Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci il tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix02.03.2017
ölçüsü1,28 Mb.
#10040
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   13

HÜQUQ  TƏRBİYƏSİ 

 

Hüquq  tərbiyəsi  şəxsiyyətin  hərtərəfli  inkişafı,  formalaşması  şərtlərindən  biri  hesab  edilir.  Digər 

tərəfdən  mövcud  qanunçuluğun  möhkəmləndirilməsi  özü  kütlələrin  hüquqi  bilik  və  münasibətlərə 

yiyələnməsini tələb edir. İnsan yarandığı gündən müəyyən cəmiyyətin üzvü olur. Bu cəmiyyətdə cəmiyyətin 

digər  üzvləri  kimi  onun  həyatı  müxtəlif  cəhətlərdən  tənzim  olunur.  Hüquqi  qaydalar  da  insanın  həyat  və 

fəaliyətini  dövlət  mövqeyi  baxımından  tənzim  edir.  Hüquq  qaydaları  mövcud  inzibati  dövlət  orqanları 

tərəfindən müəyyən edilir. Bütün cəmiyyət üzvlərinin tutduğu mövqe və vəzifəsindən asılı olmayaraq həmin 

qanunlara  riayət  etməsi  məcburidir.  Deməli, dövlətin  hər  şəxs  qarşısına  qoyduğu  məcburi  tələblərdən  biri 

hüquqi qanunlara riayət etməkdir. Bunun üçün isə hər bir vətəndaş icra etməli olduqları hüquq qaydaları, 

şəxsi  hüquqi  imtiyazları  haqqında  məlumata  malik  olmalıdır.  Bu  isə  həm  sistemli  təlim  və  tərbiyə 

müəssislərində həm də digər mədəniyyət müəssisəlrində hüquq tərbiyəsi vasitəsilə aparılır. Hüquq tərbiyəsi 

tərbiyə  olunanlarda  hüquqi  biliklər  yaratmaq  və  bu  məlumatlara  uyğun  zəruri  münasibətlər 

formalaşdırılması prosesidir.  

Hüquq tərbiyəsinin məzmununa: 

-

 

zəruri hüquqi biliklər aşılamaq; 



-

 

yüksək vətəndaşlıq hissi fformalaşdırmaq; 



-

 

mövcud qanunları və sosial birgə yaşayış qaydalarına hörmət hissi tərbiyə etmək; 



-

 

dövlət qanunçuluğunun hər hansı pozuntularına qarşı barışmazlıq; 



-

 

hüquq qaydalarının mühafizəsində fəal iştirak etməyə hazır olmaq və s. daxildir. 



Bu yuxarıda qeyd edilən məsələlər hüquq tərbiyəsinin əsas istiqamətini təşkil etməli, tərbiyə ilə məşğul 

olan bütün müəssisələrdə hüquq tərbiyəsi həmin istiqamətdə aparılmalıdır. İndi isə hüquq tərbiyəsinə tərif 

verək. 

Hüquq  tərbiyəsi  tərbiyəçinin  rəhbərliyi  və  müxtəlif  vasitələrin  tətbiqi  ilə  insanlarda  cəmiyyətdə 



mövcud olan hüquq normaları və qaydalarına müvafiq bilik, bacarıq, vərdişlər və bu qanunlara münasibət 

formalaşdırmaqdan ibarət pedaqoji prosesdir. 

Bu  vaxta  qədər  hüquq  tərbiyəsi, əxlaq, ideya-siyasi  və  s. tərbiyənin  tərkib hissələrində  verilirdi.  Son 

vaxtlar isə cəmiyyətin ümumi inkişafı və pedaqoji təcrübələrin nəticələrini nəzərə alaraq hüquq tərbiyəsinin 

ayrıca tərbiyə işi kimi verilməsi zərurəti meydana çıxdı. 

İnsanlar  daşıdıqları  yerinə  yetirməli  olduqları  məcburi  hüquq  və  vəzifələri  dərk  etməlidirlər.  Bu  isə 

hələ  kiçik  yaşlarından  hüquq  tərbiyəsi  vasitəsilə  həyata  keçirilir.  Hüquq  tərbiyəsi    sistemli  təlim-tərbiyə 

müəssisələrində daha mütəşəkkil və məqsədyönlü aparılır. O, hüquq təlimi və hüquq tərbiyəsi olmaqla iki 

yerə  ayrılır.  Hüquq  təlimi  həm  xüsusi  dərslərdə,  həm  də  müxtəlif  fənlərin  tərkibində  hüquqi  biliklərə 

yiyələndirmədir. Bu biliklər insanların hüquqi münasibət, rəftar və davranışının bazasıdır.  

Tədqiqatlar  göstərir  ki,  hüquqi  pozğuntularına  çox  zaman  səbəb  insanların  qanunları  bilməməsindən 

irəli gəlir. Ona görə də təlim prosesində hüquq normalarına dair sistemli və ardıcıl biliklər mənimsədilir. Bu 

biliklər  onlarda  həmçinin  dövlət  qanunları  qraşısında  məsuliyyət  və  cavabdehlik  də  formalaşdırır.  Hüquq 

təlimi  vasitəsilə  hər  bir  vətəndaşa  yaşadığı  cəmiyyətin,  daha  konkret  desək,  dövlətin  qanunları  şüurlu 

surətdə  dərk  etdirilir,  onlarda  nəinki  özlərinin  bu  qanunlara  riayət  etməyə,  həmçinin  onu  pozanlara  qarşı 

mübariz  və  barışmaz  olma  inamı  yaradılır.  Orta  ümumtəhsil  məktəblərinin  birinci  sinfindən  başlayaraq 

uşaqlara  həm  müvafiq  biliklər  verilir,  həm  də  ona  münasibət formalaşdırılır.  Bu  xüsusi  proqram  əsasında 

aparılır. Digər təhsil müəssisələrində universitet, kollec, seminariya, orta ixtisas məktəbləri, hərbi məktəblər 

və s. də hüquqi biliklər xüsusi hüquq dərslərində aparılır. Bu dərslərdə hər kəsin öz şəxsi hüquq və vəzifələri 

istehsalat  prosesində  icra  edilən  qanunlar,  beynəlxalq  hüquq  normalarının  həyat  və  fəaliyyət  üçün  zəruri 

formaları  haqqında  biliklər  mənimsədilir.  İstehsalat  müəssisələri,  mədəniyyət  və  digər  müəssisələrdə  də 

ehtiyac yarandıqda yeni hüquqi məlumatlar verilir.  

Hüquq təlimi hüquq tərbiyəsi ilə parallel aparıldıqda daha səmərəli nəticə verir. Müəllim və tərbiyəçi 

aşılanan  hər  bir  hüquqi  biliyin  tərbiyə  olunanın  şəxsi  keyfiyyətinə  çevrilməsinə  nail  olmalıdır.  Yəni 

aşılanmış  hər  bir  hüquqi  bilik  insanların  həyatında,  mövqeyində  fəal  şəkildə  təzahür  etməlidir.  Hüquqi 

düşüncə  insanın  fəal  həyat  mövqeyinə  çevrilməlidir.  Hüquq  tərbiyəsi  vasitəsilə  insanlarda  barışmazlıqla 

yanaşı  mübarizlik,  qanunsuzluğa  qarşı  çıxma,  durğunluğa,  inamsızlığa,  qorxaqlığa,  etinasızlığa,  mütiliyə 

qarşı çıxma kimi hisslər də tərbiyə olunur.  

Hüquq tərbiyəsi həmçinin insanların sosial, hüquqi fəallığını yüksəldir. İnsanların müxtəlif sosial vəziyyətdə 

hüquqları da müxtəlif olur. İnsan inkişaf edib böyüdükcə onun vəzifələri, həyat hadisələrinə münasibətidə dəyişir. 

Məsələn,  kiçik  yaşlarında  insan  qayğı  içində  bəslənir,  sonra  təlim  vəzifələri  icra  edir,  yeniyetmə  və  gənclik 

dövründə həm ailədə həm də ictimayətdə müxtəlif vəzifələr yerinə yetiri, ailə qurur, ata və ya analıq edir, rəsmi 

fəaliyyət göstərir və s.  


Bu dövrələrin hər birində insanlar müxtəlif qanunlara riayət etməlidirlər ki, bu da tərbiyə prosesində 

onlara tədricən aşılanır. 

Hüquq  tərbiyəsində  həm  təlim,  həm  də  tərbiyənin  bütün  prinsipləri  fəaliyyət  göstərir.  Çünki  bu 

prosesdə həm hüquqi gerçəkliklər dər edtdirilir, həm də ona münasibət formalaşdırılır. 

Hüquq tərbiyəsində həmçinin həm təlim, həm də tərbiyə üsullarından istifadə edilir.  

Qeyd etdik ki, hüquq tərbiyəsi sistemli və məqsədyönlü şəkildə təlim-tərbiyə müəssisələrində aparılır.  

Bundan  başqa  hüquq  tərbiyəsi  sinifdən  və  məktəbdən  kanar  tərbiyə,    mədəniyyət  istehsalat,  dövlət, 

səhiyyə  müəssisələrində,  idman  kompleksləri  və  digər  kollektivlərdə,  birliklərdə  aparılır.  Sinifdənkanar 

tədbirlərdə  və  digər  müəssisələrdə  aparılan  hüquq  tərbiyəsi  sistemli təhsil  müəssisələrində  aparılan  hüquq 

tərbiyəsi  işini  davam  etdirir  və  tamamlayır.  İnsanlar  kollektivdə  formalaşır  və  onların  yaradıcılıq 

qabiliyyətləri,  həyata, insanlara münasibəti formalaşır, möhkəmləndirilir, inkişaf etdirilir. Məktəbdənkanar 

tədbirlərdə  həm  yeniyetmə  gənclər,  həm  də  yaşlı  adamlar  cinayətlərdən  çəkindirilir,  ictimai  təhlükəli 

əməllərin  qarşısı  alınır.  Bu  zaman  tərbiyə  olunanlarda  həm  də  hüquqi  mədəniyyətin  də  formalaşdırılması 

vacibdir.  Məktəbdənkanar  tərbiyə  müəssisələri  mədəniyyət  və  digər  müəssislərində  aparılan  tərbiyə  işləri 

digər tərbiyə işi ilə əlaqəli kompleks şəklində aparılmalıdır. Əxlaq tərbiyəsi ilə hüquq tərbiyəsinin qarşılıqlı 

əlaqədə  aparılmasının  daha  geniş  tərbiyəvi  imkanları  mövcuddur.  Beləki,  istər  əxlaq,  istərsə  də  hüquq 

cəmiyyətin müəyyən etdiyi normalardır. Hər ikisi ictimai şüur formasıdır. Əlaqəli formalaşdırma prosesində 

insanlar  dərk  edirlər  ki,  hüquq  normalarını  inzibati  dövlət  orqanları  yaradır  və  həmin  orqanlar  da  onu 

müdafiə edir. Əxlaq isə insanların uzun illər boyu yaratdıqları xeyr, şər, ədalətli-ədalətsiz və s.  münasibətlər 

sistemidir. Onu insanlar yaratmış, ictimai rəy də qoruyur. Lakin bunlar bir-birilə əlaqədardır, biri digərini 

mövcudluğunu təmin edir, biri, gicərini qoruyur.  

Məktəbdənkanar  və  mədəniyyət  müəssisələrində  hüquq  tərbiyəsinin  aşağıdakı  üsulları  və  formaları 

mövcuddur; 

A) Şifahi, sözlü; 

B) Təcrübi; 

C) Əyani. 

Şifahi formaya mühazirə, məruzə, oxucu konfransları, disputlar,  görüşlər, tematik gecələr və s. aiddir. 

Təcrübi formaya ekskursiyalar, milisin gənc dostları klubları, hüquqa dair kitab sərgiləri, müharibə və 

əmək qəhrəmanlarının şəxsi əşyaları və s. daxildir. 

Hüquqi tədbirlər prosesində hüquq tərbiyəsi üzrə işin formaları müvəqqəti və daimi olmaqla iki yerə 

bölünür. Müvəqqəti fəaliyyət göstərən formalara mühazirələr, söhbətlər, məruzələr, görüşlər, sual-cavab və 

tematik  gecələr,  şifahi  jurnallar,  disput  və  olimpiadalar,  bədii  və  sənədli  filmlərə  baxış,  məhkəmə 

iclaslarında iştirak və s. daxildir. 

Daimi fəaliyyət göstərən formalara isə «Xalq universitetləri»,  «hüquq fakültələri»  və ya lektoriyaları, 

«Gənc  hüquqşünas»,    «16  yaşlılar  klubu»,  «Qılınc  və  qalxan»,  «Polisin  gənc  dostları»,  «Gənc  ləpirçilər 

guşəsi» daxildir. 

Mühazirə  və  söhəbətlər  zamanı  dövlət  və  hüquq  haqqında  nəzəriyyələr,  hüquq  normalarının  və 

qanunlarının  demokratik  prinsipləri  izah  olunur.  Mühazirə  və  söhbətlər  kütlələri  hüquqi  cəhətdən 

maarifləndirir, hüquqi şüur və mədəniyyəti yüksəldir, hüquq pozğunluqlarının profilaktikasına şərait yaradır. 

Tematik  və  sual-cavab  gecələri  müəyyən  hüquqi  bir  problemə  həsr  olunur.  Tematik  gecələr  «Sənin 

vətəndaşlıq  borcun»,  «Cəmiyyətdə  hüquq  və  əxlaq»,  «Qanun  və  yeniyetmə»,  «Hüquqi  borc»,  «Hüquqi 

barışmazlıq» və s. mövzularına həsr edilə bilər. 

Sual-cavab  gecələrində  iştirakçılar  hüquq  normaları  və  qaydaları,  ayrı-ayrı  cəmiyyətdə  hökm  sürən 

qanunçuluq,  vətəndaşların  hüquqi  azadlıqları,  ailə  və  nikah  məsələləri  ilə  əlaqədar  onları  maraqlandıran 

suallara cavab alırlar. 

Görüşlər  insanlarda  hüquqi  mühafizəyə  maraq  oyadır,  onları  hüquq  işçiləri  ilə  yaxınlaşdırır,  inzibati 

işçilərə qarşı olan qorxu xofunu aradan qaldırır; hüquq işçiləri bu görüşlər zamanı hər müəssisənin rejimi, 

prinsipləri, intizamları ilə tanış olur, lazımi məsləhətlər verirlər. 

Şifahi  jurnallar  – 4-6 səhifədən ibarət xüsusiburaxılışdır, onun hər nömrəsi bir adla çıxır, hər səhifə 

mövzuya uyğun yarımbaşlıqlara bölünür. Şifahi jurnallar tərbiyəçi və təlimatçının rəhbərliyi altında inzibati 

orqan işçilərinin müəssisə fəallarının, əmək və müharibə veteranlarının köməyilə hazırlanır və təbliğ edilir. 

Məhkəmə  iclasına  baxış  həddi-buluğa  çatmış  yeniyetmələrlə  gənclərlə,  əvvəlcədən  xalq  hakimi  ilə 

razılaşdırılaraq aparılır,  il boyu  2-3  məhkəmə  prosesində  iştirak  edilə  bilinər.  İclasdan  sonra hakim  və  ya 

tərbiyəçi hadisənin baş vermə səbəbi, qanun və cəza haqqında əlavə dəqiqləşdirici məlumatlar verirlər. 

Hüquq  bilikləri  olimpiadaları  yeniyetmə  və  gənclərin  hüquqi  bilik  səviyyələrini  aşkara  çıxarmaq, 

onlarda hüququ qorumağa maraq yaratmaq məqsədi nə xidmət edir. Həmin olimpiadalar müsabiqə şəklində 

aparılır. Hüquq tərbiyəsi üzrə daimi iş forması kimi «Polisin gənc dostları» dərnəyini göstərmək olar. 


«Polisin gənc dostları» (PGC) dəstələri yeniyetmələrin cinayət xarakterli əməllərinin qarşısını almaqda, 

onların qanun keşiyində durmalarında, qanunun pozulması hallarına qarşı çıxmaqda əhəmiyyətli yer tutan 

vasitədir.  Bu  dəstə  əsasən  yeniyetmə,  gənc  və  nisbətən  yaşlı  işçilərdən  ibarət  olur,  onların  işinə  polislər 

nəzarət edir. 

16 yaşlılar klubu – 16 yaşına, yəni vətəndaşlıq hüququna çatmış yeniyetmələri əhatə edir. Klub əsasən 

aşağıdakı bölmələr üzrə fəaliyyət göstərir: 

1.

 

Yeniyetmələri əməyə, ali məktəb həyatına hazırlayan bölmə. 



2.

 

Yeniyetmələri əsgəri xidmətə hazırlayan bölmə. 



3.

 

Yeniyetmələri ailə həyatına hazırlayan  bölmə. 



Bu klub mədəniyyət müəssisələrində, evlər idarəsində, polis şöbələrində təşkil edilir.  

Bu bölmələrdə fəaliyyət göstərən yeniyetmələr öz hüquq və vəzifələrini dərk edir, düzgün peşə seçir, 

ailə, vətən, valideyn qarşısında vəzifəsini başa düşür. 

Gənc  hüquqşünaslar  klubu  həm  orta  ümumtəhsil  məktəblərində,  həm  xalq  məhkəmələri  nəzdində, 

mədəniyyət müəssisələrində təşkil edilir. Klubda məşğələləri xalq hakimləri aparırlar. Gənc hüquqşünaslar 

klubu hüquqşünaslarla prokurorluq, xalq məhkəməsi, daxili işlər şöbəsinin əməkdaşları və alimlərlə görüşlər 

təşkil  edir,  «Gənc  hüquqşünas»,  «Qılınc  və  qalxan»,  «Qanun  keşiyində»,  «Qanun  naminə»,  «Nümunəvi 

davranış uğrunda» və s. adla divar qəzeti buraxır, bədii əsərlərin müzakirəsini keçirir, səhnəciklər hazırlayır, 

orta  məktəbin  bütün  siniflərində  bilavasitə  onların  hüquq  tərbiyəsinə,  məktəbdə,  küçədə,  ictimai  yerlərdə, 

ailədə nümunəvi davranışa xidmət edən söhbətlər aparırlar. 

Yeniyetmə və gənclərin hüquq tərbiyəsində həmçinin teatr, kino, kütləvi informasiya vasitələrinin də 

əhəmiyyətli rolu mövcuddur. 



Hüquq  tərbiyəsinə  pedaqoji  rəhbərlik.  İstər  məktəbdə,  istərsə  də  məktəbdənkanar  tərbiyə 

müəssisələrində  hüquq  tərbiyəsinə  rəhbərlik  kompleks  şəkildə  həyata  keçirilir.  Məktəb  direktoru  təlim-

tərbiyə  üzrə  direktor  müavini,  sinifdənxaric  və  məktəbdənkanar  tədbirlər  üzrə  təşkilatçı,  sinif  rəhbərləri, 

ayrı-ayrı  müəllimlər,  təşkilatçı  cəmiyyətdə  məsul  şəxslər,  mədəniyyət  müəssisələrində  dərnək  rəhbərləri, 

metodistlər, yeniyetmələrlə iş üzrə polis işçiləri, hüquq tərbiyəsi ilə məşğul olan bütün şəxslər həmin iş üzrə 

pedaqoji rəhbər hesab oluna bilərlər. Məsələn, məktəbdə şagird təşkilatı komitəsi inzibati orqan işçiləri ilə 

birlikdə hərəkətin gənc inspektoru dəstəsinin fəaliyyətinə rəhbərlik edir. 

Tərbiyə işləri üzrə təşkilatçı bütün sinifdənkanar və məktəbdənxaric işlərə rəhbərlik edir. 

Məktəbdəki  bütün  təlim-tərbiyə  işləri  kimi  hüquq  tərbiyəsinə  də  əsasən  məktəb  direktoru  rəhbərlik 

edir. Direktor pedaqoji kollektivin bilavasitə rəhbəri, təlim-tərbiyə işinin təşkilatçısıdır. 

Direktor  məktəbdə  təşkil  edilmiş  bütün  dəstə  və  klubların  işinə  rəhbərlik  edir,  onların  komandir  və 

başçılarının hesabatını dinləyir, keçirəcəkləri tədbirlərə razılıq verir. 

Məktəbdən  kənar  tərbiyə  müəssisələri,  mədəniyyət  müəssisələrində  aparılan  hüquq  tərbiyəsi  işi 

tərbiyəçi və ya dərnək rəhbərindən pedaqoji ustalıq tələb edir. Bu sahədə iş zamanı dərnək rəhbəri, təlimatçı, 

müxtəlif  hüquqi  tədbirlərin  təşkili  zamanı  iştirakçıların  marağı,  yaş  xüsusiyyətləri,  intellektual  və  sosial 

səviyyəsini, dünyagörüşü və s. nəzərə almalıdır. O, bu zaman tərbiyə olunanın bütün imkanlarından səmərəli 

şəkildə istifadə etməyi bacarmalıdır.  

 Müstəqil iş üçün sual və tapşırıqlar: 

1. Məktəb daxili hüquq tədbirləri. 

2. Mədəniyyət və incəsənət  müəssisələrində aparılan hüquqi işlər və    

     tədbirlər. 

3. Mədəniyyət və  incəsənət işçisinin hüquqi tərbiyəsində rolu. 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

TƏRBİYƏ  PROSESİNİN  MAHİYYƏTİ 

 

Cəmiyyətin  qarşıya  qoyduğu  şəxsiyyət  modelinə  uyğun  olaraq  böyüməkdə  olan  nəslin 



formalaşdırılmasına mütəşəkkil, məqsədyönlü rəhbərlik tərbiyə prosesi adlanır. Bu tərbiyəyə verilən ümumi 

tərifdir. Konkret olaraq isə tərbiyə olunanda həyata düzgün münasibət formalaşdırmaq, çəmiyyətin müəyyən 

etdiyi əxlaq normaları və davranış qaydalarına yiyələndirmə işi tərbiyə adlanır. 

Bu prosesdə böyüyən nəsl cəmiyyət üçün faydalı, yüksək  mənəvi potensiala malik, əməyə  meylli və 

əmək qabiliyyətli ideyaca mətin, estetik görüşlərə malik və fiziki cəhətdən sağlam insanlar formalaşdırılır. 

Ümumiyyətlə,  tərbiyə  vasitəsilə  şəxsiyyət  sosiallaşır,  həyata,  cəmiyyətə  maksimum  ictimai-fayda 

verəcəyi sahəyə hazırlanır, sistemli tərbiyə vasitəsilə formalaşan insan həyatda müstəqil şəkildə özünü təmin 

edə bilir. Tərbiyə prosesi ictimai münasibətlər təcrübəsi əsasında böyüyən insanların fəaliyyətinin düzgün  

istiqamətləri  müəyyənləşdirilir.  Beləliklə  də  tərbiyə  olunanlarda  əməyə,  biliklərə,  təlimə,  ümumiyyətlə 

fəaliyyətə  çoxcəhətli  münasibət  yaranır.  Bu  isə  obyektiv  ictimai  münasibətlərin  şəxsi  münasibətlərə 

çevrilməsi, insanların ictimai münasibətlərin şüurlu dərk etməsi deməkdir. Obyektiv ictimai  münasibətlərin 

şüurlu  dərk  olunması  nəticəsində  obyektiv  tələb,  insanın  şəxsi  tələblərinə,  tərbiyə  motivlərinə,  tərbiyənin 

hərəkətverici qüvvələrinə çevrilir. Deməli, tərbiyə insanlarda konkret münasibətlər formalaşdırır. Münasibət 

kateqoriyası isə bir sıra ictimai elmlər tərəfindən tədqiq edilir. Məsələn, fəlsəfi kateqoriya kimi münasibət 

subyektin obyektlə əlaqəsinin dialektikasını ifadə edir. Etik kateqoriya kimi münasibətlər adamlar arasında 

əxlaqi etik əlaqələr halında - xeyir, şər, ədalətlilik mövqeli qiymətlər kimi göstərir. Psixoloji kateqoriya kimi 

münasibətlər şəxsiyyətin ən ümumi mövqeyitək izah olunur. 

Pedaqoqika  isə  münasibətlərin  bu  ümumi  mövqeyini  müxtəlif  fəaliyyət  formalarında  adamların 

qarşılıqlı əlaqələrində təzahürü kimi nəzərdən keçirir.  

Şəxsiyət formalaşmasında əhəmiyyətli yeri mənəvi münasibətlər tutur, bu münasibətlər insan həyat və 

fəaliyyətinin  müxtəlif  sahələrinə  nüfuz  edir,  onun  şəxsi  simasına,  adamlarla  əlaqəsinə,  onun  özünü 

qiymətləndirməsinə təsir göstərir. 

Həmçinin  tərbiyə  prosesi özünütərbiyənin  meydana  çıxmasına səbəb  olur,  özünütərbiyə  isə  ona  görə 

şəxsiyyətin formalaşmasına böyük təsir göstərir ki, tərbiyə olunan şəxsin özü tərbiyə funksiyasının daşıyıcısı 

olur. O tərbiyə prosesi səmərəli hesab edilir ki, nəticə etibarilə özünətərbiyəyə çevrilsin, tərbiyə məqsədləri 

insanların şəxsi məqsədləri kimi həyata keçirsin. 

Hər  bir  proses  özündə  müəyyən  nəticənin  əldə  edilməsi  üçün  qanunauyğun  və  məqsədyönlü 

fəaliyyətləri  birləşdirir. Tərbiyə  prosesinin  əsas  nəticəsi isə  hərtərfli  inkişaf  etmiş,  cəmiyyətin  tələbləri  ilə 

uyğunlaşan insanlar formalaşdırmaqdan ibarətdir. Bu isə ikitərəfli fəal prosesdir. Burada tərbiyəçinin fəallığı 

üstünlük  təşkil  edir.  Belə  ki,  tərbiyə  işinin  məzmunu  mahiyyəti,  üsulları,  vasitələri,  formalarını  və  s. 

tərbiyəçi  müəyyən  edir,  tərbiyə  olunanın  fəaliyyətini  düzgün  istiqamətə  yönəldir,  onların  diqqətini 

cəmiyyətdə  zəruri  olan tərbiyə  problemlərinə  cəlb  edir.  Şəxsiyyətirn formalaşdırılması  prosesi isə  bir  sıra 

xüsusiyyətlərə malikdir.  

Əvvəla şəxsiyyət bütövlükdə, bir tamlıq kimi  formalaşır. İnsanın müxtəlif xarakterli keyfiyyətlri bir-

birilə qarşılıqlı əlaqədədir, biri digərinin mövcudluğunu təmin edir, biri-digərinin meydana çıxmasına, yeni 

keyfiyyətlər formalaşdırılmasına səbəb olur. Bu qarşılıqlı vəhdətdə olan keyfiyyətlər isə fəaliyyət prosesində 

insanın xarakter əlamətləri kimi təzahür edir. Tərbiyə olunanın yaşından, inkişaf səviyyəsindən asılı olaraq 

onun  məzmunu  da  dəyişir,  yeni  keyfiyyətlər  alır.  Bu  isə  öz  əksini  müvafiq  tərbiyə,  təlim,  incəsənət  və 

mədəniyyət,  mədəni-fəaliyyət  müəssisələrinin  tərbiyə  proqramlarında  tapır.  Ona  görə  də  mədəni  fəaliyyət 

müəssisələrinin  tərbiyə  proqramları  təhsil  müəssisələrinin  tərbiyə  proqramlarından  fərqlənir.  Belə  ki,  bu 

müəssisələrdə insanlar maraqlarına görə birləşən və əsasən, sistemli təhsil almış şəxslərdir. Bu şəxsləri isə  

artıq dövrün aktual tərbiyə problemləri maraqlandırır birləşdirir. 

Tərbiyə işi və onun komponentləri arasında əlaqə o dərəcədə möhkəmdir ki, tərbiyə komponentlərinin 

birində  baş  verən  dəyişiklik  mütləq    başqalarına  da  təsir  edir.  Belə  ki,  bu  sistemdə  hər  bir  tərbiyə 

komponenti  şəxsiyyət  formalaşdaırılması  işinin  digərləri  ilə  əlaqədə  olan  zəruri  həlqəsini,  tərəfini, 

mərhələsini təşkil edir. Ona görə də baş verən hər dəyişiklik digərlərinə  də təsir edir.  

Tərbiyəyə hərtərəfli və kompleks yanaşma prinsipi tərbiyələndirmə fəaliyyətində də belə hərtərəfli təsir 

edən pedaqoji sistemin, pedaqoji yanaşmanın yaradılmasını tələb edir. Bu tərbiyə sistemi şəxsiyyətin əqli, 

fiziki, əxlaqi, estetik, ideya siyasi, hüququ və s. cəhətlərdən formalaşmasının kompleks şəkildə aparılmasını 

özündə  birləşdirməlidir.  Bu  sistem  həmçinin  insanları  əhatə  edən  mühitə,  ətrafdakılara  ictimai,  sosial 

münasibət formalaşdarılmalıdır. 

Tərbiyə  prosesi  göründüyü  kimi  təbiət  etibarilə  hərtərəflidir.  Bu  isə    tərbiyə  təsirlərinin  müxtəlif  və 

çoxcəhətliliyindən    irəli  gəlir.  Belə  ki,  tərbiyə  prosesində  tərbiyəçi  ilə  yanaşı    ətrafdakıların    mütamadi, 


çoxcəhətli  təsirləri  mövçud olur. Bu  təsirlər  insanın ömrünün axırına qədər davam edir. İnsana hamı, hər 

şey  valideyn,  tərbiyəçi,  təbiət  -  çanlı  və  çansız  təbiət  -  istehsalat,  istehsal  münasibətləri,  onu  əhatə  edən 

mikro mühit və s. təsir edir. Bu müxtəlif forma və məzmunlu tərbiyə təsirləri insan anadan olandan ömrünün 

sonuna qədər zddiyyətli və uzun müddətdə  davam edir. Tərbiyənin təsiri insanlarda müxtəlif şəkildə  olur 

və təzahür edir. Buna səbəb tərbiyə  təsirlərinin müxtəlifliyi ilə bərabər həm də tərbiyə olunanların özləri 

müxtəlifliyidir. Tərbiyəçilər müxtəlif fərdi-psixoloji xüsusiyyətlərə, inkişafa malik insanlara tərbiyəvi təsir  

göstərirlər.  Bu    tərbiyəvi  təsirləri,  tələbləri  hər  kəs  öz  fərdi  münasibətləri,  inkişaf  səviyyələri  baxımından 

qəbul edir. Ona görə də  eyni  tərbiyəvi təsir eyni yaşlı insanlarda müxtəlif şəkildə təzahür edir. 

Təlim  və  tərbiyə  şəxsiyyət  formalaşdırılması  prosesinin    dialektik    vəhdət  təşkil  edən  iki  qütbüdür. 

Həm tərbiyə həm də təlim şəxsiyyətin həyata  hazırlanmasına  xidmət edir. Lakin, bunlar xüsusi predmetə və 

anlayışlara  malik  ayrı-ayrı  pedaqoji    proseslərdir.  Məsələn,  təlim  böyüyən  nəsldə  bilik,  bacarıq,  vərdiş 

formalaşdırmaqla  obyektiv  aləm  hadisələrini  dərk  etdirir.  Tərbiyə  prosesində  isə    əqidə,  rəftar,  adətlər 

yaratmaqla  cəmiyyətin  müəyyən    etdiyi  əxlaq  normaları,  davranış  qaydaları  mənimsədilir  ki,  bunun 

nəticəsində də insanlar da  onu əhatə edən hər  şeyə münasibət formalaşır. Təlimin  bilik, bacarıq, vərdiş 

kimi  anlayışları mövcuddur. Tərbtyənin əqidə, rəftar, adət kimi anlayışları vardır. Bu anlayışlar mexanizm 

etibarilə  uyğun  və  oxşardırlar.  Bilik-təbiət  və  cəmiyyətin  obyektiv  inkişaf    qanunları  haqqında  insanların 

şüurunda möhkəmləndirilmiş elmi məlumatlardır. 

Əqidə-əxlaq qaydaları, normaları sistemi və buna  riayət etmənin  zəruriliyi haqqında insanların həm 

şüurunda həm də fəaliyyətində möhkəmləndirilmiş  məlumatlar sistemidir. Bacarıqlar biliklərin tətbiq edilə 

bilmnməsidir. Rəftar mənimsənilmiş əxlaq normalarını icra etməkdir. Vərdiş avtomatlaşmış bacarıqdır. Adət 

avtomatlaşdırılmış rəftardır. 

Bunlar arasında  fərq ondan ibarətdir ki, bilik , bacarıq və vərdişlər  maddi aləmin dərk  edilməsi ilə , 

rəftar, adət və əqidə anlayışları isə həyata münasibətlər  formalaşdırmaqla bağlıdır.  

Bəzən, vərdiş və adət  anlayışını qarışdırırlar. Bunların fərqli cəhəti ondan ibarətdir ki, adətlər həmişə 

adamı adət olunmuş fəaliyyətə təhrik edir, həmin iş  görülməyəndə adam özünü narahat hiss edir. Vərdişlər 

icra edilmədikdə isə heç bir  narahatlıq  yaranmır.               

Öyrənmə  qanınlarını  təlim  nəzəriyyəsi,  tərbiyə  qanunlarını  tərbiyəşünaslıq  uzə  çıxarır.  Tərbiyə  ilə 

təlimin tədqiqat  metodları  da müxtəlifdir. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin