FƏSİL
KÜTLƏVİ QIRĞIN OCAQLARINDA İLK TİBBİ VƏ İLK HƏKİM YARDIMININ TƏŞKİLİ
Kütləvi qırğın ocaqları meydana çıxdıqda Mülki Müdafə Tibb Xidməti qurumlarının işini rayon və ya şəhər MMTX rəisi təşkil edir. Tibb xidməti işinin düzgün təşkili üçün ocaqlarda yaranmış tibbi şərait dəqiq qiymətləndirilməlidir.
Ocaqlarda yaranmış tibbi şəraitin qiymətləndirilməsi. Düşmənin kütləvi qırğın silahları tətbiq etdikdən sonra yaranmış tibbi şəraitin qiymətləndirilməsi tibb xidməti rəisi işini düzgün təşkil etməyə imkan verir və xidmət rəisi aşağıda göstərilən məlumatları bilməlidir:
-əhalinin ümumi sayı, onların mühafizə qurğularında yerləşdirilməsi və fərdi mühafizə vasitələri ilə təmin olunması;
MMTX qüvvə və vasitələrin sayı və yerləşməsi;
-Bütün bu məlumatlar rayon və şəhərin xəritələrində
dəqiq göstərilməlidir. Bundan başqa müvafiq xidmətlərin radiasiya və kimyəvi şərait, tikilililərin dağılması haqqında məlumatları da rayon və şəhərin ümumi xəritəsində öz əksini tapmalıdır.
sanitar nəqliyyat vasitələrinə olan tələbatın müəyyənləşdirilməsi.
MMTX rəisi tibbi şəraitin qiymətləndirilməsi zamanı nüvə partlayışının gücü, yeri və növü, meterioloji, yol, körpü və tikilililər haqqında dəqiq məlumata malik olmalıdır. Küləyin istiqamətini, radiaktiv tullantıların ətrafa yayılmasını nəzərə alaraq tibbi xidmətin şəxsi heyətinin mühafizəsi təmin olunmalıdır. Kütləvi xəsarət ocağında tibbi şərait aşağıdakı qaydada qiymətləndirilir:
rayon və ya şəhər üzrə sanitar itkilərin hesablanması;
ilk tibbi və ilk həkim yardımının təşkili üçün qüvvə və vasitələrə olan tələbat və onların sayı;
MMTX-in qüvvə vasitələri arasında itkilərin qiymətləndirilməsi;
qüvvə və vasitələrin ocağa daxilolma və xəsarətalmışla- nn təxliyyə marşurutlarmın müəyyləşdirilməsi. Ona görə MMTX rəisi radiasiya, mühəndis-istehkam və yanğından mühafizə şəraiti haqqında məlumatları dəqiqləşdirməlidir;
Xəsarətalmışlarm təxliyyəsi üçün sanitar nəqliyyat vasitələrinə olan təlabat dəqiqləşdirildikdən sonra tibb xidməti rəisi tibbi təminatın təşkili üçün yuxarı tibb xidməti rəisi qarşısında təkliflərini hazırlamalıdır.
Dostları ilə paylaş: |