Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə24/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Nitq mədəniyyəti 
və 
onun meyarları. 
Nitq ünsiyyəti pro­
sesində insanın nitq mədəniyyəti mühüm rol oynayır. Onun vəzi­
fələrindən biri həmsöhbətinə xoş təsir bağışlamaqdır, insanın nit­
qinə əsasən onun mənəvi və intellektual inkişaf səviyyəsi, daxili 
mədəniyyəti haqqında fikir söyləmək mümkündür.
Nitq mədəniyyəti - şifahi və yazılı ədəbi dilin normalarına (tə­
ləffüz qaydaları, vurğu, sözdən istifadə, qrammatika, üslubiyyat), 
həmçinin ünsiyyətin m üxtəlif vəziyyətlərində, nitqin məqsəd və 
məzmununa müvafiq şəkildə dilin ifadə vasitələrindən istifadə et­
mək bacarığına yiyələnməkdir.
Başqa sözlə, nitq mədəniyyəti - düzgün danışmaq və yazmaq, 
həmçinin söz və ifadələrdən ünsiyyət vəziyyəti və məqsədlərinə 
uyğun istifadə etmək bacarığıdır.
Beləliklə, nitq mədəniyyətinin iki əsas göstəricisi, yaxud me­
yarı vardır: düzgünlük və kommunikativ məqsədyönlülük. Nitq 
mədəniyyətinin hələ çox qədim dövrlərdə müəyyənləşdirilmiş di­
59


gər meyarları dəqiqlik, düzgünlük, məntiqidik, aydınlıq və anlaşıq- 
lılıq, təmizlik, ifadəlilik, müxtəliflik, estetiklik, sözün yerində iş­
lənməsi kimi məsələlərdir. Nitq mədəniyyətinin bütün meyarlarını 
daha ətraflı nəzərdən keçirək.
1. Düzgünlük. 
Bu, nitq normalarına əməl edilməsidir. Nitqin 
tələffüz, qrammatik, üslubi normalarına əməl edilən nitq düzgün 
nitqdir. Bu normalara uyğun olaraq, məsələn, {ailə} yox, {ayilə}, 
{nənəyə} yox, {nəniyə} demək lazımdır. Lakin düzgünlük həqiqi 
nitq mədəniyyətinin yalnız birinci pilləsidir.
2. 
Kommunikativ məqsədyönlülük. 
Bu haqda yuxanda da­
nışmışdıq. Təkcə düzgün damşmaq və yazmaq kifayət deyil, həm 
də müvafiq kommunikativ vəziyyətlərdə onlardan düzgün istifadə 
edə bilmək üçün söz və ifadələrin üslub ənənələri haqqında anlayı­
şa malik olmaq lazımdır.
3.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin