IV FƏSĠL
VIII-XII ƏSRLƏRDƏ ASĠYA XALQLARININ
FĠZĠKĠ TƏRBĠYƏSĠ
Orta əsrlərdə daha çox inkiĢaf etmiĢ Asiyada feodalizmin elementləri
Avropa ilə müqayisədə daha erkən yaranmıĢ, lakin cüzi sarsıntılar və daha az
sürətlə inkiĢaf etmiĢdir. Burada heç nəyi rədd etmədilər, əksinə, institutları,
hərəkətlər sistemini və qədim dövrün bədən tərbiyəsi ideallarını yeniləĢdirdilər.
Ənənələrin gücü bu dəyiĢmənin tədrici və müntəzəm xarakter daĢımasına Ģərait
yaratdı. Xristian dinindən fərqli olaraq, Asiyada mövcud olan dinlər heç də
bədən tərbiyəsinin əleyhinə deyildi. Əksinə, onlar bədən tərbiyəsinin praktik
sistemine fəal təsir göstərirdi.
1. HĠNDĠSTANDA FĠZĠKĠ TƏRBĠYƏ HƏRƏKƏTLƏRĠ
VI əsrdən baĢlayaraq Hindistanda feodal münasibətləri inkiĢaf etməyə
baĢladı. XII əsrə qədər ara müharibələri nəticəsində çoxlu feodal dövlətləri
yarandı. Lakin X əsrdən baĢlayaraq müsəlman dövlətləri Hindistana hücum
etdi. XII əsrdə Dehli sultanlığı yarandı. Hindistan əvvəlcə moğolların, sonra isə
ingilislərin əsarəti altına düĢdü.
VI-IX əsrlərdə Hindistan feodallıqlara parçalandı, kəndli icmaları hədsiz
yoxsullaĢdı, nəticədə bədən tərbiyəsi Avropadakı kimi inkiĢaf edə bilmədi. Eyni
zamanda hun, əfqan ve moğol istilaları fiziki hərəkətlərin qədim təcrübəsini
çoxlu elementlərlə (qurĢaq güləĢi, atla çovqan, ox atanların yarıĢı)
zənginləĢdirdi. Lakin bu idman növlərindən ancaq hərbi fiziki tərbiyəsi ilə
məĢğul olan tədris proseslərində istifadə edilirdi.
27
Rəqs sənətinin inkiĢafının yeni yüksəliĢini əvvəllər b.e.ə l əsrdə yaĢamıĢ
Bxarata NatyaĢastrin adı ilə, sonradan birinin yazdığı « Abxinayadarpana» əsəri
ilə bağlayırdılar. Bu sənətin əsl yüksəliĢi isə IV-V əsrlərə təsadüf edir.
Hind intibahı dövrünün rəqs hərəkətlərinin daha çox ifadəli nümunələri ġiva
məbədinin relyef və heykəllərində əbədiləĢdirilmiĢdir. Roji Vayyaya görə rəqs
kralı ġiva Nataraya kosmik duruĢun ikonoqrafiyasını qorumuĢdur. O, bir əli ilə
həyata çağırır, digər əli ilə barabanda həyat ritmini geri qaytarır, üçüncü əli ilə
ayaqlarına döĢənmiĢ insanın daxili zəifliyinin təcəssümü olan iblisə iĢarə edir,
dördüncü əlində isə idrak alovunu saxlayır.
Patancali tərəfindən əsası qoyulan yoqanın (sağlamlıq) fəlsəfi sistemi II
əsrdən baĢlayaraq öz əhəmiyyətini itirməyə baĢladı və yerini yoqanın yeni,
hərəkətlərə əsaslanan təmayüllərinə cərəyanına) verdi. Onlar arasında IV-V
əsrlərdə yazılmıĢ ġilpasatrakda bədən və əl vəziyyətlərinin normaları qeyd
edilmiĢ xatxayoqanın hərəkətsiz sistemində dinamik cərəyanlar seçilirdi.
Əzələləri və cəldliyi inkiĢaf etdirən dinamik yoqanın təkmilləĢdirilməsində
Pəncab əyalətinin Quru Nanak (1439 1538) adlı rəsulu böyük rol oynamıĢdı.
Ümumiyyətlə, bütün dünyada uĢaqların ən sevimli əyləncələrinə çevrilən,
ənənələrində qədimliyi qoruyub saxlayan raketka, Ģar və meydançalardan
istifadə etməklə keçirilən müxtəlif oyun qaydalarının əsasında, bir qayda olaraq
hind mənĢəyinin əlamətini görmək olurdu. Belə ki, hind rəqs tərzinin ifadəli
forması Tibetdə, Hind-Çindən tutmuĢ Ġndoneziya adalarınadək müəyyənedici
rol oynayırdı. Səyahət edən bütpərəst missioner monarxları yoqa təlimləri ilə
özünümüdafiə məqsədli mübarizə növlərini yayırdılar. Bunların əsasında insan
bədəninin ağrıya daha həssas hissələrinə təsir etmək olurdu. Bu mübarizə
növləri sonralar Çində – çuanfu, Yaponiyada - kempo, müasir idman
dünyasında isə karate adını aldı. Daha bir fakt da danılmazdır ki, məhz hind
təsiri altında Azərbaycan-fars oyunu olan və çomaqlardan istifadə etməklə
oynanılan top oyunu Ġngilis Vest-Hind kompaniyasının sayəsində otüstü xokkey
adı ilə və o cümlədən, ərəblər tərəfindən modelləĢmiĢ çətrəng, daha
sonra Ģətrəng və nəhayət, Ģahmat kimi müasir idman növləri tarixə daxil
olmuĢdur.
2. ORTA ƏSRLƏRDƏ ÇĠNDƏ FĠZĠKĠ TƏRBĠYƏ
Feodalizm cəmiyyəti ilk dəfə III əsrdə Çində meydana gəlmiĢdi. Çində
müalicəvi fiziki tərbiyəyə xüsusi əhəmiyyət verilirdi. III-V əsrlərdə Çin
höküməti gələcəkdə güclü silahlı üsyanların qarĢısını almaq məqsədi ilə
silahların təhvil verilməsi haqqında qərar verdi. Nəticədə xalqı bütün orta əsrlər
boyu silahsız vəziyyətdə saxlamaq əzmi çin kəndliləri, tacir və xırda zadəgan
dairələrində bədən tərbiyəsi özünəməxsus Ģəkildə formalaĢdı, əsasını
özünümüdafiə metodlar təĢkil etdi. Bundan əlavə, Çir, cəmiyyətinin yüksək
təbəqələrində köçərilərin fiziki tərbiyəsinin təsiri hiss olunurdu. Məsələn,
hunların, türk tayfalarının at sürmə, tibetlilərin qaçıĢ yarıĢları buna misal ola
bilər.
Ümumiyyətlə, orta əsr Çinində bədən tərbiyəsinin bu və ya baĢqa növlərinin
inkiĢafının yüksəliĢi və tənəzzülü hakimiyyətdə olan sülalələrdən asılı olaraq
baĢ verirdi. Məsələn, Tan tayfasının hakimiyyətdə olduğu dövrdə (VII - X əsr)
ki-kyux oyununu içərisinə hava doldurulmuĢ topla oynayırdılar ki, bu oyunda
ancaq professionallar iĢtirak edirdi.
Sun sülaləsi dövründə (X-XIII əsrlər) uzun ağacla polo oyunu yerini ki-kyux
oyununa verdi. Burada daha qısa toxmaqlardan istifadə edilirdi. Ki-kyux oyunu
ilə bərabər, Lun-Van adlı çin cəngavəri onun adı ilə adlandırılan oyunu saray
28
sakinlərinin bədən tərbiyəsinin inkiĢafında əlveriĢli Ģərait yaratdı. ġahərlərdə
polo oyununun müxtəlif növləri - lələkli top oyunları, kanat dartma üzrə kütləvi
yarıĢlar geniĢ yayıldı.
Sərkərdə Yuanın tərtib etdiyi döyüĢ hərəkətləri, atlıların və Oxatanların
yarıĢları yenidən ön plana çıxdı. Ġmperator sarayın da və iri səhərlərdə hər
zaman monqollara qarĢı yarıĢlarda çıxıĢ etməyə hazır olan üç çəki dərəcəsində
çoxsaylı güləĢçilər hazırlanırdı.
Min sülaləsi dövründə (XIV-XVII əsr) çinlilər monqol əsarətindən
qurtardılar, öz keçmiĢlərinin əsarətinə düĢdülər. Ġctimai tərəqqinin ləngiməsi
fiziki tərbiyənin inkiĢafına mənfi təsir göstərirdi. Bunun nəticəsində təsviri
incəsənət və ədəbiyyata maraq daha da artdı.
Belə əlveriĢsiz Ģəraitdə Çin fiziki tərbiyəsi artıq heç bir yeni hərəkət sistemi
yarada bilməzdi. Lələkli topla oyun və müalicəvi hərəkətlərdən baĢqa bədən
tərbiyəsinin bütün digər növləri tənəzzülə uğradı.
Orta əsr Çinində badən tərbiyəsinin əsas süqutu kəndli üsyanlarını yatırmaq
üçün feodalların mancurları çağırmaları ilə baĢladı. Yeni istilaçılar oyun
meydançalarına böyük vergilər qoydu. Fiziki hərəkətlərlə məĢğul olmaq
cəmiyyətin aĢağı təbaqələrində, azsaylı xalqlar arasında qorunub saxlandı.
Azərbaycan Ġdmançılarının Erməni ĠĢğalçılarına QarĢı döyüĢlərdə Göstərdikləri igidliklər
XX əsrin 80-ci illərinin ikinci yarsında sovet imperiyası iqtisadi,siyasi və mənəvi sahədə
böhran keçirdi.Ġmperiyada qatma-qarıĢıqlığı duyan ermıni millətçiləri nöbəti dəfə Azərbaycan
torpqlarını zəbt etmək iddiasına düĢdülər.Azərbaycanı parçlamaq,onun hesabına “Böyük
Ermənistan” yaratmaq planını həyata keçirməyə baĢladılar.Erməni təxribatçıları Azərbaycanın
ərazisində bir sıra terror aktları həyata keirdilər.
Moskva Dağlıq Qarabağın Ermənistana verilməsinə müsbət münasibətini 1987-ci
ilin noyabrnda Parisdə “Humanite”qəzetində A.Aqanbekyanın dili ilə bütün dünyaya bəyan
etdi.
Azərbaycan və erməni xalqları arasında mili ədavətin ilk qurbanları Ermənistanda
yaĢayan azərbaycanlılar oldu.1986-cı ildə ermənistanın Qafan və Mehri rayonlarında Erməni
“saqqallarının”(xüsusi silahlı dəstələr)əməllərindən yaxa qurtaran ilk qaçqınlar Azərbaycana
pənah gətirdi.Öz dədə-baba yurdunda yaĢayan azərbaycanlıların genosidinin kütləvi
qovulmasının son məehəəsi baĢlandı.1988-ci il fevalın 21-də erməni bandaları Yerevanda
qalmıĢ sn məscidə hücum edib onu dağltdılar.
Fevralın 24-də Əskəran ryonunda ermənilər iki nəfər azərbaycanlını milli
zəmində öldürdülər.Ermənilər öz qeyri-isani əməllərinə haqq qazandırmaq,azərbaycanlıları
rüsvay etmək məqsədilə dəhĢətli Sumqayıt faciəsi hazırlayıb həyata keçirdilər.Bu faciə
nəticəsində Sumqayıt Ģ
əhrində 32 nəfər həlak oldu.DüĢmən istədiynə nail oldu.Ermənistanda qanlı antiazərbaycan
hərəkatının yeni dövrü baĢlandı.Bu iĢdə sürətlə yaranan,xarici ölkələr və Sovet ordusu
tərəfindən yaxĢı silahlandırılan qeyri-formal erməni hərbi birləĢmələri fəal iĢtirak
edirdilər.Ermənistanın ərazisində azərbaycanlılara qarĢı vəhĢiliklər törədilirdi. Mehmandar
kendinin 4 sakini qətlə yetirildi, Ararat rayonunda 100-dən çox ev talan
edilib,yandırıldı,əhalisi qovuldu,ġirazlı kəndinin sakini Türkiyə ərazisinə keçib orada
sığınacaq tapdı.1988-ci ildı Quqark rayonunda 70 nəfər qətlə yetirilmiĢdir(onlardan 3-ü
29
körpə uĢaq idi). Azərbaycanlıların son nümayəndələri-Nüvədi kəndinin əhalisi 1991-ci il
avqustun 8-də bir gün ərzində rus əsgərlərinin köməyilə Ermənistandan qovuldu.
Ermənistandan azərbaycanlıların qovulması baĢa çatdı.230 min nəfərədək
azərbaycanlı dədə-baba yurdundan qovuldu, 225 nəfər öldürüldü ,1154 nəfər yaralandı,31 min
ev,təsərrüfat,azərbaycanlılara məxsus mal- qara talan edildi.
1990-cı ilin iyununun11-də Azərbaycan SSR Ali Sovet Ermənistanla sərhəd boyu
fövqəlada vəziyyət elan etdi.Can üstünde olan sovet imperiyası milli münaqiĢəni dahada
dərinləĢdirirdi.
1991 ci il avqustun 18-22-də erməni hərbi hissələri vertolyotlar və ağır texnika ilə
qazax rayonuna hücüma keçdilər. Erməni herbi hissələri, Zəngilan,Qubadlı,Laçın rayonlarının
kəndlərinədə hücumlar teĢkil edirdilər.
1990-ci il yanvarın 19-da SSRĠ Ali soveti Rəyasət Heyəti Azərbaycan ALĠ Sovetinin
razılığı olmadan yanvarın 20-də gecə saat 00-da “BAKI ġƏHƏRĠNDƏ FÖVQALADƏ
Dostları ilə paylaş: |