ümumi əlamətlərləri ilə seçilən növləri ilə sıx surətdə bağlıdır. M ü
asir dildə elitar, orta-ədəbi, ədəbi-danışıq və sadə (təklifsiz) danı
şıq növləri göstərilir.
Elitar növ.
Elitar növün daşıyıcıları dilin bütün normalama
bələd olan, etik və kommunikativ normalara əməl edən insanlardır.
Elitar nitq növünün daşıyıcıları olan insanlar üçün vəziyyət və
məqsədlərinə müvafiq funksional üslub və nitq janrından çətinlik
çəkmədən istifadə etmə, yazılı nitqin şifahi nitqə «köçürülməməsi»
xarakterikdir. Ünsiyyət normalarına əməl edilməsi müəyyən dərə
cədə ünsiyyətin ritorik qanunlarını bilməyi və əməli surətdə tətbiq
etməyi bacarmağı tələb edir.
Nitq mədəniyyətinin elitar növü ümumi mədəniyyətin daha
tam şəkildə təcəssümü, dünya və milli mədəniyyətə heç olmazsa,
qeyri-fəal şəkildə (maddi mədəniyyət nümunələrini tanımaq, elm
dahiləri haqqında, heç olmazsa, əsas məlumatlara malik olmaq,
ədəbiyyat, incəsənət inciləri ilə tanışlıq və s.) yiyələnməkdir.
Dostları ilə paylaş: