ВЕРЭИ
ЮДЯЙИ
ЪИЛЯРИ
КОММЕ
РСИЙА
БАНКЛА
РЫ
МИЛЛИ
БАНКЫН БАШ
ИДАРЯСИ
КОММЕР-
СИЙА
БАНКЛАРЫНЫ
Н МЦХБИР
ЩЕСАБЫ
АР
МАЛИЙЙЯ
ОРГАНЫ
СУБЙЕКТ
ЛЯРИ ВЯ
ЙЕРЛИ
ИДАРЯ
ЕТМЯ
ОРГАНЛАРЫ
СЯЛАЩИЙЙЯ
ТЛИ БАНК
ХЯЗИНЯДАР
ЛЫГ
ОРГАНЛЫРЫ
НЫН ШЯХСИ
ЩЕСАБЫ
ВЕРЭИЛЯР
НАЗИРЛИЙИ
ВЕРЭИ
ЮДЯЙИЪИЛЯРИ
ЦЗРЯ ЭЯЛИРЛЯРИН
УЧОТУ
ХЯЗИНЯДАРЛЫЬЫН
ИДАРЯ ОЛУНМАСЫ
АР ЯРАЗИСИНДЯ
ВЕРЭИЛЯРИН УЧОТУ
ХЯЗИНЯДАЛЫЬЫН
ШЮБЯСИ
КОДЛАР ЦЗРЯ
ЭЯЛИРЛЯРИН
УЧОТУ
ТЯНЗИМЛЯЙИЪИ
ВЕРЭИЛЯРИН
ЭЕНИШЛЯНРДИРИЛМ
ЯСИ
400
Xərclər üzrə xəzinədarlığın icrasının təşkili
МИЛЛИ БАНКЫН КАССА-
ЩЕСАБЛАШМА МЯРКЯЗИ
ХЯЗИНЯДАРЛЫЬЫН ШЮБЯСИ
ХЯРЪЛЯРИНИН ШЯХСИ ЩЕСАБЛАРЫ
МАЛИЙЙЯ
НАЗИРЛИЙИ
БЦДЪЯ
ЙАЗЫЛЫШЫ
АР МИЛЛИ
БАНКЫ
ХЯЗИНЯДА
РЛЫЬЫН
ШЯХСИ
ЩЕСАБЫ
ДЮВЛЯТ
ХЯЗИНЯДАРЛЫЬЫ
ИДАРЯСИ
МАЛИЙЙЯЛЯШМЯ
ЛИМИТЛЯРИ
РЕЙЕСТРЛЯРИ
БЦ
Д
Ъ
Я
Д
Я
Н
М
А
ЛИ
Й
Й
Я
-
ЛЯ
Ш
Я
Н
ЛЯ
Р
ХЯЗИНЯДАРЛЫ
ЬЫН ШЮБЯСИ
БЦДЪЯДЯН
МАЛИЙЙЯШЯН
ЛЯРИН ШЯХСИ
ЩЕСАБЫ
МИЛЛИ БАНКЫН ЯРАЗИ ЦЗРЯ
ШЮБЯЛЯРИ
ХЯРЪЛЯР ВЯ ЭЯЛИРЛЯР ЦЗРЯ
ХЯЗИНЯДАРЛЫЬЫН ИДАРЯ
ЕДИЛМЯСИНИН ШЯХСИ ЩЕСАБЛАРЫ
ИШ ВЯ
ХИДМЯТ
АЛЫЪЫЛА
РЫ
КОММЕРСИЙА
БАНКЛАРЫ
АЛЫЪЫЛАРЫН
ЩЕСАБЛАШМА
ЩЕСАБЛАРЫ
БАШ ДЮВЛЯТ
ХЯЗИНЯДАРЛЫ
ЬЫ
МАЛИЙЙЯЛЯШМ
Я ЛИМИТЛЯРИ
РЕЙЕСТРЛЯРИ
Nяьд
Няьдсиз
401
XXV FƏSİL. BEYNƏLXALQ MALİYYƏ MÜNASİBƏTLƏRİ
25.1. Beynəlxalq maliyyə münasibətlərinin mahiyyəti və təzahürü
Maliyyə münasibətlərinin fəaliyyət dairəsi ayrı-ayrı ölkələrin
sərhədləri ilə məhdudlaşmır. Bu münasibətlər beynəlxalq iqtisadiyyatın və
beynəlxalq əlaqələrin əsasını təşkil edir. Əksər hallarda maliyyə beynəlxalq
iqtisadi əlaqələrdə aparıcı münasibətlər sistemi kimi çıxış edir.
Beynəlxalq maliyyə münasibətləri dedikdə transmilli və dövlət
maliyyə təşkilatları arasında meydana gələn pul münasibətləri nəzərdə
tutulur. Bu münasibətlər əsas etibarilə ölkələrarası idxal-ixrac əməliyyatları
və kapitalın beynəlxalq hərəkəti prosesində meydana çıxır. İdxal-ixrac
əməliyyatları zamanı malların dəyərləndirilməsi, dövlətlərarası borc
münasibətləri, investisiya axını, bir ölkədəki müəssisələrin gəlirinin digər
ölkələrə transferi (köçürülməsi) məhz beynəlxalq maliyyə vasitəsilə
tənzimlənir.
Beynəlxalq maliyyə həm də tarixi kateqoriyadır. Bu münasibətlərin
meydana gəlməsi dövlətlərin və ticarətin yaranması dövrlərini əhatə edir.
Qızıldan mal mübadiləsinin ekvivalenti kimi istifadə olunması və pul
münasibətlərinin meydana gəlməsi, mübadilənin natural formadan bazar
formasına keçməsi beynəlxalq maliyyə münasibətlərinin yaranmasına
gətirib çıxarmışdır. Əmtəə-pul münasibətləri ticarətin ümumdünya
miqyasında yayılmasına, ticarət əməliyyatlarının dövlət səviyyəsində
genişlənməsinə imkan və şərait yaratdı. Beynəlxalq maliyyə münasibətləri
hələ
qədim
dövrlərdən
yaranmağa,
zaman-zaman
genişlənməyə,
iqtisadiyyatın bütün sahələrini əhatə etməyə, bir sistem kimi formalaşmağa
başlamışdı.
İndiki səviyyəyə çatmış bu sistem uzun bir inkişaf yolu keçmiş və
bütün ölkələr maliyyə-iqtisadiyyat münasibətlərinə bu sistem daxilində
girmişlər. Bu sistemin elementləri, yaxud halqaları kimi yaranmış çoxlu
beynəlxalq və regional maliyyə təşkilatı sonralar öz fəaliyyətlərini xeyli
genişləndirmişdir. Dünyadakı siyasi və iqtisadi proseslərin qloballaşması
şəraitində
beynəlxalq
maliyyənin
genişlənmə
prosesi
daha
da
sürətlənmişdir. Malların və maliyyə ehtiyatlarının hərəkət yolundakı
müxtəlif maneələr tədricən aradan qaldırılır, kapitalın, əmək və maliyyə
ehtiyatlarının ayrı-ayrı dövlətlər və regionlar arasında sərbəst yerdəyişməsi
üçün şərait yaranır. Beynəlxalq maliyyə real olaraq qloballaşır. Yuxarıdakı
qrafiklərdən göründüyü kimi, maliyyənin qloballaşma dərinliyini əks etdirən
göstəricilər başqa ümumi göstəricilərə nisbətən daha yüksək templə
böyüyür. Xarici kapitalın və ya ixracın həcm artımının sürəti ümumi daxili
məhsulun artım sürətini bir neçə dəfə üstələyir.
402
Beynəlxalq maliyyə münasibətləri müxtəlif formalarda özünü büruzə
verir. Bunlardan formaca bir-birindən fərqlənən valyuta, kredit və
investisiya
münasibətlərini
göstərmək
olar.
Beynəlxalq
maliyyə
münasibətlərini çox zaman valyuta münasibətləri kimi xarakterizə edirlər ki,
bu da valyuta münasibətlərinin beynəlxalq iqtisadi və maliyyə sistemində
əsas yer tutması ilə bağlıdır. Belə ki, valyuta bütün iqtisadi münasibətlərdə
əsas ödəniş vasitəsi, bütün dünya üzrə yığım və borc vasitəsidir.
Daha ümumi formada desək, beynəlxalq valyuta münasibətləri dünya
təsərrüfatında valyutanın fəaliyyəti zamanı meydana çıxan və milli
təsərrüfatların fəaliyyətlərinin nəticələrinin qarşılıqlı mübadiləsinə xidmət
edən ictimai münasibətlərin məcmusudur. Valyuta münasibətlərinin ayrı-
ayrı elementləri hələ antik dövrdə qədim Yunanıstanda və Romada veksel
əməliyyatları formasında meydana gəlmişdir. Onların inkişafının sonrakı
mərhələsi Orta əsrlərdə Lionda, Antverpendə və Qərbi Avropanın digər
ticarət mərkəzlərində «veksel yarmarkaları»nın formalaşması kimi yadda
qalıb. Feodallaşma və kapitalizmin təşəkkülü mərhələlərində banklar
vasitəsilə gerçəkləşən beynəlxalq hesablaşmalar sistemi inkişaf etməyə
başladı.
Beynəlxalq
maliyyə
münasibətlərinin
ən
mühüm
təzahür
formalarından biri beynəlxalq kreditlər və kredit münasibətləridir. Bu
münasibətlər qaytarılması və faizinin ödənməsi məcburi olan borc
kapitalının valyuta və əmtəə ehtiyatlarının təqdimi ilə bağlı beynəlxalq
iqtisadi münasibətlər sahəsindəki hərəkətidir. Bu münasibətlər sahəsində
kreditorlar (borcverənlər) və borclular (borcalanlar) qismində xüsusi
firmalar və banklar, dövlət idarələri və hökumət, beynəlxalq və regional
valyuta-kredit və maliyyə təşkilatları çıxış edir. Kredit anlayışı
iqtisadiyyatın mühüm tərkib hissəsi və başlıca kateqoriyasıdır. O, istehsal
münasibətlərinin elementlərindən biri olmaqla əmtəələrin, xidmətlərin və
kapitalların hərəkətində əsas rol oynayır.
Kredit, həmçinin mənfəət, qiymət, pul, valyuta kursu, faizlər, tədiyyə
balansı kimi iqtisadi kateqoriyalarla və bazar iqtisadiyyatının iqtisadi
qanunları ilə sıx əlaqədardır. Beynəlxalq kredit kapital dövriyyəsinin bütün
mərhələlərində iştirak edir, əmtəə dövriyyəsini sürətləndirir, istehsalı artırır.
Beynəlxalq kreditin mənbələri bunlardır: müəssisələrin dövriyyə
prosesində pul formasında müvəqqəti sərbəstləşmiş kapitalı; dövlətin, özəl
sektorun və əhalinin banklara cəlb edilmiş pul yığımları, maliyyə
vasitəçiləri, maliyyə bazarları və s. Bunlardan savayı, kredit vəsaitlərinin
beynəlxalq kredit münasibətlərində çox mühüm rol oynayan bir sıra başqa
mənbələri də var.
403
Beynəlxalq kredit bir sıra prinsiplər əsasında fəaliyyət göstərir.
Bunları belə qruplaşdırmaq olar:
1) Qaytarılma. Alınmış kreditlər mütləq qaytarılmalı, başqa sözlə,
müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklər hökmən yerinə yetirilməlidir.
2) Ödənilmə. Bu prinsip dəyər qanununun fəaliyyətinin və kreditin
şərtlərinin həyata keçirilməsi üsulunu əks etdirir. Bu zaman, ilk növbədə,
kredit faizləri ödənilir.
3) Maddi təminatlılıq. Bu prinsipə görə, kredit o adamlara təqdim
edilir ki, onların maddi imkanlarının səviyyəsi gələcək ödənişlərə təminat
vermiş olsun.
4) Məqsədli xarakter. Beynəlxalq kredit hər ehtiyacı olana verilmir.
Belə kreditlər konkret layihələr əsasında verilir və məqsədli xarakter daşıyır.
Beynəlxalq kreditin prinsipləri bazar münasibətlərinin iqtisadi
qanunları ilə sıx əlaqəlidir. Başqa sözlə, həmin prinsiplərin bu cür müəyyən
olunması iqtisadi qanunların tələbidir.
Beynəlxalq kredit beynəlxalq iqtisadi münasibətlər sistemində ilk
növbədə borc kapitalının hərəkəti ilə bağlı olan aşağıdakı vacib funksiyaları
yerinə yetirir:
1. Borc kapitalının ölkələr arasında yenidənbölgüsü.
2. Beynəlxalq hesablaşmalar sahəsində dövriyyə xərclərinə qənaət
edilməsi.
3. Kapitalın qovuşmasının və təmərküzləşməsinin sürətləndirilməsi.
Bunlar ümumi qaydada olan funksiyalardır. Beynəlxalq kreditlərin
çox müxtəlif formalarda yerinə yetirilən bir sıra digər – müsbət (bəzən də
mənfi) – funksiyaları da olur.
Beynəlxalq kreditin çoxsaylı formalarını müxtəlif xüsusiyyətlərinə
görə təsnifləşdirmək olar.
Mənbələrinə
görə
beynəlxalq
kreditlər
daxili
və
xarici
kreditləşdirməyə bölünür. Bu formalar əmtəənin ixracçıdan idxalçıya qədər
olan hərəkətinin bütün mərhələləri ilə sıx qarşılıqlı əlaqədə olur və bu
prosesə xidmət edir. Bundan başqa, kreditlərin bu növü ixrac olunan
məhsulların istehsalı, hazırlanması və saxlanılması ilə bağlıdır.
Təyinatına görə beynəlxalq kreditlərin aşağıdakı formaları var:
- kommersiya kreditləri. Birbaşa xarici ticarət və xidmətlərlə bağlıdır.
- maliyyə kreditləri. Onlardan çoxməqsədli məsələlərin həllində,
məsələn,
birbaşa
kapital
qoyuluşlarında,
tikinti
obyektlərinin
investisiyalaşdırılmasında, qiymətli kağızlar alınmasında, xarici borcların
ödənilməsində, büdcə kəsirlərinin örtülməsində və s. istifadə edilir.
Növlərinə görə kreditlər əmtəə kreditlərinə və valyuta kreditlərinə
bölünür. Əmtəə kreditləri, əsasən, ixracçıların öz alıcılarına təqdim etdikləri
kreditlərdir. Valyuta kreditlərini isə banklar pul formasında verir.
404
Müddətinə görə beynəlxalq kreditlər qısamüddətli (3, 6 və 12 aya
qədər), ortamüddətli (1 ildən 5 ilə qədər) və uzunmüddətli (5 ildən çox) olur.
Bir sıra ölkələrdə ortamüddətli kreditlər 7-10 ilə, uzunmüddətli
kreditlər isə 10 ildən çox müddətə verilir.
Beynəlxalq kreditlər sahəsində ən mühüm yeri banklar və xüsusilə
beynəlxalq banklar tutur. Bankların verdiyi kreditlər bank kreditləri adlanır
ki, bunların da ixrac, maliyyə və valyuta kreditləri kimi yarımnövləri var.
İxrac kreditləri ixracçı ölkənin bankının idxalçı ölkənin bankına verdiyi
kreditlərdir. Bu krediti almaqla idxalçı ölkə əmtəəni yalnız kredit verən
ölkədən alacağı barədə öhdəlik götürmüş olur. Maliyyə kreditləri isə
əmtəəni istənilən ölkədən sərfəli şərtlərlə almağa imkan yaradır. Valyuta
kreditlərindən əmtəə almaq üçün deyil, xarici borcları ödəmək və milli
valyutanın kursunu saxlamaq məqsədilə istifadə olunur.
Beynəlxalq bank kreditləri, bir qayda olaraq, hamının qəbul etdiyi
ümumi müddətlərə verilir. Beynəlxalq kreditlər beynəlxalq kredit
bazarlarından əldə edilir. Bu bazarların kredit alqı-satqısında istənilən ölkə
iştirak edə bilər. Bunun üçün bir neçə şərtin ödənilməsi tələb olunur.
Bunların ən vacibi kreditlərin qaytarılmasına zəmanət verilməsidir.
25.2. Beynəlxalq maliyyə və valyuta siyasəti
Maliyyə təkcə bir ölkə daxilində deyil, həm də regional və beynəlxalq
miqyasda iqtisadi proseslərin ən mühüm aspektini təşkil edir. Buna görə də
maliyyə siyasəti həyata keçirilərkən beynəlxalq təsirlərin əhatə dairəsi çox
geniş olur. Maliyyə siyasəti təkcə bir ölkə daxilində qapanıb qalanda bir çox
amillər maliyyənin rolunu mürəkkəbləşdirir və aparılan siyasət lazımi
nəticəni vermir. Bu səbəbdən indi çoxlu regional və beynəlxalq maliyyə
qurumları fəaliyyət göstərir və yeniləri yaradılır. Misal olaraq Beynəlxalq
Valyuta Fondunu, Avropa Valyuta Sistemini və digər təşkilatları göstərmək
olar. Beynəlxalq maliyyə siyasətinin həyata keçirilməsində ən mühüm rolu
Beynəlxalq Valyuta Fondu oynayır. Bu siyasət mahiyyətcə pul vəsaitlərinin
beynəlxalq hərəkətinin təmin olunmasına və milli valyutaların beynəlxalq
nüfuzunun qorunmasına xidmət edir. Həmin təşkilatların və dövlətlərin
maliyyə-pul münasibətləri sahəsində apardıqları siyasət maliyyə və valyuta
siyasəti adlanır.
Valyuta siyasəti 3 forma və ya struktur parametri ilə fərqlənən valyuta
sistemi çərçivəsində həyata keçirilir:
- Milli valyuta sistemi;
- Dünya valyuta sistemi;
- Regional (beynəlxalq) valyuta sistemi.
405
Valyuta-iqtisadiyyat münasibətlərinin məcmusu kimi tarixən ilk dəfə
milli valyuta sistemi meydana gəlib. Bu sistem tarixən iqtisadi əlaqələrin
beynəlmiləlləşməsi və milli qanunvericiliyin beynəlxalq hüquq normaları
kontekstində möhkəmləndirilməsi əsasında meydana gəlmiş valyuta
münasibətlərinin təşkilinin hüquqi formasıdır. Milli valyuta sistemi milli
pul-kredit sisteminin tərkib hissəsi olsa da, öz fəaliyyət xarakterinə görə
ölkə sərhədlərindən kənara çıxır. Bu sistemin özünəməxsusluğunu
səciyyələndirən amil milli iqtisadiyyatın və ölkənin xarici iqtisadi
əlaqələrinin inkişaf səviyyəsidir. Milli valyuta sisteminin prinsipləri ölkənin
qanunvericiliyi ilə müəyyənləşir. Bu sistemin əsas elementləri bunlardır:
milli valyutanın dönərlilik səviyyəsi; nisbəti; kursu; beynəlxalq (xarici)
alıcılıq gücü; valyuta məhdudiyyətlərinin olub-olmaması; beynəlxalq kredit
vəsaitləri,
onlardan
istifadə
qaydalarının
və
ölkənin
beynəlxalq
hesablaşmalarının müəyyənləşdirilməsi; milli valyuta və qızıl bazarları
rejimi; ölkənin valyuta münasibətlərini tənzimləyən və onlara xidmət edən
milli orqanlar.
Milli valyuta sistemi dünya təsərrüfatının inkişafı əsasında meydana
gələn, dövlətlərarası razılaşmalar və konvensiyalarla təsbit edilən
beynəlxalq valyuta münasibətlərinin təşkili forması, yəni dünya valyuta
sistemi ilə qırılmaz tellərlə bağlıdır.
Dünya valyuta sistemi dünya təsərrüfatının qlobal məqsədlərini yerinə
yetirməklə, xüsusi fəaliyyət və tənzimləmə mexanizminə malik olmaqla
yanaşı, həm də milli valyuta sistemləri ilə sıx əlaqədədir. Bu əlaqə valyuta
münasibətlərini tənzimləyən, onlara xidmət edən milli banklar vasitəsilə
həyata keçirilir, dövlətlərarası valyuta tənzimlənməsi və dövlətlərin
maliyyə-valyuta siyasətinin əlaqələndirilməsi kimi meydana çıxır. Milli
valyuta sistemi ilə dünya valyuta sistemi bir-birilərindən öz elementləri ilə
fərqlənir. Dünya valyuta sisteminin elementləri bunlardır: valyuta
ehtiyatları, beynəlxalq hesablaşmalar üçün pul vahidləri, valyutaların
qarşılıqlı dönərliliyi, valyutaların nisbətlərinin müəyyən olunmuş vahid
rejimi, valyuta kurslarının müəyyənləşdirilməsi, valyuta məhdudiyyətlərinin
dövlətlərarası tənzimlənməsi, beynəlxalq kredit vəsaitlərindən və beynəlxalq
hesablaşmaların əsas formalarından istifadənin müəyyən olunmuş vahid
qaydaları, valyuta tənzimlənməsini həyata keçirən beynəlxalq təşkilatlar.
Milli valyuta sistemi və milli valyuta ölkənin milli pul vahidinə,
dünya valyuta sistemi isə bir, yaxud bir neçə ehtiyat valyutasına və ya
beynəlxalq hesablaşma pul vahidinə əsaslanır.
Ehtiyat valyutaları aparıcı ölkələrin beynəlxalq ödəniş və ehtiyat
vəsaiti funksiyalarını yerinə yetirən, başqa ölkələr üçün valyuta kursları və
valyuta nisbətlərinin müəyyən edilməsinin əsasını təşkil edən dönərli milli
valyutalarıdır.
406
Regional valyuta siyasəti dövlətlərarası valyuta münasibətlərini
tənzimləyir və bu sistemin təkmilləşməsini təmin edir. Avropa valyuta
sistemi (avro) və Afrika valyuta sistemi (Afrika dinarı) regional valyuta
siyasətini həyata keçirən alətlər sırasına daxildir.
Valyuta siyasəti valyuta qanunvericiliyini (beynəlxalq səviyyədə
beynəlxalq konvensiyaları və müqavilələri) formalaşdırır və onun vasitəsilə
reallaşır. Valyuta qanunvericiliyi ölkədə və ölkədənkənar valyuta dəyərləri
əməliyyatlarını, eləcə də valyuta problemləri üzrə ikitərəfli və çoxtərəfli
beynəlxalq sazişləri tənzimləyən hüquqi normalar toplusudur.
Valyuta siyasətini reallaşdıran vasitələrdən biri valyuta tənzimləməsi,
yəni milli, dövlətlərarası və regional səviyyələrdə valyuta əməliyyatlarının
və beynəlxalq hesablaşmaların aparılma qaydasının dövlət tərəfindən
müəyyənləşdirilməsidir.
Valyuta siyasətinin reallaşdırılması vasitələrindən biri valyuta
tənzimlənməsidir. Valyuta tənzimlənməsi – milli, dövlətlərarası və regional
səviyyələrdə həyata keçirilən valyuta əməliyyatlarının aparılması
qaydasının və beynəlxalq hesablaşmaların dövlət tərəfindən müəyyən
olunmasıdır.
Valyuta siyasəti valyuta problemləri üzrə qərarların hazırlanmasını,
qəbul edilməsini və reallaşdırılmasını əhatə edir. İstehsal vasitələri üzərində
xüsusi mülkiyyətin mövcud olduğu şəraitdə beynəlxalq
valyuta
münasibətləri sərt mərkəzləşdirilmiş əsaslarla idarə oluna bilməz. Buna
görə də bu siyasət bir neçə səviyyədə həyata keçirilir:
- özəl müəssisələr səviyyəsində. Burada çox böyük valyuta ehtiyatları
olan, milli və beynəlxalq səviyyəli valyuta əməliyyatlarında fəal iştirak
edən müəssisələr ( şirkətlər, banklar və s.) nəzərdə tutulur. Valyuta siyasəti
bu özəl qurumların qanunsuz (spekulyativ) valyuta sövdələşmələri
aparmasının qarşısını almağa yönəldilir;
- milli səviyyədə (dövlət səviyyəsində) maliyyə siyasətini maliyyə
nazirliyi, mərkəzi bank, valyuta (maliyyə) nəzarəti orqanları aparır;
- beynəlxalq səviyyədə. Burada valyuta tənzimlənməsini digər
beynəlxalq maliyyə-kredit təşkilatlarının (Dünya Bankının, Beynəlxalq
Hesablaşmalar Bankının, Avropa İnkişaf və Yenidənqurma Bankının, İslam
İnkişaf Bankının və s.) iştirakı ilə işləyib-hazırlayan və həyata keçirən orqan
Beynəlxalq Valyuta Fondudur.
407
İnkişaf etmiş ölkələrdə valyuta siyasəti onun məqsədlərindən və
formalarından asılı olaraq struktur və cari valyuta siyasətlərinə bölünür.
Struktur siyasəti dünya valyuta sistemində uzunmüddətli struktur
dəyişikliklərinin həyata keçirilməsinə yönəlmiş tədbirlərin məcmusudur. Bu
siyasət valyuta sisteminin prinsiplərinin bütün ölkələrin maraqları nəzərə
alınaraq təkmilləşdirilməsi adı altında həyata keçirilən valyuta islahatlarıdır.
Struktur valyuta siyasəti cari valyuta siyasətinə təsir göstərir. Cari valyuta
siyasəti - valyuta kurslarının, valyuta əməliyyatlarının, valyuta bazarının və
qızıl bazarının fəaliyyətinin gündəlik və operativ qaydada tənzimlənməsinə
yönəlmiş tədbirlərin məcmusudur. Bu siyasət valyuta sistemi prinsiplərini
təkmilləşdirmək məqsədilə və bütün ölkələrin maraqlarını nəzərə almaqla
valyuta islahatları keçirməkdən ibarətdir. Struktur valyuta siyasəti cari
valyuta siyasətinə, yəni milli, regional və beynəlxalq səviyyələrdə valyuta
kurslarının, əməliyyatlarının, valyuta və qızıl bazarlarının tənzimlənməsini
həyata keçirən tədbirlər toplusuna təsir göstərir. Cari valyuta siyasəti valyuta
sisteminin normal fəaliyyətinin təmin olunmasında çox böyük rol oynayır.
Beynəlxalq maliyyə və valyuta siyasəti beynəlxalq pul dövriyyəsi və
əmtəə – pul münasibətlərini tənzimləyən ən mühüm vasitədir. Bu həm də
dünya səviyyəsində iqtisadi əməliyyatlara və proseslərə maliyyə nəzarətini
reallaşdıran vasitə kimi daha geniş funksiyalar yerinə yetirir. Beynəlxalq
maliyyə siyasəti müxtəlif formalarda həyata keçirilir.
Dostları ilə paylaş: |