4. Nikahın sığortalanması
Qeyd etdiyimiz kimi, iqtisadi-sosial və ictimai həyatda hər şey
sığortalana bilər. Sosial sahədə ən mühüm sığorta formalarından biri də
şəxslərin sığortalanmasında çox böyük rol oynayan nikah sığortasıdır.
Maliyyə fəaliyyətinin bir sahəsi olmaqla bu sığorta növü cəmiyyət üçün çox
önəmlidir.
Nikahın sığortalanması özünü uşaqların sığortalanmasının bir variantı
kimi göstərir. Belə ki, bəylə gəlin nikah yaşına çatana qədər böyük uşaqlar
kimi sığortalanmış olurlar və nikah ərəfəsində onlara sığorta məbləği
ödənilir.
Toy sığortasının uşaqların sığortasından başlıca fərqi budur ki, hətta
sığorta dövründə sığortaçının vəfatı ilə bağlı sığorta haqqının verilməsi
dayandırılsa belə, sığorta məbləğinin nikaha qədər alınması təmin
olunmalıdır. Sığorta məbləği sığorta müddəti bitəndən sonra nikahın qeydə
alınması ilə əlaqədar ödənilir. Nikah olmadıqda məbləğ sığortalanmış şəxsin
müəyyən (məsələn, 21) yaşa çatması ilə bağlı olaraq verilir. Sığorta
müqaviləsi fəaliyyət göstərdiyi müddətdə bədbəxt hadisə nəticəsində
sağlamlığın itirilməsi ilə əlaqədar sığorta məsuliyyəti qüvvədə qalır və
səhhət pozğunluğunun faizi adi uşaq sığortasında olduğu kimi
müəyənləşdirilir. Sığortalanmış şəxs vəfat etdikdə sığorta məbləği ödənilmiş
sığortahaqqı həcmində verilir.
Nikahın sığortalanması üzrə müqavilələr həyatın qarışıq sığortasına
uyğun olaraq 18 yaşdan 72 yaşa qədər olan vətəndaşlarla bağlanır ki, bu
zaman da müqavilənin müddətinin başa çatdığı günə sığortalanmış
vətəndaşın yaşı 75-i keçməməlidir.
Yuxarıda göstərdiyimiz kimi, sığorta məbləği sığortalanmış şəxsə
onun rəsmi nikaha girməsi ilə əlaqədar olaraq sığorta müddəti bitdikdən
sonra ödənilir. Nikah sığortası üzrə sığorta müddətini və gözləmə dövrünü
fərqləndirmək lazım gəlir. Sığorta müddəti, adi uşaq sığortasında olduğu
kimi, müqavilə bağlanan zaman uşağın real yaşı ilə 18 yaş arasındakı fərq
kimi müəyyən olunur.
337
Sığorta müddəti bitdikdən sonra gözləmə dövrü başlanır ki, bu da
sığortalanmışların rəsmi nikaha girməsinə, yaxud maksimum sığorta yaşına
21 il qalmışa qədər davam edə bilər. Bu, sığortalanan şəxsin nikaha tez və
ya gec girməsi ilə əlaqədardır.
5. Bədbəxt hadisələrdən sığortalanma
Bədbəxt
hadisələrdən
sığortanın
prinsipləri
həyatın
qarışıq
sığortasının əsas prinsiplərinə uyğun olaraq həyata keçirilir. Bu prinsiplərin
ən vacibi sığorta müddətində sığortalanmış şəxsin düçar olduğu bədbəxt
hadisələr zamanı sığorta məsuliyyəti həcminin məhdudluğudur. Bu
məhdudiyyət sığorta tariflərinin əlverişliliyini təmin edir və sosial sığortaya
bilavasitə əlavə olmaqla bədbəxt hadisələrdən sığortanın geniş inkişafına
kömək göstərir. Bu kateqoriyada ən geniş yayılmış sığorta növü bədbəxt
hadisələrdən fərdi qaydada sığortadır.
Bədbəxt hadisələrdən fərdi sığortanın şərtlərinə görə, hər kəs yalnız
özünü sığortalatmalıdır. Buna görə də sığortaçı və sığortalanan şəxs eyni
adam olur. Sığortaçılar öz vətəndaşlarımız və ölkədə daimi yaşayan, lakin
vətəndaşlığı olmayan , əcnəbilər və digər şəxslər ola bilər. Bu prinsip yaş
həddi ilə şərtlənir. Sığortaya 16 yaşından 74 yaşına qədər olan vətəndaşlar
qəbul edilir və əsas şərt budur ki, sığorta müddətinin başa çatdığı gün
sığortalanmış şəxsin yaşı 75-dən yuxarı olmasın. Lakin bədbəxt
hadisələrdən sığorta sığortalanan şəxsin sağlamlığının itirilməsi, yaxud vəfat
etməsi halları üçün nəzərdə tutulduğundan bu növ həm qrup şəklində
(məsələn, müəssisə işçilərinin sığortalanması), həm fərdi qaydada, həm də
könüllü və məcburi (məsələn, sərnişinlərin, hərbi qulluqçuların və başqa
vətəndaşların sığortalanması) formalarında həyata keçirilir.
Bədbəxt hadisələrdən sığorta da həyatın qarışıq sığortasının
prinsipləri əsasında qurulur. Burada da yaş bütöv
illər üzrə
müəyyənləşdirilir. Sağlamlıq durumu müqavilənin bağlanmasına mane
olmur. Sığortalamaya yalnız işləməyən I qrup əlillər qəbul edilmir.
338
Sığorta məbləği bədbəxt hadisə nəticəsində sığortalanmış şəxslər
sağlamlıqlarını itirdikdə, yaxud vəfat etdikdə (ikinci halda varislərə)
ödənilir. Sağlamlığın itirilməsilə əlaqədar sığorta məsuliyyəti həyatın
qarışıq sığortası üzrə olan müvafiq sığorta məsuliyyətinə bərabər tutulur.
Bədbəxt hadisələrdən fərdi sığortanın şərtində sığorta məbləğinin
proporsional olaraq azaldılması imkanları da nəzərdə tutulur. Bununla
yanaşı, mövcud qanunvericiliyə əsasən, sığortalanan tərəfin müəyyən etdiyi
sığorta məbləğinin ölçüsü müqavilənin əsas şərti olduğuna görə, o ancaq
sığorta dövründə tərəflərin razılığı ilə dəyişdirilə bilər.
Sığortaçının göstərilən vəziyyətdə ancaq sığorta ayırmalarını yenidən
hesablatmağa ixtiyarı çatır.
Sığortanın şərtləri 1 ildən 5 ilədək müddətə müqavilə bağlanmasına
imkan verir. Təcrübədə bədbəxt hadisələrdən sığorta müqavilələrinin 1 il
müddətinə bağlanmasına üstünlük verilir. Adamları uzunmüddətli
müqavilələrə həvəsləndirmək üçün sığorta şərtlərində güzəştlər (məsələn, 3
ilə – 5%, 4 ilə – 10%, 5 ilə – 15% və s.) nəzərdə tutulur.
Bədbəxt
hadisələrdən
sığortada
uşaqların
və
məktəblilərin
sığortalanması böyük yer tutur. Burada bəzi fərqlər mövcuddur.
Hər iki halda uşaqların və məktəblilərin yaşından asılı olmayaraq
sığortaçı valideynlər və başqa yaxın adamlar, sığortalanmışlar isə uşaqlar və
məktəblilər olur.
Bədbəxt hadisələrdən sığortalanmanın əsasını onun qısamüddətli
növləri təşkil edir. Sığortaçının sığorta məsuliyyətinin həcminə,
müqavilələrə görə, bədbəxt hadisənin törədə biləcəyi nəticələr daxil edilir.
Bu zaman sözün müstəqim mənasında hər hansı bədbəxt hadisə deyil, yalnız
«sığortalıq bədbəxt hadisə», yəni müqavilə şərtlərində olan hadisə nəzərdə
tutulur. Müxtəlif müqavilələrdə «sığortalıq hadisələr» siyahısına müxtəlif
hadisələr daxil edilə bilər. Məsələn, sərnişinlərin sığorta şərtlərində yalnız o
hadisələr «sığortalıq» sayılır ki, onlar sığortaçı müəyyən nəqliyyat növündə
olarkən baş verir. İstehsalatdakı «sığortalıq hadisələr» peşə fəaliyyətinin
yerinə yetirilməsi ilə bilavasitə bağlı olmalıdır.
Bütün bədbəxt hadisə nəticələrini üç növdə qruplaşdırmaq olar: ölüm,
əmək qabiliyyətinin müvəqqəti itirilməsi, əmək qabiliyyətinin həmişəlik,
tam və ya qismən itirilməsi (əlillik).
Birinci növün izahata ehtiyacı yoxdur. Əmək qabiliyyətinin
müvəqqəti itirilməsi o deməkdir ki, bədbəxt hadisə nəticəsində orqanizmdə
baş verən patoloji dəyişikliklər, funksiya pozuntuları insana müəyyən
müddət öz əmək fəaliyyətini davam etdirməyə mane olur.
339
Bu müddət bitdikdən sonra əmək qabiliyyəti tam bərpa oluna bilər.
Nəhayət, əmək qabiliyyətinin həmişəlik itirilməsi, yaxud əlillik ona deyilir
ki, bədbəxt hadisə nəticəsində insan ömürlük olaraq əmək qabiliyyətini itirir
(korluq, topallıq və s.).
Əmək qabiliyyətinin azalması səviyyəsindən asılı olaraq əlilliyi
müxtəlif dərəcələrə bölürlər. Məsələn, əl, yaxud ayaq barmaqlarından biri
olmadıqda əmək qabiliyyəti o qədər də azalmır, gözlərin, əllərin, ayaqların
heç biri olmayanda isə tam əlillik meydana gəlir. Müqavilə şərtlərinə görə,
bədbəxt hadisənin sadalanan nəticələrinin hamısı ya birlikdə, ya da müxtəlif
kombinasiyalarda sığorta məsuliyyətinə daxil edilir.
Ümumiyyətlə, sığortanın vəzifəsi, məsələn, əmlakın, yaxud digər
sığorta obyektinin korlanmasına gətirib çıxaran müxtəlif səbəblər üzündən
sığortaçının məruz qaldığı maddi zərərin ödənilməsindən ibarətdir. Bədbəxt
hadisələrdən sığortalanmanın spesifikası elədir ki, burada sığorta obyektinin
dəyəri olmur. Sığorta məbləği kimi ödənən vəsaitdən heç də həmişə sözün
əsl mənasında bədbəxt hadisənin nəticələrinin birbaşa aradan qaldırılmasına
sərf edilmir. Əmək qabiliyyətinin itirilməsi, yaxud ölüm nəticəsində əldə
edilməmiş gəlirin bərpasına da bu vəsaitin köməyi ilə nail olmaq mümkün
deyil. Bu funksiya Sosial Sığorta Fondundan ayrılan vəsait hesabına yerinə
yetirilir. Lakin bədbəxt hadisələrə görə sığorta ödənişləri çox vaxt ailə
başçısının özünün və ya əmək qabiliyyətinin itirilməsi zamanı ciddi maddi
çətinlikləri aradan qaldırmaqda, müalicəyə və dolanışığa sərf olunan əlavə
xərclərin örtülməsində ailəyə yardımçı olur.
Beləliklə, bədbəxt hadisələrdən sığorta zamanı, əslində, əmək
qabiliyyətinin itirilməsinin və ölüm riskinin sığortalanması baş verir. Bu
riskin maksimal dəyərini sığortaçı özü müəyyənləşdirir. Sığorta haqqının
həcmi, müqavilədə nəzərdə tutulan xidmətlərin özünəməxsus ödənişi kimi,
bu dəyərdən və həmin sığortaçı üçün bədbəxt hadisə ehtimalından asılıdır.
Bədbəxt hadisələrdən sığorta müqavilələrinə əsasən maddi yardım rolunu
oynayan ödəniş sığorta məbləğinin, sığorta müavinətinin və sutkalıq təltifin
müqavilədə göstərilmiş bir hissəsi kimi verilə bilər.
Sığorta ödənişinin forması müqavilə şərtləri və bədbəxt hadisənin
nəticəsinin xarakteri ilə müəyyənləşir. Misal üçün, sığortalıq bədbəxt hadisə
ölümlə,
yaxud
əmək
qabiliyyətinin
tam
itirilməsi
(əlillik)
ilə
nəticələnmişdirsə, ödəniş müqavilədə göstərilmiş ölçüdə, birdəfəlik verilir.
Əlillik baş verdikdə sığorta məbləği birdəfəlik ödənməklə yanaşı,
müqavilədə pensiya verilməsi də nəzərdə tutula bilər. Sığortalanmış
şəxslərin pensiya almaq müddəti əlillik dövrü ilə müəyyən edilir. Pensiya
müxtəlif qaydada – illik, rüblük, aylıq ola bilər.
340
Sığorta müqaviləsində nəzərdə tutulur ki, əmək qabiliyyəti qismən
itirilərkən verilən sığorta məbləği əmək qabiliyyəti tam itirilərkən verilən
məbləğin müəyyən hissəsini təşkil etməlidir. Bu «müəyyən hissənin»
miqdarı əmək qabiliyyətinin itirilmə, yəni bədbəxt hadisənin nəticəsinin
ağırlıq dərəcəsindən asılıdır. Müqavilə şərtlərinə görə sığorta məbləğinin
hansı hissəsinin ödənilməli olduğu müxtəlif qaydalarla müəyyənləşdirilə
bilər. Lakin hər bir halda sığorta olunmuş şəxsin aldığı zədənin səbəbi və
xarakteri haqqında həkimin təsdiqlədiyi şəhadətnamə olmalıdır. Sığorta
təcrübəsində bu zaman, adətən, mümkün zədələrin siyahısı tutulur, hər bir
zədənin təsiri ilə əmək qabiliyyətinin neçə faiz azaldığı göstərilir. Məsələn,
bir barmaq sümüyünün sınması əmək qabiliyyətinin 5%, bud sümüyünün
funksiyanı dəyişmədən sınması 20% azalmasına səbəb olur. Sığorta
məbləğinin ödənmə faizi əmək qabiliyyətinin itirilməsi faizinə uyğun
müəyyənləşdirilir.
«Sığortalıq bədbəxt hadisə» nəticəsində əmək qabiliyyəti müqavilədə
göstərilən müddətə müvəqqəti olaraq itirilirsə, sığortalanmış şəxs sığorta
müavinəti, yaxud sutkalıq ödəniş alır. Müavinətin miqdarı həmin müddətə
uyğun olaraq müqavilədə əvvəlcədən göstərilmiş olur.
Sığorta müqaviləsi bağlamaq üçün sığortaçı şifahi müraciət edir və
həmin vaxtadək öləcəyi təqdirdə sığorta məbləğinin kimə (kimlərə)
verilməli olduğunu göstərir. Müqavilənin qüvvədə olduğu müddətdə o,
yazılı sərəncam vasitəsilə varislərini dəyişdirə bilər. Bu ərizəni verərkən
sığortaçı sığorta şəhadətnaməsi və onun şəxsiyyətini təsdiqləyən sənəd
təqdim etməlidir.
Bədbəxt hadisələrdən sığorta müqaviləsinə görə, sığorta halı baş
verərkən sığorta olunan dövlət sosial sığorta, sosial təminat məbləğindən
zərərin ödənməsi qaydasında ona çatacaq məbləğdən asılı olmayaraq
sığortaçıya, yaxud onun təyin etdiyi şəxsə (şəxslərə) razılaşdırılmış sığorta
məbləğinin ya hamısını, ya da onun müvafiq hissəsini verməlidir.
341
Bədbəxt hadisələrdən sığorta zamanı mühüm əhəmiyyət kəsb edən
məsələlərdən biri də sığorta hallarının müəyyənləşdirilməsidir. Buraya
sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş vermiş, müalicə-
profilaktika müəssisəsinin arayışı ilə təsdiqlənmiş və «Sığorta halları ilə
əlaqədar ödənilməli olan sığorta məbləğlərinin ölçü cədvəli»ndə nəzərdə
tutulmuş hadisələr daxildir. Buraya, məsələn, sığortaçının bədbəxt hadisə
nəticəsində aldığı zədələr, zəhərli bitkilərdən, kimyəvi maddələrdən (sənaye,
yaxud məişət maddələrindən), keyfiyyətsiz qida məhsullarından (zəhərli
infeksiyalar istisna olmaqla), dərmanlardan təsadüfi kəskin zəhərlənmələr,
orqanların kəsilib atılması ilə nəticələnən patoloji doğuşlar və ya
uşaqlıqdankənar hamiləlik, təsadüfi sınıqlar, sümük çıxıqları, dişlərin
zədələnməsi, yanıqlar, orqanların qırılması (yaralanması), yaxud yanlış tibbi
manipulyasiyalar nəticəsində onların kəsilib atılması, sığorta müqaviləsinin
fəaliyyəti müddətində göstərilən səbəblərdən, yaxud həmin hadisələrdən
sonrakı bir il ərzində nəfəs yollarına yad cisim düşməsi, sudaboğulma,
anafilaktik şok, bədənin donması (soyuqdəymə nəzərə alınmır) nəticəsində
sığortaçının vəfat etməsi aid edilir.
Eyni zamanda sığorta halına daxil olmayan hadisələr də var. Məsələn,
sığortaçının istintaq orqanları və ya məhkəmə tərəfindən qəsdən cinayət
törətmə hərəkəti kimi qiymətləndirilən, alkoqollu içkilərdən, narkotik və
zəhərli maddələrdən sərxoşluq vəziyyətdə daxiliyanma, yaxud elektrik
mühərriki olan nəqliyyat vasitələrini (avtomobili, motosikli, motorolleri,
mopedi, motorlu velosipedi, traktoru, kombaynı, trolleybusu, tramvayı və
s.), kateri, motorlu qayığı idarə edərkən, yaxud bu vasitələrin idarə
edilməsini həmin vəziyyətlərdə olan başqa bir şəxsə həvalə etməsi
nəticəsində aldığı zədələr sığorta hadisəsi kimi qəbul edilmir. Sığortaçının
intihara cəhd nəticəsində zədə alması, yaxud zəhərlənməsi, qəsdən özünə
bədən xəsarəti yetirməsi, sadalanmış səbəblərdən ölməsi, müalicə-
diaqnostika müəssisələrinin təqsiri üzündən baş vermiş mənfi nəticələr də
sığorta hadisəsi sayılmır.
Bədbəxt hadisələrdən sığorta müqaviləsinin fəaliyyəti müddət başa
çatanda, müqavilənin qüvvəyə mindiyi gündən bir gün əvvəl; sığorta
olunmuş şəxs sığorta şəhadətnaməsində göstərilmiş sığorta məbləğini tam
ödədikdə; sığortaçı vəfat etdikdə dayandırılır. Müqaviləyə xitam verilməsi
üçün başqa əsaslar da ola bilər (məsələn, sığortaçı xaricə yaşamağa
gedəndə).
342
Bədbəxt hadisədən sığortalanma, əsasən, könüllü olsa da, bəzi
kateqoriyalara daxil olan şəxslər, məsələn, polis əməkdaşları, daxili
qoşunların şəxsi heyəti, hərbi toplanışa çağırılmış vətəndaşlar və hərbi
qulluqçular, dövlət vergi xidmətinin, xarici kəşfiyyat və dövlət
təhlükəsizliyi orqanlarının ştatlı əməkdaşları, hakimlər və b. üçün məcburi
xarakter daşıyır.
6. Annuuitet və şəxsi pensiyaların sığortalanması
Annuitet sözü azərbaycancaya tərcümədə ilbəil ödəniş deməkdir.
İndiki halda rentanın, yaxud pensiyanın sığortalanması anlamında işlənir.
Annuitet və pensiyanın sığortası eyni istiqamətli anlayışlardır. Bununla
belə, sığorta təminatının şərtlərində və sığortalama qaydasında bunların
arasında müəyyən fərqlər də var. Annuitet sığortalanmış şəxsə onun bircə
dəfə verdiyi pul əvəzinə ömrünün sonunadək hər il müəyyən ödəniş
verilməsini nəzərdə tutan müqavilədir. Ödənişin məbləği, bir qayda olaraq,
illik ödəmənin məbləği ilə uzlaşdırılır, lakin təcrübədə başqa ödəniş
növlərinə də (yarımillik, rüblük, aylıq) rast gəlinir. Ödənişlər, müqavilə
şərtlərindən asılı olaraq, əvvəlcədən və ya sonradan verilə bilər. Məsələn,
annuitet müqaviləsinin qüvvəyə minmə tarixi yanvarın 1-i kimi göstərilibsə,
deməli, əvvəlcədən ödəniş elə həmin ilin həmin günü, yanvarın 1-də,
sonradan ödəniş isə yalnız növbəti il yanvarın 1-də verilməlidir. Sonradan
ödənən annuitetlər mütənasib və qeyri-mütənasib ola bilər.
Annuitetin ən geniş yayılmış növlərindən biri təcili annuitetdir.
Burada bir dəfəyə alınmış pul əvəzinə hər il sığortalanmış şəxsə müəyyən
məbləğdə ödəniş verilməsi nəzərdə tutulur. Belə polisləri, adətən,
pensiyaçılar alırlar ki, ömürlərinin qalan hissəsində hər il müntəzəm olaraq
gəlir əldə edə bilsinlər. Sığortaçı müqavilənin fəaliyyət müddətini
əvvəlcədən müəyyənləşdirə bilməz, çünki sığortalanmış şəxs cəmi bir neçə
dəfə ödəniş alandan sonra da ölə bilər, uzun müddət də yaşaya bilər.
