XXIII FƏSİL. QİYMƏTLİ KAĞIZLAR
23.1. Qiymətli kağızlar və onların təsnifatı
Qiymətli kağızlar bazar iqtisadiyyatının vacib atributlarından biridir.
Qiymətli kağızlar bazarı olmayan dövlətdə yüksək səviyyədə inkişaf etmiş
bazar iqtisadiyyatının mövcudluğundan danışmaq olmaz. Bazar iqtisadiyyatı
яsas borcalanlar:
•
Dюvlяt;
•
Mцяssisяlяr.
яsas
borcverяnlяr:
•
Fiziki шяxslяr;
•
Maliyyя
institutlarы.
MBƏİ
379
inkişaf etmiş bir çox ölkələrdə bu günə kimi qiymətli kağızların bir çox
növləri meydana çıxmış və geniş yayılmışdır. Qiymətli kağızların
müxtəlifliyi onların təsnifləşdirilməsini və qruplaşdırılmasını zəruri edir.
Qiymətli kağızları emitentlərə, dövriyyə müddətinə, gəlirliyinə, risk
səviyyəsinə, əraziyə və digər xüsusiyyətlərinə görə təsnifləşdirmək
mümkündür.
Qiymətli kağız – onun sahibinin əmlak və qeyri əmlak hüquqlarını və
bu hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və məcburi
rekvizitlərə riayət etməklə təsdiqləyən sənəddir.
Bir çox ölkələrdə qiymətli kağızların emitenti kimi əsasən özəl bölmə,
dövlət və xarici təşkilatlar çıxış edir. Buna müvafiq olaraq qiymətli kağızları
özəl (korporativ), dövlət və beynəlxalq qiymətli kağızlar kimi
təsnifləşdirmək olar. Öz növbəsində bunları ayrı-ayrılıqda qruplaşdırmaq
olar.
Özəl qiymətli kağızların emitentləri kimi maliyyə-kredit institutları;
banklar, sığorta şirkətləri, investisiya şirkətləri çıxış edirlər.
Dövlət qiymətli kağızlarının emitenti kimi hökumət və yerli icra
orqanları çıxış edirlər.
Beynəlxalq qiymətli kağızlar xarici və beynəlxalq təşkilatlar
tərəfindən buraxılır. Bu qiymətli kağızlar dövriyyə müddəti, valyuta və
emitentlərinə görə fərqlənirlər.
Qiymətli kağızlar ərazi vahidlərinə görə regional, milli və beynəlxalq
qiymətli kağızlara ayrılır. Eyni zamanda qiymətli kağızların emitenti kimi
hüquqi şəxslər, icra hakimiyyəti orqanları, həm də yerli özünüidarəetmə
orqanı olan bələdiyyələr ola bilər. Onlar ayrı-ayrılıqda öz adından qiymətli
kağızların sahibləri qarşısında cavabdehdirlər. Burada iştirak edən hüquqi və
fiziki şəxslər bazarın subyektləri sayılırlar. Bazarın subyektləri müxtəlifdir
və onları əsasən 3 qrupa bölmək olar: Dövlət; Kommersiya təşkilatları;
Əhali.
Ölkəmizdə qiymətli kağız anlayışı müstəqillik əldə etdikdən sonra
geniş yayılmağa başlandı. Azərbaycanda qiymətli kağızlarla bağlı məsələlər,
qiymətli kağızların tədavülü, emissiyası və qiymətli kağızlar bazarının
peşəkar iştirakçılarının fəaliyyətinə nəzarət və digər məsələlər qiymətli
kağızlar haqqında qanuna, mülki məcəlləyə, digər qanunvericilik aktlarına
və dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun şəkildə
tənzimlənir. Mülki məcəlləyə əsasən qiymətli kağız anlayışı aşağıdakı kimi
izah edilmişdir:
Qiymətli kağızları əsasən iki formada olur; pay və borc formasında.
Pay formasında olan qiymətli kağız səhm adlanır və onların
sahiblərinin real mülkiyyətdə paylarını göstərir.
380
Qiymətli kağızlar bazarında qiymətli kağızların pay şəklində olan və
səhm adlandırılan pay forması əhəmiyyətli rol oynayır. Səhm onun
sahibinin səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini divident şəklində
almaq, səhmdar cəmiyyətin idarə edilməsində iştirak etmək və o ləğv
edildikdən sonra qalan əmlakın bir hissəsini əldə etmək hüququnu təsbit
edən emissiya qiymətli kağızıdır. Adətən, səhmlərin və digər qiymətli
kağızların satışı «kurs» adlanan qiymətlər əsasında aparılır. Tələb və
təklifdən asılı olaraq birjada gün ərzində kurs daimi dəyişmələrə məruz
qalır. Ona görə də dünyanın bütün aparıcı birjalarında qiymətli kağızların
kursunun dinamikasını xarakterizə edən indekslər hesablanır. Hər bir ölkə-
nin iqtisadiyyatında qiymətli kağızların kursunun dinamikası əsas yer
tutduğundan, onların orta ölçülü qiymətlərinin proqnozlaşdırılması son
dərəcə vacib hesab olunur.
Səhm – öz sahibinə:
- müəssisənin mənfəətinin bir hissəsini əldə etmək;
- onun əmlakının bir hissəsinə sahib olmaq;
- müəssisənin idarə edilməsində iştirak etmək
hüququnu verən qiymətli kağız növüdür;
Məsələn, əgər bir şəxs müəssisənin səhmlərinin 1%-ə malikdirsə,
deməli o müəssisənin vergilər çıxıldıqdan sonra gəlirinin 1%-ni əldə etmək
hüququna, habelə səhmdarların iclasında 1%-lik səs hüququna malikdir;
Səhmin emitenti yalnız səhmdar cəmiyyət ola bilər;
Səhmin üzərində müddəti yazılmadığından o uzunmüddətli qiymətli
kağız hesab olunur.
Səhmlərin növləri:
Adi səhmlər – hər biri eyni nominal dəyərli olmaqla onun
sahiblərinə eyni həcmdə hüquqlar verir. (Milli qanunvericiliyə görə
onların xüsusi çəkisi 90%-dən çox ola bilməz);
İmtiyazlı səhmlər- imtiyazlı səhm sahibinin səsvermə hüququ
yoxdur. Lakin, müəssisə iflasa uğradığı təqdirdə ilk növbədə
imtiyazlı səhm sahibləri qarşısındakı öhdəliklər yerinə yetirilir.
İmtiyazlı səhm eyni zamanda müəssisənin təsərrüfat fəaliyyətinin
nəticələrindən asılı olmayaraq ona sabit faiz şəklində dividentlər əldə
etmək hüququ verir
Borc formasında qiymətli kağızlara istiqrazlar, dövlətin xəzinə
öhdəlikləri, əmanət sertifikatları və veksellər aiddir. İstiqrazlar dövlət və
müəssisə istiqrazları formasında buraxılır. İstiqraz onun sahibi ilə onu
buraxan şəxs arasındakı borc münasibətlərini təsdiqləyən qiymətli kağzıdır.
İstiqrazların adlı və təqdimedənə, faizli və faizsiz, sərbəst dövr edən və ya
dövriyyəsi məhdud olan növləri ola bilər.
İstiqraz onu satan üçün öhdəlik, alan üçün isə aktivdir.
381
İstiqrazın üzərində alanın əldə edəcəyi, satanın isə ödəyəcəyi faiz
fiksə edilir.
İstiqrazın səhmə nisbətən üstünlüyü ondan ibarətdir ki, emitent iflasa
uğradığı təqdirdə onun öhdəlikləri ilk növbədə istiqrazlar, daha sonra
isə səhmlər üzrə yerinə yetirilir.
İstiqrazlar müddətli və müddətsiz (tələb olunanadək) ola bilər.
İstiqrazın növləri:
Konversiya borcu istiqrazları - açıq səhmdar cəmiyyətləri tərəfindən
buraxılan borc öhdəlikləri olub, nəinki faizlərin hesablanmasını tələb
etmək hüququ, həm də onları eyni növ qiymətli kağızlara dəyişmək
hüququ və ya səhmlər əldə etməkdə üstünlük hüququ verir.
Təmin edilmiş istiqrazlar – istiqrazlar üzrə öhdəliklər girovla,
qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin
edilmişdirsə belə istiqrazlara təmin edilmiş istiqrazlar deyilir.
Kuponlu istiqrazlar – gəlirliyi (kuponu) nominala nəzərən faiz
şəklində olan istiqrazlar.
Kuponsuz istiqrazlar – gəlirliyi nominal qiymətlə faktiki satış
qiyməti
arasındakı
fərqdən
asılı
olaraq
müəyyənləşdirilən
istiqrazlardır.
Veksel - müəyyən bir vaxt bitdikdən sonra öhdəliyin borcludan və
ya veksel məbləğini ödəməyi öz üzərinə götürmüş şəxsdən müəyyən
məbləği şərtsiz tələb etmək hüququ verən yazılı borc öhdəliyidir.
• veksel kredit sənədi olmaqla təsərrüfat fəaliyyətinin fasiləsizliyini
təmin etməyə imkan verir;
• veksel əlverişli ödəniş sənədidir
Çek – ifadə etdiyi pul məbləğinin çek sahibinə ödənilməsi barədə çek
verənin banka verdiyi yazılı sərəncamdır.
• Hesablaşma çeki - hesablardan nağdsız qaydada hesablaşmaların
aparılmasını nəzərdə tutan çekdir;
• Bank çeki – bir bankdan başqa banka banklararası hesablaşmaların
aparılması üçün istifadə olunur;
• Pul çeki – müştərinin bankda olan hesabından nağd pul vəsaitini
almaq üçün yazılı sərəncamdır;
• Yol çeki – bir məntəqədə verilmiş çekdə imza nümunəsi göstərilən
çek sahibinə çekdə yazılmış məbləği ödəməyi üzərinə götürən
təşkilatın öhdəliyi olub, digər məntəqədə nağdılaşdırılan çekdir. Yol
çekinin ödənilməsi sahibinin imzası əsasında çekin emitenti, onun
filialı və yaxud emitentin göstərdiyi digər təşkilat tərəfindən həyata
keçirilir.
Ənənəvi olaraq qiymətli kağızlar adlı və təqdimedənə qiymətli
kağızlara bölünür. Adlı qiymətli kağızlar üzrə hüquqların keçməsi və
382
onlarda təsbit edilmiş hüquqların həyata keçirilməsi sahibinin mütləq
eyniləşdirilməsini tələb edən, sahibləri haqqında məlumat emitentə qiymətli
kağızların sahiblərinin reyestri formasında açıqlanmalı olan qiymətli
kağızlardır. Təqdimedənə qiymətli kağızlar üzrə hüquqların keçməsi və
onlarda
təsbit
edilmiş
hüquqların
həyata
keçirilməsi
sahibinin
eyniləşdirilməsini tələb etməyən qiymətli kağızlardır.
Bundan
əlavə
qiymətli
kağızların
sənədləşdirilmiş
və
sənədləşdirilməmiş formaları olur. Sənədləşdirilmiş qiymətli kağızları
müvafiq sürətdə sənədləşdirilmiş qiymətli kağız sertifikatı təqdim etmək
əsasında və ya qiymətli kağızlar deponentə qoyulduğu halda depo hesabında
olan yazının əsasında sahibi müəyyən edilən emissiya qiymətli kağızları
formasıdır. Sənədləşdirilməmiş qiymətli kağızları sahiblərinin reyestrinin
aparılması sistemində yazı əsasında və ya depo hesabında olan yazının
əsasında sahibi müəyyən edilən emissiya qiymətli kağızıdır.
23.2. Qiymətli kağızların müxtəlif meyarlar üzrə təsnifləşdirilməsi
Əsaslılığına görə
Əsas qiymətli kağızlar
Törəmə qiymətli kağızlar
Buraxılış formasına
görə
Emissiya qiymətli kağızları
Qeyri-emissiya qiymətli kağızları
Mövcudluğuna görə Sənədli
Sənədsiz
Mahiyyət
və
funksiyasına görə
Pay qiymətli kağızları, ödəniş qiymətli kağızları
Borc qiymətli kağızları, ticarət
qiymətli
kağızları
İnvestisiya
xüsusiyyətinə görə
İnvestisiya qiymətli kağızları
Qeyri-investisiya qiymətli kağızları
Kateqoriyaya görə Adlı
Adsız
Orderli
Emitentə görə
Dövlət qiymətli kağızları
Bələdiyyə qiymətli kağızları
Korporativ qiymətli kağızları
Tədavüldə
olma
müddətinə görə
Müəyyən müddətə
Müddətsiz
383
Gəlirlilik dərəcəsinə
görə
Yüksək
Orta
Aşağı
Gəlirsiz
Milli
mənsubiyyətinə
görə
Milli
Xarici
Riskə görə
Risksiz
Riskli
Az riskli
Sərbəst dövr etmə
imkanına görə
Dövr edən
Dövr etməyən
Müəyyən məhdudiyyətlə dövr edən
Tədavül
mərhələsinə görə
İlkin bazarın qiymətli kağızları
İkinci bazarın qiymətli kağızları
Ödəmə
imkanına
görə
Geri çağırılmayan qiymətli kağızları
Geri çağırılan qiymətli kağızları
23.3. Qiymətli kağızların funksiyaları və xüsusiyyətləri
Növündən asılı olmayaraq bütün qiymətli kağızlar bir sıra ictimai
zəruri funksiyaları yerinə yetirir. Bunlar aşağıdakılardır:
Qiymətli kağızlar iqtisadiyyatın sahələri və sferaları, əhali və
iqtisadiyyatın sferaları, əhali və dövlət, bir sözlə, bu və ya digər iqtisadi
subyektlər arasında pul vəsaitlərinin (kapitalın) bölgüsünü həyata keçirir;
qiymətli kağızlar öz sahiblərinə kapital hüququ ilə yanaşı, əlavə hüquqlar da
təqdim edir; qiymətli kağızlar kapitala görə mənfəəti təmin edir, eyni
zamanda kapitalın geri qaytarılmasına şərait yaradır;
Qiymətli kağızları pul ilə birləşdirən bir sıra xüsusiyyətləri vardır.
Belə ki, ödənilmək, alqı-satqı, emitentə qaytarılmaq kimi müxtəlif
formalarda qiymətli kağızların pul ilə mübadilə oluna bilməsi onun əsas
xüsusiyyətlərindən biridir. Bununla yanaşı o, hesablaşma vasitəsi kimi
istifadə oluna, bir neçə il, yaxud daha uzun müddətə saxlanıla, eləcə də
hədiyyə kimi təqdim oluna bilər.
İqtisadi ədəbiyyatlarda qiymətli kağızlar portfeli anlayışından tez-tez
istifadə rast gəlinir. Qiymətli kağızlar portfeli hər hansı iqtisadi subyektin
(dövlətin, hüquqi və ya fiziki şəxsin və.s) malik olduğu qiymətli kağızların
məcmusu. Qiymətli kağızlar portfeli səhm, istiqraz, veksel, opsion və digər
növ qiymətli kağızlardan təşkil olunur. Qiymətli kağızlar portfeli tək
384
investorun qiymətli kağızlar bazarı üzrə fəaliyyətini əks etdirsə də həmin
portfeldə çoxlu sayda emitentlər yerləşə bilər. Qiymətli kağızlar portfelinə
malik investor portfel investoru adlanır. Portfel investoru özünün qiymətli
kağızlar portfelində olan maliyyə alətlərindən daha çox gəlir əldə etməyə
can atır. Buna görə də nəyi almaq, necə almaq, harada almaq və nə zaman
almaq sualları onun üçün aktuallıq kəsb edir. Bu suallara cavab vermək
üçün portfel investoru özünün maliyyə imkanlarını düzgün qiymətləndirə
bilməlidir. Adətən yüksək gəlirlilik səviyyəsinə malik qiymətli kağızlar
yüksək riskli olurlar. Bu maliyyə alətləri daha çox böyük qiymətli kağızlar
portfelinə malik investorlar tərəfindən əldə olunur. Çünki, böyük həcmdə
aşağı riskli maliyyə alətlərinə sahib olan investor üçün çox da böyük
olmayan həcmdə yüksək riskli və eyni zamanda yüksək gəlirli qiymətli
kağızların alınması ciddi maliyyə təhlükəsi yaratmır.
