqaviləyə əsasən, 2-11 ay və 1-5 il, xüsusi
müqaviləyə əsasən isə, 1 il müddətinə sığortalana bilər.
Sığorta müqaviləsi bağlanarkən əmlak sahibi sığortahaqqını bütün
sığorta müddəti üçün sığorta agentlərinə nağd və ya köçürmə üsulu ilə
ödəyir.
Ev əmlakının sığortalanması müqaviləsi təkcə fiziki deyil, hüquqi
şəxslərlə də bağlana bilər. Hüquqi şəxslərin sığorta ödənişləri ev əmlakının
sığortası zamanı tətbiq edilən tarif dərəcələri üzrə həyata keçirilir. 3 aydan
9 aya qədər bağlanmış müqavilə üzrə ödənişlər hər ay üçün illik dərəcənin
10%-i qədər, 10-11 ay müddətinə bağlanmış sığorta müqaviləsi üzrə
ödənişlər isə tam illik tarif dərəcəsi həcmində hesablanır.
357
20.4. Məsuliyyət sığortası
ТИКИЛИЛЯРИН
СЫЬОРТАСЫ
ЩЕЙВАНЛАРЫН
СЫЬОРТАСЫ
ЕВ ЯМЛАКЫНЫН
СЫЬОРТАСЫ
ЯМЛАК СЫЬОРТАСЫНЫН
НЮВЛЯРИ
НЯГЛИЙЙАТ
ВАСИТЯЛЯРИ-
НИН
СЫЬОРТАСЫ
КЯНД
ТЯСЯРРЦФАТЫ
МЯЩСУЛЛАРЫ-
НЫН
СЫЬОРТАСЫ
358
Bazar iqtisadiyyatına keçid şəraitində məsuliyyət sığortası ölkəmiz
üçün yeni sığorta sahəsi olub, müxtəlif fəaliyyət nəticəsində üçüncü şəxslərə
vurulacaq zərər, məsuliyyətli bir sığorta obyekti kimi çıxış edir. Əmlak və
şəxsi sığortadan fərqli olaraq məsuliyyət sığortasının əsas məqsədi üçüncü
şəxslərin iqtisadi maraqlarının sığorta müdafiəsinin təşkil edilməsindən
ibarətdir. Göstərilən sığorta sahəsinin xarakterik xüsusiyyəti odur ki, burada
sığortaçı və sığorta olunanlarla yanaşı əvvəlcədən məlum olmayan fiziki və
hüquqi şəxslər də sığorta münasibətlərinin subyektinə çevrilir.
Məsuliyyət sığortasının qərb sığorta bazarında inkişaf etmiş müxtəlif
növləri mövcuddur. Bunlara misal olaraq: müəssisələrin və ya sahibkarların
öz fəhlələri qarşısında məsuliyyətinin sığortası, şəxsə məsuliyyət sığortası (
bura avtomobili olan, vəhşi heyvan saxlayan vətəndaşlar daxildir), daşınmaz
əmlaka görə məsuliyyət sığortası, geniş xalq istehlakı malları istehsal etmək
üzrə məsuliyyət sığortası, ətraf mühitin çirkləndirilməsi məsuliyyəti üzrə
sığorta, peşə məsuliyyəti sığortası aid edilir.
Məsuliyyət sığortası içərisində ən önəmli yerlərdən birini nəqliyyat
vasitələri sahiblərinin vətəndaşlıq məsuliyyəti tutur. Bu sığorta özündə
sığorta olunanın sığorta hadisəsi nəticəsində üçüncü şəxsə vurduğu zərərin
ödənilməsi məsələsini xarakterizə edir.
Son dövrlərdə nəqliyyat vasitələrinin sayının artması müvafiq olaraq
qəza hallarının artmasına səbəb olmuşdur. Araşdırmalar göstərir ki,
hadisələr zamanı tələf olma və zədələnmələr səviyyəsinə görə avtomobil
nəqliyyatı hava nəqliyyatından iki dəfə riskli hesab olunur. Göstərilən
sığorta növünün obyekti kimi avtomobil nəqliyyatının sahibinin birbaşa
məsuliyyəti çıxış edir. Həmin məsuliyyət son nəticədə zərərin pul ifadəsini
alır. Bu sığorta növünün təsnifat xüsusiyyətlərinə aid edilir:
1. nəqliyyat sahibinin nəqliyyatın istismarı zamanı baş vermiş zərərin
ödənilməsi
2. nəqliyyat sahiblərinin, yəni sığorta olunanların iqtisadi
maraqlarının qorunması.
Bu sığorta növündə əvvəlcədən dəqiq iki subyekt - sığorta təşkilatı və
nəqliyyat sahibi məlumdur. Həmin iki subyekt qanunçuluq əsasında əlaqəyə
girərək gələcəkdə mövcud ola biləcək zərərçəkmə, ona dəymiş zərərin
ödənilməsi üçün xüsusi sığorta fondu yaradırlar. Bu sığorta növündə
əvvəlcədən məlum olan sığorta olunmuş mövcud olmur. Sığorta hadisəsi
zamanı zərər hesablanarkən faktiki qiymətlər əsas götürülür və ödəniş
hesablanır. Zərər məbləğinə əsasən aşağıdakılar aid edilir: zərər çəkənin
qazancı, zərər çəkənin himayəsində olanların sayı, əmək qabiliyyətini itirmə
səviyyəsi və zədələnmiş əmlakın dəyəri.
359
Mövcud sığorta növündə tarif stavkaları hesablanarkən yol nəqliyyat
hadisələrinin sayı və təkrarlanması, baş vermiş zərərlərin orta statistik
məbləği və s. əsas götürülür.
Sığorta şərtlərində sığorta tariflərinin diferensiallaşdırılması nəzərdə
tutulur. Məsələn, intizamlı sürücülərə qarşı aşağı stavkalar, intizamsız
sürücülərə qarşı yüksək stavkalar tətbiq edilir.
Qərbin sığorta bazarında bu sığorta növü əsasən könüllü qaydada
tətbiq edilir. Mövcud sığorta bazarının səviyyəsi respublikada bu sığorta
növünün icbari qaydada tətbiqini zəruri edir.
Respublikada mülkiyyətin müxtəlif formalarının təşəkkül tapdığı bir
dövrdə, sahibkarlıq fəaliyyətinə geniş bir meydan açıldığı şəraitdə təsərrüfat
fəaliyyətində baş verən risklərin sığortalanması təsərrüfat mexanizminin bir
ünsürünə çevrilir.
Peşə məsuliyyətinin sığortası peşə vəzifələrinin icrası zamanı
buraxılmış səhvlərə görə hüquqi və ya fiziki şəxslərin iddia qaldırması ilə
bağlıdır.
İddia qaldırmanın əsası kimi sığorta olunan tərəfindən buraxılan
səhlənkarlıq və ya səhv ola bilər: peşə məsuliyyətinin sığortası üzrə iki risk
sığorta obyekti ola bilər:
1) üçüncü şəxslərin sağlamlığına vurula bilən risklər (belə risklərə
cərrahların, nəqliyyat sahiblərinin riskləri aiddir);
2) maddi iqtisadi zərərlə bağlı risklər aid edilir (bunlara
arxitekturaların, inşaatçı, mühəndislərin fəaliyyəti aid edilə bilər).
Peşə fəaliyyətinin sığortası zamanı sığortaçının məsuliyyətinə
müəyyən limit həddindən çox olmamaq şərtilə bütün zərərlər üzrə sığorta
ailəsinin bütün müddəti ərzində ödəniləcək zərərlərin məcmusu aid edilir.
Bu o deməkdir ki, ödəniləcək hədd müəyyən limit həddində
diferensiallaşdırıla bilər. Sığorta məsuliyyətində bilərəkdən edilən zərərlər,
cinayət məsuliyyətinə düşən fəaliyyət kənar edilir.
Göstərilən sığorta üzrə sığorta tədiyyələrinin hesablanması peşəkarın
peşəsindən, iş stajından, yaşından, ixtisasının səviyyəsindən və s. amillərdən
birbaşa asılıdır.
Ümumiyyətlə, sığorta tədiyyələrinin əsasını iki faktor müəyyən edir:
1) peşə və kommersiya fəaliyyəti ilə məşğul olan qulluqçuların sayı;
2) məsuliyyət limitinin həddi.
Müəyyən edilmiş əsas stavkaya müəyyən əlavələr də edilə bilər.
