Dərs vəsaitivə metodik vəsaitlər: Əsas "Bədən tərbiyəsi və idman tarixi". A.Əliyev, D. Quliyev,Bakı- 2005



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix10.05.2022
ölçüsü0,58 Mb.
#57336
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
Fiziki tərbiyənin tarixi (Mühazirələr)

    Olimpiya  oyunları.  Qədim  Yunanıstanda  Olimpiya  Ģəhərində  ilk  dəfə  e.ə. 

776-cı  ildə  Zevsin  Ģərəfinə  yarıĢlar  keçirilməyə  baĢladı.  Olimpiya  oyunları  5 

gün ərzində keçirilir, 1-ci və 5-ci günlər təntənəli mərasimlərə, qalan günlər isə 

idman yarıĢlarına həsr edilirdi.  

    Digər rəvayətə görə, Ellada hökmdarı Ifit Sparta hökmdarı Likurqla müqavilə 

bağlayır və bu Ģərəfə dostluq bayramı keçirməyi qərara alırlar.  

    Müəyyən  müddət  keçdikdən  sonra  Ellada  torpağında  bütün  hərbi 

əməliyyatlar dayandırılır. Oyunların keçirilməsi mərasimi əmək, məiĢət və sülh 

rəmzinə çevrilir. 

    Klassik  dövr  (e.ə.  5-4  əsrlər)  Olimpiya  oyunlarının  proqramına  ikitəkərli 

arabalarda  yürüĢ,  yumruq  döyüĢü,  beĢnövəli,  (qacmaq,  nizə  və  disk  tullamaq, 




15 

 

uzununa tullanmaq, güləĢmə). Həmçinin incəsənət müsabiqələri və s. daxil idi. 



    Əsrlər  keçməsinə  baxmayaraq  Olimpiya  oyunları  öz  tərbiyəvi  əhəmiyyətini 

itirməmiĢdir.  Zevsin  heykəlində  qeyd  edilmiĢdir:  «Olimpiada  qaləbəsini  pulla 



yox, ayaqların sürəti va bədənin möhkəmliyi ilə qazanmaq olar».  

Bu  yarıĢlara  ölkənin  azad  və  ən  layiqli  vətəndaĢlar  buraxılırdı. 

Hakimlər atlətləri bu sözlərlə yarıĢa çıxarırdılar:  

məĢq eomda mübarizəyn da dəhĢətli changes  



«Əgər  sən  məĢq  etmisənsə  və  bu  böyük  yarıĢlarda  iĢtirak  etməya  layiqsənsə, 

onda mübarizəyə cəsarətlə baĢla, yox, əgər özünü buna layiq bilmirsənsə, onda 

dəhĢətli biabırçılıqdan yaxa qurtarmaq üçün yarıĢa girmə və istədiyin tərəfə çıx 

get.»  

    Bu  fəlsəfi  ideya  insanları  cəsarətə,  qüdrətli  olmağa,  bədən  tərbiyəsi  və 

idmanla məĢğul olmağa çağırmıĢdır.  

    Öz Ģəxsi mənafeyi, varlanmağı naminə  yarıĢlarda iĢtirak edənlər ifĢa olunur, 

onları qorxaq və bədbəxt adamlar adlandırırdılar. YarıĢlar zamanı rəqiblə kobud 

rəftar  etmək,  bilərəkdən  və  ya  təsadüfən  onu  öldürmək  qəti  qadağan  idi, 

hakimləri ələ almaq istəyənləri isə ölüm gözləyirdi.  

    Qadınlar  bu  oyunlara  nəinki  iĢtirakçı,  hətta  tamaĢaçı  kimi  də  buraxılmırdı. 

Rəvayətə  görə,  tamaĢaçılar  arasında  öz  həyat  yoldaĢının  paltarlarını  geymiĢ 

Kallirpateria  oğlu  Olimpiya  çempionu  olduqda  həyəcanını  gizlədə  bilməyərək 

stadiona atılmıĢ və oğlunu qucaqlamıĢdır. Qadın həyəcandan yeriĢini və geydiyi 

paltarı  unudur,  baĢından  papağı  düĢür,  uzun  hörükləri  sallanır.  Hakimlər  və 

tamaĢaçılar bunu görüb onun ölümünü tələb edirlər. Lakin Kallipaterianın atası 

Diaqor  və  oğlu  müxtəlif  vaxtlarda  Olimpiya  oyunlarının  qalibləri  olduqlarına 

görə  onu  bağıĢlamıĢdılar.  Sonrakı  illərdə  elə  qərar  qəbul  etmiĢdilər  ki, 

idmançılar, məĢqçilər və xidmətçilər yarıĢ yerinə çılpaq gəlməli və mandatdan 

keçməli olmuĢlar.  

    Ġlk  vaxtlar  Olimpiya  oyunlarında  idmançılar  yalnız  stadionun  uzunluğuna 

bərabər  olan  192,  27  m  (stadiya)  mesafə  qət  etmək  üzrə  yarıĢırdılar.  Sonralar 

proqrama ağır hərbi alətlərlə silahlanmıĢ piyadaların  qaçıĢı,  güləĢmə, uzununa 

tullanma,  nizə  və  disk  atmaq,  iri  təkərli  arabalarda  yürüĢlər  daxil  edildi.  Hətta 

ilk  vaxtlarda  Oyunlarda  yalnız  yuxarı  yaĢlı,  hərbi  çağırıĢlı  yunanlar  da  iĢtirak 

edə  bilirdilər.  37-ci  Olimpiya  oyunlarından  sonra  uĢaqların  də  iĢtirakı  üçün 

xüsusi gün ayrıldı.  

    Maraqlıdır  ki,  yarıĢlarda  iĢtirak  etmək  istəyən  hər  bir  idmançı  mütləq bütün 

növlərdə  çıxıĢ  etməli  idi.  Hərtərəfli  inkiĢaf  etmiĢ  ən  güclü,  ən  çevik  idmançı 

qalib gələ bilirdi. Oyunların məzmunu və qaydaları iqtisadi və sosial hadisələrin 

təsiri,  yəni  də  quldarlıq  dövrünün  aramsız  müharibələri  nəticəsində  tez-tez 

deyiĢirdi.  Amma  bütün  bunlara  baxmayaraq  Olimpiadalar  sülhün  rəmzi 

ifadəçisi  kimi  qalmaqda  idi.  Olimpiya  oyunları  zamanı  Yunanıstanda 

müharibələr dayandırılır..  

    Oyunlar  keçirilən  günlərdə  incesenet  müsabiqələri  keçirilir,  mahnilar  ifa 

olunurdu.  MəhĢur  tarixçi  Herodot,  filosof  Sokrat,  natiq  Demosfen,  yazıçı 

Lukian, riyaziyyatçı Pifaqor və digər görkəmli Ģəxslər belə tədbirlərdə həvəslə 




16 

 

iĢtirak  etmiĢlər.  MəhĢur  Ģəxsiyyətlərdən  Makedoniyalı  Filip  at  çapmaq  üzrə 



Platon  Istmya,  Pifiya  oyunlarında  ve  Pifaqor  Olimpiya  oyunlarınında  iĢtirak 

etməklə yanaĢı, həm də yumruq döyüĢündə yarıĢların qalibi adını almıĢdılar.  

    Eramızdan  əvvəl  V  əsrdə  Olimpiya  oyunları  daha  geniĢ  Ģəkil  alaraq  5  gün 

uzadılmıĢdı.  Bu  oyunlar  Poleponnes  əyalətinin  Kronos  dağı  ətəyində  yerləĢən 

Olimpiya vadisində 4 ildən bir Olimpiya oyunları adı altında keçirilmiĢdir. Ġndi 

də bura yunanlar üçün müqəddəs yer sayılır.  

    Yunanların  qədim  ənənəsi  əsasında  bizə  məlum  olmuĢdur  ki,  ilk  Olimpiya 

çempionlarının  adları  Alfey  çayının  sahili  boyunca  ucaldılmıĢ  mərmər 

sütunlarda həkk edilmiĢdir.  

    O  vaxt  Olimpiya  oyunlarında  iĢtirak  etmək  istəyən  Adamların  adları  xüsusi 

siyahıya  qeyd  edilirdi.  YarıĢda  iĢtirak  edəcək  atlet  10  ay  ərzində  öz  hesabına 

xüsusi  məktəblərdə  yarıĢlara  hazırlaĢırdı.  Qədim  Olimpiya  oyunlarında  təkcə 

idman,  hərbi  hazırlıq  deyil,  həm  də  mənfəət  gətirən  təmtəraqlı  incəsənət 

müsabiqələri və yarmarkalar da fəaliyyət göstərirdi.  

    Qədim  Yunanıstanda  Olimpiya  oyunlarının  keçirildiyi  yerdə  indi  Olimpiya 

muzeyi  fəaliyyət  göstərir.  Burada  saxlanılan  1435  kq  ağırlığında  nəhəng 

qayadaĢı  tamaĢaçıların  diqqətini  cəlb  edir.  Qayanın  üzərində  qədim  yunan 

dilində  yazılmıĢdır: «Mi lon məni bir əli ilə baĢı üzərinə qaldırdı». Eramızdan 

əvvəl  VI  əsrdə  yaĢamıĢ  Milon  adlı  atlet  həqiqətən,  görkəmli  rekord  əldə 

etmiĢdi.  Milonun  müasiri  pəhləvan  Yevimast  480  kq  ağırlığı  olan  qaya 

parçasını yerdən qaldırmıĢdır.  

    Qədim  mərmər  pillələrin  birinda  yunan  atleti  Failin  Olimpiya  oyunları 

zamanı 16 metr uzununa tullandığı yazılmıĢdır. Bu 

dövlətinin  hərbi  qüdrətini  nümayiĢ  etdirmək  və  hərbi  birliyə  nail  olmaq  idi. 

Ümumyunan  və  regional  oyunları  keçirmək  üçün  Yunanıstanın  Olimp,  Delf, 

Pirey,  Milet  və  digər  rayonlarında  böyük  miqdarda  stadionlar  inĢa  olunmuĢdu 

ki,onların xarabalıqları bizim dövrədək qalmıĢdır.  

On beĢ əsr keçəndən sonra Olimpiya oyunlarının yenidən keçirilməsi məsələsi 

meydana gəlir. 1829-cu ildə Yunanıstan istiqlaliyyət qazandıqdan sonra idman 

bayramlarını bərpa etmək üçün səylər göstərildi.  

    Yalnız 1824-cü ildə ingilis arxeoloqu lord Stanxof Alfey sahillərində qazıntı 

iĢlərinə  baĢladı.  Məhz  o,  antik  dövrlər  Olimpiadası  stadionunun  planını 

müəyyənləĢdirə bildi..  

1859-cı  ildə  yunan  ordusunun  mayoru  böyük  vəsaitə  malik  olan  Evar.gelis 

Sappas "Panellin Olimpiada"sını təĢkil etdi. Burada baĢqa ölkələrin idmançıları 

iĢtirak etmirdilər. YarıĢlar Afina meydanlarının birində keçirilirdi. Bu yarıĢı 22 

min  yunan  izləmiĢdir.  Qalibləri  zeytun  budağından  hazırlanmıĢ  çələng  ilə 

mükafatlandırırdılar.  1889-cu  ildə  yenidən  qədim  Elladada  keçirilən  oyunları 

bərpa etmək üçün iki dəfə cəhd göstərilmiĢdir. 

hərbi  iĢdən  uzaqlaĢması  və  bununla  əlaqədar  fiziki  tərbiyənin  tənəzzülə 

uğraması  yarıĢ  xarakterli  ənənəvi  bayramların  keçirilmesinə  də  öz  təsirini 

göstərmiĢdir.  Yunanıstanda  əvvəllər  olduğu  kimi  oyunlar,  xüsusən  Olimp 

oyunları məĢhur olsa da, artıq bu oyunların xarakteri və iĢtirakçılarının tərkibi 



17 

 

dəyiĢmiĢdi.  



Fiziki tərbiyə ilə  müntəzəm  məĢğul  olmayan quldarlar öz aralarından  yarıĢlara 

lazımi  dərəcədə  hazırlıqlı  adamlar  çıxara  bilmirdilər.  Buna  görə  də  oyun 

iĢtirakçıları arasında əcnəbilər, azadlığa buraxılanlar, müflisləĢmiĢ quldarlar da 

görünməyə  baĢlayır  və  getdikcə  onlar  yarıĢlarda  iĢtirak  etməyi  özlərinə  peĢə 

seçirdilər. PeĢəkar atletlər birtərəfli fiziki hazırlıq keçir, yarıĢlarda hər hansı bir 

idman növü üzrə çıxıĢ edir və yalnız həmin növ üzrə məĢq keçirdilər. Bunun da 

nəticəsində Olimp oyunları proqramında əvvəllər əsas növ sayılan beĢnövçülük 

yoxa  çıxdı.  Ənənəvi  tarixi  ümumyunan  bayramı  sayılan  oyunlar  əyləncəli 

tamaĢaya çevrildi. Qaliblərə fəxri çələng əvəzinə böyük məbləğdə pul mükafatı 

verilməyə baĢlandı.  

B.e.ə.  146-cı  ildə  Yunanıstan  öz  müstəqilliyini  itirdi  və  Romanın  təsiri 

altına düĢdü. Lakin Olimp oyunları hələ uzun müddət yaĢamaqda davam edirdi.  

4. QƏDĠM ROMADA FĠZĠKĠ TƏRBĠYƏ 

Qədim  Romanın  təĢəkkül  tapması  b.e.ə.  754-753-cü  illərə  təsadüf  edir. 

Birinci üç əsr ərzində (b.e.ə. VIII-VI əsrlər car dövrü adlanır) Roma cəmiyyəti 

qabilə  quruluĢunun  parçalanması  və  patriarxal  -  quldarlıq  münasibətlərinin 

inkiĢafı mərhələsini yaĢamalı olmuĢdur.  

Hərbi  demokratiya  Ģəraitində  hərbi  iĢlə  əlaqədar  olan  və  öz  kökləri  ilə 

inkiĢaf  etmiĢ  qabilə  quruluĢu,  dövrünün  ənənəvi  xalq  oyunlarına  və 

bayramlarına gedib çıxan fiziki tərbiyə ünsürləri ilə inkiĢaf etməyə baĢlamıĢdı. 

Qədim Roma abidələri sübut edir ki, açıq-aydın  hərbi xarakter daĢıyan bir çox 

bayram  oyun  və  rəqsləri  romalılar  arasında  geniĢ  yayılmıĢdır.  Qədim  Romada 

troya  oyunları  ənənəvi  Ģəkil  almıĢdır.  Bu  oyunlara  qarıĢıq  gediĢli  (labirintlə) 

atlıların  yarıĢı  daxil  idi.  Bu  oyun,  xüsusilə  Romanın  zadəgan  aristokratiyası 

(patrisilər)  üçün  xarakterik  olmuĢdur.  Müharibə  zamanı  süvari  dəstələri  məhz 

onlardan təĢkil olunurdu. Təkərlər üzərində hərəkət etmək, bir çox hərbi rəqslər, 

nizə  atmaq,  yumruq  döyüĢü,  güləĢmə  və  s.  geniĢ  yayılmıĢdır.  Quldarlıq 

Romasında  hərbi-fiziki  sistemin  əsasını  qədim  fiziki  tərbiyə  ünsürləri  təĢkil 

edirdi.  

4.1. RESPUBLĠKA DÖVRÜNDƏ FĠZĠKĠ TƏRBĠYƏ 

     Qədim  Romada  fiziki  tərbiyə  sistemi  quldarlıq  ordusunun  qüdrətini 

möhkəmləndirmək vəzifəsinə uyğun formalaĢırdı. Romada respublika dövründə 

yaranmıĢ  hərbi-siyasi  quruluĢ  zamanı  (xatırladaq  ki,  bu  zaman  ictimai 

hakimiyyət hərbi xidmət keçməyə məcbur olan vətəndaĢların əlində idi) sərbəst 

və  tamhüquqlu  romalılar  özlərini  hərbi  xidmətə  hazırlamalı  idilər.  Bildiyimiz 

kimi,  qədim  Yunanıstanda  bu  məqsədlə  xüsusi  tərbiyə  müəssisələri 

yaradılmıĢdı. Yunanıstandan fərqli olaraq qədim Romada ev tərbiyəsi əsas yer 

tuturdu.  Roma  gəncləri  orduya  daxil  olmazdan  əvvəl  atalarının  rəhbərliyi 

altında ailədə və yaĢıdlarının əhatəsində tərbiyə alırdılar. Bir çox xalq oyunları 



18 

 

və  hərəkətləri  fiziki,  tərbiyə  vasitəsi  kimi  istifadə.  olunurdu.  Yuxarı  yaĢlı 



oğlanlar,  əsasən,  qaçıĢla,  ox  atmaqla,  güləĢlə,  qılınc  oynatmaqla  məĢğul 

olurdular. Patrisilər ailələrinə mənsub uĢaqlar isə atınıb sürməyə daha çox vaxt 

sərf  edirdilər.  Ailədə  kifayət  qədər  ilkin  hərtərəfli  fiziki  hazırlıq  görən  Roma 

gencləri  16-17  yaĢında  orduya  daxil  olurdular.  Onlar  orduda  uzunmüddətli 

hərbi səhra düĢərgələrində  ciddi təĢkil olunmuĢ və  xüsusi məqsəd güdən hərbi 

ve fiziki hazırlıq keçirdilər.  

     F.Engels bu sistemi xarakterizə edərək yazırdı: «Hərbçi çox sərt təlim keçir 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin