Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»



Yüklə 0,75 Mb.
səhifə57/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   60
A.MusayevM.M

,/ Təxliyyə olunan əhalinin hərəkət istiqamətdə tibbi təmi­natını tibbi-sanitar hissə həyata keçirir. Hərəkət edən birləş­mə, gəmi və ya avtodəsrələr dəstələr sanitar çantalarla təchiz olunmuş 1-2 feldşer və ya tibb bacısı ayrılır. Tibbi heyət travma alanlara müvafiq tibbi yardım göstərilməlidir.

Təxliyyə istiqamətində aralıq-köçürmə məntəqəsinə qədər piyada hərəkət edən əhalinin tibbi təminatı üçün av­tomaşınlarda tibb məntəqələri fəaliyyət göstərir. Bu avto­maşınlar istənilən təbii maneələri keçməklə xəstələri və ya xəsarətalmış şəxsləri yaxınlıqda olan xəstəxanalara və ya aralıq-köçürmə məntəqəsinə çatdırılmalıdır. JPiyada dəstə­lərdə hərəkət edən hər 500-1000 nəfər üçün sanitar çantalar­la təchiz olunmuş 1-2 sanitar drujinaçı ayrılır, xəstələnmiş

şəxsə ilk tibbi yardım göstərilmiş sonra əvvəlcədən nəzərdə tutulmuş yerlərə çatdırılmalıdır.

Piyada dəstələrdə hərəkət edən əhalinin tibbi təmina­tını təşkil etmək üçün aralıq-köçürmə məntəqəsində yaxın­lıqda kənd müalicə-profilaktika müəssisələrinin hesabına tibb məntəqələri yaradılır. Həmin tibb məntəqəsi üçün 1 həkim, 2orta tibb işçisi, nəqliyyat vasitəsi, tibbi ləvazimat ayrılır və 12 saatlıq iş qrafiki nəzərdə tutulmuşdur.

Stansiya və ya dayanacaqlarda MMTX hesabına tibb məntəqələri yaradılır. 12 saatlıq iş qrafiki ilə 1-2 orta tibb iş­çisi ayrılır. Hər bir qəbul- köçürmə məntəqəsində (QKM) həkim məntəqəsi yaradılır. Bu tibb məntəqəsi üçün 12 saatlıq iş qrafiki ilə həkim və 2orta tibb işçisi ayrılır. Məntəqə zəruri tibbi əmlak və sanitar nəqliyyat vasitəsi ilə təmin edilir.

Köçürülmüş əhalinin tibbi təminatı yeni rayonda sahə- ərazi prinsipi ilə həyata keçirilir. Belə hallarda sahə həkimlə­rin xidmət etdiyi ərazidə insanların sayı artdığı üçün köçü­rülmüş rayonların müalicə-profilaktika müəssisəsinin qüvvə və vasitələrindən də istifadə olunmalıdır. MMTX müəs­sisələrdə ictimai iaişə və ticarət, kommunal xidmət sahələrin­də sanitar-epidemioloji şəraitə ciddi nəzarət etməlidir. TKM, AKM, və QKM-də yoluxucu xəstələrin aşkar və təcrid edil­məsi təmin edilməlidir. Ona görə də bu məntəqələrdə yolu­xucu xəstələr üçün təcridxanalar yaradılmalıdır.

Düşmən hücumu təhlükəsi dövründə əhalinin seyrəl- dilməsi və təxliyyə tədbirləri ilə bərabər konkret şəraitə uyğun olaraq sanitar-maarif işi də gücləndirilməlidir.

İstehsalat fəaliyyətini davam etdirən obyektlərdə fəhələ


və qulluqçuların tibbi təminatı

Düşmən hücumu təhlükəsi zamanı dövlətin bəzi strate­ji əhəmiyyətli obyektlər mümkün qədər öz fəaliyyətlərini davam etdirməlidir. Məsələn, hərbi zavod və fabriklər, su- elektrik stansiyaları, AES, neftayırma zavodları və sairə. Bu obyektlərdə fəhlə və qulluqçuların tibbi təminatı həmin müəssisələrin tibbi-sanitar hissələri tərəfindən həyata keçiri­lir. Bu sanitar-tibbi hissələr şəhərkənarı əraziyə təxliyyə olunaraq istirahətdə olanlara və onların ailə üzvlərinə xid­mət edir. Lakin müəssisələrdə növbədə olan fəhlə və qul­luqçulara tibbi xidmət göstərilməsi üçün tibb məntəqələri açılır. Xəstələnmiş və ya travma almış şəxslərə tibbi yar­dımların göstərilməsi üçün nəzərdə tutulmuş tibb məntəqə­ləri sığmacaqlarda açılmalıdır. İşçilərin sayı 2500 nəfər olan hər bir müəssisələrdə tibb məntəqəsi yaradılır. Məntəqəyə 1 həkim, 2 orta tibbi işçisi, 1 ədəd sanitar nəqliyyat ayrılır və 12 saatlıq iş qrafiki müəyyənləşdirilib. Hər bir iş növbəsi üçün təhkim olunmuş heyət həmin növbə ilə də şəhərkənarı zonaya istirahətə gedir.

İşçilərin sayı 2500- dəjtf'az olan müəssisələrdə isə yalnız 1 -2 orta tibb işçisi ayrılır.

Bir-birinə yaxın və işçilərinin sayı az olan müəssisələr­də də MMTX rəisinin göstərişi ilə bir tibb məntəqəsi yara­dılır və tibbi heyət, tibbi əmlak və sanitar nəqliyyat vasitəsi ayrılır. Tibb məntəqələrinin əsas vəzifələri aşağıdakılardır:



  • istehsalatda travma alanlara ilk həkim yardımının gös­tərilməsi;

  • yoluxucu xəstələrin aşkar və təcrid olunması;

  • müəssisə və sexlərdə, mühafizə qurğularında sanitar- epidemioloji şərait, ərzaq və su təhcizatma nəzarət et­mək;

  • düşmənin kütləvi qırğın silahı tətbiq etdiyi hallarda xə- sarətalmış şəxslərə ilk tibbi yardım göstərmək üçün hər bir iş növbəsi üçün sanitar post və sanitar drujinalann işinin təşkili;

Tibbi müəssisələrinin köçürülməsi

Tibbi müəssisələrinin köçürülməsi sahəsində tarixi təcrübə vardır. Misal üçün 1941-1945-ci illərdə işğal təhlükəsi ilə əlaqədar Kiyev, Minsk və sairə şəhərlərin tibbi müəssisələ­rinin köçürülməsini göstərə bilərik. Tibbi müəssisələrinin köçürülməsi olduqca çətin və zəhmət tələb edən bir tədbirdir. Bu məsələni həll etmək üçün sülh dövründə bütün tibbi müəs­sisələrin rəhbərinin dəqiq fəaliyyət planı olmalıdır. Bu planda müəssisələrin hazırlıq qaydaları və hər bir xəstənin vəziyyəti­nə görə təxliyyə təyinatı öz əksini tapmalıdır.

Bu sahədə məlum təcrübəni əsas götürərək düşmənin hücum təhlükəsi dövründə müalicə-profilaktika müəssisəsi stasionar müalicədə xəstələrin 50%-i xəstəxanadan evə yazı­lır. Misal üçün, xroniki və ya kəskinləşmə mərhələsində ol­mayan və sağalma mərhələsində olan xəstələri göstərmək olar. Həmin xəstələr ehtiyac olduqda 2-3 sutkalıq dərman preparatları ilə təmin etmək lazımdır. Bu şəxslər toplanış- köçürmək məntəqələrinə gəlməli, qeydiyyata düşməli və ümumi əhali ilə şəhərkənarı zonaya köçürülməlidir.

Stasionar müalicədə olan xəstələrin 45%-i tibbi heyəti­nin nəzarətində təxliyyə olmalıdır və şəhərkənarı əraziyə köçürülməsi onların səhhətinə o qədər də böyük ziyan vur­mamalıdır. Eyni zaman da onlar səhhətinə görə həkim nə­zarətindən kənarda ola bilməzlər, Məsələn: toreko-addomi- nal tikişləri, hemi və tetraparez vəziyyətində müştərək və ya çoxsaylı zədələnmələri olan xəstələr. Bu cür xəstələr şəhər­kənarı zonaya müalicə-profilaktika müəssisələrinin tibbi heyəti ilə birlikdə keçirilir.

Xəstələrin 5%-i nəqlolunması mümkün olmayan xəstə­lərdir, yəni onların köçürülməsi səhhətində müəyyən prob­lemlər yarada bilər. Ona görə nəqlolunması mümkün ol­mayan xəstələr üçün məsul şəxs ayrılır və şəhərdə hər cür avadanlıqlarla təchiz olunmuş sığınacaq təşkil olunur. On- larin sayma görə dərman və tibbi ləvazimat, ərzaq və su eh­tiyatı təşkil olunur. Tibb xidməti rəisi mühafizə olunmuş xəstəxana üçün tibbi və texniki heyət ayırır. Müalicə- profilaktika müəssisəsinin rəhbəri təxliyyə ilə əlaqədar bütün məsələləri sülh dövründə işləyib hazırlamalıdır.


  1. FƏSİL

MÜLKİ MÜDAFİƏ TİBB XİDMƏTİ

MÜƏSSİSƏLƏRİNİN TİBBİ TƏCHİZATININ

mr\nrrrT r

ı oşıvıLı

Müasir dövrdə yaranmış fövqəladə hallarda tibbi tə­minatın müvəffəqiyyətlə həyata keçirilməsi tibbi təchizatı­nın dəqiq təşkilindən asılıdır. Tibbi təchizatın təşkili tibb xidmətinin sturukturu və vəzifələrinə uyğun həyata keçiri­lir.

Tibbi təhcizatm idarəetmə orqanlarına Baş Apteklər İdarəsi və «Tibbi texnika» idarəsi aiddir.



Tibbi təhchizat qurumlarını qan və onun preparatları ilə təmin etmək üçün qan köçürmə institutları, stansiya və şöbələri, biopreparatları təmin etmək üçün SEM, mikrobio­logiya institutlarının imkanlarından istifadə olunmalıdır.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin