Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci il tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1.28 Mb.
Pdf просмотр
səhifə1/13
tarix02.03.2017
ölçüsü1.28 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   13

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

 

 



 

 

ƏLİYEVA  ZƏRİFƏ 

 

 

 



 

 

 



 

 

 



PEDAQOGİKA 

 

(Mədəniyyət və İncəsənət təmayüllü ali məktəblərin  

bakalavr pilləsində  təhsil alan tələbələr üçün dərslik) 

                  

 

 

 



 

                                    

     

 

 



 

Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi  

«___» ______-ci  il  tarixi  ______ saylı  

əmri ilə təsdiq edilmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



BAKI - 2004 

 

 



 

 

 

 



Elmi redaktor:   Ə.MƏMMƏDOV,  

                          professor 

 

Rəyçilər: 



F.SADIQOV  

                          ped. elm. doktoru, professor  

    

            ADMİU-nun prorektoru. 

 

                                       Ə.QƏDİMOVA  

                                       ped. elm. namizədi, 

                                       Azərbaycan Respublikası Təhsil 

                                       Problemləri İnsitutunun aparıcı elmi 

                                       işçisi 

 

                          M.Məmmədova  

                                       ped. elm. namizədi, dosent 

                                       Azərbaycan Dövlət Mədəniyyət və 

                                       İncəsənət Universitetinin elmi işlər 

                                       üzrə prorektoru 

 

 



 

 

 



M Ü N D Ə R İ C A T 

 

Ön söz  

Pedaqogikanın obyekti və predmeti  

Pedaqoji fikir, məktəb və  maarifin inkişafı tarixinə dair  

1920-90-cı illərdə Rusiyada və Azərbaycanda təhsil  sistemi  

Pedaqogika mədəniyyətin tərkib hissəsi kimi  

İncəsənət və tərbiyə  

Tərbiyənin məqsədi  

Əqli təhsil və dünyagörüş formalaşdırılması  

Əxlaq tərbiyəsi  

Estetik tərbiyə  

Fiziki tərbiyə  

Əmək tərbiyəsi  

Hüquq tərbiyəsi  

Tərbiyə  prosesinin mahiyyəti  

Tərbiyə prinsipləri  

Tərbiyənin üsulları  

Tərbiyə  ilə  özünütərbiyə  prosesinin qarşılıqlı əlaqəsi  və dialektikası  

Didaktika  

Təhsilin məzmunu  

Təlim prosesi  

Təlim prinsipləri  

Təlim üsulları  

Tərbiyə ilə özüntərbiyə  prosesesinin dialektikası  

Pedaqoji  prosesdə  özüntəhsil 

 

ÖN  SÖZ 

 

Bu dərslik mədəniyyət və incəsənət  təmayüllü  ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələri 

üçün nəzərdə tutulmuşdur. Bu  ali məktəblərdə tələbələrə pedaqoji biliklər, pedaqoji universitetlərdən fərqli 

olaraq, ümumi şəkildə verilir. Yəni tələbələrə qısa olaraq pedaqogika tarixinə, pedaqoji nəzəriyyələrə, təhsil 

sisteminə, pedaqogikanın ümumi problemləri,  təlim, tərbiyə və təhsilin əsas məsələlərinə aid  məlumatlar 

verilir.  Tələbələr  cəmiyyətin  şəxsiyyət  formalaşdırılması  tələbləri,  ümumi  tərbiyə  problemləri  haqqında  

elmi  məlumatlara yiyələnirlər. Həmçinin  dərslikdə tələbələrin müstəqil failiyyətini təmin etmək məqsədi 

ilə  pedaqogikanın bir çox sahələri haqqında əlavə məlumatlar da verilmişdir.  Ümumiyyətlə, insanlarda elə 

bir  səhv  münasibət  mövcuddur  ki,  pedaqogikanı  yalnız  müəllimlər,  xüsusən  də  orta  məktəb  müəllimləri 

bilməlidirlər.  Bu  münasibətdə  bir  həqiqət  var,  çünki  şəxsiyyət  formalaşdırılması  işi    məqsədyönlü  və 

mütəşəkkil  şəkildə    orta  məktəblərdə  aparılır.    Lakin  bu  iş  özü  də  uşaq  və  yeniyetməni  əhatə  edən  digər 

mühit və fəaliyyət adamlarının pedaqoji biliklərə  malik olması şəraitində aparıldıqda  daha səmərəli nəticə 

verir.  Digər  tərəfdən  məlumdur  ki,  öyrətmə,  tərbiyələndirmə  yalnız  məktəb  həyatı  ilə  məhdudlaşmır. 