Təminatlı annuitet təcili annuitetin elə bir növüdür ki, burada
sığortalanmış şəxsin nə vaxt öləcəyindən asılı olmayaraq minimal ödəmə
müddəti əvvəlcədən razılaşdırılır. Məsələn, 10 ilə təminat almış annuitet
sığortalanmış şəxsin nə qədər yaşamasına baxmayaraq 10 il müntəzəm
olaraq ödənilməlidir. Sığortalanmış şəxs 10 ildən tez ölərsə, onun varisləri
qalan pulu ilbəil, yaxud bir dəfəyə ala bilərlər.
343
Annuitetin başqa bir növü möhlətli annuitetdir. Burada ödənişin nə
vaxtdan veriləcəyi əvvəlcədən razılaşdırılır. Müqavilənin bağlanması ilə
ödənişlərin verilməyə başladığı vaxt arasındakı zaman məsafəsi möhlət
müddəti adlanır. Sığortalanmış şəxs möhlət müddətində vəfat edərsə, sığorta
şirkəti, adətən, aldığı məbləğin hamısını, bəzən hətta faizi ilə birlikdə
qaytarır. Möhlətli annuitetlərin səciyyəvi cəhəti budur ki, ödənişlər hansısa
gələcək tarixdən başlanır və annuitet birdəfəlik ödənişlə satın alına, yaxud
möhlət müddətində qaytarıla bilər.
Başqa bir növ müddətli annuitetdir. Belə müqaviləyə əsasən,
sığortalanmış şəxs ölənə qədər ödəniş verilmir, bunun əvəzinə müqavilədə
hətta sığortalanmış şəxs sağ olsa belə, ödənişlərin qurtarma vaxtı
razılaşdırılır.
Fərqli formalardan biri də həyatın və sonuncu ölənin annuitetinin
birgə sığortalanmasıdır. Bu halda ödənişlər ər-arvaddan birinin ölümündən
sonra da tam məbləğdə (bəzən üçdə bir azalma ilə) davam etdirilir. Belə
annuitetlər əvvəlcədən, sonradan, mütənasib, qeyri-mütənasib, təminatlı,
yaxud təminatsız qaydalarda və adi annuitetlər kimi ödənilə bilər.
Artan məbləğ annuiteti. Ödənişlərin verildiyi müddətdə inflyasiya
onların real dəyərini azaltdığından bəzi sığortaçılar artan məbləğ annuiteti
təklif edirlər. Burada inflyasiya itkilərini kompensasiya etmək üçün
müəyyən faiz artırılır. Bəzən hətta istehlak qiymətləri indeksinin tətbiq
olunduğu annuitetlər də təklif edilir.
Nəhayət, annuitetlərin bu təsnifata görə sonuncu növü kapitalla
müdafiə olunan annuitetdir. Bu növ sığortalanmış şəxsə təminat verir ki,
onun varisləri toplanmış məbləği tam ala biləcəklər. Məsələn, sığortalanmış
şəxs verilmiş məbləğlə alınmış məbləğ bərabərləşənə qədər ölərsə, bu
məbləğlər arasındakı fərq onun varislərinə veriləcək.
Şəxsi pensiyaların sığortalanması da annuitetlərə bənzəyir. Lakin
burada ümumi qayda belədir ki, şəxsi pensiya vətəndaş yaşa görə pensiyaya
çıxmayınca verilə bilməz. Adətən, pensiya sxemləri elə hazırlanır ki, orada
pensiyalar mövcud vergi mükafatlarını nəzərə almaqla təmin olunur. Söhbət
özəl şəxslə pensiya fondu arasındakı müqavilə ilə ödənilən şəxsi pensiyadan
gedir. Fondu ya ayrıca şirkətin əməkdaşlarının adından müvəkkil edilmiş
şəxs, ya da peşəkar təşkilat (sığorta şirkəti və ya bank) idarə edə bilər.
Pensiya müqaviləsi dəqiq surətdə ya yaşa görə, ya da ailə başçısının
itirilməsinə görə pensiya verilməsinə yönəldilməlidir. Bir nəfər bir neçə
sığorta şirkəti ilə müqavilə bağlaya bilər, lakin bir çox ölkələrdə vergi
orqanları hər il pensiya müqavilələri üzrə pensiya fondlarına göndərilməli
olan məbləğə mütləq məhdudiyyətlər qoyur.
7. Sərnişinlərin sığortalanması
344
Bədbəxt hadisələrdən sığorta dedikdə nəqliyyat qəzaları, iş yerində
baş verən bədbəxt hallar, bədən xəsarəti və s. nəzərdə tutulur. Bu sığorta
növündə məcburilik amili var. Ona görə də insan sığortasının bu növü
sərnişinlərin məcburi sığortalanması adlanır. Buradakı əsas vadaredici motiv
və mənbə sərnişin nəqliyyatında baş verən olaylardır. Sərnişin nəqliyyatının
yüksək təhlükə mənbəyi olması sərnişinlərə məcburi sığortanın tətbiq
edilməsini şərtləndirir. Əmlakın məcburi sığortasından fərqli olaraq
sərnişinlərin məcburi sığortasının avtomatikliyi prinsipi onların yolda
olması ilə əlaqədardır. Məcburi sığorta hava, dəmir yolu, dəniz, daxili su və
avtomobil nəqliyyatının sərnişinlərinə, turizm-ekskursiya təşkilatlarının
xətti ilə beynəlxalq ekskursiyalarda olan turistlərə və ekskursantlara yolda
olduqları müddətdə tətbiq edilir. Sərnişinlər biletin qiymətinə daxil olan
sığortahaqqını nəqliyyat qurumunun təşkilati-hüquqi formasından asılı
olmayaraq bilet əldə edərkən ödəyirlər. Pulsuz gediş hüququ olan
sərnişinlərə sığorta da pulsuzdur. Nəqliyyat vasitələrinin xidmət personalı
məcburi sığortadan azaddır.
Sığorta məsuliyyətinin həcmi yolda sərnişinlərin üzləşdikləri bədbəxt
hadisələrin nəticələrilə əlaqədardır. Sığorta məbləği sığortalanmışların
sağlamlığının itirilməsinə və ya vəfatına görə ödənilir.
Bədbəxt hadisə sığorta olunmuş şəxsin cinayət törətməsi, özünü
öldürmək istəməsi, administrasiyanın tələblərini saya salmaması, yaxud
nəqliyyatda gediş qaydalarını pozması nəticəsində baş verərsə, sığorta
şərtlərində nəzərdə tutulmuş sığorta məsuliyyəti məhdudlaşdırılmış olur.
Biletlərin qiymətləri ilə birlikdə nəqliyyat təşkilatlarının kassalarına
daxil olan sığorta ödəmələri müəyyən olunmuş qaydada sığorta orqanlarının
hesabına köçürülür. Sığorta orqanları alacaqları məbləğin vaxtında və tam
köçürülməsinə nəzarət edirlər.
Xərclər örtüldükdən sonra qalan məbləğin bir hissəsi sərnişin
daşınmasının təhlükəsizliyinə yönəlmiş tədbirlərin keçirilməsinə sərf olunur.
Əmlakın məcburi sığortasından fərqli olaraq sərnişinlərin məcburi
sığortasının avtomatizm prinsipi, əvvəl dediyimiz kimi, onların vaxtaşırı
olaraq yola çıxmaları ilə bağlıdır və biletin tam qiymətinə daxil olan sığorta
(komission) yığımlarının ödənilməsindən asılıdır. Bu şərtlər yerinə
yetirilmədikdə sığorta çıxdaş sayılır. Yolda olan sərnişinlər eyni vaxtda
sığorta ayırmalarını ödəmiş sığortaedənlər və sığortaolunanlar hesab
olunurlar.
Mövcud qanunvericiliyə görə, sərnişinlərin heç də hamısı sığortaya
cəlb edilmir. Beynəlxalq nəqliyyat vasitələrinin bütün növlərində sığorta
işini xarici sığorta şirkətləri görür.
345
Sərnişinlərin yolda olmaları dövrü nəqliyyat vasitələrinə minik elan
olunduğu andan başlanaraq nəqliyyat vasitəsi sonuncu dayanacağa
çatdıqdan sonra sərnişinlərin onu tərk etməsi ilə başa çatır.
Sığorta bazarının indiki inkişaf mərhələsində sərnişinlərin könüllü
olaraq əlavə sığortalanmasına da yol verilir.
Dostları ilə paylaş: |