Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»


İonlaşdırıcı şüalar (nüfuzedici radiasiya)



Yüklə 0,75 Mb.
səhifə22/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   60
A.MusayevM.M

İonlaşdırıcı şüalar (nüfuzedici radiasiya)

Nüvə partlayışı zamanı ətrafa yayılan qamma-şüaları və neytronlar axınıdır. Qamma-şüalarm təsir müddəti 15 saniyəyə qədər, neytronların isə ani olur. Neytron partlayı­şının ümumi enerjisinin 5-10 % -i ionlaşdırıcı şüaların payı­na düşür. Onlar yüksək nüfuzedici xüsusiyyətə və ətraf mühit atomlarını ionlaşdırma qabiliyyətinə malikdir.

İonlaşma (ionizasiya) elektron neytral atomdan yaxud molekuldan bir birinə əks yüklənmiş iki hissəciyin əmələ­gəlmə prosesinə deyilir.

ionlaşma bütün sistemlərdə(qaz, maye, bərk cisimlər­də) və bioloji toxumalarda baş verir.

Qamma-şüaları kiçik dalğa uzunluqlu təbiətinə görə rentgen şüalarına oxşayan elektromaqnit şüalarıdır.Uran və digər nüvə yanacağı nüvələrinin bölünməsi və bir çox ra­dioaktiv maddələrin parçalanması nəticəsində əmələ gəlir və 1,5 km-ə qədər məsafəyə yayılaraq öz təsirini göstərmək qabilyyətinə malikdirlər.

Neytronlar-elektrik yükü olmayan elementar hissə­ciklərdir. Onlar cisimlərin atomlarını asanlıqla dəf edə və havada 1 km-ə qədər məsafəyə yayıla bilirlər.

İonlaşdırıcı şüaların mühitə təsirini xarakterizə edən parametlərinə doza və doza qüvvəsi daxildir. Dozanın 3 növü vardır: 1) ekspozisiya dozası, 2) udulmuş (hopmuş) doza və 3) ekvivalent (bioloji) dozası.



  1. . Ekspozisiya dozası-atmosfer təzyiqli quru havanın ionlaşdırma miqdarına əsaslanmış ionlaşdırıcı şüa sahəsinin kəmiyyət göstəricisidir. Onun ölçü vahidi rentgen (R) və kulon / kiloqramdır (Kl/kq). 1 Kİ / kq =3876 R.

  2. . Udulmuş (hopmuş) doza-şüalanan cisim vahidinin udduğu (hopdurduğu) enerjinin miqdarıdır. Onun ölçü va­hidi rad və Qrey-dir. lQr=100 rad.

  3. . Ekvivalent (bioloji) doza-şüalarm biotoxumalara təsirini qiymətləndirmək üçün qəbul edilmişdir. Onun ölçü vahidi ber (bioloji rentgen ekvivalenti) və Zivertdir (Zv).

İonlaşdırıcı-şüalarm (nüfuzedici radiasiyanın) zədələ- yici təsiri insan orqanizmində subyektiv olaraq hiss olun­mur. Biotoxumalarda gedən ionizasiyanm nəticəsində («DNK») dezoksinuklein turşusunu təcrid edərək orqa­nizm üçün təhlükə yaradan destruktiv birləşmələr əmələ gəlir. Şüaların udulmuş (hopulmuş) dozasından asılı olaraq 6 zədələnmiş şəxslərdə kəskin şüa xəstəliyi meydana gəlir.

Onun 4 ağırlıq dərəcəsi vardır:

I dərəcəli (yüngül dərəcəli) şüa xəstəliyi orqanizm bir­dəfəliyə 1-2 Qr (100-200rad), jj dərəcəli (orta ağırlıq də­rəcəli) şüa xəstəliyi 2-4 Qr (200-400 rad), III dərəcəli (ağır dərəcəli) şüa xəstəliyi 4-6 Qr (400-600 rad), IV dərəcəli (çox ağır dərəcəli) şüa xəstəliyi 6 Qr-dən (600 rad-n) artıq şüalanmaya məruz qalanda inkişaf edir.

İonlaşdırıcı şüaların zədələyici təsir radiusu iri nüvə partlayışların zərbə dalğası və işıq şüalarının zədələyici təsir radiusundan dəfələrlə az olduğuna görə iri şəhər əhalisi üçün nüfuzedici radiasiya çox böyük təhlükə yaratmaya bilər.

Nüfuzedici şüalarının təsirini azaltmaq üçün müxtəlif materiallardan (beton, torpaq, odun və s.) istifadə edilir.)



  1. Ərazinin radioaktiv maddələrlə çirklənməsi

Nüvə partlayışı buludundan radioaktiv hissəciklərin yerə çökməsi nəticəsində ərazinin çirklənməsi baş verir. Ərazi ilə yanaşı hava və su mühüti də çirklənir. Radioaktiv maddələrin bir neçə mənbəyi olur:

  1. Reaksiyaya girmiş nüvələrinin bölünməsi nəticəsin­də əmələ gələn maddələr;

  2. Reaksiyaya girməmiş partlayıcı maddələrin (uran, plutonium və s.) bir hissəsi;

  3. Neytron axınının təsiri nəticəsində mühitdə (torpa­qda, obyektdə, döyüş sursatları örtüklərində və s.) olan müxtəlif kimyəvi elementlərin süni radioaktivliyi.

Zəncirvari nüvə reaksiyası zamanı nüvə yanacağının yalnız 20% reaksiyaya cəlb olunur, 80% isə radioaktiv toz halına keçərək ətraf mühitə yayılır.

Ərazinin RM-lə çirklənmə dərəcəsi ionlaşdırıcı şüa­lanmanın doza gücü ilə xarakterizə olunur və saatda rentgenlə (R/s) ölçülür. Əgər müəyyən bir yerdə ionlaşdırıcı şüa­larının doza gücü 0,5 R / saat və ondan artıq olarsa həmin ərazi RM-lə çirklənmiş hesab olunur.

Yer kürəsində olan bütün canlılar daima ionlaşdırıcı şüaların təsiri altında yaşayır. Ümumi radiasiya fonu təbii və texnoqen fonundan ibarətdir. Təbii fon kosmik şüaların, torpaq, su, hava və biosferada olan təbii radioaktiv maddə­lərin hesabına yaranır.

Texnogen fonun yaranması atom elektrik stansiyala­rının (AES) və uran mədənlərinin işi, sənayədə, kənd təsər­rüfatında, təbabətdə və s. sahələrdə radioizotoplarm tətbi­qi nüvə silahı sınaqları ilə əlaqədardır.

Ərazinin RM-lə çirklənməsi ilə biz sülh dövründə də rast gələ bilərik. Xalq təsərrüfatında ionlaşdırıcı şüa mənbə­lərindən istifadə edən obyektlər mövcuddur. Həmin obyektlərdə qəza baş verdikdə RM ətraf mühitə yayılıb əhalini də zədələyə bilər. Radiasiyanın insanlara təsiri ətra­fa yayılan radioaktiv qarışığın tərkibindən çox asılıdır.

Nüvə reaksiyaları prosesində bir neçə saniyədən yüz min illərə qədər yarımparçalanma müddətlərinə malik olan radionuklidlər kompleksi yaranır (cədvəl 1).

Cədvəl N° 1.

Radionukleidlərin yarımparçalanma dövrləri




Radionukleidlərin adları

Onların yarımparçalanma dövrləri

Kripton - 94

0,4 saniyə

Rubidium -93

5,9 saniyə

Yod-131

8,1 sutka

Stronsium - 90

29 il

Sezium - 137

30 il

Plutonium - 239

24360 il





Ərazinin RM-lə çirklənməsinin dərəcəsi və miqyası partlayışın növündən, nüvə döyüş sursatının gücündən, meteoroloji şəraitdən və yerin relyefindən asılıdır.

RM-n zədələyici təsiri 2 amillə (qamma şüaların orqa­nizmə xaricdən təsiri və beta-hissəciklərin dəriyə yaxud or­qanizmin daxilinə düşməsi ilə) bağlıdır. Onlar dəriyə təsir etməklə kəskin şüa xəstəliyin meydana gəlməsinə səbəb olur. Dəri üzərində sıxlığı çox olduqda yanıqlar əmələ gəlir. Onlar qida, su və hava ilə orqanizmə daxil olaraq qana so­rulur və qan dövranı ilə orqan və toxumalara yayılırlar.

Radioaktiv izotoplarm bir qismi (sezium, tellur, mo- libden) toxumalara bərabər yayılır və tez də orqanizmdən xaric olurlar, digərləri isə müəyyən orqan və toxumalarda toplanırlar. Belə ki, yod izotopu qalxanabənzər vəzidə, stronsium və barium sümük toxumasında, tellur və molib- den qara ciyərdə yığılırlar.

Orqanların hamısı RM-ə eyni dərəcədə həssas deyil. Ən böhranlı orqanlar (şüalanması həm orqanizmin özü üçün həm də nəsilartırmaya zərərli olan) həssaslığına görə 3 qrupa bölünürlər:


  1. Qırmızı sümük iliyi və cinsiyət vəziləri;

  2. Qalxanabənzər vəzi, qara ciyər, böyrəklər, ağciyər­lər və əzələ sistemi;

  3. Dəri örtüyü və sümük toxuması.

Əhalini RM-n təsirindən qorumaq üçün radiasiya
əleyhinə qurğulardan və sığmacaqlardan istifadə edirlər.

  1. Elektromaqnit impıılsu

Qamma-şüaları və neytronların ətraf mühit atomlarına təsiri və bununla əlaqədar olaraq elektron axımının və müsbət ionların əmələ gəlməsi nəticəsində yaranan elektrik və maqnit sahələrdir. Elektrik impulsu elektron və elektrik elementlərini, yarımkeçiriciləri,vakuum cihazlarını, kondensatorları, aparatları, rəqəmli və nəzarət qurğularım sı­radan çıxarır. Rabitə, elektron-hesablayıcı və digər texni­kanın nasaz vəziyyətə gəlməsi qərargah və idarələrin işini xeyli çətinləşdirir.

Elektromaqnit impulsu insanlara bilavasitə təsir göstə­rərək zədələnmələrə səbəb olmur. Buna baxmayaraq texni­ka ilə işləyən şəxslər elektrik cərəyanı ilə zədələnmələr ala bilərlər. Bu da onların davranışında, inkişafında və meta- bolizm proseslərində əks oluna bilər.

Nüvə partlayışı zədələyici amillərinin təsiri nəticəsində insanların, heyvanların, bitkilərin kütləvi zədələnmələri və tikililərin, obyektlərin və kommunikasiyaların dağılması baş vermiş əraziyə nüvə zədələnmələri ocağı deyilir.

Nüvə zədələnmələri ocağının xarici sərhəddi zərbə dalğasının ön səthində artıq təzyiq 10 kPa olan ərazidən ke­çən şərti xətdir. Ocağın ölçüləri tətbiq edilmiş döyüş sursa­tının gücündən, partlayışın növündən, tikililərin xarakte­rindən, yerin relyefindən və s. asılıdır.



Dağıntıların xarakterini, xilasedici işlərin həcmini və şəraitini müəyyən etmək üçün nüvə zədələnmələr ocağını dörd dairəvi zonaya (tam, güclü, orta və zəif dağıntılar zona­ları) bölürlər (cədvəl 2):


  1. Yüklə 0,75 Mb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin