Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə30/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Orta ədəbi növ. 
Ölkənin təhsilli əhalisinin böyük əksəriyyəti 
onun daşıyıcısıdır: bunlar ali və orta təhsilli insanlardır. Bu növ 
mədəniyyətin sadə və tam olmayan variantına yiyələnmiş insanm 
ümumi mədəniyyətini təmsil edir.
Ədəbi-danışıq və ərkyana (loru) danışıq tipləri 
Bu növlər 
müstəqil surətdə yalınz XX əsrin 90-cı illərində formalaşmağa 
başlamışdır.
Əgər nitq mədəniyyətinin orta ədəbi növünün daşıyıcısı olan 
insan üçün elitar növün daşıyıcısından fərqli olaraq, ədəbi dilin bü­
tün növlərinə yaxından bələd olmamaq xarakterikdirsə (adətən, bu, 
danışıq dili və funksional üslublardan biri olur, alimlər üçün- elmi, 
jurnalistlər üçün -publisistik və s ), «danışıq» tipləri üçün yalnız 
ünsiyyətin damşıq sistemi xarakterikdir, onlar bu növdən istənilən 
şəraitdə, o cümlədən rəsmi şəraitdə istifadə edirlər.
Öz üslubu və yeknəsəqliyinə görə aşağı səviyyədə olan nitq 
ilə ərkyana (loru) tipi bir-birinə yaxınlaşır.
«Danışıq» növləri yalnız nitqin aşağı səviyyəsinə görə 
fərqlənir. Ədəbi-danışıq tipində «sən-ünsiyyət» və «Şafa»(Şəfiqə) 
növlü ev müraciətləri üstünlük təşkil edir; ərkyana (loru) danışıq
66


tipində «sən-ünsiyyət» ^eganə mümkün varianta çevrilir, müraciət 
zamanı isə «Şafoçka», «Şafka» və s.formalarına üstünlük verilir.
Hər iki tipdə çoxsaylı j arqonlardan istifadə olunur, lakin ərkyana 
danışıq növündə kobud sözlərin və adi danışıq elementlərinin sayı 
artır. Eyni zamanda, hər iki növdə çox sayda xarici leksikaya və ki­
tab sözlərinə rast gəlinir ki, bunlardan çox zaman sadəcə fasilələri 
(pauzaları) doldurmaq üçün istifadə olunur. Tez-tez 
yəni, konkret
olaraq, əşşi, o deeyy, belə ki, əslində, əh, eee, şey
kimi sözlərdən 
istifadə olunur.
Nitq mədəniyyətinin bu tiplərində etik və kommunikativ nor­
malara əməl edilməsindən söhbət belə gedə bilməz. Burada nit­
qin yazılı və şifahi forması arasındakı fərqlər itir və monoloji nit­
qi qurmaq bacarığının qətiyyən olmaması (həmsöhbətinə tez-tez 
«məni başa düşürsən?», «başa düşürsən?» kimi suallarla müraciət 
edilməsi, eyni zamanda onun başa düşmək imkanlarına tamamilə 
əhəmiyyət verilməməsi də buradan yaranır) meydana çıxır.
Danışıq üslubuna əməli şəkildə yiyələnmə təlimdən çox əxlaqi 
baxımdan təshih işini tələb edir, danışıq üslubu (məişət üslubu) 
üzərində iş diqqətin sərbəst ünsiyyət şəraitində, həmsöhbətinin 
xüsusiyyətlərini, nitq şəraitini nəzərə almaqla, dil vasitələrinin 
diqqətlə seçilməsinin zəruriliyinə cəlb edilməsinə yönəldilmişdir.
Sürətli danışıq zamanı səs tonunun qəflətən azalmasına nitq 
mədəniyyətinin orta ədəbi növünə uyğun gələn nitqdə rast gəlinir, 
bu da dinləyiciyə verilən informasiyam bütünlükdə dərk etməyə 
mane olur.
Nitq mədəniyyətinin orta ədəbi növünün daşıyıcılarının nit­
qi təkcə dostyana ünsiyyətdə yox, həm də peşəkar fəaliyyətdə 
yaxşı ola bilər, lakin göstərilən şəraitlərdən kənarda onlann nit­
qi köməksiz, çarəsiz qalır. İstənilən vəziyyətdə həqiqi yaxşı nitq 
nümayiş etdirmək yalnız elitar nitq növünün daşıyıcılarına xasdır, 
lakin hətta onlar da bəzən qüsura yol verirlər.
İstənilən natiq dramaturq, rejissor və aktyordur, şifahi nitq 
isə teatr incəsənəti kimi canlı prosesdir. Buna görə də nitq mədə­
niyyətinin m üxtəlif növlərinə yiyələnmə - həqiqi natiqin ustalığı­
nın dəyişməz şərtidir.
67


2.5. N itq etiketi

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin