Baş xəstəxana və işinin təşkili
Baş xəstəxana hər bir müalicə-təxliyyə istiqamətində yaradılır.
Baş xəstəxana xəsarətalmışlarm 1-ci mərhələdən 2-ci mərhələyə rayonlar üzrə təxliyyəsini həyata keçirir və aşağıda göstərilən şöbələrdən ibarətdir:
qəbul-çeşidləmə şöbəsi;
əməliyyat-sarğı şöbəsi;
profillər üzrə müalicə şöbəsi (şokəleyhinə, anaerob, doğuş);
Qəbul-çeşidləmə şöbəsidə çeşidləmə briqadası yaradılır və tərkibində 1 həkim-cərrah, 2 tibb bacısı, 2 qeydiyyatçı, 1 dozimetrist, 1-2 sanitar manqa olmalıdır. Çeşidləmə briqadası zədələnmənin xarakterindən asılı olaraq varalı və xəstələri aşağıdakı qruplara bölür:
həyatı göstərişlərə uyğun olaraq təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanlar (o cümlədən nəqlolunması mümkün olmayan xəsarətalmışlar);
ağır zədələnməsi olanlar (döş, qarın, diz, oynaq) profillər üzrə;
yoluxucu və əsəb-psixi pozğunluğu olan xəstələr təcridxanalara və ya xəstəxanalara göndərilir.
Xəstələrin qəbulu, qeydiyyatı, baxış və çeşidlənməsi qısa bir müddətdə başa çatdırılmalıdır. Xəstəlik tarixi savadlı əməkdaş tərəfindən dəqiq və tez doldurulmalı və ilkin tibbi kartoçka xəstəlik tarixinə əlavə edilməlidir.
Çoxprofilli xəstəxanaların (ÇPX) açılması
Dostları ilə paylaş: |