Əvvala, insan ömrünün  sonuna qədər öyrənir, dəyişir, yeni-yeni əxlaqi və əqli keyfiyyətlər kəsb edir. Digər 

tərəfdən  müxtəlif  kollektivlər  ona  müəyyən  tələblər  verir.    Bu  əlavə  tələblərin,  münasibətlərin  səmərəli  

təsirə  malik  olması  üçün,  heç  olmazsa,  bütün  ali  təhsilli  şəxslərin  zəruri  pedaqoji  biliklərə    malik  olması 

vacibdir.  Ona  görə  ki,  insanlara  göstərilən  müxtəlif  təsirlər  bu  və  ya  digər  səviyyədə  şəxsiyyət 

formalaşdırılmasına təsir göstərir.  Şəxsiyyətin formalaşdırılması məsələsi isə bütün dövr,  zamanlar üçün  

iqtisadi    problemlər  kimi  aktual  olmuşdur.      Çünki  bu,    müəyyən  mənada    cəmiyyətin    mövcudluğu  

şərtlərindən  biridir.  Cəmiyyətin  özü  ona  lazım  olan,  iqtisadiyyatını,  mədəniyyətini  qoruyan  və  inkişaf 

etdirən insanlar formalaşdırmağa çalışır. Bununla da, geniş mənada tərbiyə prosesinin  iştirakçısına çevrilir.   

Cəmiyyət, onu təşkil edən birliklər, şəxslər, böyüyən nəsil, ümumiyyətlə  insanların formalaşmasında bu və 

ya  digər  mövqedən  iştirak  edirlər.  Ona  görə  də  ayrı-ayrı  müəssisə  və  idarələrdə  çalışan  rəhbərlərin  

valideynlərin az çox dərəcədə  tərbiyə ilə məşğul olan  insanların  pedaqoji biliklərə mallik olması zəruridir. 

Hər  bir  idarə  rəhbərləri  insanları  idarə  etmək,  onların  fəaliyyətlərini    istqamətləndirmək  üçün  pedaqoji 

ustalığa,  fərdi yanaşma qabiliyyətlərinə və s.  bu kimi pedaqoji biliklərə malik olmalıdır. Mədəniyyət işçisi 

apardıgı  tədbirlə,    icra  etdiyi  tərbiyə  işləri  ilə    hansı  əxlaqi  keyfiyyətlər  aşılayacağını,  bu  keyfiyyətlərin  

aktuallıq  səviyyəsini  bilməlidir.    Hər  insan  valideyn  kimi    uşaqlarına  təsir  etməyin,  tərbiyələndirməyin  

səmərəli  yol  və    vasitələrini  bilməlidir.    Formalaşdırma,    tərbiyələndirmə    göründüyü  kimi  geniş  və 

mürəkkəb  məsələdir.  İnsanların  formalaşdırılması,  həyat  üçün  hazırlanması  yalnız    təlim  -  tərbiyə  

müəssisələrinin işi ilə məhdudlaşmır. Cünki,  hər bir insan  -  uşaq,  yeniyetmə,   gənc,  işçi  – həm də bir 

ailənin üzvü,  bir mühitin yaşayanı, bir kollektivin nümayəndəsi, bir idarənin işçisidir. Bu birliklər, mühit,  

insanlara  müxtəlif təsirlər göstərir. Ona görə də ali təhsil müəssisələrində də  pedaqoji biliklər verilməsi, 

cəmiyyətdə  pedaqoji  biliklərin    təbliği  dövrün  aktual  problemlərindən  biridir.  Dərslikdə  ümumpedaqoji 

biliklərlə  yanaşı,    mədəniyyət  müəssisələrində    təlim  tərbiyə  imkanları,    bu  müəssisələrin  şəxsiyyət 

formalaşdırılmasında  rolu  verilmişdir.  Həmçinin  mədəniyyət  və  incəsənət  sahələrində  pedaqoji    prosesin,  

yeni  pedaqoji  təsir  vasitələri,    pedaqoji  vəziyyətlər  də  izah  edilmişdir.  Bu  müəssisələrdə    müxtəlif  yaşlı 

insanların  tərbiyəsi, formalaşması  problemi mövcud olduğundan  çox vaxt dərslikdə pedaqoji problemlər 

tərbiyə  olunan  və tərbiyə edən, öyrədən və öyrənən baxımından təhlil edilmişdir.  Dərslikdə pedaqogikanın  

ən ümumi məsələləri haqqında tələbələrə elmi  məlumatlar verilir. Tərbiyə problemləri, cəmiyyət və tərbiyə, 

tərbiyənin  formalaşmada  rolu,  pedaqoji  proses  və  onun  cəmiyyətin  inkişafı  ilə  əlaqəsi  və  s.  bu  kimi  

pedaqoji  məlumatlar    təhlil  edilmişdir.    Həmçinin,    təlim-tərbiyə  müəssisələrində  olduğu  kimi 

pedaqogikanın    bütün  problemləri  deyil,    ən  ümumi    məsələləri  əhatə  edilmişdir.    Bu  isə  Mədəniyyət  və 

İncəsənət  Universitetlərində  pedaqogikaya  verilən  saatların  miqdarı  ilə  əlaqədardır.  Həmçinin,    bu 

universitetlərdə    tələbələrə    pedaqogika  haqqında  -    pedaqoji  fikir  tarixi,  tərbiyə,  təlim  –  yığcam,  qısa, 

konkret  məlumatlar verilir.  Bu fənnin tədrisi, müəyyən mənada, pedaqogika ilə  ümumi tanışlıq məqsədi 

daşıyır. Yəni pedaqoji universitetlərdəki kimi geniş,  hərtərəfli  pedaqoji biliklərə yiyələndirmə -  tərbiyəçi,  

müəllim kimi hazırlama məqsədi daşımır.  



 

PEDAQOGİKANIN   

OBYEKTİ  VƏ  PREDMETİ 

 

Pedaqogika  insanın  formalaşması  haqqında  elm  olub,  qədim  tarixə  malikdir.  Beləki,  insan  yaranan 

gündən  onun  mövcudluğu  uğrunda  mübarizəsi,  özünü  təmin  etməsi,  qoruması,  malik  olduğu  həyat 

təcrübəsinin  böyüyən  nəslə  ötürməsi  problemi  mövcud  olmuşdur.    Bu  isə  bütün  dövr  və  zamanlar  üçün 

həmişə  aktual  bir  problem  məsələ  kimi  çıxış  etmişdir.  Həmin  problemlər  isə  cəmiyyətin  ictimai,  iqtisadi 

inkişafı  ilə  müəyyən  edilmiş,  məhsuldar  qüvvələrin  inkişafından  asılı  olaraq  dəyişmişdir.  Məsələn, 

məhsuldar qüvvələrin ən zəif inkişaf etdiyi ibtidai icma dövründə mövcud olan primitiv fəaliyyət üsullarını 

icmanın bütün üzvləri böyüyən nəslə öyrədirdi. Lakin inkişaf etmiş cəmiyyətdə isə həm fəaliyyət üsulları, 

həm də bəşər təcrübəsi və onun tərkib hissələri, elm, istehsalat və s. inkişaf etdiyi üçün onların da böyüyən 

nəslə ötürülməsi və ona verilən tələbələr də dəyişmiş, mürəkkəbləşmişdir.  

İnkişaf  etmiş  cəmiyyətdə  artıq  şəxsiyyət  formalaşdırılması,  təcrübənin  ötürülməsi  prosesi 

mürəkkəbləşmiş və xüsusi fəaliyyət sistemi tələb edirdi. Bu isə pedaqogika elminin meydana gəlməsi, elm 

kimi inkişaf edib formalaşmasına səbəb olmuşdur.  

Pedaqogika qədim yunan «paydaqoqos» sözündən olub, hərfi mənası «uşaq ötürən» deməkdir. Onun 

obyekti insanın formalaşdırılması, həyata hazırlanması, həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlərə 

yiyələnməsi prosesidir. Predmeti isə bu prosesin pedaqoji nöqteyi nəzərdən tədqiq edilməsidir.  

İnsanın  həyata  hazırlanması,  geniş  mənada  insan  anadan  olandan  ölənə  kimi  müxtəlif  səviyyə  və 

formalarda  aparılır,  davam  etdirilir.  Ümumiyyətlə,    cəmiyyət  özünə  davamçı,  varis  hazırlayır,  yəni 

cəmiyyyətin mövcudluğu tələbi özü insanların həyata hazırlanmasını tələb edir. Bu tələb isə həm sistemli 

təlim müəssisələrində, həm cəmiyyətdə mövcud olan bütün birlik, təşkilat, fəaliyyət sahələrində, ailədə və s. 

müxtəlif  səviyyədə  yerinə  yetirilir.  Həmin  birlik  və  təşkilatların  bilavasitə  vəzifəsindən,  cəmiyyətdəki 

mövqeyindən  asılı  olaraq,  insanların  həyata  hazırlanması  işi  həyata  keçirilir.  Bu    nöqteyi-nəzərdən 

pedaqogikanın  aşağıdakı  anlayışlarını  göstərmək  olar.  Pedaqoji  gerçəklik,  pedaqoji  proses,  təlim,  tərbiyə, 

təhsil (B. Əhmədov, A. Rzayev – «Pedaqogikadan mühazirə konspektləri» B. Maarif, 1983). 

Pedaqoji gerçəklik ümumiyyətlə, cəmiyyətin insanların həyata hazırlanması prosesini əhatə edir. Bura 

cəmiyyətə daxil olan bütün idarə, təşkilat, birlik, müəssisə, istehsal və qeyri-istehsal sahələrində  təcrübənin 

insanlara  ötürülməsi  daxildir.  Məsələn,  istehsal  prosesində    rəhbər-işçi  münasibətləri,  qarşılıqlı  yardım, 

işçilər  arasında  səmərəli  münasibət,  ünsiyyət  formalarının  yaradılması,  hər  bir  işçini  fərdi 

xüsusiyyətlərindən – bacarıq və qabiliyyətlərindən əmək məhsuldarlığının artırılmasında istifadə edilməsi və 

s. 


Mədəniyyət  müəssisələrində  insanların  mövcud  tələblərə  uyğun  formalaşdırılması  işinə  misal  olaraq 

asudə  vaxtın  səmərəli  təşkili,  insanların  yaradıcılıq  qabiliyyətlərini  inkişaf  etdirən  təlim  işləri  –  dərnəklər, 

texniki yaradıcılıq birlikləri, müxtəlif yaşlı insanlarda yeni biliklər yaratmağa və bacarıqlar formalaşdırmağa 

xidmət  edən  marağa  görə  məşğələləri;  münasibət  formalaşdıran  məşğələlər,  aktual  tərbiyə  və  ideoloji  

problemlərə həsr edilmiş tədbirləri və s. göstərmək olar. 

Ailə  tərbiyəsi  də  pedaqoji  gerçəkliyə  daxildir.  Ailə  cəmiyyətdəki  ictimai  və  iqtisadi  münasibətlərin 

güzgüsü olmaqla pedaqoji məqsədlərin həyata keçirilməsində, ümumiyyətlə insanların həyata hazırlanması 

prosesində  mühüm  rol  oynayır.  Ailə  tərbiyəsinə  ata-ana,  valideyn  övlad  münasibətləri,  uşaqların  fiziki 

sağlamlığı, düzgün, - yəni cəmiyyətin tələblərinə uyğun şəkildə tərbiyə olunması daxildir. 

Ailə,  onun  göstərdiyi  tərbiyəvi  təsirlər  insanları  bütün  ömrü  boyu  müşayət  edir.  Ailənin  qorunması, 

ailədə sağlam qarşılıqlı münasitbətlərin təşkili ailə başçılarından,  onların pedaqoji ustalığından çox asılıdır. 

Pedaqoji proses isə sistemli təlim və tərbiyə müəssisələrində insanların həyata hazırlanması prosesini 

əhatə edir. Bu uşaq bağçalarından başlayaraq müxtəlif tip təhsil müəssisələri, orta ümumtəhsil məktəbləri, 

litseylər, gimnaziyalar, seminariyalar;  ali təhsil müəssisələri (institutlar, universitetlər, ali hərbi məktəblər, 

akademiyalar,  musiqi  və  rəssamlıq  akademiyaları  və  s.)  aspirantura,    elmi-tədqiqat  işləri,  müxtəlif 

yaradıcılıq fəaliyyətləri və s. əhatə edir.  

Məhz  insanların  sistemli,  məqsədyönlü  şəkildə  həyata  hazırlanması  işi  pedaqoji  proses    qarşısında 

qoyulmuş birinci, əsas vəzifədir. Daha doğrusu, pedaqoji proses insanların bilavasitə həyata hazırlanmasına 

xidmət edir. 

Təlim – öyrədənin rəhbərliyi ilə öyrənənlərin həyatı dərk etməsi və bu əsasda bilik, bacarıq, vərdişlərə  

Tərbiyə  –  insanlarda  fəaliyyət  formalaşdırma,  yəni  insanlarda  cəmiyyətin  müəyyən  etdiyi  əxlaq 

normaları, davranış qaydalarına yiyələndirmə prosesidir. 

Deməli  pedaqogika  insanları  bilik,  bacarıq,  vərdişlərə  yiyələndirərək,  onlarda  cəmiyyətin  müəyyən 

etdiyi  əxlaq  normaları  və  davranış  qaydalarına  uyğun  münasibət  formalaşdıraraq,  həyata  hazırlanması 



haqqında elmdir. İnsanların həyata hazırlanması problemi bütün dövrlərdə mövcud olmuş və onun vəzifələri 

hər dövrün özünün ictimai-iqtisadi tələbləri əsasında müəyyən edilmişdir 

Müasir  dövrdə  pedaqogikanın  vəzifələri  cəmiyyətin  tələbləri  baxımından  təlim,  tərbiyə  və  təhsilin 

aktual  problemlərini,  pedaqoji  gerçəklik  problemlərini,  insanların  həyatının  və  fəaliyyəıtinin  düzgün 

qurulmasında pedaqogikanın rolunu; pedaqoji prosesin ayrı-ayrı sahələrinin məqsədi, məzmunu, vasitələri, 

səmərəli üsullarını müəyyən etməkdən ,inkişaf etdirib zənginləşdirməkdən ibarətdir. 

İnsanların həyata hazırlanması bəşəri və əbədi prosesdir. Çünki o, insanlara, insan cəmiyyətinə, onun 

mövcudluğuna aid olan bir prosesdir. Onun aşağıdakı mənbələri mövcuddur. 

1.

 

Nəzəri  klassik  irs  –  bura  klassik  pedaqoqların  nəzəri  fikirləri,  müxtəlif  dövrlərdə  yaşamış 



mütəfəkkirlərin  pedaqoji  görüşləri,  təlim,  tərbiyə,  təhsil  haqqında  fikirləri;  həmçinin  müxtəlif  fəlsəfi,  dini 

cərəyanların pedaqogikaya təsiri daxildir. 

2.

 

Müasir pedaqoji nəzəriyyələr. 



3.

 

Maarif,  təlim,    təhsil,  tərbiyə  və  onların  aktual  problemləri  haqqında  dövlət  sərəncam  və 



qərarları. 

4.

 



Xüsusi metodikalar. 

5.

 



Qabaqcıl təcrübə. 

Nəzəri  klassik  irsə  qədim  dövrlərdən  son  zamanlara  qədər  klassik  filosofların  təlim  və  tərbiyəyə  aid 

mövqeyləri,  nəzəri  işləri,  müxtəlif  tarixi  dövrlərdə  mövcud  olmuş  təhsil  sistemləri  daxildir.  Həmçinin, 

klassik pedaqoqların nəzəri  fikirləri və təcrübi  işləri də bura daxildir. 

 Müasir  pedaqoji  nəzəriyyələrə  isə,  indiki  dövrdə  yaşayan  pedaqoqların  nəzəri  fikirləri,  pedaqoji 

təcrübələrin  nəticələri,  təlim,  tərbiyə  və  təhsilin  ayrı-ayrı  sahələrinə  aid  nəzəri  fikirləri,  elmi  kəşfləri 

daxildir.  

Təlim,  tərbiyə və təhsil haqqındakı qərar və qətnamələrdə maarif və təhsil qarşısında qoyulan vəzifələr 

öz  əksini  tapır.  Bu  qərarlar    da  cəmiyyətin  pedaqoji  proses  qarşısında  qoyduğu  vəzifələr  öz  əksini  tapır. 

Daha doğrusu,  bu qərarlarla inkişaf, texniki, ictimai-siyasi tərəqqi ilə təlim, tərbiyə, təhsil – pedaqoji proses 

əlaqələndirilir. 

Ümumi  pedaqoji  nəzəriyyələr  xüsusi  metodikalar  vasitəsi  ilə  reallaşır  və  təsdiq  edilir.  Xüsusi 

metodikalar  müəyyən  mənada,  pedaqoji  yeniliklərin  mənbəyi  kimi  çıxış  edir.  Beləki,  təlim,  təhsil  və 

tərbiyəyə aid yeniliklər əvvəlcə xüsusi metodikalarda üzə çıxarılır, sınaqdan keçirilir, sonra digər sahələrə 

tədbiq edilərək həyata vəsiqə alır. Deməli, xüsusi metodikalar nəzəri cəhətdən ümumpedaqoji müddəalara 

istinad  etməklə,  həm  də  onların  inkişaf  edib  zənginləşdirilməsinə  səbəb  olur.  Qabaqcıl  müəllimlərin 

yaradıcılıq  işləri  də  pedaqogikanın  inkişafında  əhəmiyyətli  yer  tutur.  Beləki,  müəllimlərin  öz  işlərinə 

yaradıcı  yanaşması  nəticəsində  yeni  qabaqcıl  təcrübələr  meydana  çıxır.  Belə    səmərəli  işlər,  təcrübələr 

əsasında isə  yeni ideyalar, elmi fikirlər, nəticələr üzə çıxarılır, müəyyən edilir. Yeni tədqiqat sahələri üzə 

çıxarılır. Hər bir elmdə olduğu kimi, pedaqogikanın da xüsusi tədqiqat metodları mövcuddur. Bu tədqiqat 

üsulları pedaqoji prosesin və pedaqoji fəaliyyətin spesifik xüsusiyyətlərinə uyğun müəyyən edilmişdir  və 

pedaqoji prosesin xüsusiyyətlərini özündə əks etdirir. 

Pedaqogikanın  ən  ümumi  tədqiqat  metodlarını  aşağıdakı  şəkildə  ümumiləşdirmək  olar:  müşahidə, 

müsahibə,  eksperiment,  sənədlər,  elmi  pedaqoji  mənbələr,  ədəbiyyatın  öyrənilməsi,  tərbiyə  olunanların 

yaradıcılıq  fəaliyyətlərinin  öyrənilməsi.  Bu  tədqiqat  metodları  pedaqoji  gerçəkliyin  butun  sahələrindəki 

tədqiqatlara  da  tədbiq  olunur.  Bu  metodların  tədbiqi  zamanı  tədqiq  edilən  sahənin,  prosesin  spesifik 

xüsusiyyətləri nəzərə alınır. 

Hər  hansı  bir  pedaqoji  işi  təbii  vəziyyətdə  öyrənmək  üçün  pedaqoji  müşahidələrdən  istifadə  edilir. 

Pedaqoji  müşahidə  işin,  prosesin  gedişinə  hər  bir  müdaxilə  etmədən  onu  mövcud  vəziyyətdə  öyrənməyə 

xidmət edilir. Onu təşkil edərkən tədqiqatçı əvvəlcədən tərtib etdiyi plan əsasında hərəkət edir. Müşahidə 

zamanı  tədqiqatçı,  müəllim,  tərbiyəçi,  təlimatçı  araşdırmaq  istədiyi    məsələnin  mövcüd,  yəni  indiki  

zamandakı  vəziyyətini öyrənməyə çalışır. Ona görə də  müşahidə zamanı müşahidəçi işin  qedişinə heç bir 

müdaxilə  etmir.  Müşahidə  metodu  pedaqoji  gerçəkliyin  bütün  sahələrində  tətbiq  edilir.  Beləki,  təlimin 

müxtəlif mərhələləri,  təlimdə tərbiyə işlərinin qoyuluşu,  təhsilin bütün sahələri, məktəbşünaslıq, məktəbin 

idarə olunması, pedaqoji ustalıq, məktəbdənkənar tərbiyə müəssisələrindəki təlim işləri, dərnəklər, tərbiyəvi 

tədbirlər,  digər  asudə  vaxt  tədbirlərin  tərbiyəvi  əhəmiyyəti,  mədəniyyət  müəssisələrinin  tərbiyə  fəaliyyəti, 

teatr və digər  müəssisələrin tərbiyə fəaliyyəti, inzibati dövlət orqanlarının tərbiyə fəaliyyəti və s. sahələrdə 

aparılan  tədqiqat  işlərində  geniş  istifadə  edilir.  Pedaqoji  müşahidədən  təkcə  tədqiqatçılar  deyil,  həm  də 

tərbiyə və təlimlə bu və digər səviyyədə məşğul olan şəxslər öz fəaliyyətlərini səmərəli təşkil etmək üçün də 

istifadə  edirlər.  Məsələn,    hər  müəllim  dərs  dediyi  şagirdləri,    təlimatçı,  işlədiyi  insanları,  dərnək  rəhbəri  

dərnək  üzvlərini  öyrənmək,  onların  inkişaf  səviyyələrini  düzgün  müəyyənləşdirmək  üçün,  qabaqcıl 

müəllimin iş təcrübəsini öyrənmək məqsədi ilə   müşahidələr aparılır. Rejissor - aktyor münasibətlərini üzə 



çıxarmaq və ya rejissorun aktyora təsiri vasitələrini öyrənmək üçün rejissorun məşq zamanı fəaliyyəti teatr 

tədqiqatçıları müşahidə edilir və s.  

Məktəbdənkənar  və  ya  mədəniyyət  müəssisələrində  aparılan  tərbiyə  işləri  –  tədbirlərin  uşaqlara, 

yaşlılara  göstərdiyi  təsiri  öyrənmək  üçün  işin  təşkili    və  gedişi    üzərində  müşahidə  aparılır.  Müşahidənin 

səmərəli  və  obyektiv  aparılması  üçün  aşağıdakı  şərtlərə  riayət  olunmalıdır;    müşahidə  məqsədi  dəqiq  və 

aydın olmalıdır; müşahidə obyekti əvvəlcədən myəyyən olunmalıdır; müşahidə zamanı hadisənin gedişinə 

heç bir müdaxilə edilməməlidir; müşahidənin nəticələri qeyd edilməli və ümumiləşdirilməlidir. 

Müsahibə  hər  hansı  bir  pedaqoji  məsələni  sual-cavab,  söhbət  vasitəsilə  aydınlaşdırmağa  deyilir. 

Müşahidə zamanı hadisəyə müdaxilə edilmədiyi üçün onun mahiyyəti bəzən tam şəkildə açılmır. Bu nöqteyi 

nəzərdən müsahibə əhəmiyyətli yer tutur. Müsahibədən həm  mövcud  vəziyyəti öyrənmək, həm tədqiqatın 

gedişi prosesində, həm də nəticəni aydanlaşdırmaq üçün istifadə edilir. Müsahibə həm yazılı, həm də şifahi 

şəkildə aparıla bilər. Hər iki halda nəticə ümumiləşdirilməlidir. Müsahibə təbii və normal  psixoloji şəraitdə, 

lakonik, məntiqi, aydın cümlələrlə aparıldıqda daha səmərəli nəticə verir. Pedaqoji müsahibə metodundan 

pedaqoji gerçəkliyin bütün sahələrində aparılan tədqiqatlar zamanı geniş istifadə edilir. 

Pedaqoji eksperiment tədqiq edilən pedaqoji məsələni xüsusi təşkil edilmiş şəraitdə öyrənməyə deyilir. 

Tədqiqat  zamanı  irəli  sürülmüş  fərziyyə  məhz  eksperiment  vasitəsilə  təcrübədən  keçirilir,  yoxlanılır. 

Eksperiment  zamanı  öyrənilən  hadisə,  pedaqoji  fakt  əvvəlki,  təbii  vəziyyətindən  fərqli,  tədqiqatçının  irəli 

sürdüyü fərziyyə əsasında təşkil edilir. Məsələn, təlimə aid aparılan tədqiqat  irəli  sürülmüş  fərziyyə təlim 

prosesində tədqiqatçının irəli çürdüyü metod əsasında xüsusi şəraitdə aparılır. 

Mədəniyyət  müəssisələrində  insanların  tərbiyəsinin  səmərəli  təşkilinə  aid  aparılan  tədqiqat  işi  həmin 

müəssisədə tədqiqatçının irəli sürdüyü metod əsasında, təklif etdiyi xüsusi şəraitdə aparılır.  

Eksperiment  metodu  istehsal  müəssisələrində  işçilərin  təkmilləşdirilməsi,  yeni  bacarıq  və  vərdişlərə 

yiyələnə; inzibati  dövlət  orqanlarının tərbiyə  fəaliyyəti;  mədəniyyət,  səhiyyə,  idman  kompleksləri,  kütləvi 

infformaçiya  vasitələrinin  tərbiyəvi  fəaliyyətinə  aid  tədqiqat  işlərində  də  tədbiq  edilir.  Müaisr  dövrdə 

pedaqoji eksperiment ən aktual problemlərdən biridir. 

Pedaqoji eksperiment zamanı tədqiqatçı ona lazım olan şəraiti özü yaradır. Səmərəli nəticə almaq üçün 

şəraiti istədiyi zaman dəyişir. Pedaqoji eksperiment üsulundan təqdiqatçılarla yanaşı tərbiyə işi ilə məşğul 

olan yaradıcı şəxslər də istifadə edirlər. 

Pedaqoji  eksperiment  üsuluna  keçid  dövrlərində  daha  çox  ehtiyac  vardır.  Çünki  yeni  ictimai-iqtisadi 

quruluşa keçid, yeni insan formalaşdırılması prosesi yeni-yeni eksperimentlər qoymağı tələb edir. 

Sənədlərin  araşdırılması  və  öyrənilməsi  də  tədqiqat  işində  böyük  əhmiyyətə  malikdir.  Təhsil 

müəssisələrində  təhsil  alanların  təlim  müvəffəqiyyətini,  müxtəlif  dövrlərdə  aparılan  tərbiyə  tədbirləri, 

tərbiyəvi  işlərin  təşkili,    tərbiyə  tədbirlərinin  formalarını,    məktəbkənar  tərbiyə  müəssisələri,  mədəniyyət 

müəssisələri,  ayrı-ayrı  dövrlərdə  incəsənətin  və  digər  ictimai  təşkilatların  apardıqları  tərbiyə  tədbirləri, 

onların  insan  formalaşdırılması  işindəki  rolunu  öyrənməkdə  sənədlər  və  onların  araşdırılması  əhəmiyyətli 

yer  tutur.  Həmçinin,    pedaqogika  tarixinə  aid  tədqiqatlarda,  məktəb  və  maarif  müəssisələrinin  yaranması, 

təşkili  formalarının  öyrənilməsində  də  sənədlər,  yazılı  ədəbiyyat,  arxiv  materiallarının  öyrənilməsi  xüsusi 

əhəmiyyətə malikdir. 

Tərbiyə  olunanların  yaradıcılıq  fəaliyyətinin  öyrənilməsi  də  əhəmiyyətli  pedaqoji  tədqiqat 

metodlarından  biridir.  Yaradıcılıq  fəaliyyəti  dedikdə  tərbiyə  olunanların  çəkdiyi  şəkillər,    bədii  əsərlər,  əl 

işləri, bədii tikişlər, quraşdırılmış cihazlar, modellər, maketlər,  yazılmış musiqi əsərləri, müxtəlif məzmunlu 

tablolar və s. nəzərdə tutulur. Tədqiqat işində hər hansı bir məsələnin araşdırılmasında tərbiyə olunanların 

bu yaradıcılıq işlərinə də müraciət edilir. Buna xüsusilə insanların asudə vaxtlarının səmərəli təşkilinə aid 

aparılan  tədqiqat  işlərində  daha  çox  ehtiyac  olur.  Bu  metodlardan  başqa  pedaqogikanın  təhlil  və  tərkib, 

induktiv  və  deduktiv,  riyazi  hesablama  kimi  üsulları da  mövcuddur  ki,    tədqiqat  prosesində  bunlardan  da 

istifadə edilir. 

Yuxarıda qeyd edilən tədqiqat üsulları biri-biri ilə qarşılıqlı əlaqədədir, biri- digərinin mövcudluğunu 

təmin edir. 



Каталог: front -> files -> libraries -> 288 -> books
libraries -> Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
books -> Dərslik «Çİnar-çAP» baki 2002
books -> Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu il tarixli 235


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə