Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə25/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

 Mülahizənin dəqiqliyi. 
Bu anlayışda iki istiqamət əsas gö­
türülür: gerçəkliyin əks edilməsində dəqiqlik və fikrin sözlə ifadə­
sində dəqiqlik. Birinci istiqamət nitq mülahizəsinin dəqiqliyi ilə 
bağlıdır (həqiqət, yaxud yalan). İkinci halda, aşağıdakı qüsurlann 
meydana çıxması mümkündür: konkretliyin olmaması («kim isə, 
harada isə, bəzən bizdə...» və s. kimi ifadələr), səslənməsinə görə 
yaxın, məzmununa görə fərqli sözlərin qarışıq salınması (əsr-əsir, 
almaz-almas, atlaz-atlas və s.).
4. 
Şərhin məntiqliliyi. 
Mülahizə gerçəkliyin, fikrin məntiqini 
əks etdirməli və ifadəli nitqin məntiqi ilə xarakterizə olunmalıdır.
Fikrin (yaxud mülahizənin məzmununun) məntiqiliyi gerçək­
liyin faktlarının və onların əlaqələrinin(səbəb-nəticə, uyğunluq- 
fərqlilik və s.) düzgün əks olunmasını, irəli sürülən fərziyyənin 
əsaslandırılmış olmasını, «lehinə» və «əleyhinə» dəlillərin möv­
cudluğunu, fərziyyəni təsdiq, yaxud inkar edən dəlillərin nəticəyə 
yönəlmiş olmasını bildirir.
Mülahizənin məntiqiliyinin pozulmasına nümunə kimi məlum 
məsəllər: 
«Bostanda xiyardır, şəhərdə dayı», y a xu d «Yağış yağırdı
və iki tələbə- biri universitetə, digəri qaloşla».
Nitqin ifadəliliyinin 
məntiqinin pozulması yazılı mətnin abzaslara düzgün bölünməməsi 
zamanı da meydana çıxa bilər.
60


5.
Şərhin aydınlığı və anlaşıqlılığı. 
Şərhin aydınlığı onun ün­
vanlandığı şəxsə aydın olmasını nəzərdə tutur. Aydınlıq sözlərin
terminlərin, söz birləşmələrinin, qrammatik konstruksiyaların də­
qiq və birmənalı şəkildə işlədilməsi yolu ilə əldə olunur.
İfadələrdə aydınlığın pozulmasına nümunə kimi, məsələn: 
«Bu kimi başqa işlərdə rəqəmli məlumatlar yoxdur».
Şərhin aydınlığı (yaxud anlaşıqlığı)- nitq formasının ünvan­
landığı şəxs üçün anlaşılan olması, onu maraqlandıra bilməsi de­
məkdir.
Nitqin anlaşıqlılığı aydın olmasını nəzərdə tutur. Lakin aydın 
şərh edilən hər şey heç də bütün insanlar üçün anlaşıqlı olmur. M ə­
sələn, atom fizikasına aid aydın dillə oxunan mühazirə əsasən yal­
nız mütəxəssislər üçün aydın olur.
6. 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin