Z Müharibə dövründə yaranan fövqəladə hallar.>
FH-ları açıq dövrlərə bölmək şərtidir. Sülh dövründə müharibə dövrünə, müharibə dövründə isə sülh dövrünə xas olan FH-lar meydana gələ bilər.
^Müharibələr adi silahların (odlu silah, yandırıcı vasitələr, həcmli partlayış döyüş sursatları, kasetli döyüş sursatların və s.) tətbiqi ilə başlanır. >Adi silahlar da getdikcə təkmilləşir və onların zədələyici amillərinin təsir qüvvəsi artır və fəsadlarının miqyası genişlənir. Məsələn, həcmli partlayış döyüş sursatlarının zədələyici amillərinin (zərbə dalğası, yüksək temperatur, zəhərli maddələr) təsiri nəticəsində kütləvi qırğın silahları tətbiqi zamanı olduğu kimi kütləvi zədələnmələr ocaqları yaranır. Bu hal insanların zəhərlənməsi, müxtəlif dərəcəli yanıqların və mexaniki travmalarm alması ilə müşayət olunur.
L Adi silahlar istehsalat müəssisələrini, nəqliyyat vasitələrini, partlayış təhlükəli və yanğın təhlükəli obyektləri, bəndləri, su buraxıcı qurğularını, kommunikasiyaları, həyat fəaliyyəti təmini obyektlərini (su təchizatı obyektləri, ərzaq anbarları və s.) dağıdaraq partlayış, yanğın, dağıntı və daşqınlara səbəb ola bilər.
Radiasiya təhlükəli, kimya təhlükəli və bakterial agent- ləri mövcud olan obyektlər də adi silahların təsirinə məruz qala bilərABunun nəticəsində radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM) və bakterial agentlər xarici mühitə yayılaraq ərazini çirkləndirir^ Düşmən kütləvi qırğın silah-
lari (KQS) da tətbiq edilə bilər.>Hər iki halda kütləvi (nüvə, kimyəvi, bakterioloji yaxud kombinəolunmuş) zədələnmələr ocaqları yaranır./’
Kütləvi zədələnmələr ocaqları yarandıqda həm əhali, həm də MM qurumları son dərəcə ağır və mürəkkəb vəziyyətə düşür ^Əhalinin bir qismi tələf olur, bir qismi müxtəlif zədələnmələr nəticəsində əmək qabilyyətini itirir./Xilasedici işlərin aparılma şəraiti məhdudlaşır, qurumların idarəedilməsi çətinləşir, nəqliyyatdan və xüsusi texnikadan istifadə edilməsi xeyli çətinləşir, həyat üçün zəruri məhsulların nəqli ləngiyir, tibb xidməti qüvvə və vasitələrin (mərhələlərinin) açılmasına ciddi maniələr yaranır.
Müharibə dövrü eksotik və ən təhlükəli yoluxucu xəstəliklərin, epidemiya, pandemiya, epizootiya, epifitotiyala- rm meydana gəlməsi ilə xarakterizə olunur. Bu dövrdə sosial mənşəli FH-lar (alkoqolizm, narkomaniya, toksikoma- niya, ictimai ixtişaşlar və s.) artır.
Kütləvi qırğın silahları onların zədələyici amilləri, kütləvi zədələnmələr ocaqları haqqında daha müfəssəl məlumatları müvafiq mövzunu arşdıranda almağa imkanımız olacaqdır.
İnsanların həyatı və gündəlik fəaliyyəti bu və ya digər dərəcədə təhlükə mənbələri ilə bağlıdır. Məişətdə istifadə olunan qaz, yanacaq, elektrik avadadanlığı, nəqilyyat vasitələri, mühərrik yanacağı (etilli benzin, maye qaz, dizel yanacağı), dezinfeksiya vasitələri, boya və lak məmulatları, sirkə, essensiya və s. bu mənbələrə aiddir.
Onların daşınma, saxlanma, istifadə və təhlükəsizlik qaydalarına riayət etmədikdə bədbəxt hadisələrin və qəzaların hətta, fəlakətlərin meydana gəlməsinə səbəb ola bilər. Məsələn, məişət qaz avadanlığında olan nasazlıq partlayış, yanğın və qazla zəhərlənmələri, elektrik şəbəkəsində olan nasazlıqlar isə elektrotravmanı, yanğını və letal nəticəli zə- dələnmələri törədə bilər.
Belə hadisələr çoxmərtəbəli yaşayış evlərində, sərnişin daşıyan nəqliyyat vasitələrində və digər ictimai yerlərdə də meydana gələ bilər.
Bədbəxt hadisə, qəza və fəlakətlərin meydana gəlməsi böyük problemlər yaradır. FH-m labüdlüyü bizdən ekstremal vəziyyətlərdə adekvat hərəkət etmək üçün hazırlaşmağı tələb edir. Hazırlaşmaq məfhumu FH-lar zamanı davranış qaydalarını öyrənməyi, ilk tibbi yardım üsullarına yiyələnməyi, ekstremal vəziyyətlərdə istifadə etmək üçün ən zəruri əşyaları (ərzağı, suyu, fərdi apteçkanı,şəxsi gigiyena ləvazimatını, fanarı və s.) daima hazır vəziyyətdə saxlamağı nəzərdə tutur. Yaxşı olardı ki, zəruri məlumatları almaq üçün kiçik ölçülü radioqəbuledicinin və əlaqə saxlamaq üçün mobil telefon da olsun.
Əminik ki, fövqəladə hadisələr haqqında aldığınız məlumatlarla kifayətlənməyərək zəruri hallarda əhalinin tibbi təminatını yüksək səviyyədə təşkil etmək məqsədi ilə kliniki təfəkkürümüzü inkişaf etdirməklə yanaşı bu sahə üzrə də biliklərimizi dərinləşdirərək genişləndirəcəyik.
FƏSİL
FÖVQƏLADƏ HALLARDA YARANMIŞ ŞƏRAİTİN
QİYMƏTLƏNDİRİLMƏSİ
.Müasir müharibələrdə adi silahlarla yanaşı kütləvi qırğm silahları da tətbiq oluna bilərlər. Əgər müharibə başlansa səhiyyə sisteminin fəaliyyəti çox mürəkkəb və spesifik bir şəraitdə keçəcəkdir. Buna görə əhalinin tibbi təminatını səmərəli təşkil etmək üçün tibbi heyətin kütləvi qırğm silahlarının zədələyici amilləri, onların təsiri nəticəsində meydana gələn zədələnmələr və yaranan kütləvi zədələnmələr ocaqlarının tibbi-taktiki xarakteristikası haqqında kifayət qədər məlumatları olmalıdır.
Səhiyyə obyektlərin Mülki Müdafiə (MM) rəisləri, MMTX rəisləri və tibb qurumlarının komandirləri kütləvi zədələnmələr ocaqlarında əhalinin tibbi təminatının təşkili üzrə qərar qəbul etməlidirlər. Qərarı düzgün qəbul etmək üçün onlar həmin ocaqlarda yaranmış şəraiti (ümumi və tibbi) qiymətləndirməyi bacarmalıdırlar.
Şərait MMTX-nin fəaliyyətinə təsir göstərən fövqəladə hadisə amillərinin məcmusu kimi başa düşülür. Şəraitin qiymətləndirilməsi yaranmış konkret vəziyyətdə tibb xidmətinin fəaliyyətinə müsbət və mənfi təsir göstərən amillərini təhlil edərək ümumi nəticə əldə etməkdən ibarətdir.
Dostları ilə paylaş: |