Dağıntı zonaları
|
Ümumi itkilər, %
|
Qayıtmaz itkilər, %
|
Sanitar itkiləri, %
|
Tam
|
90
|
80
|
10
|
Güclü
|
50
|
35
|
15
|
Orta
|
40
|
10
|
30
|
Yüngül
|
15
|
|
15
|
Sanitar itkilərindən yüngül zədələnmələr 20-40%, orta və ağır dərəcəli zədələnmələr isə 60-80%-ə qədər təşkil edəcəkdir (cədvəl 5).
Cədvəl No 5.
Nüvə silahı tətbiq edildikdə ehtimal olunan sanitar
itkilərin quruluşu
Zədələnmələr
|
Miqdarı (%)
|
Qeyd
|
Termiki yanıqlar
|
15-25
|
|
Mexaniki travmalar
|
15-50
|
|
Radiasiya zədələnmələri
|
10-15
|
|
Kombinəolunmuş zədələnmələr
|
45-55
|
O, cümlədən MSS-nm pozğunluqları
|
Nüvə silahı tətbiq olunanda sanitar itkilərin sayı nüvə döyüş sursatından, partlayışın növündən, ocaqda olan əhalinin sayından, əhalinin fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunmasından , yerin relyefindən, tikililərin xarakterindən, yaşayış məntəqələrinin planlaşdırılmasından, havadan, ilin fəslindən və s. asılıdır.
^Kimyəvi silahın tətbiqi nəticəsində yaranmış şəraitin tibbi qiymətləndirilməsi.
Müasir dövrdə insanların həyatına və fəaliyyətinə çox təhlükə yaradan nüvə silahından başqa bəzi ölkələrin ordularının təchizatında kimyəvi silah da vardır.
C Zəhərli maddələrə (ZM), onların hədəfə çatdırma (nəqletmə) və tətbiqi vasitələrinə kimyəvi silah deyilir.^
ZM-lər yüksək toksiki təsirə malik birləşmələrdir. Onları insanları, heyvanları və bitkiləri zəhərləmək, həmçinin ərazini və obyektləri kimyəvi cəhətdən çirkləndirmək məqsədi ilə tətbiq edirlər.
Onlar raketlər, aerozol generatorları, aviasiya kimyəvi bombalar, mərmilər, minalar, qranatlar və s. vasitəsi ilə hədəfə çatdırılırlar.
ZM-in çox xarakterik xüsusiyyətləri vardır:
xarici mühitdə asan yolla yayılması;
davamlı zədələyiji təsirə malik olması;
zəhərlənmələrin klinikasının və inkişaf dinamikasının müxtəlifliyi;
ZM-n bir qisminin orqanizmə həm tənəffüs, həzm yolu və dəri vasitəsi ilə daxil olması;
Zəhərlənmələrin inkişafı ZM-n orqanizmə daxilolma yollarından asılı olması;
Psixoemosional təsirə malik olması;
Mühafizə vasitələrindən istifadə etmək zəruriyyətinin yaratması.
ZM-n müxtəlif əlamətlərinə əsaslanaraq tərtib edilmiş bir neçə təsnifatı mövcuddur.
cAparıcı kliniki simptomlanna görə ZM-nı təsnifatı:
Sinir iflicedici (fosfor üzvi maddələr-FÜM)-zarin, zoman, Vx-qazlar;
Ümumi zəhərləyici-sianid turşusu, xlorsian və s;
Boğucu- fosqen, difosqen və s.;
Dəri-rezobtiv təsirli-iprit, lüizit və s;
Psixokimyəvi (psixomimetiklər) - “BZ”, LSD və s;
Qıcıqlandırıcılar-adamsit, xlorasetofenon, xlorpikrin
ZM-n təsir nəticəsinə görə təsnifatı:
Öldürücü təsirli ZM- zarin, zoman, Vx-qazlar və s.;
Müvvəqəti sıradan çıxaran ZM-adamsit, xlorpikrin, BZ, LSD və s.
Kimyəvi silahın təsiri nəticəsində kütləvi sürətdə insanların, heyvanların və bitkilərin zədələnməsi və mühitin zəhərli maddələrlə çirklənməsi meydana gəlmiş əraziyə kimyəvi zədələnmələr ocağı deyilir.
Kimyəvi zədələnmələr ocağının ölçüləri və xarakteri ZM-nin növündən və tətbiqi üsulundan, yerin relyefindən , yaşayış məntəqələrin tikilmə xarakterindən, metereoloji amillərdən və s. asılıdır.
Kimyəvi silah tətbiqi nəticəsində yaranmış vəziyyətə kimyəvi şərait deyilir.
Kimyəvi şəraitin qiymətləndirilməsinin mahiyyəti ZM- nı insanlara, heyvanlara və bitkilərə, su mənbələrinə və digər obyektlərə təsiri dərəcəsini müəyyən etməkdən və MM qurumlarının fəaliyyəti və əhalinin davranışı (hərəkəti) üçün ocağın ləğv edilməsi üzrə aparılan tədbirlərin ən əlverişli variantını seçməkdən ibarətdir.
Mülki Müdafiə Tibb Xidməti obyektdə- yaranmış kimyəvi şəraitin qiymətləndirilməsində həmin obyektin MM rəisi, onun qərarğahı və MMTX qurumlarının komandirləri iştirak edirlər. Onu kimyəvi kəşfiyyat məlumatları əsasında qiymətləndirirlər. Bəzən o, proqnozlaşdırma xarakteri daşıya bilər.
Kimyəvi şəraiti qiymətləndirmək üçün aşağıda ğöstəri- lən ilkin məlumatların olması zəruridir:
ZM-in növü və onun tətbiqi vaxtı;
ZM-in tətbiqi vasitələri;
ZM-in tətbiqi rayonu;
Küləyin sürəti və istiqaməti;
Havanın və torpağın temperaturu;
Kimyəvi zədələnmələr ocağında olan əhalinin arasında sanitar itkiləri 80-90%-ə qədər ola bilər^.
Kimyəvi şəraiti qiymətləndirdikdən sonra MMTX rəisi və onun qərargah rəisi:
MMTX qurumlarını, ərazinin və havanın zəhərli maddələrlə çirklənməsi haqqında xəbərdar edir;
Kimyəvi zədələnmələr ocağının ləğvi üzrə qurumların və əhalinin əmək qabiliyyətini təhlil edir və nəticə çıxarır;
Ən məqsədəuyğun fəaliyyət variantlarını müəyyən edir;
Əhalini və qurumları yerləşdirmək üçün daha təhlükəsiz rayonları seçir;
İnsanların mühafizə vasitələrində qalma vaxtını təyin edir;
ZM-lə çirklənmiş şəxslərin sanitar-təmizlənməsi və texnikanın deqazasiyası üzrə qaydaları müəyyən edir.
MMTX qurumlarının şəxsi heyəti kimyəvi zədələnmələr ocağında aşağıda göstərilənləri yerinə yetirir:
kimyəvi və tibbi kəşfiyyatı aparır;zədələnmiş şəxslərə ilk tibbi yardım göstərir və ocaqdan təxliyə edir;
ZM-lə çirklənmiş şəxslərin sanitar təmizləməsini aparır;
tibbi məqsədlər üçün istifadə olunan texnikanın, əmlakın, zədələnmiş şəxslərin paltarlarının deqazasiya- sını həyata keçirmək və s. işləri həyata keçiriri
Bakterioloji zədələnmələr ocağında yaranmış şəraitin qiymətləndirilməsi.
İnsanları, heyvanları və bitkiləri yoluxdurmaq üçün istifadə olunan patoqen mikrloorqanizmlərə, onların toksinlərinə həmçinin onları hədəfə çatdırma vasitələrinə bakterioloji silah deyilir.
Onun əsasını bakteriyalar və onların toksinləri, viruslar, rikketsiyalar, göbələklər və s. təşkil edir. Bu silah növünə taun, vəba, tülyaremiya, təbii çiçək, qarayara, tetanus və s. xəstəliklərin törədiciləri aiddir.
Bakterioloji silahı bir neçə üsulla tədbiq edirlər:
Aerozol; yoluxdurulmuş həşərat və gəmiricilər vasitəsi ilə;
diversiya yolu ilə (su və ərzaq);
zəhərli maddələri bakterial toksinlərlə birlikdə.
Bakterioloji silahın özünəməxsus xüsusiyyətləri vardır:
Yüksək səmərəlilik potensialı (insanları və heyvanları cüzi doza ilə yoluxdurmaq qabililiyəti);
İnkubasiya dövrünün olması;
Kontaqiozluq (xəstədən sağlam insana keçmə qabiliyyəti);
Uzunmüddətli təsirə malik olması və xarici mühitdə davamlılığı;
Aşkaredilmənin çətinliyi, qidalı mühitlərə münasibət və antibiotiklrə qarşı həssaslığın təyini;
Törədicilərinin xeyli çox olması;
Ğüclü psixoloji təsiri;
Hazırlanmasının (nüvə və kimyəvi silahlara nisbətən) ucuz başa gəlməsi;
Bakterioloji (bioloji) silah tətbiqi nəticəsində insanların, heyvanların və bitkilərin kütləvi bakterial zədələnmələri meydana gəlmiş əraziyə bioloji zədələnmələr ocağı deyilir.
Onun ölçüləri mikroorqanizmlərin tətbiqi üsulunTian və miqdarından, metereoloji amillərdən, yerin relyefindən, tikililərin xarakterindən və yaşayış məntəqələrin planlaşdırma üsulundan asılıdır.
Bakterioloji silah aerozol üsulu ilə tətbiq edildikdə yoluxucu xəstəliklər kütləvi hal alır. Yoluxdurulmuş həşərat və gəmiricilər vasitəsi ilə tətbiq edildikdə isə yoluxucu xəstəliklərin tədricən artması müşahidə olunufi
Bakterioloji zədələnmələr ocağında yaranmış şəraiti qiymətləndirəndə bir çox amilləri nəzərə almaq lazımdır:
tətbiq edilmiş yoluxucu xəstəliklər törədicilərinin növü və onun tətbiqi üsulu;
vaxtında aşkar edilməsi;
çirklənmiş zonanın və çirklənməsi gözlənilən ərazinin sahəsi;
metereoloji vəziyyət;
ilin fəsli;
əhalinin sayı və sıxlığı;
tikilililərin xarakteri;
əhalinin mühafizə vasitələri ilə təmin olunması;
peyvənd olunmuş əhalinin sayı;
əhalinin qeyri-spesifik və spesifik profilaktika və müalicə vasitələri ilə təmin olunması.
Ocağın ləğv edilməsində bu amillərin ətraflı təhlili böyük əhəmiyyət kəsb edir.
Bakterioloji silahın tətbiqi zamanı gözlənilən sanitar itkilərin hesablanması bir neçə səbəbə görə çətinləşir.
Birincisi - eyni bir zamanda bir neçə yoluxucu xəstəliyin törədiciləri tətbiq oluna bilər.
İkincisi - müxtəlif insanların yoluxmağa qarşı müqavimətinin müxtəlif olması və mikroorqanizmlərin hərəsinin özünəməxsus spesifik xüsusiyyətlərinin olması və onların virulentliyi.
Üçüncüsü - xəstələrdən sağlam insanlara keçməsi ilə (ikincili) sanitar itkilərin artması. Bu da sanitar itkilərini qabaqcadan dəqiq hesablamağa imkan verir.
Xarici mütəxəssislərin fıkirincə ocaqda olan əhalinin ümumi sayının 25-50%-i bakterioloji vasitələrin təsirindən ilkin xəstələnə bilər. Qabaqcadan aparılmış profilaktika və fərdi mühafizə vasitələrin tətbiqi yoluxmanı xeyli azalda bilər.
Kombinəolunmuş zədələnmələr ocağında yaranmış
şəraitin qiymətləndirilməsi
Müasir dövrdə nüvə, kimyəvi və bakterioloji silahların eyni zamanda, ya da onların ardıcıl tətbiqi təhlükəsi mövcuddur. Onlar aşağıda göstərilən variantlarda:
nüvə və kimyəvi;
nüvə və bakterioloji;
kimyəvi və bakterioloji;
KQS-ı adi silahlarla yanaşı tətbiq oluna bilərlər.
İki və ya daha artıq kütləvi qırğın silahlarının yaxud digər hücum vasitələrinin təsiri nəticəsində yerin və obyektlərin zərərləşdirməsini və xilasedici işlərinin aparılmasını tələb edən vəziyyət yaranmış əraziyə kombinəolunmuş zədələnmələr ocağı deyilir.
Bu ocaqda yaranmış şərait özünün mürəkkəbliyi və ağırlığı ilə KQS-n bir növünün tətbiqi zamanı yaranmış şəraitdən xeyli fərqlənir.
Kombinəolunmuş zədələnmələr ocağında ümumi vəziyyət çox böyük dağıntılarla, kommunikasiyaların sıradan çıxması ilə, obyektlərin zədələnməsi, çoxlu itkilərlə, son dərəcə ağır vəziyyətlə, əhali arasında vahimə və kütləvi kombinəolunmuş zədələnmələrin ağırlığı ilə, eyni vaxtda təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanların sayının kəskin surətdə artması ilə digər ocaqlardan fəqlənir. Bundan başqa yaralı və xəstələrin təxliyəsi üçün nəqilyyat vasitələrinə və tibbi sanitar əmlaka olan tələbatın da artması labüd olacaq.
Bir neçə silahın insan orqanizminə təsiri nəticəsində kombinəolunmuş zədələnmələr:
1. Mexaniki travmalar, yanıqlar, radiasiya zədələnmə- ləri;
Dostları ilə paylaş: |