FH-da tibb xidməti üçün bütün növ əmlakın əsas mənbələri aşağıdakılardır:
l.MMTX anbarlarında olan əmlak;
Müalicə müəssisələrində sülh dövründə yaradılmış və
FH-lar üçün nəzərdə tutulmuş əmlak.
Cari təchizat üçün nəzərdə tutulmuş əmlak;
MMTX üçün yerli icra hakimyyəti qurumları tərəfin
dən ayrılan sanitar-təsərrüfat əmlakı;
MM qərargahından ayrılan xüsusi əmlak;
Sülh dövründə MMTX müəssisələrində tibbi
təchizatının təşkili
Mülki Müdafiə Tibb Xidməti müəssisələrinin tibbi təchizatı əvvəlcədən tərtib olunmuş plan üzrə həyata keçirilir. Hər bir tibbi müəssisənin yaradıldığı vaxtdan tabel təh- cizatı təmin edilməlidir.
Sülh dövründə MMTX müəssisələri aşağıdakı qaydada əmlakla təmin olunur:
1.Sanitar post (SP) və sanitar drujina (SD) baza müəssisənin vəsaiti hesabına yerli səhiyyənin tabeliyində olan aptek şəbəkədən zəruri əmlakla təmin olunur. Bir SD çantası 1 saat ərzində 10-12 xəsarətalmışa yardım göstərməyə kifayət edir. 10 saatlıq iş ərzində çanta 2-3 dəfə zəruri əmlakla doldurulmalı;
İlk Həkim Yardımı Dəstəsi (İHYD) sülh dövründə tədris-təlim məqsədi ilə şəxsi heyətin öyrədilməsi üçün əmlakla təmin edilir. İHYD-si eyni zamanda FH-lar üçün zəruri əmlakla təmin olunmalıdır. Tibbi təchizatın bir hissəsi hərbi dövrlərdə cari təminatın hesabına həyata keçirilir. Digər hissə isə şəhər kənarında yerləşən anbarlar hesabına təmin edilir;
İxtisaslaşdırılmış Tibbi Yardım Briqadası (İTYB), İxtisaslaşdırılmış Tibbi Yardım Dəstəsi (İTYD) və ixtisaslaşdırılmış Epidemiya əleyhinə Briqadanın (İTYB) əmlakla təminatı baza müəssisənin hesabına və tabel təchizatına uyğun olaraq həyata keçirilir. Bütün əmlak qutularda olmalı və qutuların çəkisi təxminən 50 kq nəzərdə tutulub. Sənədlər 2 nüsxədə yazılır; 1 -ci nüsxə baza müəssisədə, 2-ci isə qutularda olmalıdır.
4.Səhra İnfeksion Qospital (İSQ) sülh dövründə təlim- tədris məqsədi ilə baza müəssisənin çari təminatı hesabına zəruri əmlakla təmin edilir. FH-da isə MMTX-in anbarlardan ayrılan əmlakla təmin edilir;
5.Səyyari Epiimiya əleyhinə Dəstəsi (SEƏD) sülh dövründə yaradıldığı baza müəssisənin cari təminatı qaydasında əmlakla təmin edilir. FH-da isə SEƏD-in təminatı SEM və MMTX-in anbarlarından ayrılan əmlak hesabına həyata keçirilir;
u'6.Tibbi təchizat qurumlarının əsas vəzifələrindən biri də tibbi əmlakın kütləvi qırğın silahlarının təsirlərindən mühafizə etməkdir. Ona görə tibbi anbarlar düşmən atəşi cəlb edə biləcək obyektlərdən aralı olmalıdır:
Tibbi əmlakın ZM, RM və BS-dan mühafizəsində qermetik qutulardan istifadə olunmalı;
Müalicə-profilaktika müəssisələrində olan tibbi əmlak ehtiyatlan mühafizəsi üçün otaqlarda əlavə qermetik- ləşdirmə tədbirləri həyata keçirmək;
Düşmən hücumu təhlükəsi zamanı anbar və iri apteklərin şəhərkənarı əraziyə köçürülməsini təmin etmək və yeni şəraitdə işinin təşkili;
Radiaktiv tozların təsirinə məruz qalmış qermetik qablaşdırılmış tibbi əmlak dezaktivasiya tədbirlərindən sonra istifadə oluna bilər. Belə ki, RM təsirinə məruz qalmış qablaşdırılmış tibbi əmlak fiziki-kimyəvi və farmakoloji xüsusiyyətlərini dəyişmir və istifadəyə yararlıdır. Çirklənmiş qutular nəm əski ilə silinir və qutu açılır.
Tibbi avadanlıq nəm əski ilə silinir. Tibbi alətlər sabunlu suda fırça ilə yuylur və sonra da sterlizasiya olunur. Qablaşdırılmış tibbi əmlak ZM təsirinə məruz qaldıqda istifadə üçün yararsız hesab olunur və məhv edilməlidir. Lakin
ZM təsirinə məruz qalmış tibbi alət və digər predmetlər
nəm əski ilə silinməli, sonra da sabunlu suda yuyulmalıdır.
Bakterioloji silah təsirinə məruz qalmış tibbi əmlak, alət və predmetləri də yuxarıda göstərilən qaydada əvvəlcə dezaktivasiya, sonra da dezinfeksiya etmək lazımdır.
Yüksək və aşağı temperatur təsirinə məruz qalmış dərman preparatları təkrar farmakoloji nəzarətdən keçməlidir.
Tibbi təchizatın şəxsi heyəti bütün tədbirləri fərdi mühafizə vasitələrindən istifadə etməklə həyata kesiirməli- dir.
Tibbi təchizat karantin elan olunmuş ərazidə sanitar- buraxılış məntəqəsində müvafiq yoxlamadan sonra həyata keçirilməlidir. Kommunikasiya dağıldıqda və ya sıradan çıxdıqda tibbi təchizat üçün aviasiyadan istifadə olunur.
Karantin şəraitində tibbi təchizatın təşkili
xüsusiyyətləri
Karantin şəraitinin tibbi təchizatı sülh dövründən kəskin surətdə fərqlənir. Ərazidə tətbiq olunan məhdudiyyət tədbirlərinə tibbi təchizat qurumları da ciddi riayət etməlidir.
Karantin şəraitində sanitar drujina (SD) poliklinika həkimlərindən birinin rəhbərliyi altında təyin olunmuş ərazidə fəaliyyət göstərir. Hər bir poliklinika yaxınlıqdakı aptekə təhkim olunur və hər cür tibbi əmlakla aptekdən təmin olunur. Apteklər vasitəsi ilə eyni zamanda karantin ərazisindəki observasiyalar da tibbi əmlakla təmin olunur.
Observasiyalarm spesifik və qeyri-spesifik profilaktika vasitələri ilə təmin olunması SEM və SEƏD vasitəsi ilə həyata keçirilir. Karantin ərazisində tibbi anbarlar olduqda MMTX rəisinin müvafiq sərəncamı ilə bakterioloji ocaq ləğv olunanadək tibbi təchizat bu anbarlar vasitəsi ilə təmin olunmalıdır.
Ərazinin sərhəddində sanitar-buraxılış və ya ötürücü məntəqə yaradılmalıdır. Karantin elan olunmuş ərazidə kommunikasiya sistemi dağıldıqda və ya digər çətinliklər meydana çıxdıqda tibbi təchizat üçün aviasiyadan istifadə olunur.
FƏSİL
, HƏRBİLƏŞDİRİLMƏMİŞ DƏSTƏLƏRİN ŞƏXSİ \ HEYƏTİNİN VƏ ƏHALİNİN HAZIRLIĞI
Respublikada Mülki Müdafiə əhalinin və xalq təsərrüfatının (XT) müharibə və dinc dövrün FH-nm nəticələrindən mühafizəsini və həmçinin zədələnmə ocaqlarında xilasetmək və qısa müddətdə təcili yardım həyata keçirilməsi vəzifələrini yerinə yetirir. Zədələnmə ocaqlarında vəziyyət binaların, qurğuların, kommunikasiyaların kütləvi dağılması, kütləvi yanğınların, ərazinin və havanın RM, ZM, çirklənməsi adamların və heyvanların məhv olması ilə xarakterizə olunur.
Belə hallar xilasetmə, tibbi yardım və bərpa işlərində iştirak edən adamlara mənəvi və psixoloji cəhətdən və həmçinin onların iş qabiliyyətinə çox pis təsir köstərir. Hərbiləşdi- rilməmiş dəstələrin şəxsi heyətindən təkcə bacarıq və dəqiqlik yox, o cümlədən fiziki, mənəvi və psixoloji hazırlıq tədbirlərinin keçirilməsinin müsbət nəticələrindən çox adamların mənəvi-psixoloji vəziyyətindən onların ruh yüksəkliyindən asılı olacaq. Zədələnmə ocaqlarmdakı vəziyyət adamlarda tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsin- dənçox inamsızlıq, hay-küyçülük, qorxu, mənəvi ruh düşkünlüyü, əzginlik hissinin yaranmasına səbəb ola bilər. Buna görə də əhalinin və M M qüvvələrinin təlimi dövründə mənəvi-psixoloji hazırlıq tədrisin ayrılmaz bir hissəsi sayılır.
MM sistemində əsas məqsədlərdən biri adamlara MM tədbirlərinin yerinə yetirilməsində onların öz yerlərini və vəzifələrini bilməsinə kömək etmək, MM tapşırıqlarının yerinə yetirilməsi üçün bilik və praktiki verdişlərin təkmilləşməsini öyrətməkdir. Bu isə dinc dövrdə MM üzrə əhalinin tədrisi prosesində həll edilir. MM-nin dinc dövrdə həll etdiyi əsas vəzifələrindən biri əhalinin və MM dəstələrinin ümumi məcburi və mütləq tədrisidir.
-149-
Tədrisin məqsədi: bütün əhalini qəzaların nəticələrindən, bədbəxt hadisələrdən, təbii fəlakətlərdən və müasir hücüm vasitələrindən mühafizə olunmağa və zədələnmə ocaqlarında bacarıqia fəaliyyət göstərməyə hazırlaşdırmaq- dır.
-—x a) bütün əhalinin:
köçürmə zamanı MM-nin xəbərdarlıq siqnalları üzrə
hərəkət qaydalarını;
sadə FMV-nin hazırlanması və onlardan istifadə edilməsi, RƏD və sadə daldanacaqlarm tikilməsi;
təbii fəlakət rayonlarında fəaliyyət qaydaları;
özü-özünə yardım və qarşılıqlı yardım;
Ərzaq və suyu zərərsizləşdirmə.
b) dəstənin siravi heyəti:
zədələnmə ocaqlarında və təbii fəlakət rayonlarında, katastrof və qəzalann nəticələrinin ləğv edilməsi zamanı bacarıqla fəaliyyət köstərməyi;
v) rəhbər və komandir-rəis heyəti:
müharibə və dinc dövrdə MM tədbirlərini bacarıqla həyata keçirilməsi;
mürəkkəb vəziyyət şəraitində dəstələrin idarə edilməsini;
başqa dəstələrlə qarşılıqlı fəaliyyətin təşkili;
şəxsi heyətin təlimində metodiki vərdişləri əhalinin tə- limndə izahı və ona yüksək mənəvi-psixoloji keyfiyyətlərin aşılandırılması təliminin əsas vəzifələrindən biridir.
Təlimin keçirilməsi ərazi-istehsalat prinsipinə görə təşkil olunur.
MM üzrə keyfiyyətli təlim üçün ölkənin bütün əhalisi 4 kateqoriyaya bölünür:
MM-nin rəhbər heyəti;
Dəstənin şəxsi heyətinə daxil olmayan fəhlə və qulluqçular;
Xidmət sahələrində və istehsalatda məşğul olmayan vətəndaşlar;
Tələbə və şagirdlər;
Əhalinin hər bir kateqoriyası üçün MM üzrə müvafiq proqram işlənib hazırlanır, təlimin müxtəlif forma və metodlarında istifadə edilir.
Təlimin forma və metodları:
Məşğələ, məşq, xüsusi taktiki məşğələ və təlim, komanda-qərargah və obyekt təlimi, obyekt məşqləri;
Seminar, sinif-qrup, praktiki məşğələ və qərargah məşqləri;
a) rəhbər heyətin MM üzrə hazırlığı MM kurslarında, kadrların yenidən hazırlığı və təkmiləşdirilməsinin tədris ocaqlarında və həmçinin bilavasitə obyektlərində əhalinin işləyən hissəsi üçün qoyulmuş qaydalara uyğun keçirilir. MM komandir-rəis he’yətinin vəzifələrini yerinə yetirən şəxslərə ildə 5-7 gündən çox olmayaraq istehsalatdan ayrılmaqla keçirilən məşğələlərdə, təlimlərdə və toplanışlarda əsas işindən ayrılmamaqla, orta əmək haqqı saxlanılmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq xidməti ezamiyyət xərcləri ödənilməklə hazırlaşa bilərlər. MM üzrə rəhbər heyətin, idarəetmə orqanlarının, qüvvələrinin və əhalinin bütün kateqoriyalarının iştirakı tə’min edilməklə qərargahlar tərəfindən təşkil edilir və respublikann bütün ərazisində MM üzrə vəzifələri nəzərə almaqla ümumi sistemdə onların yenidən hazırlığı aparılır.
Obyektdə bilavasitə illik təlim 15 saatdır. Dövlət idarəetmə orqanlarının və MM qüvvələrinin hazırlığı MM üzrə təlim və məşqlərdə həyata keçirilir.
Ä b) işləyən əhali MM üzrə hazırlığı iş yerlərindən müstəqil surətdə və həmçinin MM üzrə məşğələlərdə, təlimlərdə və məşqlərdə (işdən kənar vaxtda) keçirlər.
MM-nin ayrı-ayrı xüsusi xidmət dəstələrinin və MM- nin qulluqçuları (xidmətçiləri) ildə 2-3 gündən çox olmayaraq istehsalatdan ayrılmaqla keçirilən məşqlərdə, təlimlərdə və toplanışlarda onların orta əmək haqqı saxlanılmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq xidməti ezamiyyət xərcləri ödənilməklə hazırlanır.
v) istehsalatda və xidmət sahələrində məşğul olmayan əhali müstəqil surətdə və yaşayış sahələrində keçirilən MM üzrə əməli məşğələlərə və məşqlərə cəlb edilməklə 12 saatlıq illik proqram üzrə dərs keçirlər. Ümumtəhsil məktəblərinin, gimnaziya, litsey, texniki peşə məktəblərinin şagirdlərinə, gündüz orta ixtisas və ali məktəb tələbələrinə MM-üzrə bilikləri tədris dövründə başqa fənlərlə bərabər hüquqda MM qərarkahmm rəisi tətəfindən təsdiq edilmiş əhalinin və hər- biləşdirilməmiş dəstələrin şəxsi heyətinin öyrədilməsinin əsas forması əməli məşqələlərdir ki, burada təlim keçənlər FH-da və onun nəticələrinin aradan qaldırılmasında neçə fəaliyyət köstərməyi praktiki öyrənirlər.
MM üzrə hazırlığın əsasən tədris ilinin sonunda keçirilən xüsusi taktiki məşğələ və xüsusi taktiki təlim mərkəzləri təşkil edir.
Xüsusi Taktiki Təlim Məşqləri dəstələrin xüsusi hazırlığı üzrə əsas təlim metodudur. Onlar qrup və manqaların əlaqələrinin və əməli məşğələlərdə öyrədilən vərdişlərin təkmilləşdirilməsi üçün keçirilir.
Məqsəd: dəstənin heyətinin xüsusi konkret tapşırıqlarının yerinə yetirilməsinə şəxsi heyəti hazırlamaq.
Real vəziyyətdə yaranmış və qoyulmuş normativ qaydalarına müvafiq olaraq və fəaliyyət üsullarının işlənməsi, texnika, alət və cihazlarla rəftar etməyi öyrətməkdir.
Məşğələlər yalnız konkret taktiki fonla tam dəqiqləşdirilmiş və təchiz olunmuş dəstələrlə keçirilməlidir.
Xüsusi taktiki təlim (XTT) zədələnmə ocaqlarında, təbii fəlakət rayonlarında, iri qəza, bədbəxt hadisələrin nəticələrini və həmçinin əhalinin mühafizə tədbirlərində iştirak etmək üçün təcili və təxirəsalınmaz işlərin aparılması üçün MM dəstələrinin toplanması və hazırlığı üzrə əsas və ən effektli formadır.
XTT aşağıdakı məqsədlər üçün təşkil olunur və keçirilir:
yığılma dəstələr əhalinin mühafizə tədbirlərində və xilasetmə işlərini necə müstəqil yerinə yetirməklə digər dəstə və hərbi bölmələrlə qarşılıqlı əlaqədə olması.
dəstələrin şəxsi heyətinin kompleks təlimlərdə iştirakı üçün hazırlığı;
dəstələrin qəza hadisələrinin, təbii fəlakət və zədələnmə ocağı rayonlarında faciənin ləğvinə görə hazırlıq fəaliyyətinin yoxlanması;
şəxsi heyətdə yüksək mənəvi-döyuş və psixoloji keyfiyyətləri aşılamalı^
Praktiki məşğələlərin keçirilməsi zamanı hərbiləşdiril- məmiş dəstənin şəxsi heyətinin məşğələsi vaxtı əsas diqqəti onların təkçə tədrisinə (təliminə) yox, o cümlədən onların mənəvi psixoloji hazırlığına, mürəkkəb vəziyyətdə fəaliyyət bacarığına, yüksək təşkilatçılığına və nizam-intizamına ayırmaq lazımdır. Xüsusi taktiki məşğələ və XTT (xüsusi taktiki təlim) keçirilməsi zamanı vəziyyət maksimal dərəcədə hərbi təlimlərə yaxın olmalıdır. Bu geniş surətdə təbliğat vasitələrindən istifadə etməklə əldə edilir və şəxsi heyətin tərbiyəsinə təsir edir.
Təlim keçirmək üçün aşağıdakı sənədlər hazırlanır,
-təşkilatı göstəriş (MM rəhbərinin əmri,
-təqvim planı, təlimin keçirilmə planı və rəhbərin müavinlərinin, köməkçilərinin və iştirakçıların xüsusi planları;
-MM tədbirlərinin keçirilməsinin effektifliyinin nəticələrinə inam bütün yuxarıda göstərilənlərdən asılıdır. Mənəvi-psixoloji hazırlıq əhalinin və MM hərbi- ləşməmiş dəstələrin şəxsi heyətinin tərbiyəsinin və praktiki təliminin ayrılmaz hissəsidir;
Müharibə və dinc dövrün FH-da tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi əhalinin və MM-nin hərbiləş- məmiş dəstələrinin döyüş hazırlığmndan, psixoloji möhkəmliyindən və yüksək mənəvi ruhundan həlledici dərəcədə asılı olacaq.
MM dəstələrinin, şəxsi heyətinin və əhalinin hazırlığının məzmunu və mahiyyəti, onun keçirilməsinin metodu və üsulu.
1-1. Müharibə və sülh şəraitində zədələnmə ocaqlarında, FH-da dəstənin şəxsi heyət və əhalinin öz işlərinin müvəffəqiyətlə yerinə yetirilməsi əhalinin və dəstənin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının səviyəsindən asılıdır.
Mənəvi hazırlıq dedikdə, dəstənin şəxsi heyətində, əhalidə vətəndaşlıq borcu hisslərinin aşılanması, MM vəzifələrini həll etmək üçün dövlətin siyasətini düzgün başa düşmək deməkdir. Psixoloji hazırlıq dedikdə əhalidə və dəstənin şəxsi heyətində psixoloji, yəni adamların MM tapşırıqlarını yerinə yetirməsi, mürrəkəb şəraitdə bacarıqla hərəkət etmələri, ən mürəkkəb sınaqlardan çıxmaları, fiziki və mənəvi ağırlığa davam gətirmələri, özlərini ələ almaları, mətanət, mərdlik, igidlik göstərmələri kimi xarakterik olması başa düşülür.
MM hələ sülh şəraitində əhalini mürəkkəb vəziyyətlərdə özlərini necə aparmalarını, zədələnənlərə kütləvi yardım göstərmələrini, yanğınlara, daşqınlara və başqa təbii fəlakətlərə, qəzalara qarşı neçə mübarizə aparmalarını, uyğunların təmizlənməsini,birləşmələrlə yollarda hərəkətini, infrastrukturun təcili bərpasını və pozulmuş idarəetmənin qaydaya salınmasını öyrədir.
MM mütəxəssisləri gözlənilməz hadisədə fəaliyyət göstərməyə həmişə hazır olmalı, onu FH kimi qəbul etməyi bacarmalıdır. Mənəvi amil - insanların qarşılarına qoyduqları məqsəd və vəzifələrini başa düşmə dərəcələri və onların mübarizə etdikləri işdən ötrü bütün qüvvələrini verməyə hazır olmalarına deyilir. Beləliklə, mənəvi-psixoloji hazırlıq şəxsi heyətdə və əhalidə MM vəzifələrinin yerinə yetirilməsi zamanı yüksək mə’nəvi-psixoloji, fiziki çətinliklərə dözmə qabiliyyətinin formalaşmasıdır.
Yaranmış vəziyyətin bütün ağırlığına dözmək, FH-da tapşırıqlarını yerinə yetirməsi zamanı yaxından iştirak etmək, təhlükəli vəziyyətlərdə bacarıqla və aktif fəaliyyət göstərməkdir.
2. Mənəvi və psixoloji hazırlığın məzmununa irəli sürülən tələblər aşağıdakılardır:
radioaktiv, kimyəvi və bakterioloji çirklənmə zamanı müşahidə olunan müsbət və mənfi amillərin qiymətlər- dirilməsində məqsədyönlük;
MM tapşırıqlarını yerinə yetirmək üçün kollektivin şəxsi psixoloji hazırlığının formalaşmasına hərtərəfli köməyin təşkili;
MM vəzifələrinin yerinə yetirilməsi zamanı insan amilinin diqqətlə nəzərə alınması;
Bütün suallar üzrə düzgün informasiyanın öz vaxtında elan olunması və çatdırılması;
Vaxtaşırı şəxsi heyətin əhval-ruhiyyəsi və davranışının öyrənilməsi və hesabatının qəbulu tələb olunur.
Əsas vəzifələri:
əhalinin və MM dəstələrin şəxsi heyətin öz vətəninə hədsiz sədaqətlilik, vətənpərvərlilik, beynəlmiləlçilik ruhunda və ölkənin müdafiə qabiliyətinin möhkəmləndirilməsində mühüm rolunun izah olunması;
vətənin düşmənlərlərinə nifrət hissi oyatmaq;
gərginlik və təhlükəli şəraitdə qarşıdakı vəzifələri yerinə yetirmək üçün əhalidə və MM-in şəxsi heyətində igidlik, mərdlik və özünü ələ almaq kimi yüksək keyfiyyətləri aşılamaqdır;
Şəxsi heyətin lazımi qayğılarını vaxtında öyrənmək, mənəvi və psixoloji keyfiyyətləri aşkar etmək və öz yaradıcılıq imkanlarını inkişaf etdirmək üçün şərait yaratmaq, işdə ardıcıllıq, operativlik, dəqiqliq, mənəvi və psixoloji hazrılıq kimi məsələlər ön plana çəkilməlidir.
3. Mənəvi və psixoloji hazırlığın əsas vəzifələri aşağıdakılardır:
dəstələrin MM vəzifələrini uğurla yerinə yetirməsi onların vətəndaşlıq mövqeyi və mənəvi hazırlıq səviyyəsindən asılı olması;
ekstremal şəraitdə insan psixikasının uyğunlaşması və e’tibarlığmm formalaşması.
FH-m yaranması təhlükəsinə bütün xidmət növlərinin şəxsi heyətinin daimi hazırlığının təmin edilməsi.
Cəmiyyətdəki mənəvi-psixoloji keyfiyyətlər bütün həyat prosesi dövründə əmək kollektivləri, məktəb və ailənin tə’siri nəticəsində yaranır.
Çernobıl AES-nm təcrübəsi heç bir zaman unudulmamalıdır. Əhali və MM şəxsi heyəti radioasiya təhlükəsi olan vəziyyətə daim hazır olmalı və xüsusi tapşırıqları dəqiqliklə yerinə yetirməlidir.
Ekstremal şəraitdə işləmək üçün şəxsi heyəti psixoloji cəhətdən hazırlamaq lazımdır. Mənəvi-psixoloji hazırlığın forma və metodlarına aşağıdakılar aiddir:
MM suallarının komitə və idarə iclaslarında, nazirlik kollegiyasında müzakirəsi;
MM dəstələrinin komandir və müavinlərinin fərdi hazırlıq səviyəsi;
Divar qəzetlərinin buraxılması;
MM-in aktual məsələlərinin iclas və müşavirələrdə müzakirəsi;
MM dəstələrinin şəxsi heyəti arasında qabaqcıl təcrübənin yayılması və təbliği;
MM dəstələrinin şəxsi heyətinin mükafatlandırılması;
Bu vəzifələri yerinə yetirmək üçün aşağıdakı metodlardan istifadə olunur:
Mühazirə, şifahi söhbət və izahat;
Təlim və məşqlərin, informasiyanın verilməsi;
MM biliklərinin radio, televiziya, kino və mətbuat vasitəsilə təbliğ olunması;
Mənəvi-psixoloji yardım vasitələrinin forma və üsulları.
Mənəvi-psixoloji yardım vasitələrinin formaları aşağıdakılardır:
planlaşdırılmış tədris sistemində nəzəri və təcrübi məsələlər;
məşq və təlimlərin təşkili;
plandan kənar dərnəklərdə tədris prosesi;
qabaqcıl təcrübənin informasiya vasitələrində geniş təbliği;
Mənəvi-psixoloji yardımın göstərilməsi üsullarına aiddir:
şifahi şərh etmə;
sualların geniş müzakirəsi;
tapşırıqların düzgün icra olunması üçün məşqlər;
maddi və mənəvi üsulları;
Mənəvi-psixoloji durumun yüksək səviyyədə olmasında mətbuat, televiziya və rəhbər hakimiyyət nümayəndələrinin çıxışlarından başqa tibb işçilərinin də böyük rolu vardır.
ƏDƏBİYYAT.
M
Azərbaycan Respublikası Milli Məclisi. «Mülki Müdafiə haq qında Qanun», Bakı-1997.
Ocaqov H.O.
|
«FH-da Həyat Fəaliyyətinin Təhlükəsizliyi» Bakı-2002.
|
Ocaqov H.O.
|
«Rəhbər Heyətin Fövqəladə Hallarda Fəaliyyətə və idarəetməyə Hazırlanması» Bakı- 2002.
|
Hacıyev A. P.
|
«Medisina katastrpof» Leninqrad- 1990.
|
ycaıraTOB X.A. «MeancHHCKaHa noMonı npn KaracTpo(f)ax» Mo- CKBa-1994.
CanoniHHKOB A.A. «OpraHH3acHÜa caHHTapHO-ƏHƏHHeHHHecKHx h npOTHBoenHaeMHuecKHx MeponpHfiaTHH b - Tipe3BHBaÜHi,ıx cHTyacuH» MocKBa-1991.
Dostları ilə paylaş: |