Bədən tərbiyəsi və idman tarixi fənni bədən tərbiyəsi və idman haqqında
Bədən tərbiyəsi və idman tarixi fənninin vəzifəsi dünyada və ölkəmizdə
bədən tərbiyəsi və idmanın yaranması və inkiĢafını izləmək, bədən tərbiyəsi
tarixinə aid mənbələri aĢkara çıxarmaq, bədən tərbiyəsi hərəkatının dövlət və
ictimai təĢkilatlar tərəfindən idarə olunmasını əsaslandırmaq, gənc nəslin fiziki
tərbiyəsində, bədən tərbiyəsi təĢkilatlarının mövqeyini və rolunu müəyyən
5
Deməli bədən tərbiyəsi və idman tarixi cəmiyyətin iqtisadi. siyasi və mədəni
həyat Ģəraiti ilə əlaqədar müxtəlif dövrlərin inkiĢafının ümumi
qanunauyğunluğundan bəhs edən elmdir. Buna görə də bədən tərbiyəsi va
idman tarixi fənnini öyrənənkən bu elmin ümumi nəzəri əsaslarına istinad
etmək lazımdır. Çünki sosial həyat tərzi, siyası quruluĢ, insanların bədən
tərbiyəsi və idmanın da daxil olduğu mənəvi həyatımız maddi nemətlər
istehsalının inkiĢafına yardımçıdır.
Bədən tərbiyəsi və idmanın tarixi də bəĢəriyyətin keçdiyi formasiyalar
çərçivəsində müəyyənləĢir. Təbiidir ki, sosial - iqtisadi dövrlər dəyiĢdikcə,
labüd olaraq bədən tərbiyəsinin də yeni forma, metod və vasitələri, eləcə də
yeni növləri yaranmağa baĢlayır.
Hər dövrdə, müəyyən zaman kəsiyində bədən tərbiyəsinin
keçid (aralıq) formaları olmuĢdur. Cəmiyyətdə bədən tərbiyəsi və idmanın
inkiĢaf tarixini küll halında öyrənərkən, bu prosesin bütün xalqlarda eyni
vaxtda, özü də cəmiyyətin inkiĢafının əsas mərhələlərində eyni formada və
miqyasda baĢ vermədiyini nəzərə almaq lazımdır.
Bədən tərbiyəsi və idman tarixini öyrənərkən əldə rəhbər tutulan mühüm
nəzəri müddəalardan biri tarixdə Ģəxsiyyətin və xalq kütlələrinin rolunu düzgün
müəyyənləĢdirməkdən ibarətdir. Cəmiyyətdə görkəmli Ģəxsiyyətlərin rolunu
inkar etməməklə bərabər, tarixin əsas hərəkətverici qüvvəsinin xalq olması da
danılmazdır. Xalq nəinki maddi nemətlərin, eləcə də cəmiyyətin
mənəviyyatının yaradıcısıdır. BəĢəriyyətin mədəniyyət sahəsində qazandığı ən
böyük nailiyyətlər xalqın yaradıcılıq səyləri ilə həmiĢə üzvi surətdə bağlı
olmuĢdur.
Fiziki tərbiyədə istifadə olunan hərəkətlərin əksəriyyətinin xalqla bağlı olması
zəhmətkeĢ kütlələrin bədən tərbiyəsi və idmanın inkiĢafı prosesində həlledici
rol oynamasına sübutdur.
Ġdmanın bir çox müasir növləri öz mənbəyini tarixin uzaq keçmiĢindən
almıĢdır. GüləĢ, boks, ağırlıq qaldırma, ox atma, qılınc oynatma, üzgüçülük,
futbol, Ģəhərcik oyunu və s. buna misal ola bilər. Bu növlər əsrlər boyu
təkmilləĢmiĢ, qayğı ilə qorunub saxlanılmıĢ, nəsildən-nəslə keçərək dövrümüzə
qədər gəlib çatmıĢdır.
Beləliklə, bədən tərbiyəsi və idman tarixi bir fənn kimi yalnız fiziki tərbiyə
üzrə elmi-tədqiqat iĢləri aparanlardan, gimnastika sistemi yaradıcılarından,
görkəmli məĢqçi və idmançılardan bəhs edə bilməz. Onun əsas vəzifəsi bədən
tərbiyəsi və idmanın inkiĢafında xalq kütlələrinin helledici rolunu
göstərməkdir.
Spesifik biliklərin xüsusi sahəsi olan bədən tərbiyəsi və idman tarixi fənninin
özünəməxsus quruluĢu vardır ki, elmi dövrləĢdirmə də onun əsasında dayanır.
Onun metodoloji əsasını uzaq keçmiĢin ən sadə hərəkət elementlərindən
baĢlayaraq, müasir adamların fiziki tərbiyəsi və idman fəaliyyətinin təĢkilində
istifadə olunan mürəkkəb, elmi cəhətcə əsaslandırılmıĢ biliklər sistemi təĢkil
edir. Bütün bunlar öz növbəsində bədən tərbiyəsinin əsas mərhələlərini,
6
təĢəkkülünü və inkiĢaf xüsusiyyətlərini ümumiləĢdirib aydınlaĢdırır. Məhz bu
baxımdan bədən tərbiyəsi və idman tarixinin dövrləĢdirilməsi cəmiyyətin
inkiĢafındakı sosial-iqtisadi formasiyalara uyğun olaraq aĢağıdakı dövrlərə
bölünə bilər:
Birinci dövr. Qədim dövrün bədən tərbiyəsi tarixi. Bu dövr tarixində ibtidai
icma cəmiyyətinin və quldarlıq dövründəki fiziki tərbiyədən bəhs edilir.
Ġkinci dövr. Orta əsrlərin bədən tərbiyəsi tarixi. Bu, feodalizm dövrünə
məxsus bədən tərbiyəsinin təĢəkkülündən, inkiĢafından və tənəzzülə
uğramasından bəhs edilir.
Dostları ilə paylaş: