Fənnin aparılma siyasəti: Kursun mənimsənilməsi tələbənin bədii layihə fəaliyyətində müstəqil iştirakını, professional etik mövqedən seçeim etməsini təlim təcrübəsi zamanı alınmış bilikləri tətbiq etmək bacarığını nəzərdə tutmaq
Fənnin prerekvizitləri : Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.
Fənnin postrekvizitləri: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunması zərurəti yoxdur.
Fənnin qısa xarakteristikası; Hazırki “Tədris yaradıcılıq və istehsalat təcrübəsi” proqramı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İnteryer üzrə dizayner” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Proqramın məqsədi hər bir illik kursun sonunda, il ərzində keçilən dərslərin məzmunundan asılı olaraq yay təcrübəsi dövründə həmin dərslərin praktiki şəkildə təkmilləşdirilməsindən ibarətdir. Bu il yay təcrübəsinə ayrılan dərs yükünün miqdarı 90 saat təşkil edir.
Fənnin məqsədi;Yay yaradıcılıq və istehsalat təcrübəsinin məqsədi təcrübə keçirilən müəssisənin iş təcrübəsinin dərindən öyrənilməsi ilə yanaşı, təhsil prosesində alınan nəzəri bilikləri əyani şəkildə mənimsəməkdən ibarətdir. Bu mərhələyə çatan tələbə artıq binaların plan quruluşu, kəsikləri və materialların həllini demək olar ki, nəzəri şəkildə qavramış olur. Bunun sayəsində tələbələr auditoriya şəraitində qazanmış olduqları, nəzəri bilikləri praktiki şəraitdə qavraya bilmək vərdişlərinə nail olurlar. Yay yaradıcılıq təcrübəsi, tələbənin istehsalat prosesinə yaxınlaşdırılmasına doğru atılan ilk addım kimi qəbul oluna bilər.
Fənnin vəzifəsi; Bu “Tədris yaradıcılıq və istehsalat təcrübəsi” proqramın sayəsində artıq tələbə gənc mütəxəssis kimi layihələndirmə işlərinə qədəm qoymağa hazır olur.
Kursun məqsədi il ərzində qapalı məkan şəraitində, yəni auditoriyalarda rəsm və rəngkarlıq üzrə yaradıçılıq işləri ilə məşğul olan tələbələrin öyrəndikləri rəssamlıq metodlarını məkan şəraitində təkmilləşdirməkdən ibarətdir.