Xəstəxana bazasının açılmasının təşkili
Xəstəxana bazasının konkret vaxt çərsivəsində təşkili və fəaliyyət göstərməsi xəstəxana bazası idarəsi və MM-in qərargahının əsas vəzifələrindən biridir. Xəstəxana bazası idarəsinin rəisi xəstəxana bazası üçün ayrılmış bina, qurğuların azad olunması zəruri əmlakın və vəsaitlərin ayrılması, tibbi kadrlarla komplektləşmənin gedişinə nəzarət edir və işlərin gedişi barədə vaxtaşırı yuxarı tibb xidməti rəisinə məruzə edir. XB-m müalicə müəssisələrinin açılması üçün təkcə kənd rayonlarının deyil, eyni zamanda köçürülən iri şəhərlərin müalicə-profilaktika müəssisələrinin qüvvə və vasitələrindən də istifadə edilməlidir.
XB-m ehtiyat çarpayı fondunun yaradılması üçün ictimai bina, sanatoriya, istirahət evləri, turist bazaları, məktəb, klub və digər binalardan istifadə olunmalıdır.
Xəstələrə qulluq üçün sanitar drujinalar, tibbi-sanitar hazırlığı olan ümumtəhsil və texniki-peşə məktəblərinin şagirdlərindən istifadə olunmalıdır.
Dostları ilə paylaş: |