Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»



Yüklə 0,75 Mb.
səhifə58/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   60
A.MusayevM.M

Tibbi təchizat idarəetmə orqanlarının əsas vəzifələri aşağıdakılardır:

  1. Fövqəladə hallarda tibb xidməti müəssisələrinin tibb təhcizat planını işləyib hazırlamalı;

  2. FH-da tibb xidməti müəssisələrinin həyata keçirdiyi müalicə-təxliyyə, sanitar-gigiyenik və epidemiya əleyhinə tədbirlər üçün tibbi əmlaka olan tələbatını müəyyən etməli və zəruri vasitələrlə təmin etməli;

  3. Tibbi xidmətin tabel təchizatı üçün ehtiyatın yara­dılması, ehtiyatın mühafizəsi və vaxtaşırı yeniləşdirilməsi;

  4. Tibbi əmlakın kütləvi qırğın silahlarının təsirlərindən qorunmasının təşkili;

  5. Tibbi xidmətin ehtiyacları üçün yerli mənbələrin aş­kar olunması və tədarükü;

ö.Xəsarətalmışlara tibbi yardımın göstərilməsi gedi­şində sərfiyyatı nəzərə almalı və fasiləsiz tibbi təhcizatm təşkili;

  1. Tibbi xidmət müəssisələrinin şəxsi heyətinə tibbi əm­lakdan düzgün istifadənin öyrədilməsinin təşkili;

  2. Müəyyən olunmuş qaydada qeydiyyat və hesabatın aparılması;

Hər bir müəssisənin nəzərdə tutulmuş tabel təchizatı vardır. Tabel təchizatı dedikdə müəyyən olunmuş vaxt çər­çivəsində və ya xəsarətalmışlara müəyyənləşdirilmiş tibbi yardımın göstərilməsi üçün tibbi təchizat başa düşülür. Tib­bi müəssisələrin tabel təchizatı qurumun təyinatından, təş- kilat-ştat strukturu və vəzifələrindən asılı olaraq müəyyən­ləşdirilir və bütün əmlak 3 qrupa ayrılır:

  1. Tibbi əmlaka dərmanlar, iynə və sarğı vasitələri, biopreparatlar, dezinfeksiya vasitələri, tibbi alət və avadan­lıqlar, qulluq əşyaları, laboratoriya əmlakı, tibbi və sanitar texnika, və müxtəlif komplektlər aiddir.

2.Sanitar-təsərrüfat əmlakına geyim və yataq ləvazi­matı, xalat, mebel, mətbəX/6 avadanlığ və yeməkxana qabla­rı aiddir.

  1. Xüsusi əmlaka dəri və tənəffüsün mühafizə vasitələri, radiosion və kimyəvi kəşfiyyat cihazları, mühəndis və yanğından mühafizə əmlakı, rabitə vasitələri aiddir.

Qeydiyyat əlamətlərinə görə də tibbi əmlak 2 qrupa ayrılır:

  1. Resept və tələbnaməyə əsasən verildikdən sonra isti­fadə olunaraq silinən əmlak: dərmanlar, biopreparatlar, qan və qanəvəzedici məhlullar, sarğı və tikiş materiallar^ iynələr, əlcəklər;

  2. Texniki vəziyəti qiymətləndirmək və istismar müddə­tini qurtardıqda silinən inventar əmlak: kabinet avadanlığı, cihazlar, cərrahi alətlər, tibbi dəstələr;

Keyfiyyət vəziyyətinə görə inventar əmlak 4 kateqoriya­ya bölünür:

  1. ci kateqoriyaya istismarına başlanılmış yeni əmlak

aiddir.

  1. ci kateqoriyaya istismara yararlı əmlak aiddir. Bu ka­

teqoriyaya eyni zamanda cari təmirə ehtiyacı olan və müalicə müəssisələrində əsaslı təmirdən sonra istifadə olunan əmlakı aid etmək olar.

  1. cü kateqoriyaya «Tibbi Texnikamn» və ya digər xüsu-

siləşdirilmiş emalatxanalarda təmirə ehtiyacı olan əmlak aiddir.

  1. cü kateqoriyaya yararsız vəziyyətə düşmüş, təmiri və

istismarı məqsədəuyğun olmayan əmlak aiddir.

*’ Tibbi müəssisələrdə istifadə olunan əmlaka qarşı aşağı­dakı tələblər irəli sürülür:

  1. Tibbi yardım növləri və ya funksional şöbələr nəzərə

alınmaqla zəruri vasitələrlə tam komplektləşdirilmə-

li;


  1. Portativ, yəni yüngül konstruksiyalı, daşınması əlve­

rişli və iş prinsipi sadə olmalı;

  1. Möhkəm olmalı, yəni yükləmə, boşaltma və daşıma

hallarında zədələnməməli;

  1. Yüksək və aşağı temperaturların təsirinə davamlı ol­

malı;

  1. Qermetik olmalı, yəni qablaşdırılmış əmlakı ZM, RM

və BS-in təsirindən qorumalı, toz və nəmişlik keç­məməli, dezinfeksiya, deqazasiya və dezinseksiya tədbirləri asan olmalıdır;


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin