Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»


Bakterioloji ocaqda epidemiya əleyhinə tibbi qurumların



Yüklə 0,75 Mb.
səhifə55/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   60
A.MusayevM.M

Bakterioloji ocaqda epidemiya əleyhinə tibbi qurumların

işinin təşkili

Bakterioloji ocaqda 2 epidemiya əleyhinə qurum işləyir.



  1. Səyyari epidemiya əleyhinə dəstə (SEƏD).

  2. Səyyari epidemiya əleyhinə briqada (SEƏB).

Yuxarıda göstərilən qurumlar respublika və şəhər

SEM, mikrobiologiya və epidmiologiya institutlarının ba­zasında yaradılır.

Bu qurumların işinə rayon və ya şəhər MMTX rəisi rəhbərlik edir. Tibb xidməti rəisi hər 2 quruma müvafiq gös­tərişləri yerinə yetirməyi tapşırır:


  • hansı ərazidə və nə qədər əhali arasında epidemiya əleyhinə tədbirlər təşkil etməli;

  • hansı yaşayış məntəqəsi və ya hansı obyektin xüsusi nəzarətə götürülməsi;

  • hansı qurumla və tibbi müəssisə ilə qarşılıqlı əlaqə ya­radılmalı;

  • açılma yeri və açılma müddəti;

  • əldə olunmuş məlumatların təqdim olunma qaydası və müddəti.

SEƏD və SEƏB-in mütəxəssisləri bütün tibbi müəssi­sələrə epidemiya əleyhinə tədbirlərin düzgün keçirilməsinə dair məsləhətlər verir, ətraf mühitdən siqnal materiallarının götürülməsi və çatdırılması, ərzaq və suyun zərərsizləşdiril­məsi, ekspertizanın aparılması, sanitar təmizləmənin təşkili qaydalarını müəyyənləşdirir.

Hər bir bakterioloji ocaqda poliklinika hüququnda olan müstəqil sahələr nəzərdə tutulur və İHYD-si bu sahə­də aşağıdakı vəzifələri yerinə yetirir: Uf dyyh-y-,

-bakterioloji ocağın müayinəsində SEƏD və SEƏB-a kömək etmək;

-SEƏD və SEƏB-in göstərişi ilə ətraf mühitdən sınaq materiallarının toplanması;

-xəstə şəxslərin aktiv surətdə aşkar olunması, təcrid olunması və xəstəxanalara yerləşdirilməsində iştirak etmək;

-mənzillərdə ocaqların dezinfeksiyasının təşkili;

-ərazidə sanitar-maarif işinin təşkili.

İHYD-in bazasında müstəqil sahələrdən başqa müvəq­qəti infeksion stasionarlar da təşkil olunur.

SEƏD və SEƏB-in üzərinə aşağıdakı vəzifələr_qoyulur:

1. İHYD-si və digər tibbi müəssisələrə metodik kö­məyin göstərilməsi.



  1. İHYD-ni dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri ilə təmin etmək.

  2. İHYD-ni əhalinin daha sanitar təmizlənməsi üçün

cj jQ dezinseksiya-duşxana avtomobili və ya qurğusu ilə

təmin etmək.



  1. xəstələrin və yığılmış patoloji materialların bakterioloji laboratoriyada müayinəsinin təşkili:

  2. İHYD-ni və digər müalicə-profilaktika müəssisələ­rini peyvənd materialları, anatoksin, bakterifaq və antiobiotiklərlə təmin etmək;

  3. Bitki və heyvanların mühafizə xidmətlərinin patofl- togiya və veterinar laboratoriya ilə qarşılıqlı əlaqəsinin təşkili.

SEƏD-in şəxsi heyəti 65 nəfərdən ibarətdir. Dəstə ida­rə və 3 şöbəyə bölünür:

idarə-29 nəfər;



  1. ci sanitar-epidemioloji şöbə-7 nəfər.

  2. ci laboratoriya şöbəsi-18 nəfər.

Bu şöbə 3 istiqamətdə fəaliyyət göstərir (bakterioloji, sanitar-kimyəvi və radioloji);

  1. cü dezinfeksiya şöbəsi-11 nəfər;

Şəxsi heyətin 9 nəfəri həkim 10 nəfəri orta tibb işçisi və yerdə qalanları kiçik tibb işçilərindən ibarətdir.

Sanitar ekspertizanın təşkili, su və ərzağın mühafizəsi

Düşmənin bakterioloji, nüvə və kimyəvi silah tətbiq et­məsi su mənbələri və ərzaq ehtiyatlarının çirklənməsi və in­sanların qısa bir müddət ərzində kütləvi tələfatı ilə nəticələ­nə bilər. Ərzaq və suyun ZM-lə çirklənməsi onun tətbiq olunduğu halından asılıdır. Bildiyimiz kimi ZM damcı- maye, aeorozol və buxarşəkilli hallarda tətbiq olunur. ZM ərzaq və suyun tərkibində sutka və hətta həftələrlə qala bi­lər və müxtəlif məhsullara eyni qaydada nüfuz etmir. Məsə­lən, damcı-maye şəklində olan ZM-lər buğdaya 3-5 sm, ət və balığa 2-6 sm, şəkər və duza 8-10 sm, tərəvəzə 2 sm, bərk və duru yağda isə bütün dərinliyinədək işləyir. ZM-in suya təsiri isə tətbiq növündən, hidroliz xüsusiyyətindən və su təchizatının xarakterizindən asılıdır.

Ərzaq və su ehtiyatları mikroblar üçün əlverişli mühit sayılır. Xəstələrin yayılmasında yoluxmuş həşarat, gəmirici və xəstə insanların böyük rolu vardır.

Radiaktiv maddələrin (RM) ərzağa keçməsi onun sax­lanması, qablaşdırılması və növündən asılıdır. RM açıq və­ziyyətdə saxlanılan buğdaya 3 sm, un və şəkərə 0,5-1 sm, su, süd və duru yağda dibinə qədər nüfuz edə bilər.

Ərzaq və sudan sınaq nümunələri götürən şəxslər mühafızəedici vasitələrlə təmin edilməlidir. Götürülmüş ma­teriallar SEƏD və SEƏB-in laboratoriyalarında müayinə olunur. Su mənbə və ehtiyatlarından 3 smaq nümunəsi, yə­ni suyun üst hissəsi, orta qatı və dibindən müayinə üçün sı­naq nümunəsi götürülür. Çörək və bərk yağdan isə bucaq altında çəkisi 25-30 qramdan az olmamaqla, bir neçə ye­rindən smaq nümunəsi götürülməlidir. Analiz nəticələri mə­lum olana qədər ərzaq və su ehtiyatlarından istifadə qa­dağan olunur.

Ərzaq və _su_ ehtiyatları müxtəlif üsullarla zərərsizləşdi­rilir.


  1. Təbii üsulla

Ərzaq və su ehtiyatları RM və ZM-lə çirkləndikdə bu ehtiyatlar müəyyən müddətə nəzarət altında dincə qoyulur. Bu zaman su və ərzaq ehtiyatı RM və ZM-in təbii yolla parçalanması nəticəsində öz-özünə zərərsizləşir. Bu ehtiyat­lara «Çirklənmiş» nişanı qoyulmalı və smaq nümunələri la­boratoriyaya göndərilməlidir. Bakterioloji silahla çirklən­miş ərzaq və su ehtiyatları zərərsizləşdirilmir və istifadəsi qəti qadağandır.

  1. Süni zərərsizləşdirilmə üsulları

BS, RM və ZM-lə çirklənmiş ərzaq ehtiyyatları aşağı­dakı süni üsullarla zərərsizləşdirilir:

  • aablarm və autularm su və vuvucu vasitələrlə vuvul-


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin