Travmatologiya xəstəxanası
Travmalogiya xəstəxanası tərkibində cərrahiyyə və ya ixtisaslaşdırılmış travmatologiya şöbəsi olan mərkəzi rayon və şəhər xəstəxanalarının bazasında açılır. Bu xəstəxananın əsas vəzifəsi dayaq-hərəkət sisteminin mexaniki zədələnmə- lərində və yanıqlar zamanı xəsarətalmışlara təkmilləşdirilmiş və ixtisaslaşdrılmış tibbi yardım göstərməkdir. Xəstəxananın tərkibində 2 əsas şöbə vardır: 1. Travmatologiya.
Yanıqlar.
Çarpayı fondunun 50%-i yanıqlar üçün nəzərdə tutulur. Qeyd etməliyik ki, xəstəxanada dayaq-hərəkət aparatı zədələnmələri dominantlıq təşkil edən kombinəolunmuş zədələnmələr, yəni yanıq və kəskin şüa xəstəliyi olanlar da müalicə olunurlar.
Xəstəxananın tərkibində aşağıdakı şöbələr vardır:
1. Travmatologiya şöbəsi.
-120-
Şöbədə qapalı sınıqları, «təmiz» və açıq sınıqla daxil olan irinli infeksiyalı kontingent müalicə olunur. Bu şöbədə ixtisaslaşdrılmış ortopedik xidmət göstərilir və həkim ekspertizası üçün əmək qabiliyyətinin itirilməsi də qiymətləndirilir.
Yanıq şöbəsində yanıqlarla bərabər digər kombinəo- lunmuş zədələnmələr müalicə olunur. Şöbədə əməliyyat-sarğı bloku və müvafiq avadanlıq olmalıdır.
Anaerob infeksiya şöbəsində əməliyyat, sarğı otaqları və xəstələr üçün palatalar vardır.
Bərpaedici müalicə şöbəsində müalicə bədən tərbiyəsi, fizioterapiya üçün nəzərdə tutulmuş avadanlıq və digər zəruri vasitələr olmalıdır.
Dostları ilə paylaş: |