Qiymətli kağızların əlamətləri aşağıdakılardır:
Qiymətli kağızlar kapital üzərində mülkiyyət hüququnu təsdiq edir
(Səhm);
Qiymətli kağızlar investorla (qiymətli kağız sahibləri) emitent
arasında olan borc münasibətlərini əks etdirir (veksel, istiqraz,
depozit sertifikatı);
Qiymətli kağızlar onun sahibinə emitentdən müəyyən gəlir divident
almaq hüququnu verir;
Səhm səhmdarlara səhmdar cəmiyyətinin idarə edilməsində iştirak
etmək hüququ verir;
Emitent-müəssisə ləğv edilərkən qiymətli kağızlar öz sahibinə
müəssisənin mülkiyyətinin müəyyən hissəsini almaq hüququ verir;
Qiymətli kağızlar alınıb-satıla bilir, girova qoyula bilir. Alınan
kreditin təminatı kimi qiymətli kağızları girov qoymaq olar. İstiqraz
buraxmaqla borc vəsaiti cəlb etmək olar və bu istiqraz təkrar bazarda
alqı-satqı predmeti ola bilər
Qiymətli kağızlar bazarının funksiyaları
Qiymətli kağızlar bazarı istehsal üçün sərbəst vasitələrin
investisiyaya cəlb edilməsini təmin edir;
Kapitalın bir sahədən başqa sahəyə axınını təmin etməklə ayrı-ayrı
sahələrin inkişafını nizamlayır;
Hökumətin büdcəsində olan kəsirin aradan qaldırılması üçün vəsait
cəlb edir;
əhalinin istehsalın idarəedilməsində iştirak etməsini təmin edir;
Satışa çıxarılan aktivlərin real bazar qiymətlərini müəyyən edir;
385
Fond bazarının göstəriciləri əsasında iqtisadiyyatın vəziyyətinin
qiymətləndirilməsinə imkan yaradır;
İnflyasiya tempinin dəyişməsinə təsir göstərir;
Maliyyə vəsaitlərinin investordan ehtiyacı olanlara hərəkəti zamanı
xərclərin minimuma endirilməsinə şərait yaradır
Qiymətli kağızlar bazarının
təsnifatı
Tələb xüsusiyyətinə görə
Borc bazarı
Səhm bazarı
İstiqrazlar
Veksel
Girov kağızı
İpoteka şəhadətnaməsi
Depozit sertifikatı
Risk azdır, ödənişlər ilk
növbədə ödənilir və
müəssisələrin
fəaliyyətindən asılı deyil
Risk çoxdur, gəlir çoxdur, gəlirin həcmi
müəssisənin fəaliyyətindən asılıdır
Qiymətli kağızların müddətinə görə
Pul bazarı
Kapital bazarı
1 ilə qədər buraxılan
qiymətli kağızlar
Xəzinə vekselləri
Dövlət xəzinə
öhdəlikləri
Depozit sertifikatları
Dövlət qısa müddətli
istiqrazlar
Risk azdır, likvidlik
yüksəkdir, qiymətlər az
dəyişir
1 ildən yuxarı müddətə alınıb satılan qiymətli
kağızlar
Səhm və istiqrazlar
Girov kağızları
Hökumətin 1 ildən çox müddətə buraxdığı
qiymətli kağızlar
Satış xarakterinə görə
İlkin bazar
İkinci bazar
386
Emitent və
investorun görüşdüyü
bazar
Səhmdar
cəmiyyətin yaranması
zamanı (bağlı qapılar
arxasında) aparılan
əqdlər
İnvestisiya
bankirlərinin vasitəsilə
aparılan əqdlər
Qiymətli kağızların ilk sahiblərindən
investorlara və vasitəçilərə satış
Valyuta bazarı
Fyuçers və opsion bazarı
Fond birjaları
Ödəmə (təchizat) vaxtına görə
Spot bazarı (nəqdi
və ya dərhal bazar)
Törəmə (gələcək) bazar
Spot, ingiliscə yer
deməkdir
Əməliyyat aparılır
və yerində ödəmə həyata
keçirilir.
Əvvəlcədən razılaşdırılmış qiymətlə
gələcəkdə alınıb-satılması nəzərdə tutulan
bazardır.
Opsion, fyuçers bazarları
Təşkil səviyyəsinə görə
Təşkil olunan
bazar
Təşkil olunmayan bazar
İkinci bazarı əhatə
edir
Qiymətli
kağızların əvvəlcədən
təşkil olunmuş rəsmi
yerdə ticarəti deməkdir,
birja
Konkret rəsmi yerdə deyil, yəni birjada
deyil, ondan kənarda qiymətli kağızların alqı-
satqısıdır, bunu broker və dilerlər edirlər.
Əhatə dairəsinə görə
Daxili bazar
Beynəlxalq bazar
Milli maliyyə
bazarı bir dövlətin
qiymətli kağızlarının öz
bazarında satışıdır
Bir ölkənin qiymətli kağızlarının digər
dövlətin maliyyə bazarında satışıdır
387
Borc alan subyektlərə görə
Hökümə maliyyə
bazarı
Korporasiya maliyyə bazarı
Dövlətin qiymətli
kağızlarının satışını
əhatə edən maliyyə
bazarı (şərti) əsasən borc
bazarıdır, çünki dövlət
yalnız borc qiymətli
kağızlarını buraxır
Müəssisənin qiymətli kağızlarının alqı -
satqısı həyata keçirilən bazardır. Korporasiya
maliyyə bazarında korporasiyaların buraxdığı
borc və pay qiymətli kağızlar alınıb satılır
23. 4. Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları
Qiymətli kağızlar bazarı dövlət qiymətli kağızlarının tədavülü ilə bağlı
yaranan münasibətlərin məcmusunu ifadə edir. Əgər münasibətlər
mövcuddursa, deməli, onları yaradan subyektlər də mövcuddur. Bu
baxımdan, dövlət qiymətli kağızlar bazarının iştirakçıları – burada alqı-satqı
prosesini həyata keçirən, eləcə də bu proses ilə bağlı yardımçı xarakter
daşıyan subyektlərdir. Bu subyektlər həm ayrı-ayrılıqda fiziki şəxslər, həm
də təşkilatlar ola bilər. Daşıdığı funksiyaya görə qiymətli kağızlar bazarının
iştirakçılarını aşağıdakı kimi sıralamaq olar:
1. Emitentlər.
2. İnvestorlar.
3. Fond vasitəçiləri.
4. Xidmətçi təşkilatlar.
5. Tənzimləyici və idarəedici dövlət orqanları.
Emitent – qiymətli kağızı tədavülə buraxan subyektdir. Dövlət
qiymətli kağızlar bazarında emitent kimi bir qayda olaraq dövlət çıxış edir.
İnvestor – tədavülə buraxılan qiymətli kağızları alan subyektdir.
Dövlət qiymətli kağızlarının investoru kimi sərəncamında olan sərbəst pul
vəsaitlərini artırmağa çalışan hər bir iqtisadi subyekt çıxış edə bilər. Bu
baxımdan əhali, eləcə də kommersiya təşkilatları daha çox seçilir.
Fond vasitəçiləri – dövlət qiymətli kağızlar bazarında broker və diler
fəaliyyəti ilə məşğul olan, eləcə də, qiymətli kağızların idarə olunmasını
həyata keçirən təşkilatlardır. Bu təşkilatların funksiyalarını yerinə yetirən
şəxslər ayrı-ayrılıqda brokerlər və dillerlər adlanır.
– “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının
qanununda broker fəaliyyəti haqqında aşağıdakı kimi tərif verilir: “Tapşırıq
və ya komission müqaviləsi əsasında müvəkkil və komissiyonçu kimi
(müqavilədə onların səlahiyyəti barədə göstəriş yoxdursa, həmçinin
388
vəkalətnamə əsasında) fəaliyyət göstərən hüquqi və ya fiziki şəxsin onun
müştərisinin marağına uyğun və onun hesabına qiymətli kağızlarla mülkü –
hüquqi əqdlərin bağlanması broker fəaliyyəti hesab olunur. Broker fəaliyyəti
ilə məşğul olan peşəkar iştirakçı broker adlanır”.
Uyğun olaraq həmin qanunda diler fəaliyyəti aşağıdakı kimi izah
olunur: “Hüquqi şəxsin müəyyən qiymətli kağızların alış və satış
qiymətlərini elan edib, bu qiymətli kağızların elan edilmiş qiymətlər üzrə
alınması və (və ya) satılmasını öhdəsinə götürməklə, öz adından və öz
hesabına qiymətli kağızlarla alqı-satqı əqdlərini bağlaması diler fəaliyyəti
hesab olunur. Diler fəaliyyətini həyata keçirən peşəkar iştirakçı diler
adlanır”.
Xidmətçi təşkilatlar – dövlət qiymətli kağızlar bazarının funksiya-
larına xidmət edən təşkilatlardır. Onlar aşağıdakılara bölünür:
Qiymətli kağızlar bazarının təşkilatçıları (fond birjaları və
birjadankənar bazar təşkilatçıları);
Depozitarilər
Registratorlar
Hesablama mərkəzləri (hesablama palatası, klirinq mərkəzləri)
İnformasiya orqanları və ya təşkilatları.
Tənzimləyici və idarəedici dövlət orqanları isə əsasən aşağıdakılardan
ibarət olur:
Ali idarəetmə orqanları
Nazirlik və müvafiq komitələr
Mərkəzi Bank.
Dostları ilə paylaş: |