Əlavə keçmiş illərin fəaliyyəti nəzərə alınmaqla və ya təcrübənin ilkin
illərində tətbiq edilə bilər.
Peşə məsuliyyətinin sığortasının bir çox növləri həm könüllü, həm də
icbari qaydada sığortalana bilər.
360
Məsuliyyət sığortasının geniş tətbiq olunan növlərindən biri də əsasən
icbari qaydada həyata keçirilən müəssisələrin vətəndaşlıq məsuliyyətinin
sığortasıdır. Belə müəssisələrə aviamüəssisələr, enerji qurğuları, dərman
istehsal edən müəssisələr və s. aiddir. Həqiqətdir ki, neftayırma, enerji
təchizatı müəssisələrinin ətraf mühitə vura biləcəyi təhlükə univermağın
ətraf mühitə vura biləcəyi təhlükədən çoxdur. Buna görə də sığorta
müqavilələri konkret riskin dəqiq öyrənilməsindən sonra bağlanır. Sığorta
obyekti üçüncü şəxslərə vura bilinəcək maddi zərərlər hesab olunur.
Müəssisələrin məsuliyyət sığortası üzrə tariflər sığortaçılar üzrə
müstəqil müəyyən edilir. Burada tarif dövrü 6-8 il olur. Hər bir müqavilənin
xüsusiyyətinə uyğun olaraq müvafiq güzəştlər edilir.
Müqavilə başlanarkən əsas tarif stavkası ilə yanaşı maksimal stavka
da müəyyən edilir. Minimal stavka risk üçün baza haqqı kimi çıxış edir.
Minimal tarif stavkası 4 qrup müəssisələr üzrə müəyyən edilir:
1) - pərakəndə ticarət müəssisələri üzrə:
2) - sənətkarlıqla məşğul olan müəssisələr üzrə;
3) - sənaye müəssisələri üzrə;
4) - tikiliş müəssisələri üzrə.
Məsuliyyət sığortası özünəməxsus yerlərdən birini də kredit riskləri
sığortası tutur. Onun mahiyyəti kredit risklərinin azaldılması və ya tam ləğv
edilməsidir. Bu növ sığortanın obyekti kimi alıcıya verilən kommersiya
krediti, satıcıya və ya alıcıya verilən bank ssudaları, kredit üzrə müxtəlif
öhdəliklər və uzunmüddətli investisiyalar çıxış edə bilər. Kredit risklərinin
sığortası bank-kreditorun və satıcının maraqlarını qoruyur. Əgər borclu
borcunu vaxtında qaytara bilmirsə, yəni satıcının və bank kreditorun iqtisadi
maraqlarını zərbə altına alırsa, onda göstərilən sığorta növü bu cür riskləri
aradan qaldırır. Əgər sığorta müqaviləsi satıcının hesabına bağlanırsa, onda
verilmiş kreditin qaytarılmaması üzrə məbləği sığorta təşkilatı öz üzərinə
götürür. Kreditin qaytarılmaması riski müxtəlif amillərdən asılıdır.
Təcrübədə bunlar iki qrupa bölünür:
1) xalis kommersiya və ya iqtisadi risklər. Bura alıcının müflis
olması, borcun müəyyən edilmiş müddətdə ödənilməməsi və s. iqtisadi
risklər aid edilir;
2) siyasi risklər. Bunlara hərbi fəaliyyət, inqilab, borcların ləğv
edilməsi (dövlət səviyyəsində), ixrac lisenziyalarının ləğvi, embarqo qanun
tətbiqi, milliləşdirilmə və s. ola bilər. Kredit sığortasında sığortaçının
məsuliyyəti vaxtında qaytarılmayan kredit məbləği və həmin kredit üzrə
faizin 50%-indən 90%-dək ola bilər. Sığorta müddəti kredit müddətindən
asılı olaraq 1 aydan 1 ilə kimi və daha çox ola bilər. Tarif stavkası sığorta
müddətindən asılı olaraq müəyyən edilir. Bütün kredit risklərinin sığortası
üzrə
tarif
stavkası
sığorta
məbləğinin
1%-dən
-
2%-inədək
361
diferensiallaşdırılır. Ayrı-ayrı kreditlərin sığortalanması zamanı bu stavkalar
1,8 - 3,5%-dək dəyişə bilir.
Kredit risklərinin ən geniş yayılmış növlərindən biri də borcu götürən
təşkilatın bank qarşısındakı məsuliyyətinin könüllü sığortasıdır. Bu növ
sığortanın şərtləri bank kreditləri üzrə sığortanın şərtləri ilə eynidir.
362
XXI FƏSİL. SOSİAL SIĞORTA
21.1. Sosial siyasət və onun maliyyələşmə mənbələri
МЯСУЛИЙЙЯТ СЫЬОТАСЫНЫН НЮВЛЯРИ
КРЕДИТЛЯРИН ВАХТЫНДА
ГАЙТАРЫЛМАМАСЫ
МЦЛКИ МЯСУЛИЙЙЯТ
ТЯСЯРРЦФАТ ФЯАЛИЙЙЯТИ
ПРОСЕСИНДЯ ЗИЙАН ДЯЙЯН
ЩАЛЛАРДА
363
Sosial siyasət – dövlət hakimiyyət orqanlarının və dövlət
müəssisələrinin sosial münasibətlər sahəsində həyata keçirdiyi tədbirlər
sistemidir. Sosial siyasətin obyektinə bütövlükdə əhali, onun ayrı-ayrı
qrupları, ailələr aiddir. Müasir dövrdə sosial siyasətin həyata keçirilməsi və
mövcud problemlərin həlli üçün sosial infrastruktur yaradılır. Sosial infra-
strukturun inkişafında əsas məqsəd milli iqtisadiyyatın inkişafının, eləcə də
cəmiyyətin sosial sabitliyinin möhkəmləndirilməsinin mühüm amili kimi
qiymətləndirilən əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Bu problemlər dünyanın bütün ölkələri üçün aktual hesab edilir.
Müasir dövrdə dövlətin
sosial
siyasətinin əsas
vəzifələri
aşağıdakılardan ibarətdir: sabitləşdirici və bərpaedici tədbirlər kompleksinin
həyata keçirilməsi; əhaliyə sosial yardımların göstərilməsi sahəsində
təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi; sosial münaqişələrin
kəskinləşməsinə
yol
verilməməsi;
təsərrüfat
fəaliyyətinin
dövlət
tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi.
İstənilən ölkədə sosial sistemin mövcudluğunun əsas şərti onun pul
vəsaiti ilə təminatıdır. Bu isə özündə maddi bazanı və ya maliyyələşmə
mənbəyini birləşdirir. Bu mənbələrdən ən mühümü büdcə və büdcədənkənar
fondların vəsaitləridir.
21.2. Sosial sığortanın mahiyyəti və sosial sığorta sistemi.
Sosial sığorta sosial təminatın tərkib hissəsi olmaqla onun for-
malarından biridir. Sosial sığorta – dövlətin sosial sahədəki siyasətinin
ayrılmaz tərkib hissəsidir.
Sosial sığorta əhalinin müəyyən təbəqəsinin maddi təminatı üçün pul
vəsaiti fondlarının formalaşdığı və istifadə edildiyi münasibətlər sistemidir.
Sosial təminat və vətəndaşların maddi təminatı və onlara xidmət
göstərilməsi üçün milli gəlirin müəyyən hissəsi hesabına ictimai istehlak
fondlarının yaradılması və istifadəsi prosesində yaranan bölgü
münasibətləri sistemidir.
Sosial sığorta sistemi iki hissədən ibarətdir:
birinci hissə müalicəvi tədbirlərin həyata keçirilməsi də daxil
olmaqla işçilərin əmək qabiliyyətinin qorunması və bərpasını təmin edir;
ikinci hissə əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş
şəxslərin maddi ehtiyaclarını təmin edir.
Azərbaycan
Respublikasında
sosial
sığortanın
prinsipləri
aşağıdakılardır:
- sosial sığortanın dövlət təminatı;
364
- sosial sığortanın ümumiliyi;
- sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda
təminat verməsi;
- sosial sığorta subyektlərinin hüquq bərabərliyi;
- dövlət sosial sığortasının məcburiliyi;
- məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai
təşkilatların iştirakının təmin olunması.
Sosial sığorta hadisəsinə aşağıdakılar aiddir:
- pensiya yaşı;
- əlillik;
- ailə başçısının itirilməsi;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi;
- uşağın anadan olması və uşağa qulluq və s.
|