Dərs vəsaitivə metodik vəsaitlər: Əsas "Bədən tərbiyəsi və idman tarixi". A.Əliyev, D. Quliyev,Bakı- 2005



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix10.05.2022
ölçüsü0,58 Mb.
#57336
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
Fiziki tərbiyənin tarixi (Mühazirələr)

və  bütün  mümkün  olan  üsullar  onda  fiziki  gücü  inkiĢaf  etdirməyə  yönəldilirdi. 

Silahla  davranma  va  müxtəlif  hərəkətlər  üzrə  müntəzəm  təlimla  yanaĢı,  ona 

qaçıĢ, tullanma, süvülla tullanma, gayaya dırmanma, güləĢmə, uy mak (avvalca 

geyimsiz, sonra bütün hərbi lavazimatla) kimi  

tam  0  funtdan  il  davam  etada  fiziki  təmrinlar  əsaslı  öyrədilirdi.  Hər  döyüĢçü 

tam  yürüĢ  ləvazimatı  ilə  (40  funtdan  60  funtadək  yüklə)  saatda  5  mil  sürətlə 

uzun müddətli yürüĢü davam etdirməli idi. Təkcə taza döyüĢçülər deyil, veteran 

legionerlər də fiziki gümrahlığı və qıvraqlığı saxlamaq, yorucu maĢğələlərə və 

məhrumiyyətlərə adət etmək üçün bu rejimlə bütün hərəkətləri yerinə yetirməli 

idilər».  

Bu  tərbiyə  sistemi  Romada  b.  e.  ə.  II  əsrin  sonunadək  davam 

etdirilmiĢdir.  Sonra  isə  Mariyanın  reforması  əsasında  peĢəkar  ordunun  əsası 

qoyuldu.  Fiziki  hərəkətlər,  oyunlar,  yarıĢlar  qadim  romalıların  məiĢətinə 

möhkəm  daxil  olmuĢdu.  Topla  müxtəlif  oyunlar  həm  patrisi  zadəganları,  həm 

də plebeylər arasında geniĢ yayılmıĢdı.  

     Əlamətdar tarixi hadisalər və müxtəlif dini bayramlar Ģərəfinə bir çox ictimai 

oyunlar  keçirmək  romalıların  hayatında  böyük  yer  tuturdu.  Ġctimai  Oyunlar 

keçirmək  üçün  hələ  b.  e.  ə.  VI  əsrda  qədim  Romada  çar  Tarkvinin  Priski 

tərəfindən  böyük  sirk  tikdirilmiĢdi.  Sonralar  b.  e.  ə.  II  əsrdə  ikinci  sirk  inĢa 

olunmuĢdu.  Bu,  Flamineylərin  sirki  idi.  Sirk  oyunları  arasında  ən  kütləvisi 

Roma  oyunları  sayılırdı.  Bu  oyunlar  patrisi  zadəganlarının  ən  qədim 

bayramlarını  bəzəyirdi.  VI  əsrdə  respublika  təsis  olunandan  sonra  plcbey 

oyunları da geniĢ inkiĢaf yoluna çıxdı.  

     Yunanıstanla  əlaqələr  möhkəmləndikcə  yunan  mədəniyyəti  elementləri,  o 

cümlədən,  fiziki  tərbiyə  Roma  gənclərinə  də  sirayət  etməyə  baĢladı.  E.  ə.  II 

əsrdən  baĢlayaraq  siyasi  və  ictimai  xadimlər  yunan  atletika  yanıĢlarını  Roma 

torpağına  da  keçirməyə  cəhd  göstərdilər.  Lakin  bu  cəhd  baĢ  tutmadı.  E.  ə.  I 

əsrdə  Roma  Yunanistanı  ələ  keçirəndən  sonra  konsul  Sulla  yunan  Olimp 

oyunlarını  (e.  5.  80-cı  ildə)  Romada  keçirməli  idi.  Lakin  bu  oyunlar  Romada 

müvəffəqiyyat  qazanmadı,  Sullanın  cəhdi  romalılar  tərəfindən  müdafiə 

olunmadı. Növbəti olimp oyunları yenə də Yunanıstanda keçirildi.  

     E.  Ə.  II  əsrdə  sinfi  simasını  itirmiĢ  xalq  kütlələri  Roma  Ģəhərinə  axıĢdı. 

Hakimiyyət  uğrunda  mübarizə  aparan  müxtəlif  sağ  qrup  zadəganlar  öz 

məqsədlərinə çatmaq üçün bülümpen proletarlardan istifadə etməyə çalıĢırdılar. 

Bu,  kütlələrə  yaxınlaĢmaq  cəhdlərindən  biri  onlar  üçün  ictimai  bayramlar 

əsasında  dəbdəbəli  tamaĢalar  təĢkil  etmək  idi.  Bele  tamaĢaların  təĢkilatçıları 



19 

 

ənənəvi  qədim  Roma  oyunları  ilə  kifayətlənməyərək,  həyəcanlanmıĢ  kütlələri 



daha da qızıĢdıra biləcək yeni yarıĢ növləri də axtarırdılar. Qanlı tamaĢalardan 

biri b.e.ə. II əsrdə meydana çıxmıĢ qladiator döyüĢləri idi. Sonralar bu döyüĢlər 

Roma  tamaĢalarının  əsas  elementlərindən  birinə  çevrildi.  B.e.ə.  I  əsrdə  qədim 

Romada  qladiatorlar  hazırlamaq  üçün  xüsusi  məktəblər  yaradılmağa  baĢlandı. 

Belə  məktəblər  istər  ayrı-ayrı  Ģəxslər,  istərsə  də  dövlət  tərəfindən  yaradılırdı. 

Bu  məktəblərdə  qullar  təcrübəli  təlimatçıların  rəhbərliyi  altında  qılınc 

oynatmağı  öyrənirdilər.  TamaĢaları  təĢkil  edənlər  lazım  gəldikdə  haqqını 

ödəməklə bu məktəbin qladiatorlarından da istifadə edirdilər.  

    Qladiatorların  məktəblərində  qulları  amansızcasına  istismar  edirdilər.  Bu  da 

üsyana  qalxmaq  üçün  onların  birləĢməsinə  səbəb  olurdu.  Bu  üsyanlardan  ən 

böyüyü  Kapuya  Ģəhərindəki  məktəbdə  Spartakın  baĢçılığı  ilə  meydana  gəlmiĢ 

üsyan (b.e.ə. 74-71-ci illər) idi. Bu üsyanı  yatırmaq üçün Roma özünün bütün 

qüvvəsini səfərbərliyə almağa məcbur oldu. Üsyan qəddarcasına yatırıldı.  

4.2. ROMA ĠMPERĠYA ELAN OLUNANDAN 

SONRA FĠZĠKĠ TƏRBĠYƏ 

    B.e.ə.  I  əsrdə  Roma  quldarlıq  imperiyasına  çevrildi.  Yunanıstanda  olduğu 

kimi  burada  da  quldarların  hərbi-fiziki  sisteminin  tənəzzülə  uğraması  inuzdlu 

ordunun  yaranmasına  səbəb  oldu.  Bər-bəzək  içində  yaĢayan  zadəganlar  fiziki 

hərəkətlorden  yalnız  özlərinə  lazım  olanlarını  qoruyub  saxladılar.  Xüsusi 

tikilmiĢ dəbdəbəli termlərdə (hamamlarda) ilıq suda çimmək dəb halını aldı. Elə 

buradaca  masaj  qəbul  olunur,  yüngül  gimnastika  hərəkətləri  və  topla  oyunlar 

keçirilirdi.  

    Romada  imperiya  dövründə  fiziki  tərbiyənin  xarakterik  cəhətlərindən  biri 

tamaĢaların (əyləncələrin) daha da inkiĢaf etdirilməsi idi. Quldarlar tamaĢaların 

miqyasını  artırmaqla  kifayatlənməyib  onların  xaraktercə  qəddar  və  amansız 

olmasına  xüsusi  fikir  verir,  oyunların  vəhĢi  əylənceyə  çevrilib  kütlələrin 

hisslərini  qızıĢdırmağa  yönəldirdilər.  Imperiya  dövrünün  əvvəlində  (b.e.  I 

əsrinin  ilk illərində) ildo ümumən 66 gün  əyləncəli tamaĢa keçirilirdi. B. e.  II 

əsrinin  ortalarında  ildə  135  gün,  IV  əsrin  ortalarında  isə  175  gün  əyləncəli 

tamaĢalar göstərilirdi.  

    Sirk  oyunlarının  böyük  miqyasda  artması  ilə  yanaĢı,  qladiator  döyüĢlərinin 

sayı  da  durmadan  çoxalıdı.  Belə  döyüĢlər  keçirmək  üçün  xüsusi  qurğular-

amfiteatrlar  tikilirdi.  Onlardan  ən  böyüyü  Kolizey  amfiteatrı  (b.  e.  I  əsrində) 

sayılırdı ki, onun xarabalıqları indi də Ġtaliya paytaxtında qalmaqdadır.  

    Amfiteatr  səhnələrində  qanlı  döyüĢlər  gedirdi.  Bu  döyüĢlər  də  atlı 

qladiatorlar da iĢtirak edirdilər. Bəzi hallarda qladiatorları vəhĢi heyvanlarla da 

döyüĢdürürdülər.  

    Dəniz vuruĢmaları gladiator döyüĢlərinin xüsusi növü sayılırdı. Belə döyüĢlər 

xüsusi  tikilmiĢ  nəhəng  su  anbarlarında  keçirilirdi.  Ġmperator  Avqustun  təĢkil 

etdiyi belə döyüĢlərdən birində 19 min qladiator iĢtirak etmiĢdi.  




20 

 

    Bütün  bunlarla  yanaĢı  Romanın  sağ  dairəsinə  mənsub  adamlar  yunan  tipli 



atletika  yarıĢlarının  keçirilməsinə  də  var  qüvvə  ilə  çalıĢırdılar.  Imperator 

Avqust Aktsi yaxınlığındakı qələbə Ģərəfinə dörd ildən bir atletika yarıĢları təsis 

etməyə səy göstərmiĢdi.  

    Bizim eranın 60-cı ilində Neron neroneyn» bayramı təĢkil etdi. Proqrama at 

qoĢulmuĢ arabada yarıĢ ve atlətlərin yarıĢları daxil idi. Imperator Domisionun b. 

e. 86-cı ilində təsis etdiyi kapitoli oyunları daha uğurlu sayılmalıdır. Bu oyunlar 

Roma  imperiyasının  sonunadək  davam  etdi.  Proqrama  atletlerin  çıxıĢları  ilə 

yanaĢı  xanəndələrin,  musiqiçilərin  və  deklamasiya  söyləyənlərin  də 

göstərdikləri nömrələr daxil idi. Bu çıxıĢlar proqramda daha böyük yer tuturdu.  

     Atletika yarıĢlarından ən kütləvisi güləĢmə və yumruq döyüĢü idi.  

B.e.IV əsrində Romada xristian dini dövlət himayesi altına keçdi. Bundan sonra 

xristian  dini  Romanın  əyləncəli  tamaĢalarına,  xüsusən  qanlı  qladiator 

döyüĢlərinə qarĢı fəal mübarizə aparmağa baĢladı. Məsələ burasındadır ki, belə 

tamaĢalara  daha  çox  adam  gəlir  və  kilsənin  təsir  gücü  azalırdı.  Buna  görə  də 

bizim  eranın  IV  əsrində  artıq  qladiator  döyüĢlərinin  miqyası  və  miqdarı 

azalmağa  baĢladı,  404-cü  ildə  isə  xristian  dininə  zidd  olan  belə  tamaĢalar  və 

digər tədbirlər büsbütün qadağan olundu. 

 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin