Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»



Yüklə 0,75 Mb.
səhifə56/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   60
A.MusayevM.M

j. x * j j ^

ması;


Damcı-maye şəklində ZM-lə çirklənmiş məhsullar məhv edilməlidir.

Suyun zərərsizləşdirməsi üsulları aşağıdakılardır:

  • çökdürmə;

  • koaqulyasiyadan sonrakı çökdürmə;

  • süzgəcdən keçirilməsi;

  • qaynatma üsulu;

  • buxarlandırmadan sonra kondensasiya;

  • xlorlaşdırma;

  • mexaniki avtosüzgəcli qurğularla;

  • aerizasiya üsulu.

Mənzillərdə olan su və ərzaq ehtiyatlarının zərərsizləş­dirilməsi və sanitar ekspertizası iqtisadi cəhətdən sərfəli ol­madığı üçün məqsədəuyğun deyil.

Ərzaq və su ehtiyatlarının sanitar ekspertizası və zə­rərsizləşdirilməsi üçün məsul şəxs rayon və şəhər MM qərar­gah rəisidir. Qərargah rəisi bu tədbirlərin vaxtında yerinə yetirilməsi üçün zəruri vasitələrlə aidiyyatı qurumları tam təmin etməlidir.



  1. Fəsil

DÜŞMƏN HÜCUMU TƏHLÜKƏSİ ZAMANI ƏHALİNİN TİBBİ TƏMİNATININ TƏŞKİLİ

Bu cür təhlükə müasir dövrümüzdə də mövcuddur və əhalinin təhlükəsizliyinə cavabdeh təşkilatlar daimi hazır vəziyyətdə olmalıdır. Əhalinin təhlükəsizliyinin təmin olunması üçün onların seyrəldilməsi və təxliyyəsi təşkil olunmalı və mütəşəkkil qaydada əvvəlcədən nəzərdə tutul­muş əraziyə köçürülməlidir. 1993-cü il Azərbaycan Respub­likasının Nazirlər kabinetinin əhalinin köçürülməsinin əsas­ları haqqında qərarına uyğun olaraq köçürülmək haqqında yalnız 3 təşkilat yəni müvafiq rayon və şəhər icra haki­miyyəti, Müdafiə və Fövqəladə Hallar Nazirliyi hökumət qarşısında məsələ qaldıra bilər. Sonra Baş Nazir AR prezi­dentinə məlumat verməlidir. Hökumət səviyyəsində icazə verildikdən sonra müvafiq rayon və şəhər üzrə Fövqaladə Hallar komissiyası əvvəlcədən tərtib olunmuş plana və 6-cı sxemdə göstərildiyi kimi əhalinin seyrəldilməsi və təxliyyə- sini təşkil edir. Fövqaladə Hallar üzrə komissiyanın üzvülə­rindən biri də rayon və ya şəhər tibb xidməti rəisidir. Tibb Xidməti rəisi təxliyyə işinin təşkili üçün aşağıda məsələləri əvvəlcədən aydınlaşdırmalıdır:



  • köçürülən əhalinin sayını bilməli;

  • köçürülən əhalinin içərisində işləməyən tibb mütəxəsis- lərinin sayı və ixtisas dərəcəsi haqqında dəqiq məlu­mat;

  • köçürmənin istiqaməti;

  • köçürmə istiqamətində yerləşmiş tibbi müəssisələr;

  • tibbi müəssisələrin köçürülməsi və onların bazası əsa­sında tibbi qurumların yaradılması;

  • xəstəxana bazasında tibbi müəssisələrin yaradılması;

  • nəqlolunması mümkün olmayan xəstələrin tibbi təmi­natının təşkili;

  • xəstəxana bazasının açıldığı rayonun sanitar-epidemi­oloji vəziyyəti və yeni ərazinin coğrafi patologiyası;

  • yeni ərazinin içməli su ehtiyatlan haqqında məlumat;

  • xəstəxana bazasının düşmən atəşini cəlb edə biləcək obyektlərdən aralı məsafədə təşkili;

Tibb Xidməti rəisi tibbi təminatı təşkil edərkən topla­nış-köçürmə, qəbul-köçürmə məntəqəsi və aralıq-köçürmə məntəqələrinin yerini, sayını bilməlidir. Çünki həmin mən­təqələrdə əhalinin tibbi təminatının təşkili üçün tibb müəssi­sələri yaradılmalıdır.





Sxem 5: Əhalinin seyrəldilmə və təxliyyəsi zamanı tibbi


təminatın təşkili sxemi.

  1. TKM-toplanış-köçiirmə məntəqəsi.

TM-tibb məntəqəsi.

MM-minmə məntəqəsi.

EM-enmə məntəqəsi.

AKM-aralıq-köçürmə məntəqəsi.

QTM-qəbul-təxliyyə məntəqəsi.

Tibbi heyət açılmış tibb məntəqələrində aşağıda göstə­rilən vəzifələri yerinə yetirməlidir:



  • xəstələri aşkar etmək və xəstəxanaya göndərmək;

  • yoluxucu xəstələri aşkar və təcrid etmək ;

  • köçürülən əhali içərisində olan tibb mütəxəssislərindən istifadə etmək;

  • köçürməni təşkil edən bütün məntəqələrdə sanitar- epidemioloji vəziyyətə nəzarət etmək;

Hər bir toplanış-köçürmə məntəqəsinin (TKM) tibb məntəqəsi üçün 1-2 orta tibb heyət ayrılır və hər bir növbə üçün 12 saatlıq iş norması nəzərdə tutulmuşdur. Tibbi heyət poliklinika və ya tibbi-sanitar hissələrdən ayrılır. TKM-nin tibb məntəqəsi üçün xəstələrin müalicə müəssisələrinə göndə­rilməsi üçün sanitar nəqiliyyat vasitəsi ayrılmalıdır. TKM-in tibb məntəqəsi şəhərkənarı əraziyə axırda təxliyyə olunmalı­dır. Vağzal və digər dayanacaq, məntəqələrdə 12 saatlıq iş qrafiki ilə tibb məntəqələri yaradılır. Tibb məntəqəsinə 1 hə­kim və 2 orta tibbi heyət ayrılır. Tibbi heyət yaxındakı poli­klinika və ya tibbi-sanitar hissələrdən ayrılmalıdır.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin