2. Mexaniki travmalar, zəhərlənmələr, yoluxucu xəstəliklər;
3. Şüa zədələnmələri, mexaniki travmalar, yanıqlar və s. kütləvi halda baş verməsi;
Məlum olduğu kimi bir növ zədələnmələr digərlərinin gedişini ağırlaşdırır. Kombinəolunmuş zədələnmələrin bu xüsusiyyəti «qarşılıqlı ağırlaşdırma sindromu» kimi məlumdur. Məsələn, şüa xəstəliyi yoluxucu xəstəliklərin gedişini xeyli ağırlaşdırır. Kombinəolunmuş zədələnmələr ocağında yaranmış şəraiti qiymətləndirəndə bütün qeyd edilmiş amilləri o cümlədən, yerin metereoloji və coğrafi xüsusiyyətlərini, yaşayış məntəqələrinin xarakteristikasını təhlil edərək MMTX qurumlarının fəaliyyəti və əhalinin tibbi təminatının səmərəli təşkili üzrə qərar qəbul edilməlidir. Belə hallarda tibb xidməti «ekstremal postsindrom» diaqnostikası taktikasını tətbiq edir, yəni həyatı vacib orqanların funksiyasının bərpası ön plana çəkilir.
Dostları ilə paylaş: |