Nüvə zədələnmələri ocaqmda yaranmış şəraitin qiymətləndirilməsi.
Nüvə partlayışı reaksiyası zamanı ayrılan nüvədaxili enerjinin zədələyici təsirinə malik olan döyüş sursatlarına nüvə silahı deylir.
Nüvə partlayışı reaksiyaları ya bölünmə, ya sintez, yaxud da bu proseslərin hər ikisinin eyni zamanda getməsi ilə baş verə bilər.
Nüvə silahına bomba, mərmi, raket döyüş başlıqlarını göstərmək olar. Onları tətbiq obyektlərinə aviasiya, raketlər və s. vasitəsi ilə çatdırılır.
Nüvə partlayışının gücü trotil ekvivalenti ilə ölçülür.
Nüvə sursatının enerjisinə bərabər partlayış enerjisini özündə daşıyan adi partlayıcı maddə (trotil) kütləsinə trotil ekvivalenti deyilir.
Trotil ekvivalenti ton (T), kiloton ( KT ) və meqaton- larla ( MT ) ölçülür.
Nüvə silahı yerin ( suyun ) səthində, havada yaxud yerin (suyun) altında tətbiq oluna bilər.
Nüvə partlayışın zədələyici amillərinə aşağıdakılar aiddir: 1) zərbə dalğası; 2) işıq şüalanması; 3) ionlaşdırıcı şüalar (nüfuzedici radiasiya); 4) ərazinin radioaktiv maddələrlə çirklənməsi; 5) elektromaqnit impulsu.
Zərbə dalğası:
Zərbə dalğası səs sürətindən yüksək sürətlə partlayış mərkəzindən bütün istiqamətlərə yayılan çox kəskin surətdə
sıxılmış və qızmış hava cərəyanından ibarətdir. Onun dağıdıcı və zədələyici qüvvəsini artıq təzyiq və havanın sürət təkanı təşkil edir. Onlar nüvə partlayış maddəsinin kütləsindən, partlayış mərkəzindən insana (obyektə) qədər olan məsafədən və təsir müddətindən asılıdır.
İzafi təzyiq normal atmosfer təzyiqi ilə zərbə dalğasının ön səthindəki maksimal təzyiqin arasındakı fərqinə deyilir.
Zərbə dalğası kilopaskalla(kPa) yaxud 1 sm2-də qüvvə kiloqramlarla (kq/sm2) ölçülür. O, mühafizəsiz əhalini həm bilavasitə, həm də dolayı yolla-ikincili əşyalarla (dağılan tikili və qurğuların konstruksiyaları, kərpic, beton, şüşə qırmtılarıi- lə və s.) zədələyə bilər. Zərbə dalğasının insan orqanizminə təsiri nəticəsində müxtəlif dərəcəli kontuziyalar, əzilmələr, çıxıqlar, eşitmə orqanlarının zədələnmələri, burun və qulaqlardan qanaxmalar, sümük sınıqları çıxıqları politravmalar, daxili orqanların zədələnmələri meydana gəlir.
Zərbə dalğasının ön səthində artıq təzyiq 100 kPa-n çox olduqda havanın temperaturu 350° S-ə qədər çatır.Bu da bədənin açıq yerlərinin və yuxarı tənəffüs yollarının yanıqlarının meydana gəlməsinə səbəb olur.
Mühafizə qurğularında olan əhali də zərbə dalğasının təsirinə məruz qalaraq qapalı travmalar (eşitmə orqanların zədələnmələri, burun və qulaqlardan qanaxmalar və s.) ala bilər.
Zərbə dalğasından mühafizə üçün xüsusi qurğulardan, tikililərin zirzəmilərindən və yerin relyefindən istifadə edirlər.
Dostları ilə paylaş: |