Dərs vəsaiti Naxçıvan Dövlət Universitetinin


VAHİD RZAYEV Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim GİRİŞ



Yüklə 188,31 Kb.
səhifə3/11
tarix17.05.2023
ölçüsü188,31 Kb.
#115585
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11
Drs vsaiti Orta sr Azrbaycan mutfk

VAHİD RZAYEV


Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

GİRİŞ


Hər hansı bir xalq, nəsil və millət olursa olsun özünəməxsus səciyyəsi, tərbiyə xüsusiyyətləri və rəngarəng hadisələrlə dolu pedaqoji fikir tarixi vardır. Qədim və zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqının məktəb, tərbiyə və pedaqoji fikir tarixi, geniş elmi tədqiqat işi üçün tükənməz bir xəzinədir. Xalqımızın tarixi, dünyabaxışı, fəlsəfi, ictimai-siyasi fikri, mənəvi aləmi, mütərəqqi ənənələri tədris, təhsil, tərbiyə və pedaqoji fikir tarixində mövqeyi hələ də ətraflı öyrənilməmişdir.
Pedaqogika tarixini öyrənməyə ehtiyacı olan hər bir adam keçmiş pedaqoji təcrübənin faktları ilə tanış olmalı, öz xüsusi təcrübəsini inkişaf etdirməlidir. Keçmiş mütərəqqi təcrübəsindən və qabiliyyətlərindən istifadə edərək, müxtəlif fikirlərin nəzəriyyələrin vəhdətindən özü üçün lazım olan təsəvvürlər yaratmalıdır.
Qeyd edək ki, tərbiyə elmi, ilk pedaqoji meyillər çox uzaq keçmişdən öz başlanğıcını almış, mütərəqqi ənənələri inkişaf etdirərək müasir səviyyəsinə gəlib çatmışdır. Tərbiyənin ayrı-ayrı dövrlərində məqsədini, təbiətini, məzmununu və prosesini dərk edərək öz dünyagörüşünü genişləndirməli, məktəb təcrübəsində ondan bəhrələnməlidir. Buna görə də tarixin bütün dövrlərində olduğu kimi bu gün də bu sahədə tədqiqatlar aparmaq ən aktual məsələlərdəndir.
Azərbaycanda pedaqoji fikir tarixinin keçmişi çox qədim olmuşdur. Onu xalq pedaqogikasının, şifahi xalq ədəbiyyatının nümunələri zənginləşdirmişdir. Mənbələrə nəzər salsaq, biz bunu istər qədim (56, 95), istər erkən (28, 40) istərsə də son orta əsrlər dövründə (56, 103) fəaliyyət göstərmiş şəxsiyyətlərin əsərlərində də görə bilərik.
Xalq pedaqogikası nümunələrinə X.Şirvaninin,
N.Gəncəvinin, N.Tusinin, M.Əvhədinin, İ.Nəsiminin, Ş.İ.Xətainin və M.Füzulinin əsərlərində də rast gəlmək olur. Bu məsələ yalnız Azərbaycan yazıçı və şairlərin deyil, qocaman Şərqin klassik şairlərinin yaradıcılığında da tərənnüm edilmiş və neçə-neçə tərbiyə örnəyinə çevrilmişdir. Onların yaradıcılığında şəxsiyyətin tərbiyəsi ilə bağlı dəyərli fikirlər irəli sürülmüşdür.
Orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsi ilə bağlı fikirləri bir sıra tədqiqatçıların əsərlərində öz əksini tapsa da, qeyd olunan mövzu ayrıca tədqiqat obyekti olmamışdır.
Vəsaitdə bu cəhət əsas götürülərək orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsi haqqında fikirləri əsas tədqiqat obyekti olmuşdur. Bununla bağlı orta əsr Azərbaycan mütəfəkkirlərindən X.Şirvaninin, N.Gəncəvinin, N.Tusinin, M.Əvhədinin, İ.Nəsiminin, Ş.İ.Xətainin və M.Füzulinin fikirləri öyrənilmişdir. Vəsaitin yazılmasında əsas məqsəd orta əsr Azərbaycan mütəfəkkirləinin şəxsiyyət tərbiyəsi haqqında fikirlərini öyrənməkdən ibarətdir. Bu zaman aşağıdakı vəzifələrin həlli nəzərdə tutulmuşdur:
-İnsanın şəxsiyyət kimi necə formalaşdığını
aydınlaşdırmaq;
-XI-XVI əsr Azərbaycan mütəfəkkirlərindən bir qrupunun şəxsiyyət tərbiyəsi haqqında fikirlərini kompleks şəkildə öyrənmək;
Şəxsiyyətin formalaşmasında irsiyyətin, mühitin və tərbiyənin rolunu müəyyənləşdirmək;
-Şəxsiyyət kimi formalaşmış insanın hansı qabiliyyətlərə, keyfiyyət imkanlarına malik olduğunu müəyyənləşdirmək.
Qeyd edək ki, vəsaitdə XI-XVI əsr Azərbaycan mütəfəkkirlərindən bir qrupunun (X.Şirvaninin, N.Gəncəvinin, N.Tusinin, M.Əvhədinin, İ.Nəsiminin, Ş.İ.Xətainin və M.Füzuli) şəxsiyyət tərbiyəsi ilə bağlı söylədikləri fikirləri öyrənilmişdir. Bu zaman insanın şəxsiyyət kimi formalaşması prosesində irsiyyətin, mühitin və tərbiyənin rolu sistemli şəkildə öyrənilmiş, onların mühüm yer tutduğu müəyyənləşdirilmişdir.
Vəsaitin yazılmasında Ə.Ağayev, Ə.Həşimov, N.Kazımov, Ə.Seyidov, M.Muradxanlı, İ.Mollayev, O.Həsənli, R.Hüseynzadə, İ.Əliyev, R.Ağayev və V.Rzayev kimi görkəmli pedaqoqların əsərlərindən və əldə etdiyi nəzəri nəticələrdən istifadə edilmişdir.
Mövzunun araşdırılması zamanı elmi araşdırma, müqayisəli təhlil üsullarından istifadə edilmiş, obyektiv yanaşma prinsipi gözlənilmişdir. Bu üsulların təbliği nəticəsində şəxsiyyətin formalaşmasında irsiyyətin, mühitin və tərbiyənin rolu aydınlaşdırılmışdır.
Dərs vəsaitinin hazırlanmasında internet adreslərindən, son dövrdə nəşr olunmuş kitablardan, klassiklərin əsərlərindən və dövrü mətbuat materiallarından istifadə edilmişdir.

Yüklə 188,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin