Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»



Yüklə 0,75 Mb.
səhifə23/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   60
A.MusayevM.M

Tam dağıntılar zonası.

Mühafizə dərəcəsi aşağı olan yaşayış və sənaye tikililəri tamamilə dağılırlar. Yeraltı kommunal təsərrüfatı şəbəkəsi dağılır və zədələnir.?Torpaq və materiallar yanıb külə dönür. Mühafizə olunmayan insanlar çox ağır zədələnmələr (daxili orqanların zədələnmələri, sümük sınıqları, şok, kontuziyalar, baş beyinə qansızmalar, ağır yanıqlar və s.) alırlar.

/Bu zonada yaranan şərait xilasedici işlərdən yalnız sığmacaqlara keçidləri hazırlamağa, insanları dağılmış tiki­lilərdən çıxartmağa və sığmacaqlara havanı ötürməyə im-

kan verir. Belə vəziyyətdə sanitar drujinalarınm işi həddin­dən artıq çətinləşir.


  1. Güclü dağıntılar zoması

Yerastu binalar və qurğular çox güclü sürətdə zədələ­nir, yaşayış məntəqələrin küçələri uçuqlara görə keçirməz olur və yeraltı kommunikasiyalar zədələnirlər. Mövcud bi­naların çoxsunu (90%-n artıq ) yanğınlar bürüyür. Açıq yerdə olan əhali orta dərəcəli zədələnmələr o, cümlədən III- IV dərəcəli yanıqlar alır. Bu zonada dəm qazı ilə zəhərlən­mələr də baş verə bilər.

Burada görülə biləcək işlər: uçuqları ləğv etməkdən; yanğınları söndürməkdən; insanları dağılmüş sığmacaq- lardan və zədələnmiş binalardan xilas etməkdən ibarətdir. Bu zonada sanitar drujinalarm işi çox çətin olur, ilk tibbi yardım dəstəsinin fəaliyyəti üçün şərait olmur.



  1. Orta dağıntılar zonası

etinaların arakəsmələri, qapı, pəncərə və damları zədə­lənir, divarlarında çatlar əmələ gəlir, çardaqları və yuxarı mərtəbələri dağılırlar.

Mühafizəsiz əhali arasında yüngül və orta dərəcəli travmalara, yanıqlara və dəm qazı ilə zəhərlənmələrə rast gəlmək olur. Yüngül dərəcəli zədələnmələr almış şəxslərin çoxusu ocaqdan sərbəst çıxmaq imkanına malik olurlar (əgər yanıqlar yoxdursa). Bu zonada sanitar drucinalarm işi məhdud olur, ilk tibbi yardım dəstələrin fəaliyyəti üçün imkan olmur.



  1. Yüngül dağıntılar zonası

^ Binalar yüngül zədələr alır, zəif arakəsmələr, qapı və pəncərələr qismən dağılır və yuxarı mərtəbələrin divarla­rında çatlar əmələ gəliıx Zirzəmilər və aşağı mərtəbələr ya­rarlı vəziyyətdə qalır.

Mühafizə qurğularından kənarda olan şəxslər dağılan tikililərin hissələri (kərpic, beton, şifer, şüşə və s.) ilə trav- malar ala bilərlər.

Əsas xilasedici işlər yanğınları söndürməkdən qis­mən dağılmış və yanan binalardan insanları xilas etməkdən ibarətdir. Sanitar drucinaları və ilk tibbi yardım dəstələrin fəaliyyəti üçün şərait qənaətbəxş olur.

Cədvəl M? 2.

Yerüstü nüvə parğlayışı nəticəində yaranmış kütləvi
zədələnmələr ocağının xarakteristikası


Tam dağıntılar zo-

Güclü

dağıntılar

zonası


Orta dağın-

Zəif dağıntı-

nası

tılar zonası

lar zonası







Nüvə zodələnmələri ocağında yaranan şərait qiymətlən­diriləndə onun əsas elementlərindən biri olan radiasiya şərai­tini xüsusi qeyd etmək lazımdır. Radiasiya şəraiti xilasedici qurumların, obyektlərin işinə və əhalinin həyat fəaliyyətinə təsir göstərən radioaktiv maddələr və çirklənmiş ərazinin miqyası və dərəcəsi kimi başa düşülür.

Radiasiya şəraitinin qiymətləndirilməsinin məqsədi MM qurumları şəxsi heyətinin əmək qabiliyyətinə və əhali­nin həyat fəaliyyətinə onun təsirini müəyyən etməkdir.

Radioaktiv şəraitin qiymətləndirilməsi:


  • Gözlənilən şüalanma dozasını hesablamağa;

  • Zədələnmələr zonalarında qurumların işləmə müddət­lərini müəyyən etməyə;

  • Qurumların zonalara daxilolma vaxtını müəyyən et­məyə;

  • Ocaqlardan çıxma vaxtını müəyyən etməyə;

  • Xalq təsərrüfatı obyektləri və səhiyyə müəssisələri üçün ən əlverişli fəaliyyət variantını seçməyə imkan verin /

jjadiasiya şəraitini iki yolla - şəraitin proqnozlaşdı­rılması və radiasiya kəşfiyyatını aparmaqla aydınlaşdırmaq və qiymətləndirmək olar.

Proqnozlaşdırma metodu ərazinin RM-lə çirklənmə miqyası və dərəcəsi haqqında təxmini məlumatlar verir (taktiki şəraitdən xeyli fərqlənə bilər). Bunun səbəbi proq­nozlaşdırma metodundan partlayışdan dərhal sonra, lakin əraziyə RM-lər çökənə qədər keçən vaxtda istifadə edilmə- sindədir.

Nüvə partlayışından sonra radioaktiv bulud əmələ gə­lir. O, yuxarı qalxaraq maksimal hündürlüyə çatır və stabil- ləşərək göbələk formasını alır. Bulud eyni zamanda külək istiqamətində horizontal olaraq tədricən ətrafa yayılır. Həmin buluddan radioaktiv maddələr yer səthinə çökərək radioaktiv zolağın əmələ gəlməsinə səbəb olur. Adətən, o, ellips formasında olur.

Bu zolağı 4 zonaya bölürlər: A, B, C, Ç (cədvəl 3).



Proqnozlaşdırma metodunu tətbiq etmək üçün müəyyən məlumatların (nüvə partlayışının gücü, növü və episentr ko­ordinatları; partlayış vaxtı; küləyin sürəti və istiqaməti; ilin fəsili və s.) olması vacibdir: episentrdən yerləşmə rayonuna qədər olan məsafə(km-lə), V-kü ləyin orta surəti km/saatla.

Radiasiya şəraitinin qiymətləndirilməsi müəyyən ar­dıcıllıqla aparılır:



  • RM-lə çirklənmiş zonaların ölçüləri müəyyən edilir;

  • Həmin zonalar xəritəyə çəkilir yaxud cədvəl formasın­da əks etdirilir;

  • RM-n çökmə vaxtı müəyyən edilir.

RM-in çökmə vaxtını: t (çökmə) =R/V tənliyi ilə he­sablayırlar,burada R-episentirdən yerləşmə rayonuna qədər olan məsafə km-lə, V-orta sürəti km/ saatdır: ^


Radioaktiv çirklənmə cədvəli


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin