Şəkil 5.
Su . u
7-ci yuvacıqda kəskin şüa xəstəliyinin ilkin reaksiyanı aradan götürmək üçün etaperazin vardır. Bu vasitə qusma və qıcolma əleyhinə vasitə kimi gündə 3-4 dəfə 1 həb qəbul edilir. Etapezin kəllə-beyin travmalarmda də qəbul edilə bilər.
Fərdi mühafizə vasitələri üçün konkret saxlama müddətləri müəyyən olunub:
uşaq əleyhqazları üçün 10 il;
İP-46 və İP-5 əleyhqazları üçün 5 il;
dərinin mühafizə vasitələri və respiratorlar üçün 3 il;
fərdi aptekçələr üçün 4 il;
Bütün ehtiyatların saxlama müddətlərinə laboratoriya vasitəsilə nəzarət olunur.
Əhalinin bütün kateqoriyalarına fərdi mühafizə vasitələri düşmən hücümu təhlükəsi elan olunmaqla paylanır. Paylanma istehsalatda, yaşayış yerləri və tədris müəssisələrində həyata keçirilir.
( Əhalinin seyrəldilməsi və təxliyyəsinin təşkili ^
c Əhalinin seyrəldilməsi və təxliyyəsi əhalinin əsas mühafizə üsullarından biridir. Seyrəldilmə-əhalinin vaxtında şəhərkənarı zonada yerləşdirilməsi, hərbi dövrlərdə fəhlə və qulluqçuların həmin şəhərlərdə və yaşayış məntəqələrində istehsalat fəaliyyətinin növbə ilə davam etdirilməsi üçün kompleks tədbirlər sistemidir.
Təxlivvə mütəşəkkil qaydada əhalinin şəhərkənarı zonaya köçürülməsidir. Fəhlə və qulluqçular istehsalat fəaliyyətini şəhərkənarı zonada davam etdirə bilər və ya hərbi dövrdə işini dayandırır. Xüsusi göstəriş olana qədər əhali şəhərkənarı zonada yaşamalıdır. >
(. Əhalinin şəhərkənarı əraziyə köçürülmə planı sülh dövründə işlənib hazırlanmalıdır. Təxliyyə tədbirləri xüsusi olaraq yaradılmış təxliyyə orqanları vasitəsi ilə həyata keçirilir. X
^Təxliyyə orqanlarına aiddir:
təxliyyə komissiyası;
toplanış-təxliyyə məntəqələri (TTM);
qəbul-təxliyyə məntəqələri (QTM);
qəbul-təxliyyə komissiyası (QTK);
minmə məntəqəsi, enmə məntəqəsi və aralıq-köçürmə məntəqəsi üçün qərargah (müdiriyyət).
Təxliyyə komissiyası aşağıdakı vəzifələri yerinə yetirir:
Piyada və müxtəlif nəqliyyat növləri ilə təxliyyə olunan əhalinin qeydiyyatı.
Seyrəldilmə və təxliyyə tədbirlərinin qaydasının müəyyən olunması.
Təxliyyənin maddi-texniki, nəqliyyat və digər təminat növlərinin təşkili.
Qəbul-təxliyyə komissiyası ilə vətəndaşların qəbulu, yerləşdirilməsi, işədüzəltmə, maddi-texniki və tibbi təminatı məsələləlri üzrə rabitə və qarşılıqlı əlaqənin təşkil olunması. ^
i. Seyrəltmə və təxliyyə haqqında xəbərdarlıq aldıqdan sonra hər bir vətəndaş isti geyim, yataq ləvazimatı, 2-3 günlük ərzaq, dərman ehtiyatı və fərdi mühafizə vasitələri çantaya yığılmalıdır. Çanta 50 kq-dan artıq olmamalıdır.
Hər bir şəxsin bütün sənədləri özündə olmalıdır.
Hər bir məktəbəqədər yaşlı uşağın cibində və yaxalığında adı, soyadı, atasının adı, ünvanı və təxliyyənin son məntəqəsi haqqında yazılı məlumat nəzərdə tutulmuşdur.>
TM-nə gələ bilməyən xəstə şəxs haqqında məntəqə rəisinə məlumat verilməlidir. TTM-si seyrəldilən və təxliyyə olunan əhalinin toplanması, qeydiyyatı, piyada birləşmələri şəklində stansiyalarda olan minmə məntəqələrdəki nəqliyyat vasitələrinə göndərmək üçün nəzərdə tutulub. >
TTM-in vəzifələri aşağıdakılardır:
1. Əhalinin müxtəlif vasitələrlə seyrəldilmə və təxliyyənin başlanması haqqında xəbərdar edilməsi.
Əhalinin toplanması və yaranmış şərait haqqında məlumat verilməsi.
Təxliyyə olunanların qeydiyyatının aparılması.
Nəqliyyat vasitələrinin hazırlanmasının təşkili.
Nəqliyyata yüklənmə, piyada birləşmə təşkil olunaraq nəzərdə tutulmuş məntəqələrə göndərilməsi.
Əhalinin «Hava həyacanı» siqnalı üzrə sığmacaq- larda yerləşdirilməsinin təşkili.
Rayon və ya şəhər təxliyyə komissiyalarına təx- liyyənin gedişinə dair məlumatların təqdim olunması.2
Kənd rayonlarında əhalinin seyrəldilməsi və təxliyyəsi üçün qəbul və yerləşdirmə tədbirlərinə qəbul-təxliyyə komissiyaları (QTK) rəhbərlik edir. Komissiyanın tərkibinə təşkilat və xidmət rəhbərləri daxildir.
C Təxliyyə prosesində stansiyalar yaxınlığında qəbul- təxliyyə məntəqələri (QTM) yaradılır. Bu məntəqələrin əsas vəzifəsi gələn əhalinin qeydiyyatı, nəqliyyat vasitələri ilə və ya piyada şəkildə son məntəqəyə çatdırılmasını təşkil etməkdir. QTM-in tərkibi rəis, rəis müavini, qarşılayan və qəbul qrupu, ərzaq və təhcizat qrupu, arayış masası, tibb məntəqəsi, ana və uşaq otağı, komendant, ictimai asayişi mühafizə postundan ibarətdir.
Təxliyyə tədbirlərinin keçirilməsində piyada birləşmələrinin hərəkət istiqamətində aralıq-köçürmə məntəqələri (AKM) yaradılır. Bu məntəqənin əsas vəzifəsi təxliyyə olunanların qəbulu və son məntəqəyə yola salınmasıdır. AKM-in ştat tərkibi aşağıda kimidir:
-təxliyyə olunanların qəbulu, qeydiyyatı və yerləşdirilməsi;
- ərzaq təminatı qrupu;
Bu məntəqədə ana və uşaq otağı, tibb məntəqəsi, arayış verilməsi masası və ictimai asayişin mühafizə postu vardır.
Ümumiyyətlə, əhalinin qeydiyyatından sonra 500-1000 nəfərlik piyada hərəkət edən birləşmələr yaradılır. Birləşmənin rəisinə piyada birləşmənin hərəkət sxemi verilir və bu sxem əsas sənəd sayılır. Piyada birləşmələr arasında məsafə 500 metr və hərəkət surəti saatda 3-4 km olmalıdır. Hər 1-1,5 saatdan bir 15-20 dəqiqəlik fasilə nəzərdə tutulur. Əhalinin təxliyyəsində ərazi-istehsalat prinsipi üzrə bütün nəqliyyat növlərindən istifadə olunan kombinasiyalı üsul da tətbiq oluna bilər. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, qısa bir müddətdə böyük insan kütləsini təhlükəsiz əraziyə köçürmək mümkündür, x
Dostları ilə paylaş: |