Dərs vəsaitivə metodik vəsaitlər: Əsas "Bədən tərbiyəsi və idman tarixi". A.Əliyev, D. Quliyev,Bakı- 2005



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix10.05.2022
ölçüsü0,58 Mb.
#57336
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Fiziki tərbiyənin tarixi (Mühazirələr)

   «Avesta»da  qoçaqlıq,  güclü  olmaq  haqqında  geniĢ  bəhs  edilir.  Zorxanada 

güləĢ  vaxtı  manqalda  üzərrik  yandırma  mərasimi  zərdüĢtlərdən  qalma  adət-

ənənədir. Ġdman oyunlarının müqəddəsləĢdirilməsi də zərdüĢtiliklə əlaqədardır. 

Məsələn,  «Avesta»da  sağlamlıq  belə  təriflənir:  «Ey  Məzdəkə  pərəstiĢ  edən 



zərdüĢtilər, torpaqdan yaxĢı bəhrə götürmək üçün əl və ayaqlarınızı bacarıqla 

iĢə salın, düzgünlüklə, yaxĢı iĢlayin.»  

«Avesta»da  düĢmən  üzərində  qələbə  çalmaq  üçün  pəhləvanlardan  dözümlü, 

iradəli, sağlam, güclü olmaq tələb edilirdi. Bundan əlavə, gələcək sağlam nəsil 

yetiĢdirmək  üçün  qəhrəmanların  ucaboy,  gözəl,  qadd-qamətli  olmaları 

zəruriyyətindən  də  bəbs  edilir.  «Dərvə»  sözü  sağlam  mənasında  iĢlədilmiĢdir. 

Hərəkətlər  və  oyunlar  insanların  fiziki  və  mənəvi  cəhətdən  formalaĢmasında 

əvəzedilməz  amillər  kimi  qiymətləndirilir.  Tarixin  bütün  mərhələlərində  fiziki 

hərəkətlər  və  oyunlar  müəyyən  qanunauyğunluqlar  əsasında  inkiĢaf  etmiĢ, 

cəmiyyətin iqtisadi inkiĢafının rəhni sayılmıĢdır.  

 

2. QƏDĠM ġƏRQ DÖVLƏTLƏRĠNDƏ FĠZĠKĠ TƏRBĠYƏ 



 

   Qəbilə  dövrünün  dağılması  prosesində  xüsusiyyətçiliyin  yeni  formalarını 

meydana  gəlməsi  ilə  yeni  istehsal  münasibətlərinin  bünövrəsi  qoyulur. 

Ġstehsalatın inkiĢafı ilə bərabər xüsusiyyətçiliyin də yeni formaları  yaranır. Bu 

prosesin nəticəsinda quldarlıq quruluĢu meydana gəlir.  

   BəĢər  tarixində  ən  qədim  sinfi  cəmiyyətlərdən  Misir,  Yunanıstan,  Assuriya, 

Babilistan, Hindistan ve Romadan fərqli olaraq, ġərq dövlətlərində quldarlıq-ev 

qulluqçuluğu  çərçivəsindən  kənara  çıxmamıĢdır.  O,  bir  çox  icma  məiĢəti 

formalarına  müvafiq  idi.  Quldarlar  azad  kəndlilər  üzərində  hakimiyyəti  ələ 

keçirərək  tədricən  qədim  ġərq  mütləqiyyətinin  hakim  sinfinə  çevrildi.  Öz 

iqtisadi  və  siyasi  hakimiyyətini  möhkəmlətmək  məqsedilə  ağalıq  eden  sinif 

özündən  əvvəlki  tarixi  dövr  ərzində  xalqın  yaratdığı  mədəniyyətdən  geniĢ 

istifadə edirdi.  

    Ağalıq  edən  sinif  öz  hakimiyyətini  möhkəmlətmək  üçün  hələ  ibtidai-icma 

quruluĢunda özünə kök salan dindən ustalıqla istifadə edir.  

    Əmək  fəaliyyəti  ilə  əlaqədar  yaranan  hərəkətlər,  Ģərqilər  Ģeklində  meydana 

çıxan  müxtəlif  oyun  və  yarıĢlar  qədim  ġərq  dövlətlərinin  bütün  azad  əhalisi 

arasında  yayılmıĢdır. Xalq arasında hərbi hərəkətlərin bir çox növləri də geniĢ 

vüsət tapmıĢdı.  

    Qədim  Misirin  bir  çox  abidələri  sübut  edir  ki,  əhali  arasında  güləĢ, 

akrobatika, qılınc oynatma, rəqslər, topla oyunlar və s. çox yayılmıĢdı.  

    Xalq  məiĢətində  tədbiq  olunan  bir  çox  oyun  və  yarıĢlar  haqqında 

məlumatlara Assuriyanın, Babilistanın, Ġranın abidələrində də rast gəlirik. Çində 

güləĢin  və  qılınc  döyüĢünün,  ayaqla  aparılan  top  oyunlarının  özlərinə  məxsus 

fənd  və  üsulları  var  idi.  Güman  etmək  olar  ki,  Çində  bədən  tərbiyəsi  sistemi 

qədimdə  yaranmıĢ  və  onun  bəzi  təmrinləri  hələ  quldarlıq  quruluĢu  dövründən 

saxlanılmaqda idi.  



10 

 

    Ağalıq  edən  quldarların  hökmranlığı  gücləndikcə,  xalq  bədən  tərbiyəsi 



elementlerindən  daha  çox  öz  sinfi  mənafeləri  üçün  istifadə  edirdilər.  Quldar 

oyanlar  orduda  rəhbər  sayılırdılar.  Onlar  döyüĢçüya  zəruri  olan  keyfiyyətləri 

özündə inkiĢaf etdirmək üçün xalqla məxsus  

hərəkət  növlərinə  üstünlük  verirdilər.  Xüsusi  təĢkil  olunmuĢ  fiziki  tərbiyə  və 

hərbi  hazırlıq  vasitəsilə  əyanlar  elə  fiziki  keyfiyyətlər  əldə  etməyə  çalıĢırdılar 

ki,  onları  sadə  xalqdan  seçmək  mümkün  olsun  və  bu  yolla  onların  nüfuzu 

artsın.  

   ✓  Qədim  Ġranda  və  Azərbaycanda  xüsusi  təĢkil  olunmuĢ  məktəblərdə  gənc 

zadəganların fiziki tərbiyə sistemi mövcud idi. Burada at sürməyi və ox atmağı 

öyrədirdilər. Bəzi məlumatlara görə qədim Misirdə zadəganlardan herbi baĢçılar 

hazırlayan məktəblərdə onlara güləĢ, qılınc oynatma, ox atma,  nizə atma və s. 

hərəkətləri öyrədirdilər.  

    Cəmiyyətin  kastalara  parçalandığı  qədim  Hindistanda  kĢatralar  hərbi  tayfa 

aristokratiyasını  təĢkil  edirdilər.  KĢatralar  uĢaq  çağlarından  döyüĢçü  kimi 

hazırlanırdılar.  Bunun  üçün  onlara  silah  iĢlətməyi,  qüvvətli,  cəld,  dözümlü 

olmaq  kimi  keyfiyyətlər  aĢılanırdı.  Eyni  zamanda  ġərqin  quldar  əyanları  xalq 

kütlələri üzərində öz nüfuz və hökmranlığını möhkəmlətmək üçün ənənəvi xalq 

bayramları və yarıĢlardan da öz mənafeləri naminə istifadə etməyə çalıĢırdılar. 

Bu  bayram  və  yarıĢlara  oyunlar,  rəqslər  və  mahnılar  daxil  edilirdi.  Qədim 

ġərqin bir çox dövlətlərinda kahinlər köhnə ənənəvi xalq bayramlarını bacarıqla 

yeni  rəsmi dinə uyğunlaĢdırırdılar. Bu din  yarandığı ilk vaxtlardan quldarların 

sinfi  ağalığını  möhkəmləndirməyə  xidmət  edirdi.  Bu,  xüsusilə  qədim  Misirdə 

daha  çox  gözə  çarpırdı.  Burada  allahlara  həsr  edilmiĢ  bir  çox  bayramlarda 

ənənəvi  oyunlar,  yarıĢlar  və  rəqslər  təĢkil  olunardı.  Bədən  tərbiyəsi  ilə  bağlı 

hərəkətlər tədricən yeni dinin tərkib hissəsinə çevrilirdi və ideoloji təsir vasitəsi 

olurdu.  

    Qədim  Çində  qılınc  oynatmağın  müxtəlif  növləri  mövcud  idi.  ġərq 

ölkələrində  fiziki  tərbiyə  müalicəsi  və  profilaktikasının  formaları  yaranmağa 

baĢladı.  

   Quldarlar  bir  tərəfdən  öz  əyləncələrində  xalq  oyunlarından,  ovçuluq  və 

müxtəlif  hərəkətlərdən  istifadə  edir,  digər  tərəfdən  isə  kəndlilər  içərisində  ən 

çevik və güclülərini seçib onların iĢtirakı ilə tamaĢalar təĢkil edirdilər,  

    Qədim Misir, Ġran, Hindistan və Çin məеbələri sübut edir ki, o zaman peĢəkar 

kəndirbazlar,  akrobatlar,  rəqqaslar,  oyunbazlar  çox  olmuĢ,  saraylarda  çıxıĢ 

etmiĢ və müxtəlif hərəkətlər göstərməklə əyanları əyləndirmiĢlər.  

    Beləliklə,  qədim  ġərqin  quldar  dövlətlərində  fiziki  tərbiyədən  hakim  sinif 

məzlumları  özlerindən  asılı  vəziyyətdə  salmaq,  öz  hakimiyyətlərini 

möhkəmləndirmək üçün bir vasitə kimi istifadə etmiĢlər.  

 

3. ANTĠK YUNANISTANDA FĠZĠKĠ TƏRBĠYƏ 



 

    Fiziki  tərbiyə  sisteminin  sinfi  xarakter  daĢıması  prosesini  qədim 

Yunanistanın timsalında tam aydınlığı ilə görmək olar. Y.e.ə. IX-VIII esrlerde 

Yunanıstanda  ibtidai  icma  quruluĢu  dağıldı,  quldarlıq  münasibətləri  yarandı, 

Ģəhər dövlətləri (polislər), dövlət təhsil ocaqları yaranmağa baĢladı. Hərbiçilərin 

fiziki hazırlığına xüsusi diqqət yetirildi. Hər bir azad kiĢi hərbi xidmət keçməli 

idi.  Bununla  əlaqədar  olaraq,  azad  adamların  hərbi hazırlıq  və  fiziki  tərbiyə 

məsələləri dövlətin diqqət mərkəzində olurdu.  




11 

 

Tədricən  müxtəlif  dövlətlərdə  xüsusi  tərbiyə  sistemi  əmələ gəlirdi.  Tərbiyə 



sisteminin  məqsədi  gələcək  üçün  hərbçilər  hazırlamaq  idi.  Bu  sistemlərin 

əsasını fiziki tərbiyə təĢkil edirdi. Həmin dövrdə Spartada və Afinada yaranmıĢ 

tərbiyə sistemləri o dövr üçün Jaha xarakterik sayıla bilərdi. ġəhər dövlətlərinin 

özünəməxsus  iqtisadiyyati,  siyasəti  və  mədəni  həyatı  olan  qədim  yunan 

dövlətlərinin özünəməxsus əsaslandırılmıĢ tərbiyə sistemi var idi.  

3,1 SPARTA FĠZĠKĠ TƏRBĠYƏ SĠSTEMĠ 

    E.ə. II minillikdə dorilər Yunanıstanı, o cümlədən, Lakoniya və Messeniyanı 

iĢğal etdilər. Onlar Sparta Ģəhərini saldılar və dorilor spartalılar adlandı, Sparta 

dövləti  yaradıldı. Spartada  qəbilə  quruluĢunun  ənənələri  qalırdı  və  əsas  diqqat 

hərbi iĢə yönəldirilirdi. Spartada azad kəndliləri ilotlar adlandırırdılar. Spartada 

30  mindən  azad  kiĢi  var  idi.  Amma  onlar  200  min  pulu  itaətdə  saxlayırdılar. 

Qullar və azad kəndlilər spartalıların kənd təsərrüfatı və sənətkarlıq məhsulları 

ilə  təchiz  edirdilər.  Spartalıların  yeganə  məĢğuliyyəti  hərbi  iĢlə  məĢğul  olmaq 

idi.  Qanun  onlara  baĢqa  iĢlə  məĢğul  olmağa  icazə  vermirdi.  Spartalılara  qarĢı 

tez-tez  qulların  və  kəndlilərin  üsyanı  baĢ  verirdi.  Elə  buna  görə  də  spartalılar 

hakimiyyətlərini  gücləndirməkdən  ötrü  daim  döyüĢ  hazırlığı  keçməyə  məcbur 

idilər.  Spartanın  20  yaĢından  60  yaĢınadək  hər  bir  vətəndaĢı  hərbi  borcunu 

ödəməyə  məcbur  idi.  Sparta  tərbiyə  sistemi  b.e.ə.  VI-V  əsrlərdə  özünün  ən 

yüksək inkiĢaf mərhələsinə çatmıĢdı.  

Spartalıların  hərbi düzülüĢ  forması falanqa

ı

  idi.  Falanqada  birləĢən  döyüĢçülər 



sağlam,  çevik,  güclü,  dözümlü,  hər  çətinliyə  qatlaĢan,  gücünü,  davamlığını 

təmin  edən  keyfiyyətlərin  inkiĢafına  daha  çox  diqqət  yetirirdilər.  Spartada 

tərbiyə  məsələləri  xüsusi  yer  tuturdu.  UĢaq  anadan  olan  gündən  onun  həyatı 

dövlətin nəzarəti altına keçirdi. Plutarxın dediyinə görə bütün yeni doğulanları 

nəzərdən  keçirib  fiziki  cəhətdən  qüsurlu  olan  uĢaqları  seçib  məhv  edirmiĢlər. 

UĢaqları  7  yaĢınadək  ailədə  saxlayır,  sonra  uĢaqlar  ailədən  kənarda  7  yaĢdan 

pedonomlar (müəllimlər) tərəfindən tərbiyə olunurdular.  

    7  yaĢından  15  yaĢınadək  uĢaqlara,  əsasən,  fiziki  tərbiyə  məĢğələləri 

keçirilərdi.  Onlara  hər  cür  çətinliklərə  dözməyi  öyrədir,  fiziki  hərəkətlər 

vasitəsilə (qaçıĢ,  ox atma,  tullanma,  güləĢmə və  s.) onlarda  gücü,  çevikliyi və 

dözümlülüyü  inkiĢaf  etdirirdilər.  Onlara  pedonomlar  (müəllimlər)  hamilik  və 

rəhbərlik edirdilər. Belə adamlar dövlət tərəfindən təyin olunurdu. Hər il bir yaĢ 

qrupundan  olan  oğlanlar  üçün  sınaq  (aqon)  təyin  olunurdu.  14  yaĢına  çatmıĢ 

yeniyetmələr üçün  yoxlama müəyyən edilirdi. Yeniyetmələrə silah verilirdi və 

onlar xüsusi dəstələrdə birləĢirdilər. Öz hami tərbiyəçilərinin rəhbərliyi altında 

hərbi xidmət keçməyə baĢlayırdılar. Yoxlama ili ərzində gecə yürüĢləri (kripti) 

təĢkil olunardı. Belə yürüĢlər zamanı onlar qarĢılarına çıxan ilotları öldürmək, 

ilot  kəndlərinə basqın  edib  dağıtmaq ixtiyarına malik  idilər.  Bu, ilotları  qorxu 

altında  

1. Falanga  –  qədim Spartada  yunan ordularında  döyüĢçülərin düzülüĢü. 

Sparta  falanqası    və  daha  çox  sıx  cərgədən  ibarət  olub,  bir-birinə  lap  yaxın 

dayanır və cəbhə boyu bir kilometrden çox uzanırdı. 

saxlamaq  və  cavan  spartalıları  qəti  hərbi  əməliyyatlara  hazırlamaq  məqsədi 

güdürdü.. 

   Yoxlama  müddəti  qurtardıqdan  sonra  yeniyetmələr  «Eyrenlan.  dərəcəsinə 

keçirilirdi. 15 yaĢından 20 yaĢınadək gənclər mütamad: olaraq fiziki hazırlıqla 

məĢğul  olur  və  eyni  zamanda  balacaları  tərbiyə  etməkdə  pedonomlara  kömək 

edirdilər.  Gənc  20  yaĢına  çatdıqda  yenidən  sınaqdan  çıxarılır  və  «Efeb»lər 




12 

 

dərəcəsinə  keçirilirdi.  O,  30  yaĢınadək  bu  dərəcəyə  mənsub  olurdu.  Efeblai 



qoĢunun əsas tərkib hissəsini teĢkil edirdilər. Onlar yürüĢlərə çıxır, daim xüsusi 

hərbi fiziki hazırlıqla məĢğul olurdular.  

   Göründüyü kimi, sparta  gəncləri ilə sərt fiziki tərbiyə keçirərmiĢlər. Qızların 

tərbiyəsi  sərtlikdə  heç  də  oğlanların  fiziki  tərbiyəsindən  geri  qalmırdı.  Qızlar 

oğlan  həmyaĢıdları  ilə  bərabər  ictimai  bayramlarda  iĢtirak  edir,  yarıĢlarda  və 

rəqslərdə çıxıĢ edir, qaçıĢ, tullanma, atma, hətta güləĢlə məĢğul olurdular. Belə 

tərbiyədə  məqsəd  qadınları  güclü  ve  dözümlü  etmək,  beləliklə  də,  onların 

möhkəm  və  sağlam  uĢaqlar  doğmasına  nail  idi.  Lakin  spartada  istər  kiĢilərin, 

istərsə  də  qadınların  əqli  inkiĢafının  qayğısına  qalmır,  yalnız  fiziki  tərbiyəsinə 

üstünlük verilirdi.  

Antic yun yun. dacome  

3.2. AFĠNADA FĠZĠKĠ TƏRBĠYƏ SĠSTEMĠ da. 

»  

    Afinada fiziki tərbiya sistemi baĢqa xarakter daĢıyırdı. Sparta kimi Afina 



dövləti də hərbi-quldar dövlət idi. Spartadan fərqli olaraq, Afinada fiziki 

cəhətdən inkiĢaf etmiĢ gənclərlə yanaĢı, ticarət aparmağı, gəmini idarə etməyi

baĢqa dövlət nümayəndələri ilə ünsiyyətdə olmağı bacaran savadlı vətəndaĢlar 

lazım idi. Afinada Solon islahat keçirdi. Həmin islahata əsasən Afinanın bütün 

vətəndaĢları hərbi xidmət keçməli idilər.  

    Afinada təkcə fiziki deyil, həm də əqli və estetik tərbiyə həlledici sayılırdı 

Afinalılıran dediklərinə görə belə tərbiyə insanın xarici və daxili gözəlliyə nail 

olaması məqsədini güdürdü. Daxili gözəllik dedikdə vətəndaĢın öz vəzifələrini 

tam Ģəkildə yerinə yetirməyi bacarması nəzərdə tutulurdu.  

    Afinalı oğlanlar 7 yaĢınadək ailə tərbiyəsi alırdılar. Ev tərbiyəsinin ən baĢlıca 

məqsədi  müxtəlif  oyunlar  vasitəsilə  uĢağın  fiziki  inkiĢafına  nail  olmaq  idi. 

UĢaqlar yaĢından 14 yaĢınadək xüsusi məktəblərdə tərbiyə olunurdular. Onlar 

bura  da  savad  alır,  musiqi,  nəğmə  öyrənirdilər.  Gimnastika  məktəblərində 

(palestrdə)  isə  fiziki  hərəkətlər  keçirdilər.  Burada  yunan  beĢnövçülüyü  fiziki 

tərbiyənin  əsasını  təĢkil  edirdi.  Yunan  beĢnövçülüyünə  (pentatlon)  qaçıĢ, 

tullanma,  metal  lövhə  atma,  nizə  atma  və  güləĢ  daxil  idi..  Palestrlərin  əsas 

məqsədi  gəncləri  fiziki  cəhətcə  hazırlamaq,  onlarda  döyüĢçüyə  vacib  olan 

mərdlik, cəsurluq və dözümlülük tərbiyə etmək idi. Bunlardan əlavə, gənclərin 

gözəl bədən quruluĢuna, onların hərəkətlərində qıvrağlıq və zərifliyin inkiĢafına 

böyük diqqet yetirilirdi.  

    Gimnastika  məktəblərində  pedotriblər  təlim  keçirdilər  və  bütün  hərəkət 

növləri  üzrə  məĢğələlərə  rəhbərlik  edirdilər..Hər  bir  pedotrib  çoxsaylı  qrupla 

məĢğul  olurdu.  Quldarların  15-16  yaĢından  18  yaĢınadək  olan  uĢaqları 

gimnaziyalarda təlim keçirdilər. MəĢğələlərə pedotriblər və gimnastlar baĢçılıq 

edirdilər.  Aristotelin  fikrincə,  gimnastlar  oğlanların  orqanizmini  lazımi 

səviyyəyə gətirib çıxarmalı, pedotriblor isə atleika məĢğələləri vasitəsilə onların 

orqanizmini inkiĢaf etdirməli idilər.  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin