III FƏSĠL
ORTA ƏSRLƏRDƏ FĠZĠKĠ TƏRBĠYƏ
MƏSƏLƏLƏRĠ (V - XVII əsrlər)
31. AVROPA VƏ ASĠYA XALQLARININ
FĠZĠKĠ TƏRBĠYƏSĠ
Feodal istehsal üsulu ictimai-iqtisadi formasiyalar arasında xüsusi yer tutur.
Feodalizm dövründə Avropada müasir dövlətlər əmələ gəlmiĢdi. Asiya, Afrika
və Latin Amerikasının bəzi xalqlarında feodalizmin bazi qalıqları qalmıĢdı.
Avropa və ġimali Amerikanın sənaye cəhətcə inkiĢaf etmiĢ ölkələri onların
inkiĢafını qəsdən ləngidir, bu ölkələri həm siyasi, həm də iqtisadi cəhətdən asılı
vəziyyətdə saxlayırdılar.
Qərbi Avropada feodalizm V əsrdə meydana gəlmiĢ və XVII əsrin birinci
yarısınadək davam etmiĢdir. Feodalizm dövründə fiziki tərbiyənin forma və
metodları iki yerə bölünür: istismarcıların və istismar olunanların fiziki
tərbiyəsi. Feodalizinin ilk və inkiĢaf etmiĢ dövrlərində (V-XV əsrlərdə) kilsə
feodallar arasında fiziki tərbiyənin inkiĢafı qayğısına qalmaqla yanaĢı, eyni
zamanda xalqın «ellinsayağı» oyunlarını təqib etməyə baĢladı.
XII-XIII əsrlərdə meydana gələn və reformasiya mərkəzinə çevrilən
universitetlərdə əyləncələr keçirmək nəzərdə tutulurdu. Amma «küfrlü» və
«günahlı oyunlara qoĢulmayanlar ideal adamlar sayılırdılar. Xristian
salnamələrində fiziki tərbiyə və tərəqqipərvər fikirlər pislənilir, çılpaq bədənlar
kasıblıq, həqarət, bədbəxtlik və dönüklük rəmzi sayılırdı.
Cəngavərlərin təlim sistemi müqəddəs Roma imperiyasın da Böyük Karlın
(768-814) dövründə yaranmıĢdır. Böyük Karl ildə iki dəfə feodalların Ģurasını
çağırıb baxıĢ turnirlər keçirirdi. TamaĢaçılar turnir yerini kvadrat üzrə əhatə
edər və hərbçi süvarilərin yarıĢlarının Ģərtini, qaydasını müəyyənləĢdirərdilər.
Feodal uĢaqları üçün vahid dövlət məktəbləri yox idi. Vassallar öz
uĢaqlarının tərbiyəsini müəyyən bir cənaba tapĢırırdılar. UĢaqlar iki və ya üç
yaĢ qrupu üzrə sarayda xidmət məktəbi keçirdilər. Bəzən belə məktəblərə qızlar
21
da gəlir və əsilzadə qadınların yanında təlim kursu keçirdilər. Oğlanlar 7
yaĢında «paj» adı alır və 12 - 14 yaĢınadək feodal tərbiyənin aĢağı - I dərəcəsi
üzrə təlim keçirdilər. Oğlanlara Il pillədə (təlim ilində) silahdar adı verilir və
onlar ov yürüĢünə gedən ağalarını müĢayət edir, cəngavərliyə və ya möminliyə
yiyələnməkdə fəal iĢtirak edirdilər. Təlimə bunlar daxil idi:
at çapmaq, müəyyən dini ayinlər icra etmək;
arbaletden istifadə etmək və kamandan ox atmaq;
atla və atsız, silahla vo silahsız üzmək;
qılınc oynatmaq (bu, cəngavərlərin turnirlərində yoxla
nılırdı);
itdən və ya quĢdan istifadə edib atla ov eləmək; idman meydançasında
oyunlar keçirmək;
Ģeir söyləmək və rəqs etməyi bacarmaq.
Üçüncü pillədə cəngavərin ali və məcburi təlim pilləsində (bundan əvvəl iki
pillədə olduğu kimi) 7 cəngavərlik rəĢadəti müxtəlif oyunlarla zənginləĢdirilir.
Katolik kilsəsi cəngavərlik ordenini yaratmıĢdı. Bu orden Roma papasına tabe
idi və dinsizlərə qarĢı mübarizə aparırdı.
Səlibçilər (səlib müharibəsi iĢtirakçıları) özlərinin hərbi fiziki hazırlıqlığını
nümayiĢ etdirmək üçün tez-tez baxıĢ müsabiqələr keçirirdilər. Xüsusi
meydançalarda ilk dövlətlər arası turlar 811-ci ildə Barselonda təĢkil
olunmuĢdur. Qərbi Avropanın feodal dövlətləri arasında belə turnirlərin neçə
dəfə keçirildiyini dəqiq söyləmək çətindir. Amma IX-XII əsrlərin xronikasına
əsasən onların sayı 180-ə çatmıĢdır. Belə hərbi turnirdə rəqibi yəhərdən vurub
salmaq «yarıĢında» 60 adam öldürülmüĢdü.
Kilsə belə turnirlərin əleyhinə çıxırdı. Lakin kralların xronikası
Dostları ilə paylaş: |