II FƏSĠL
QƏDĠM DÜNYADA FĠZĠKĠ HƏRƏKƏTLƏRĠN MEYDANA GƏLMƏSĠ
(Eradan əvvəl IV minillikdən bizim eramızın V əsrinədək)
IBTWAI ICMA QURULUġU DÖVRÜNDƏ FĠZĠKĠ HƏRƏKƏTLƏRĠN
TƏġƏKKÜLÜ
Fiziki hərəkətlərin meydana gəlməsi haqqında bir sıra nəzəriyyələr mövcuddur.
Alimlərin bir qrupu – Leturno, Espinoza, ġiller, Spenser və baĢqaları fiziki
tərbiyəni heyvanların oyunlarından götürüldüyünü iddia edirlər.
Fred ve onun davamçıları sübut etməyə çalıĢmıĢlar ki, guya oyun Ģəxsiyyətin
tam kamil olmamasının Ģərtlərindəndir. Oyun da insan həyatın real
çətinliklərindən uzaqlaĢır, xəyal aləminə çekilir. Fiziki tərbiyənin və adətlərin
əmələ gəlməsi haqqında Qərb nəzəriyyəsi bu əsas üzərində qurulmuĢdur.
Alimlərdən Buxer, Nerinq, Maksimov, ġternberq və baĢqaları təsdiq edirdilər
ki, heyvanların əhliləĢdirilməsi nəticəsinə ibtidai oyun ve rəqslər əmələ
gəlmiĢdir.
Sosial-demokrat ideoloqlar (Xakeli ve Foqt) sübut etməyə çalıĢırdılar ki,
fiziki tərbiyə insana xas olan bioloji cəhətdən öz əcdadı sayılan heyvandan irsən
keçmiĢdir.
Digər nəzəriyyələr də mövcuddur. Lakin bu nəzəriyyələrin elmi əsası yoxdur.
Müasir elm sübut etmiĢdir ki, bəĢər cəmiyyətinin təĢəkkülü 2,6 - 3 milyon il
bundan əvvəl baĢlanmıĢdır.
Ġbtidai icma quruluĢu dövründə istehsal münasibetlerinin esasını ictimai
mülkiyyət təĢkil edirdi. Ġnsanların istifadə etdikləri ilk alətləri dəyənək, yer
qazan çubuq, sivri daĢ olmuĢdur. Sonralar bu alətlər yay - oxla (kamanla) əvəz
olunmuĢdur. Ov etmək, qida tapmaq, vəhĢi heyvanlardan, qonĢu qəbilədən
qorunmaq üçün adamlar birgə iĢləməyə, birgə dolanmağa məcbur olurdular.
Burada istehsal vasitələri üzərində hələ xüsusi mülkiyyət yox idi, sinifli
cəmiyyət yaranmamıĢdı, deməli, istismar da yox idi. Əmək ictimai idi. Ġnsanlar
təbiətdən aldıqları hazır nemətlərdən istifadə edirdilər. Bu dövrdəki insanların
fiziki hərəkətlərində bir neçə xüsusiyyat nəzərə çarpırdı. Məsələn, hələ insanlar
arasında sadəcə qaçıĢ yox, təqib etmək və ya da ki təqibdən xilas olmaq üçün
qaçmaq mövcud idi. Fiziki hərəkətlər kompleks Ģəkildə müĢahidə olunurdu,
yəni boĢ-boĢuna qaçmaq əvəzinə dovĢan, maral, keçi və s. heyvanları qaçıb
tutmaq, ovlamaq zəruriyyəti yaranırdı.
Ġnsan kamilləĢdikcə müxtəlif oyun növləri də yaranıb inkiĢaf etmiĢdir.
Oyunlar insanlar arasındakı əlaqə formalarının yaranması ilə birlikdə meydana
gəlmiĢdir. O dövrdə oyunlar insanların həyat təcrübəsini və əməyini əks
etdirirdi. Məsələn: ov etmək, balıq tutmaq, vəhĢi quĢ yumurtalarını yığmaq və s.
kimi oyunlar məiĢətlə bağlı yaranırdı.
Anaxaqanlıq dövründə kütləvi ovçuluq qəbilə üzvləri arasında cins və yaĢ
xüsusiyyətlərinə görə bölünürdü.
8
Ġnsanların həyat və iĢ təcrübəsi artdıqca, onlar müxtəlif alətlər düzəldir və
onlardan səmərəli istifadə etməyi öyrənirdi lor. Artıq insanlar baĢa düĢürdülər
ki, bir iĢə əvvəldən müəyyən hazırlıq görülmədikdə onun nəticəsi səmərəsiz
olur. Onlar daha yaxĢı nəticə əldə etmək üçün müxtəlif alətlər düzəldirdilər.
Ġnsanlar lazım olan məhsulu əldə etmək, istədikləri məqsədə nail olmaq üçün
əvvəlcədən məĢq edirdilər Beləliklə, ibtidai icma dövründə əmək tərbiyəsi ilə
birlikdə fiziki tərbiyə də yarandı.
Anaxaqanlıq dövründə qəbilənin əsas iĢlərini qadınlar görürdülər. Qohumluq
ana xətti ilə müəyyən olunurdu.
Bu dövrdə maldarlığın inkiĢafı ilə əlaqədar olaraq tayfa ittifaqları otlaqlar və
əkin yerləri uğrunda müharibələr aparırdılar. Bu müharibələrə hazır olmaq
məqsədilə hərbi iĢə daha çox fikir verilirdi.
Anaxaqanlıqdan ataxanlıq dövrünə keçiddə tədricən adamların ictimai
həyatında dəyiĢikliklər yaranıb inkiĢaf edir və buna müvafiq olaraq oyunlar da,
fiziki hərəkətlər də sərbəstlə Ģir və bədən tərbiyəsinin xüsusi vasitələrinə
çevrilir.
Ataxaqanlıq dövründə kiĢilərin ictimai həyatda rolu artır. qohumluq ata xətti
ilə müəyyən edilirdi. Ataxanlıq dövründə yamsılama elementləri tədricən
sıxıĢdırılıb aradan çıxarılırdı. Ġnsanların Ģüur və nitqi təkmilləĢmiĢ və inkiĢaf
etmiĢ, yeni tərbiyə formaları da meydana çıxmıĢdır. Vaxtilə insanlar əmək
prosesində yaratdıqları müxtəlif hərəkətlərdən oyunlarda istifadə etməyə
baĢladılar. Ġctimai tərbiyədə pedaqoji prosesin əsasını nisbətən kütləvi oyunlar
təĢkil edirdi ki, burada da bədən tərbiyəsi əsas rol oynayırdı.
Əgər anaxaqanlıq dövründə yarıĢ tipli oyunlar özünəməxsus elementlərdən
ibarət olan bədən tərbiyəsi vasitəsi kimi istifadə olunurdusa, ataxaqanlıq
dövründə oyunlar və fiziki hərəkətlər spesifik xüsusiyyətlər təĢkil edir və ibtidai
pedaqoji prosesdə bədən tərbiyəsinin vasitəsi kimi istifadə olunmağa baĢlayır.
Ġbtidai icma quruluĢunun dağılması prosesində tərbiyə sinfi xarakter daĢımağa
baĢladı. E.ə. II - III minilliyə aid Azərbaycan ərazisində yaĢayan insanlar
haqqında yazılı məlumata təsadüf olunur. Ġnsanın ilk «ünvanı daĢlarda,
qayalarda çəkilmiĢ rəsmlərdə və əĢyalarda əks edilir.
Bunu Qobustan qayalarında daha əyani görmək olar. Qobustanda insanların
əmək alətləri, silahlar, bəzək əĢyaları tapılmıĢdır və onların sığınacağı
olmuĢdur.
Dünyanın tanınmıĢ tarixçilərinin ciddi tədqiqatlarına əsaslanan əsərlər
Azərbaycan haqqında bütün qeyri-elmi fərziyələri rədd edir belə bir ümumi
fikir formalaĢdırır ki, türkdilli xalqların, o cümlədən azərbaycanlıların ulu
babalarının beĢik yurdlarını təkcə ġərqdə görmək düzgün deyil.
Protoazərbaycan, prototürk nüvəsinin çox qədim izlərinin, yəni qayaüstü
yazı damğalarının bizim dildə real oxunuĢu sahəsində atılan ilk addımlar dil və
mədəniyyətimizin ġumer mədəniyyəti ilə bağlılığını bir daha təsdiq edir.
Azərbaycan xalq oyunlarını mərhələ - mərhələ izləyərək belə bir nəticəyə
gəlmək olur ki, qədim ġumer mədəniyyətinin uğurlu təsirini nəzərə almadan bu
sahədə düzgün nəticə çıxarmaq xeyli çətindir.
Eramızdan əvvəl 3 – cü minillikdə Azərbaycan ərazisində yaĢamıĢ Lulubi və
Kuti tayfaları ġumerlərlə yaxın iqtisadi, siyasi, hərbi və mədəni münasibətdə
olmuĢlar. ġumer arxeoloji abidələri ilə bizim arxeoloji tapıntıların
müqayisəsində ġumer oyun növləri ile oğuz oyunları arasında eyniliyi müĢahidə
etmək mümkündür. Xalqımız üçün ən əziz olan Novruz bayramında, meydan
tamaĢalarında nümayiĢ etdirilən xalq oyunları, Avesta allahlarının konkret
9
insani obrazlar Ģəklinə düĢməsi, Ģübhəsiz ki, ġumer mədəniyyətinin təsiri ilə sıx
surətdə bağlıdır.
Azerbaycan zərdüĢtlüyün vətəni olduğu kimi, ən qədim zəngin milli oyunların
da vətənidir. «Avesta»ya görə cəngavərlik, igidlik, pəhləvanlıq, yeniyetmələrin
sağlam, gümrah böyüməsi, onların at çapmaq, güləĢmək, ox atmaq yarıĢlarında
iĢtirakının tarixi ən qədim dövrlərə gedib çıxır.
Dostları ilə paylaş: |