Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci il tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix02.03.2017
ölçüsü1,28 Mb.
#10040
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏXLAQ  TƏRBİYƏSİ 

 

Əxlaq  tərbiyəsi    hərtərəfli    şəxsiyyət  formalaşdırılması  işinin    mühüm  tərkib  hissələrindən  biridir. 

İnsanda    əxlaqi  keyfiyyətlərin  formalaşması  və  təkmilləşməsi  həyatı  boyunca  ictimai–iqtisadi  tələblərdən 

asılı olaraq, əmək və başqa insanlarla ünsiyyət prosesində ömrünün sonuna qədər davam edir. Bu prosesə 

həmçinin insanın özünün həyat movqeyi, cəmiyyətə münasibəti, hərəkət və  rəftarları da təsir edir.  Əxlaq 

tərbiyəsi  tərbiyəcinin  böyüyən  nəsilə,  tərbiyə  olunanlara  asılanacaq  zəruri  əxlaqi    keyfiyyətlərin   

məqsədyönlü  və  mütəşəkkil    aparılması,  əxlaqi    hisslərin    münasibətlərin  yaradılması,  davranışların 

formalaşdırılması prosesini əhatə edir. 

İnsanın  əxlaqi  keyfiyyətləri,  onun  daxili    aləminin  təzahürü  kimi    meydana  çıxan  davranışların 

formalaşması  ömrünün  sonuna  kimi  davam  edir.  İnsan  əxlaqi  keyfiyyətləri  ilə  birlikdə  hazır  şəkildə  

doğulmur. Onda  formalaşan insanpərvərlik, düzlük, doğruçuluq,  pislik, tənbəllik, əmək sevərlik kimi başqa  

keyfiyyətlər ona  təsir edən  kortəbii və şüurlu  tərbiyəvi təsirlərin,  cəmiyyətin  göstərdiyi təsirin nəticəsi 

kimi  meydana çıxır. İnsanların əxlaqi keyfiyyətləri təhlil  edilərkən  «əxlaqlı»,  «yüksək  etikalı»,  «mədəni  

əxlaqlı»,  «əxlaqsız» kimi  anlayışlardan istifadə edilir. 

 Əxlaq tərbiyəsi baza kimi «etikaya» istinad edir.  

Əxlaq insanlar arasında  yaranmış təcrübi etik qaydalar, normalar, yaxşı – pis, ədalətli – ədalətsiz, xeyir 

– şər və s. kimi normalar sistemi haqqında elmidir. Əxlaqı fəlsəfənin tərkib hissələrindən biri olan «Etika»  

tədqiq edir.  

İctimai şüurun digər formaları kimi əxlaq da cəmiyyətin inkişafı ilə əlaqədər olaraq dəyişir. Hçəmçinin 

əxlaq  əsrdən-əsrə,  xalqdan–xalqa  keçdikcə  dəyişir,  bəzən  ziddiyyətli  şəkil  alır.  Əxlaq  tarixi  və  ictimai 

xarakter  daşıyır.  Belə  ki,  eyni    tarixi  dövrdə  eyni  əxlaqi  keyfiyyət  cəmiyyətin  tələbindən  asılı  olaraq 

müxtəlif mövqedən çıxış edə, müxtəlif  mənada işlədilə bilrər.  

Əxlaq  hər  zaman  mövcud  ictimai  münasibətlərdən  asılı  olub,  bu  münasibətləri  müxtəlif  şəkildə  əks 

etdirir.  Ona  görə  də  hər  bir  cəmiyyətin  özünün  istehsal    münasibətlərini  əks  etdirən  əxlaq    normaları, 

davranış  qaydaları  mövcüd  olmuşdur  və  mövcuddur.  Bu  qaydalar    insanlar  arasındakı  müxtəlif  

münasibətləri, əxlaqi qiymətləri özündə  birləşdirir. Hər bir cəmiyyət üzvünün hərəkət və  davranışları bu 

tələblər və qaydalara uyğun şəkildə qurulur. Məhz əxlaq tərbiyəsi  vasitəsilə  insanların şüuruna yeridilir ki,  

hər  insan bu tələblər, normalar əsasında hərəkət etməyə  məcburdur. Tərbiyə vasitəsilə cəmiyyətdəki əxlaq 

normaları insanların  adətinə cevrilir, şüuruna  yeridilir. Bu prosesdə müxtəlif tərbiyə müəssisələri müxtəlif 

şəkildə iştirak edir. Mədəniyyət  müəssisələrində bu proses tək-tək  nümunələr əsasında, həyati həqiqətlərlə 

müsbət  və  mənfi  hərəkətlərin  nətijələri  müqayisəli  şəkildə  təhlil  edilərək  verilir.  İnsanlar    əxlaqi  və  qeyri 

əxlaqi hərəkətlərin nəticələrinin bilavasitə şahidi olurlar ki, bu da  onlara daha şüurlu dərk etməyə və düzgün 

əxlaqi nəticə  çıxarmağa imkan verir. Tərbiyənin bu şəkildə qurulması baş verə  biləcək əxlaqi  nöqsanları 

aradan  qaldırır.  

Əxlaq  tərbiyəsi  tərbiyəçinin  rəhbərliyi  ilə  böyüyən  nəsldə,  ümumiyyətlə    insanlarda  cəmiyyətin 

müəyyən etdiyi  əxlaq normaları və  davranış  qaydaları  formalaşdırmaqla  cəmiyyət üçün yaralı, öz hərəkət 

və  münasibətlərini  şüurlu    sürətdə  idarə  edən  şəxsiyyətlər    formalaşdırma  prosesidir.  Onun  məqsədi 

cəmiyyətin    əxlaqi–ictimai  tələblərinə  javab  verən  insanlar,  vətəndaşlar    yetirməkdən  ibarətdir.  Əxlaq 

tərbiyəsi düzgün əxlaqi anlayışlar yaratmaq, bu anlayışlara müvafiq adətlər, rəftarlar formalaşdırmaq kimi 

vəzifələri  yerinə  yetirir.  Əxlaqi  anlayışlar  aşılanacaq  əxlaqi  hərəkətlərin,  qaydaların  mənası,  mahiyyəti 

haqqında biliklər, məlumatlardır. Hər kəs icra etdiyi hərəkətin mənasını düzgün dərk etməsə onun hərəkət və 

davranışları da şüurlu olmaz. Müşahidələr və  aparılan tədqiqatlar  göstərmişdir ki, əxlaqı nöqsana səbəb çox 

vaxt  onun  mahiyyəti  haqqında  düzgün    məlumatın    olmamasıdır.  Ona  görə  də  əxlaq  tərbiyəvi  tərbiyə 

olunanlarda  əxlaqi  biliklər,  məlumatlar  və  bu  biliklərə  istinad  edən  əxlaqi  şür  formalaşdırmasından 

başlandıqda daha səmərəli nəticə verir. Şüurlu  sürətdə dərk edilmiş əxlaq  norma və qaydaları insanları hər 

zaman və hər  yerdə şüurlu sürətdə hərəkət etməyə məcbur edir. Şüurlu qavranılmış əxlaq insan davranışının  

tənzimləyicisinə çevrilir. Formalaşmış düzgün əxlaqi istiqamətlər insana həm  özünü həm də başqalarının 

hərəkətlərini, davranışını təhlil edərək obyektiv  qiymət vermə imkanı yaradır.  Düzgün  əxlaqi münasibətlər 

insanlara müxtəlif situasiya və  vəziyyətlərdə  vicdanla, etik normalara uyğun şüurlu seçim imkanı verir. 

Əxlaqi ideal əxlaqın şüurluluğunun xüsusi forması vacib tərkib hissəsi kimi təzahür edir.  

İdeal hər kəsin arzu etdiyi əxlaqi keyfiyyətlərə malik insan  obrazlarıdır. Daha  doğrusu şəxsin  özünün 

olmaq  istədiyi insan  nümunəsidir. Yəni hər adam  idealında gördüyü  müsbət əxlaqi keyfəyyətləri özündə 

də yaratmağa, formalaşdırmağa çılışır.  Əxlaqi anlayışlar  aşılanması tərbiyənin ilk mərhələsindən başlanır, 

müxtəlif    fəaliyyət    sahələrində  davam    etdirilir.  Belə  ki,  sistemli    təlim  və  tərbiyə    müəssisələrində 

çəmiyyətdə  mövcud  ümumi  əxlaq  normaları  və  onlara    riayət  etmənin  zərurliyi    aşılanır,  izah    edilir. 

Müxtəlif fəaliyyət sahələrində isə həmin fəaliyyət üçün zəruri olan əxlaqi  keyfiyyətlər, hərəkətlər haqqında 



anlayışlar  yaradılır.  Məsələn  istehsal  əxlaqı,  pedaqoqa  verilən  (həm  orta  həm  də  ali  məktəb  pedaqoqları) 

əxlaqi tələblər, tələbələrə verilən əxlaqi tələblər, diplomatiya əxlaqi, biznes əxlaqı, mədəni fəaliyyət əxlaqı 

və s. Bunlar isə müvafiq təhsil və fəaliyyət  müəssisələrində köməkçi tərbiyəvi fəaliyyət vasitəsilə həyata 

keçirilir.  Məsələn  istehsalat  əxlaqı  istehsalat  müəssisələrindəki  mədəniyyət  müəssisələrində    keçirilən 

tərbiyə tədbirləri (əxlaqi söhbət, disput, ədəbi –bədii gecələr və s.) vasitəsilə  çatdırılır və s.  

Verilmiş  əxlaqi anlayışların insanlarda adətə çevrilməsi də  anlayışlar kimi zəruri və vacibdir. Əxlaqi 

adətlər  yaradılmasa  mənimsənilmiş,  dərk  edilmiş  anlayışlar  boş  və  əhəmiyyətsiz    söhbətə  çevrilər.  Təlim 

tərbiyə müəssisələrində anlayışların adətlərə dəfələrlə, məcburən təkrar etdirilən təmrinlərlə çevrilir. Bu isə 

nəticə etibarilə anlayışların insanların şəxsi əxlaqi keyfəyyətinə, xarakterinə, rəftarına çevrilməsi deməkdir. 

İstehsal, əxlaqı, ümumiyyətlə fəaliyyətin tələb etdiyi əxlaqi adətlər isə insanların müstəqil şüurlu fəaliyyəti 

zamanı özünətərbiyənin köməyi ilə həyata keçirilir. Bu prosesdə tərbiyənin  stimul və motivi də həll edici 

rol  oynayır.  Birinci  halda  insanlarda  əxlaqın    formalaşdırılması  təlim–tərbiyə  müəssisələrinin  vəzifəsi 

olduğu  halda  II  vəziyyətdə  bu  insanın  şəxsən  özünün  məcburi  həyati  vəzifəsinə,  borcuna  çevrilir.  Birinci 

halda  tərbiyə  olunanın  hərəkət  və  davranışına  təlim    müəssisəsi  və  tərbiyəçi  cavabdeh  olduğu  halda,  II 

vəziyyətdə hər kəs özüdür. I halda əxlaqi  nöqsanda, müəyyən mənada, tərbiyəçi də  məsuliyyət  daşıyırsa, II 

vəziyyətdə şəxsiyyət özü öz qeyri əxlaqi hərəkəti üçün  məsuliyyət daşıyır. 



Əxlaq tərbiyəsinin məzmunu.  

Əxlaq tərbiyəsinin məzmununa ümumbəşəri dəyərlərlə yanaşı cəmiyyətdə mövcud olan birgə yaşayış 

qaydaları, yeni sosial və məişət münasibətləri də  daxildir. Əxlaq ictimai şüur forması olduğuna görə onun 

məzmunu  da  cəmiyyətlə  bərabər  dəyişir,  hər  cəmiyyət  özünün  iqtisadi-ictimai  tələblərinə  uyğun  əxlaq 

normaları,  qaydaları  müəyyən  edir.  Bu  qaydalar  bütün  cəmiyyət  üzvləri  üçün  zəruri-məcburi,  hamı  üçün 

məqbul hesab edilən qaydalardır. Bu norma və qaydaların əksi, ona zidd hərəkətlər isə cəmiyyət üçün qeyri-

məqbul, hərəkətlər hesab olunub nə cəmiyyət, nə də ki, digər cəmiyyət üzvləri tərəfindən qəbul edilmir. 

Əxlaq  tərbiyəsinin  məzmununa  vətənpərvərlik,  dostluq  və  yoldaşlıq,  qarşılıqlı  yardım, 

beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik tövazökarlıq 

insanlara humanist münasibət, onu əhatə edən  mühitə – təbiətə qayğılı münasibət və s. daxildir.  

Vətənpərvərlik  –  öz  doğma  vətəninə,  ölkəsinə,  diyarına  məhəbbət,  onun  düşmənlərinə  qarşı 

barışmazlıq ifadə olunan əxlaqı keyfiyyətlərdir. Bu aparıcı əxlaqi keyfiyyət olub digər əxlaqi keyfiyyətlərin 

əsasını qoyur. Belə ki hər bir  müsbət əxlaqi keyfiyyətin əsasını öz millətinə, vətəninə, xalqına, doğma, kiçik 

kəndinə  məhəbbət  təşkil  edir.  Bütün  müsbət  keyfiyyətləri  insanlara,  vətəninə  olan  müsbət  münasibətlər 

stimullaşdırır.  Vətənpərvərlik  tarixi  anlayışdır.  Xalqın,  insanların  vətənpərliyinin  əsasını  onların  yaşadığı, 

fəaliyyət göstərdiyi vətənə, onları qoruyan, müdafiə edən, maddi vəziyyətini  yaxşılaşdırmağa, fəaliyyətinin 

mədəni  səviyyəsini yüksəltməyə çalışan dövlətə, ictimai quruluşa məhəbbət, müsbət münasibət təşkil edir. 

Vətənpərvərlik  tərbiyəsi  insanın  yaşadığı  mikro  mühitdən,  doğma  ata  yurdunu,  kəndini,  gücə  və 

şəhərini  sevməkdən  başlayır.  Bu  məhəbbət  böyük  vətənə,  onu  qoruyan  dövlətə  yaradılacaq  məhəbbətin  

əsasını təşkil edir.  

Milli  vətənpərvərlik  tərbiyəsi    sistemli  təlim    müəssisələrində  təlim  və    dərsdənkənar    tədbirlər 

vasitəsilə  həyata    keçirilir.  Məsələn  tarix  dərslərindən  xalqın    keçdiyi  şərəfli  tarixi  yolu,  müharibələrdə 

qələbə və məğlubiyyətini, onların səbəblərini və s.  öyrənərkən  öyrənənlərdə doğma vətənlərinə məhəbbət, 

onun  suverenliyi, müstəqilliyi üğründa mübarizlik, düşmənlərinə qarşı nifrət, milli sayıqlıq hissləri tərbiyə 

olunur.  Kimya, biologiya, coğrafiya dərslərində ölkənin malik olduğu  təbii sərvətləri  öyrənməklə onlarda 

milli  iftixar hissi və s.  tərbiyə olunur.  

Sinifdənkənar və məktəbdənkənar tədbirlər isə dövrün aktual  vətənpərvərlik məsələləri, problemlərinə 

həsr olunur.  

Mədəniyyət    müəssisələri  və  müxtəlif    müəssisələr  də  əxlaq  tərbiyəsinin  digər  tərkib    hissələrinə 

nisbətən    vətənpərvərlik    tərbiyəsinə  aid  daha  çox  tədbirlər  keçirilir,  tərbiyə  işləri  aparılır.  Çünki    milli 

vətənpərvərlik  insanların  tərbiyə  münasibətlərinin  əsasını  təşkil  edir.  Şüurlu  fəaliyyət  prosesində  insanlar 

özlərinin  maddi  ehtiyacını  ödəməklə  yanaşı  həmçinin    yaşadığı  ölkənin  dövlətin  də  mənafeyini    müdafiə 

etdiyini dərk edirlər. Məsələn açılan hər bir zavod hər sahibkara mənfəət gətirməklə yanaşı həm də, çoxlu 

sayda  insanların işlə təmin olması, ölkənin  iqtisadi  potensialının  yüksəlməsi deməkdir. Hər bir  işçinin 

şüurlu  fəaliyyəti  həmin  işçinin  maddi  təminatı  ilə  yanaşı  əmək    məhsuldarlığını  artırır,  bu  isə  ölkədə 

istehsalın  inkişafına təkan verir.  Bu münasibətlər isə mədəniyyət müəssisələrində və həmçinin müxtəlif iş 

yerlərində, fəaliyyət sahələrində  aparılan mədəni–tərbiyəvi tədbirlər vasitəsilə, təlim xarakterli  məşğələlər  

vasitəsilə yaradılır. 

Vətənpərvərlik  tərbiyəsinin  əsaslı  qolunu  hərbi-  vətənpərvərlik    tərbiyəsi  təşkil    edir.  Hərbi 

vətənpərvərlik tərbiyəsi vasitəsilə gənclər vətənin  müdafiəsinə hər zaman  hazır olma, onun yolunda ölümə 

belə  getməyə  hazırolma  ruhunda  tərbiyə  olunurlar.  Hərbi  vətəpərvərlik  tərbiyəsi  orta  məktəblərdə  həm 


xüsusi  dərslərdə,  həm  də  idman    oyunlarında,    bu  məqsədlə  keçirilən    sinifdənkənar  tədbirlər    vasitəsilə 

həyata  keçirilir.  Bu  iş  həmçinin  sistemli  və  xüsusi    hazırlıq  kimi  hərbi  –  əsgəri    xidmətlərlə    də  həyata 

keçirilir. Hərbi – əsgəri xidmət zamanı gənclər əməli zəruri döyüş bacarıq və  qabiliyyətlərinə  yiyələnirlər. 

Həm də  onlara vətənin      siyasi  müdafiəsinə aid nəzəri  məlumatlar verilir, müxtəlif  tədbirlər və siyasi 

biliklər vasitəsilə vətənə məhəbbət  formalaşdırılır. 

Hərbi    vətənpərvərlik    tərbiyəsinə  mədəniyyət  müəssisələri,  məktəbdən  kənar  uşaq  tərbiyə  

müəssisələrində də xüsusi yer verilir. Məktəbdən kənar uşaq tərbiyə  müəssisələrində müxtəlif hərbi – idman 

oyunları,  yarışları  vasitəsilə  yeniyetmə  və  gənclərə  həm  əməli  hərbi    vərdişlər,  hərbi    strategiya,  taktika 

öyrədilir,  həm  də    onlarda  bu  oyunlar  prosesində  əzmkarlıq,  prinsipallıq,  siyasi  sayıqlıq,  dözümlülük, 

cəldlik, çeviklik kimi keyfiyyətlər yaradılır və tərbiyə olunur. Bu keyfiyyətlər isə  vətənpərvərlik, vətənin 

müdafiəsi üçün zəruri və vacib əxlaqi  keyfiyyətlərdir.   

Hərbi  vətənpərvərlik  tərbiyəsi sahəsində  mədəniyyət müəssisələrində də xüsusi işlər görülür, tədbirlər 

keçirilir,  fəaliyyət    göstərir.  Belə  ki,  bu    müəssisələrdə    dövrü  olaraq  əhali  arasında  mülki  müdafiə  

tədbirləri, dövrün aktual siyasi  hadisələriinin təhlilinə həsr olunmuş müxtəlif tədbirlər (disput, müzakirələr, 

mühazirələr, vətən  qəhramanları, milli  qəhramanlarla görüş və s.) keçirilir. Bu  tədbirlərin  keçirilməsində 

məqsəd  insanların – vətəndaşların malik olduğu hərbi bilikləri təkrar etdirmək, yeni silah  növləri və ondan 

qorunma üsulları barədə anlayışlar yaratmaq, özünü və  ailəsini  kütləvi, və s. silahlardan müdafiənin yeni 

üsullarını  öyrətməkdən  ibarətdir.  Belə    tədbirlər  vasitəsilə    insanlar    fövqaladə  vəziyyətlərdə  yerinə  

yetirməli  işlər,  səmərəli  və  ağıllı  müdafiə  tədbirləri  ilə  tanış    olurlar.  Bunlar  isə  onlarda  milli  sayıqlıq, 

ictimai  mülkiyyətə  şüurlu  münasibət  və  s.  bu  kimi  zəruri  hərbi  vətənpərvərliyə  aid  keyfiyyətləri  daha  da  

möhkəmləndirir.  

Əməyə  və  əmək    adamlarına  şüurlu  münasibət  də  əxlaq  tərbiyəsində    əsaslı  yer    tutur.    Əmək 

tərbiyəsinin sosial–ictimai tərəfini  insanların əmək  fəaliyyətinin əsasını vətənin xeyrinə şüurla çalışması; 

əməyi birinci və əsaslı yaşayış vasitəsi kimi dərk etməsi; bütün əmək növlərinə məhəbbət və  hörmət, şüurlu 

fəaliyyət  növü  seçmək  və  s.  təşkil  edir.  Əvvəlcə  evdə,  sonra  isə  məktəbdə    müxtəlif  fəaliyyət  növləri  ilə 

məşqul  olan  hər  bir  insan  belə  bir  qənaətə  gəlməlidir  ki,  həyatda  hamı  hər  hansı  bir  əmək  fəaliyyəti  ilə 

məşqul    olmalı,  xalq  təsərrüfatının  bu  və  ya  digər    sahəsində    çalışmalıdır.  Bu  tələb  hər  bir  insan  üçün 

məcburi həyati tələbdir.  

Əməyə  şüurlu  münasibət    tərbiyəsi  dedikdə  hər  kəsin  öz  əmək  fəaliyyətinə  vicdanla  yanaşması,  

doğruculuğu, düzlüyü, işində yaradıcılığı nəzərdə  tutulur.  

İşinə vicdanla yanaşmaq həmçinin hər kəsdən fəaliyyət zamanı ciddi cəhd, dözümlülük, hövsələ  tələb 

edir.  Əməyə  düzgün    münasibətin    ictimai  –  əxlaqi  cəhətini  düzgün      peşə  seçmə    təşkil  edir.  Bu  isə 

insanların əməyə şüurlu münasibəti ilə  bağlıdır. Müasir  xüsusi sahibkarlıq  dövründə əməyə belə  şüurlu 

münasibət, imkan, maraq və  bacarıqdan  asılı olaraq  peşə seçmə  xüsusilə vacibdir. Tərbiyə  olunanların 

diqqəti  özünün  fiziki  və  intelektual  səviyyəsinə  yönəldilməli,  hər  kəs  özünün  malik  olduğu  fiziki  və  əqli 

imkanlarını  obyektiv  qiymətləndirməsi  bacarmalıdır.  Peşə  seçməyə  də  məhz  bu  imkanlar  baxımından 

yanaşılmalıdır.  Hər  kəs  elə  peşə  seçməlidir  ki,  həmin  peşə  ilə  həm  özünə,  həm  də  cəmiyyətə  fayda  verə 

bilsin. Çünki  Sovetlər birliyi dövründə peşə seçmə nisbətən  şablon və marağın nəzərə  alınmaması şəklində 

həyata keçirdi.        

Məsələn  orta    ümumtəhsil  məktəblərini    bitirən  hər  kəs    mütləq  ali  məktəbə  daxil  olmalı  idi.  Bu  

münasibətə ictimai rəy çox güclü idi. Ona görə də orta məktəbi bitirən hər bir gənc mütləq ali məktəbə daxil 

olmağa  çalışırdı. Burada ön planda ali məktəbə daxil  olma gedirdi. Seçilmiş sahədə faydalı əmək isə arxa 

plana keçirdi. Bu isə  istehsalatda  durğunluq  yaranmasına, əmək  məhsuldarlığının aşağı  düşməsinə səbəb 

olurdu.  

Əxlaq tərbiyəsinin mühüm komponentlərindən biri də  intizamlıdır. İntizam tərbiyəsi əxlaq tərbiyəsinin  

qiymətli, əhəmiyyətli və vacib  keyfiyyətidir. Belə ki, intizam insanın bütün fəaliyyətinin ilk  göstəricisidir. 

Ona  görə  də  hələ  tərbiyənin  ilk  mərhələsində  onun  səmərəli  şəkildə  formalaşmasına  ciddi  fikir  verilir. 

İntizam  yaşından asılı olmayaraq  hər kəsin özünün–özünə rəhbərliyi,  fəaliyyətinin  şüurlu  istiqamətidir. 

Humanizm  mühüm  əxlaqi  keyfiyyətdir.  Bu,  başqa  insanlara,  onların  əməyi,  fəaliyyəti,  şəxsiyyətinə 

hörmət üzərində qurulur. Şəxsiyyətin hərtərəfli inkişafı  şərtlərindən biri də  humanistlikdir.  

Humanizm dedikdə həm də başqa insanların  xoşbəxtliyi uğrunda  mübarizə, onların istedad, bacarıq və 

yaradıjclıq    qabiliyyətlərinin  üzə  çıxarılması,  inkişafı  üçün  şərait    yaratmaq,  insanlar  arasında  səmimi 

münasibətlər yaratmaq da başa düşülür. Humanist  münasibətlər bütün insanlara ictimai mövqeyindən asılı 

olmayaraq bərabər hüquqlu şəxslər kimi baxmaq: insanların ehtiyaclarına diqqətli olub onlara kömək etmək: 

insanların qəlbinə dəyməmək – onlara qarşı diqqətli olmaq; başqalarını anlamaq, başa düşmək bacarığı və 

hövsələsi;  zəifləri  müdafiəyə  hazır  olmaq  və  s.  daxildir.  Bu  münasibətlər  insanların  bütün  həyat  boyunca 

onlara  aşılanmalıdır.    Humanizmin  əsasını  başqalarına  hörmət  və  qayğıkeşliklə  yanaşmaq  təşkil  edir. 


Başqalarına    hörmətlə  yanaşan    insanlarda  isə    özündən  razılıq,    başqalarına  yuxarıdan  aşağı  baxma  

münasibətləri  olmur, onlar yüksək ünsiyyət mədəniyyətinə malik  olurlar. 

Başqalarını incitməmək, təhqir etməmək, onlar üçün arzu  olunmaz vəziyyət yaratmamağa  əsaslanan  

diqqətlilik  insanlara    əmək    sevərlilik  kimi  yanaşma  özü  insanı    yuxarıda  qeyd    edilən    şəkildə    hərəkət 

etməyə məcbur edir. 

Dözümlülük  və  genişürəklilik    insanlarda    başqalarının  zəif  cəhətlərini,  çətinliklərini  başa  düşərək 

onları bağışlamaq haqqında pis fikrə düşməmək münasibətləri  formalaşdırılır. Bura həmçinin başqalarının 

çətinliklərini vaxtında görüb hiss edərək ona imkan  dairəsndə kömək etmək, heç olmazsa  dərdinə  şərik 

olmaq  da  daxildir.  Bu  münasibətlər  insanlarda  kiçik  yaşlarından  formalaşdırılmalıdır,  əks  halda  onlarda 

başqalarına, onları əhatə edən insanlara qarşı  etinasızlıq və qəddarlıq yarana bilər.   

Humanizmin  mühüm  tərkib  hissələrindən  biri  də  zəifləri  müdafiə  etməkdir.  Bu    uşaqlarda  kiçik 

yaşlarından  başlanır  və    əvvəlcə  heyvanları,  bitkiləri  qoruma,  göcalara,  analara  kömək  formalarından  

başlayaraq getdigcə  mürəkkəbləşən işlər şəklində aparılır. 

Humanist    münasibətlər  tərbiyənin  digər  tərkib  hissələri  kimi  sistemli  təlim-tərbiyə  müəssisələrində 

paralel şəkildə həmçinin təhsil müddəti bitdikdən sonra müxtəlif müəssisə və təşkilatlarda da aparılır. Yaşlı 

insanlar və gənclərlə tərbiyənin bu sahəsində işlər mədəniyyət müəssisələrində, pedaqoji gerçəkliyin digər 

sahələrində  daha  geniş  şəkildə  aparılır.  İdarə  və    müəssisələrdə  ayrı-ayrı    tədbirlərin  tərkibində  verilir. 

Məsələn mədəniyyət və ya ayrı-ayrı fəaliyyət sahələrində başqa xalqlara, millətlərə zorakılıq (həmin dövrdə 

real  şəkildə  mövcud  olan)  aktlarına  qarşı  etiraz  tədbirlərində,  xəstələrə,  qaçqın  və  köçkünlərə, 

valideyinsizlərə kimsəsiz qocalara kömək və yardım formalarında  və digər şəkildə həyata keçirilir.  

 

Müstəqil iş üçün sual və tapşırıqlar: 

1. Əxlaqın sosial və ictimai mahiyyət anlayışları. 

2. Mədəniyyət və incəsənət işçilərinin əxlaq  tərbiyəsində rolu. 

3. Şüurlu əxlaqi fəaliyyət. 

4. Əxlaq tərbiyəsinin vasitələri. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ESTETİK  TƏRBİYƏ 

 

Şəxsiyyətin  hərtərəfli  və  harmonik  inkişafında,  onun  yüksək    bəşəri  tələblərə  cavab  verəcək  bir 

səviyyədə formalaşmasında tərbiyənin təkib hissəsindən biri olan estetik  tərbiyə də  böyük əhəmiyyət kəsb 

edir. İndi görək estetik  tərbiyə nədir, onun mahiyyəti nədən ibarətdir. 

«Estetika»  qədim  yunan  «estanomay»  sözündən  olub  hərfi  mənası  «hisslərlə  qavramaq»  deməkdir. 

Müasir dövrdə estetika maddi aləmin, obyektiv gerçəkliyin insan tərəfindən bədii surətdə qavranılmasının 

ümumi    qanunauyğunluqları  haqqında    elmdir.  Estetika  gözəllik  haqqında  elmidir.  Estetik    tərbiyə  isə  

pedaqoji məfhumdur. Estetika fəlsəfi məfhumdur, fəlsəfənin tərkib hissəsindən biridir. 

Estetik  tərbiyə  isə  tərbiyənin  ayrılmaz  tərkib  hissəsindən  biri  olub,  gənc  nəsli  gözəllik  aləminə 

yaxınlaşdırır, insanlarda həqiqi gözəlliyi bütün təzahür formalarında aydın qavramaq, düzgün başa düşmək, 

sevmək və qiymətləndirmək bacarıqları tərbiyə  edir. Estetik tərbiyə  insanlarda gözəlliyə  olan həssaslığı 

artırır, onları həyata gözəllik  ünsürləri daxil etməyə təhrik edir, insanların mənəvi aləminə  qüvvətli təsir 

göstərməklə onu daha da nəcibləşdirir. Ona görə də dahilərin bir çox əsərlərində  və klassik pedaqoqların  

pedaqoji  irslərində  böyüyən  nəslin,  ümumiyyətlə    insanların  estetik    tərbiyəsinə  böyük  əhəmiyyət 

verilmişdir.  

Müasir dövrdə estetik  tərbiyəyə yüksək qiymət verilir, onun şəxsiyyətin  hərtərəfli formalaşmasında 

əhəmiyyətli rol  oynadığı  qeyd edilir, gənclərin gözəlliyi, bədii hisslərə  dolğun və dərindən  yiyələnməsinə, 

onların bədii yaradıcılığa cəlb olunmasına böyük əhəmiyyət verilir. 

Estetik  tərbiyənin məqsədi və vəzifələri. 

Deməli  estetik  tərbiyə  -  insanda  bədii  hisslər,  zövq,  bədii  mühakimənin  təşəkkül  tapıb 

möhkəmləndirilməsi və bu əsasda yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi prosesidir. 

Bu  prosesdə    tərbiyə  olunanlar  gözəlliyin  mahiyyətini    dərk  edir,    ona  qiymət  verməyi  öyrənir, 

gözəlliyin  yaradılmasında, mühafizəsində iştirak  etməyə  hazırlanır, özlərinin  estetik keyfiyətlərini inkişaf 

etdirir, müvafiq bilik və vərdişlərə yiyələnirlər. 

İnsanda  gözəlliyə  münasibətində  onun  maddi  təlabatı  da  mühüm  rol  oynayır.  Təbiət  və  cəmiyyət 

hadisələri    şəxsiyyətin    təlabatını  ödəyən    zaman  onlarda  gözəl  düyğu  və  hisələr  baş  qaldırır.  Məsələn, 

müxtəlif  vaxtlarda  təbiət  hadisələrinə  münasibət  də    mənfi  və  müsbət  olmuşdur.  Cəmiyyət  hadisələri  də 

həmçinin fərddə  müsbət və mənfi  keyfiyyətlər doğura bilər. Bu  həmin  hadisələrin  fərdin öz maddi və 

mənəvi tələbləri ilə bağlılığından asılı olur. 

Təbiət  və  cəmiyyət  qanunlarını  öyrənmək,  bu  qanunlardan  çıxış  edərək  təbiət  və  cəmiyyəti  insan 

təlabatına  uyğunlaşdırmaq  məsələsi,  gögzəllik  qanunları  əsasında    yaratmaq  prinsiplərinə  uyğun  şərh 

edilməlidir.  Danışıqda  və  bəzi  pedaqoji  ədəbiyyatlarda  «estetik    tərbiyə»  anlayışı  bəzən  «bədii  tərbiyə» 

anlayışı  ilə  eyniləşdirilir.  Əslində  isə  bunlar  başqa  anlayışlardır.  Beləki,  «bədii  tərbiyə»  dedikdə    başlıca 

olaraq incəsənət əsərləri (ədəbiyyat, musiqi, rəsm) vasitəsilə verilən tərbiyə nəzərdə tutulur. Bədii tərbiyə-

incəsənət  əsərlərini  başa  düşmək  və  həmin  əsərlərin  təsiri  ilə    ruhən  yaşamaq  qabiliyyəti  tərbiyə  etməyi 

nəzərdə tutur.

6

 

Estetik    tərbiyə  isə  həm  incəsənət  əsərləri,  həm  də    təbiətdə,  həyatda,  fikir  və  davranışda  olan 



gözəllikləri  qavramaq,  başa  düşmək,  sevmək  və  qiymətləndirmək  qabiliyyətinin,  habelə  bədii  yaradıcılıq 

qabiliyyətlərinin tərbiyə  etdirilməsini nəzərdə tutur. Deməli estetik  tərbiyə daha  geniş sahəni əhatə  edir  

və bədii tərbiyə də onun tərkibinə daxildir. 

Estetik  tərbiyə qarşısında aşağıdakı vəzifələr durur: 

1.Estetik    tərbiyə  estetik    hissələr    yaratmalı  və    inkişaf  etdirməlidir.  Bura  estetik  həvəs,  estetik 

qavrama,  duyma  daxildir.  İnsanların  yaşadığı  mühitdə    olan  bütün  gözəl  şeylər-təbiət  mənzərələri,  təsviri 

sənət əsərləri, incə musiqi, memarlıq abidələri, qiymətli əmək  məhsulları və s.  onu  diqqətini cəlb etməli, 

həssaslığını  artırmalı,  bədii hisslərini təşəkkül  və inkişaf etdirməlidir. Müəllim şagirdlərə gözəlliyi bütün 

təzahür formalarında  qavramaqda gömək  etməlidir. 

2.  Estetik  tərbiyə  insanlarda  estetik  baxışlar  və  mühakimələr  yaratmalıdır.  İnsanların  gözəllikdən 

sadəcə  həzz  almaları  ilə  kifayətlənmək  olmaz.  Onlarda  həmçinin    gözəlliyi  qiymətləndirmə  bacarığıda 

yaradılmalıdır.  Hər  bir tərbiyə  olunan  gözəlliyi    ayıra,  dərk  edə    bilməli,  təkcə  baxmaq  və  eşitmək  deyil, 

həm  də    görməyi    və    dinləməyi  də  bacarmalıdır.  Ancaq  belə    halda    uşaqlarda  yeniyetmə  və  gənclərdə  

estetik  baxış və mühakimə tərbiyə edilə, yaradıla bilər. 

3.  Estetik  tərbiyə  insanlarda  estetik  yaradıcılıq  qabiliyyətini  təşəkkül  və  inkişaf  etdirməli,  onlarda 

incəsənətin müvafiq sahələri üzrə bilik, bacarıq və vərdişlər yaratmalıdır. Estetik  tərbiyə insanın incəsənət 

                                                           

6

 А.Рзаев, Б.Ахмедов «Педагогикадан мцщазиря конспектляри» Б. Маариф, 1983. 



sahəsində  yaradıcılıq göstərə bilməsinə, kollektiv və ya  təklikdə şer və  hekayə oxumaq, musiqi əsrlərini 

ifa etmək, rəqs etmək bacarığına yiyələnməsinə  gömək etməlidir. 

Yuxarıda sadalanan  vəzifələr ayrı-ayrılıqda deyil, bir-birilə qarşılıqlı əlaqədə  həyata  keçirilir. Həmin  

vəzifələr  nə  qədər  müvəffəqiyyətlə  həyata    keçirilsə,    tərbiyə  olunanlar  bir  o  qədər  saf  və  gözəl  olar. 

Məişətdə,  rəftar    və  davranışda  zövqsüzlüyə,  bayağı  təsəvvürlərə  qarşı  mübarizə  apararaq,  ətraf  aləmə 

gözəllik ünsürləri daxil  etməyə çalışar. 

Estetik  tərbiyənin  yuxarıda  qeyd  edilən  vəzifələri  bütün  təhsil  sistemində    təlim-tərbiyə 

müəssisələrində,  o  cümlədən  məktəbdənkənar  tərbiyə  müəssisələrinə,  mədəniyyət    müəssisələrində  və 

ümumiyyətlə  pedaqoji  gerçəkliyin    bütün  sahələrində    aparılan  estetik  tərbiyəyə  aid  edilir.  Mədəniyyət 

müəssisələrində estetik  tərbiyə imkanları daha genişdir. Teatr, kino, televiziya, sirk və s. bu kimi incəsənət 

müəssisələri  estetik  tərbiyə  sahəsində  daha  geniş  imkanlara  malikdir.  İncəsənətin  bu  növləri  müxtəlif 

sahələri gözəllik  ünsürlərini  özələrində  birləşdirmişlər. 

Məsələn,  teatrda  tamaşalar  zamanı  bədii  qiraət,  pantomima,  dekorasiya,  musiqi  ahənkdar  şəkildə  

birləşmişdir. Bu isə tamaşının qavranılmasında özünə  məxsus emosional, estetik hislər yaradır. Bu zaman 

aktyorlarla tamaşıçılar arasında yaranmış emosional əlaqələr estetik tərbiyənin səmərəliliyini daha da artırır, 

insanlarda estetik  münasibətlər formalaşdırır. Tamaşaçı müəyyən mənada  ruhən tamaşaya daxil olur, gedən 

hadisələrdə «iştirak edir» və ya onu öz həyatı ilə müqayisə edirlər.  

Kino,  televtziya  müxtəlif  yaşlı    tərbiyə  olunanlarda,  insanlarda    estetik    münasibətlər  

formalaşdırılmasında  daha  əhəmiyyətli  yer  tutur.  Bədii,  tarixi,  tədris  filmlərinə  baxış,  onların  sonra  

tərbiyəçi    tərəfindən    təhlili  estetik  imkanlarının  açılması,  insanların    gündəlik həyatı ilə    əlaqələndirməsi 

buna misaldır. 

Estetik  tərbiyənin  prinsipləri. 

İnsanların estetik  tərbiyəsini günün tələbləri  səviyyəsinə  qaldırmaq üçün bir sıra  prinsiplərə  əməl 

etmək lazımdır. Bunları aşağıdakı şəkildə təsnif  etmək olar. 

1.Estetik  tərbiyədə ideyalılıq təmin olunmalıdır. Estetik  tərbiyə məqsədi ilə  istifadə  edilən  material 

diqqətlə    seçilməli,  onların  ideyaca  yüksək,  bədii  cəhətcə  dəyərli  və    zəngin  olmasına  xüsusi  fikir 

verilməlidir. İnsanlar elə musiqi və təsviri incəsənət  əsərləri  ilə tanış edilməli, elə  film və pyeslər nümayiş 

etdirilməlidir ki, bu əsərlər  onlarda yüksək bədii zövq oyatmaqla bərabər nəcib əxlaqi keyfiyyət də tərbiyə  

etsin,  insanların  xoşbəxtliyi  uğrunda    mübarizə  əzmini    qüvvətləndirsin.  Bu    hər  bir    tərbiyəçinin    diqqət 

mərkəzində durmalıdır. 

 

Estetik    tərbiyə  prosesində    kiçik  uşaqlara  məzmunu  onlar  üçün  anlaşılmaz  olan  bədii  əsərlər 



oxumaq, kino və teatrlara  baxmaq, musiqi dinləmək olmaz. Çünki belə materiallar onlar üçün  anlaşılmaz 

olur, bu isə bəzən  müsbətdən çox mənfi təsir göstərir. Uşaqlar onlara mənaca aid olan əsərlərdən zövq ala 

bilər. Digər tərəfdən də, onlar  böyüklər üçün olan əsərləri qavramağa hazırlanmalıdırlar. Ona görə də uşağı 

gözəllik  aləminə  daxil  edən  ayrı-ayrı  tədbirlərdə    tədriciliyə  ciddi    əməl  olunmalıdır.  Təqdim  edilən 

incəsənət əsərləri, esietik tərbiyə vasitələri sadədən mürəkkəbə doğru  aparılmalıdır. 

 

2. Estetik  tərbiyə işində sistematikliyə  və ardıcıllığa  əməl  edilməlidir. 



 

Məlumdur ki, sistematiklik və ardıcıllıq həm təlim , həm tərbiyə prinsipidir. Ona görə də bu prinsip 

həm estetik təlim həm də estetik  tərbiyədə aktualdır. Etetik təlim zamanı öyrənənlərə estetik biliklər verilir, 

həm  də  bu    biliklər  bacarıq  və  vərdişlərə  çevrilir.  Bu  isə asandan  başlayaraq  yavaş-yavaş,  bir-birilə  bağlı 

şəkildə  biri  digərinə  istinad  edilərək  aşılanır.  Bu  estetik  təlim,  davamlı  və  sistemli  çalışmalar  vasitəsilə 

həyata  keçirilir.  Sistemli  təlim  müəssisələrində  bu  təlim    məşqələləri  dərslərdə  aparılır.  Məktəbdən  kənar 

tərbiyə  müəssisələri,  mədəniyyət  və  digər    müəssisələridə  isə  təlim  tipli  məşğələlər  vasitəsilə  (dərnəklər) 

həyata  keçirilir.  Məsələn,  şəkil  qalereyasında    rəssamlıq  dərnəkləri,  mədəniyyət  müəssisələrində  rəqs, 

musiqi məşqələri və s. misal göstərmək olar. 

Estetik  münasibətlər  həm  təlim  məşqələlərində,  həm  də    məktəbdən  müəssisələrdə  anlayışlar 

yaratmaqdan    başlayaraq  tərdiçən  estetik    baxışlar  və    görüşlər  yaratmağa  doğru  aparılır.  Təlim 

müəssisələrində  əsası  qoyulan  estetik    baxışlar  sonralar  mədəniyyət  müəssisələri  və    pedaqoji  gerçəkliyin 

digər sahələrində estetik  görüşlərə  çevrilir. Estetik  tərbiyə  fasiləsiz şəkildə  aparılır. 

3. Estetik  tərbiyə  hərtərəfli aparılmalıdır. 

Estetik  tərbiyə   insanlara  hərtərəfli təsir etməlidir.  Hər  bir  şəxs  incəsənət, təbiət,  həyat  gözəlliklərini 

dərk  etdikcə,  onu  özünün  fəaliyyətində,  rəftarında,geyimində  əks    etdirə  bilməlidir.  Estetik  tərbiyə  elə 

aparılmalıdır  ki,    tərbiyə  olunanlar  öz  davranışına,  insanlarla  ünsiyyətinə  gözəllik  elementləri  daxil  edə 

bilsinlər.  Tərbiyə  işi  elə  qurulmalıdır  ki,  yaradılan  estetik    anlayışlar  şüurlu  dərk  olunaraq  şəxsi 

münasibətlərə  çevrilsin.  Mənimsənilən  estetik  biliklər  həyati  bacarıq  və    vərdişlərə    çevrilməlidir.  Əgər  

tərbiyə  olunanda  incəsənətin  bu  və  ya  digər  sahəsinə    aid  güclü  meyl  və  ya  xüsusi  istedad    elementləri  



varsa,  onda  tərbiyə  olunanda    həmin  istiqamətdə  daha    səmərəli  iş  aparmalı,  onun  qabiliyyətinin  inkişafı 

üçün geniş  şərait  yaradılmalıdır. 

4. Tərbiyə olunanların yaş  xüsusiyyətləri nəzərə alınmalıdır. 

Tərbiyənin  bütün  sahələrində  olduğu  kimi  estetik  tərbiyədə  də  tərbiyə  olunanların  ümumi  fiziki, 

psixoloji,  intellektual  inkişafına  istinad  edilməlidir.  Bu  prinsip  istər  təlim,  istərsə  də  tərbiyənin  bütün 

sahələrində istinad edilən əsas prinsipdir. 

Bütün bu prinsiplərə riayət  zamanı tərbiyə olunanın ahəngdar inkişafı diqqət mərkəzində  olmalıdır. 

Həyata keçirilən bütün tərbiyəvi tədbirlər məhz bu  məqsədə  xidmət  etməlidir. 

İnsanların,  böyüyən  nəslin  estetik    tərbiyəsinin    müvəffəqiyyəti,  müəyən  mənada,  məktəblə  ailənin 

əlbir  işindən də asılıdır.Bu isə  valideyn və müəllimlərin özlərinin estetik mədəniyyətinin yüksəldilməsini 

tələb edir. 

Estetik  tərbiyənin bu prinsipləri sistemli  təlim  tərbiyə müəssisələrində  rəhbər tutulmaqla yanaşı, həm 

də  məktəbdən kənar  tərbiyə müəssisələrində, mədəniyyət müəssisələrində aparılan estetik tərbiyə  işlərində  

də rəhbər tutulur. Ümumiyyətlə, bu prinsiplər estetik  tərbiyə ilə məşğul olan bütün  sahələrdə, o cümlədən  

pedaqoji  gerçəkliyin bütün sahələrində də  riayət edilən əsas  və  başlıca  prisipdir. 

Estetik  tərbiyənin  bir çox vasitələri mövcuddur. Bunların içərisində: a) insanların təbiətlə əlaqəsi; b) 

ictimai-sosial həyat; v) əmək fəaliyyəti mühüm yer tutur.       

İnsanların  gözəlliklə,  təbiətlə əlaqəsi nəticəsində onlarda gözəl hisslər baş qaldırır, təbiətə vurğunluq 

əmələ gəlir. Bu  işdə təbiətə ekskursiyalar, yaşıllaşdırma işində iştirak etmək və s.  əhəmiyyətli yer tutur. 

Təbiət, onun  gözəlliyi  özü uşaq  və yeniyetmələri  gözəlliyi  sevdirir.     

Estetik  tərbiyənin  iknci vaitəsi insanların sosial həyatıdır. Abadlaşdırılmış şəhər və kəndlər, onların 

gündən-günə  gözəlləşdirilməsi,  yaraşıqdı  binalar  tikilməsi  və    istirahət  kuşələrinin    salınması  insanlar 

arasında  gözəl, mehriban ünsiyyət yaradır, onları həyatı daha da gözəlləşdirməyə  ruhlandırır, yaradıcılıq 

qabiliyyətlərini inkişaf  etdirməyə  sövq edir. 

Estetik    tərbiyənin  vasitələri  içərisində  əmək  mühüm  yer  tutur.  İnsan  öz  əməyinin    nəticəsindən, 

cəmiyyətə  verdiyi xeyrdən zövq alır. 

Estetik  tərbiyə metodlarına: 

a) estetik bilgilərin  verilməsində istifadə edilən təlim metodları;  

b) estetik zövq və estetik  baxışların tərbiyə edilməsində istifadə edilən  tərbiyə metodları; 

v) estetik  yaradıcılığın özünə məxsus olan spesifik metodlar daxildir. 

Birinci  qrupa  şifahi  şərh,  müsahibə,  illustrasiya  və  demonstrasiya,  izah  və  s.;  ikinci  qrupa  söhbət, 

müzakirə, disput, ədəbi-bədii gecələr və s.; üçüncü qrupa isə estetik fəaliyyətin təşkili  metodikası daxildir. 

Məsələn,  rəssam  olmaq  istəyirsə  şəkil  çəkmə  qaydaları,  naturanı  görə  bilmək,  fırçadan,  qələmdən  və  s. 

istifadə  öyrədilir.  Rəqqasəyə  rəqs  elempentləri,  musiqiyə  uyğun  hərəkət  etmək  qaydası  öyrədilir. 

Ümumiyytlə estetik  təlim və tərbiyə, əsasən iki formada təlim və dərsdənkənar proseslərdə həyata keçirilir, 

mədəniyyət və incəsənət müəssisələrində də estetik tərbiyə tədbirlərinə geniş yer verilir.  

Tərbiyənin  digər  tərkib  hissələri  kimi  estitik  tərbiyədə  də  baza  kimi  təlim  prosesi  götürülür. 

Məktəblərdə tədris edilən dərslərin, demək olar ki, hamısında estetik tərbiyə imkanı vardır. Bir sıra fənlər isə 

bilavsitə estetik tərbiyə və təliminə (musiqi, rəsm,  nəğmə və s.) xidmət edir. 

Məsələn,  ədəbiyyat  dərslərində  yeniyetmə  və  gənclər  bədii  əsərləri  öyrənirlər.  Bu  zaman  onlar  əsər 

qəhramanlarını təhlil edirlər,  ona  münasibət  bildirirlər:  Bu isə onları  həm  də  öz hərəkət  və  davranışlarına 

gözəllik ələmətləri daxil etməyə məcbur edir, onlarda gözəlliyə aid münasibətlər formalaşdırır.  

Ədəbiyyat  dərslərində  yeniyetmə  və  gənclər  zəngin  ədəbi  materiallar  xalq,  yaradıcılığı,  poeziya  ilə 

tanış olur, yaradıcı  təxəyyülləri  inkişaf etdirir.  

Tarix  dərslərində  uşaqlar  qəhrəman  keçmişimizlə  tanış  olur,  müxtəlif  tarixi  dövrlərdə  xalqımızın 

düşdüyü  çətinliklər,  keçdiyi  keşmə-keşli  mübarizə  yolları  ilə  tanış  olur,  azadlıq  uğrunda  vuruşan 

qəhramanlara rəğbət bəsləyirlər. Onlar istismardan uzaq olan yeni cəmiyyətin, qurulucularına minnətdarlıq 

hissi bəsləyirlər, bu isə estetik tərbiyəyə müsbət təsir göstərir.  

Bədən  tərbiyəsi  dərslərində  hərəkətlərin  bədii  şəkildə  icrası,  dərsin  musiqi  ilə  müşayiət  edilməsi, 

qamətin düzgün inkişafı kimi məsələlər estetik tərbiyə-nöqteyi nəzərindən çox faydalıdır. Təlim prosesində 

tərbiyə  olunmuş  bu  estetik  baxışlar,  hissələr  insanların  müstəqil  həyatı  və  fəaliyyəti  prosesində  daha  da 

möhkəmlənir  və  inkişaf  edir.  Həmçinin  bu  hisslər,  baxışlar  və  onlarda  tərbiyə  olunmuş,  formalaşdırılmış 

estetik  bacarıq  və  adətlər  əsasında  öz  həyatlarını,  iş  yerlərini  gözəllik  qanunları  əsasında  qurmağa  səy 

göstərirlər. Daha doğrusu səmərəli estetik tərbiyə estetik özünütərbiyəyə çevrilir.  

Rəsm dərsləri estetik tərbiyədə daha geniş imkanlara malikdir. Bu dərslər vasitəsilə tərbiyə olunanlarda 

rəssamlıq  və  onun  müxtəlif  sahələrinə  aid  biliklər,  anlayışlar  yaradılır,  zəruri  bacarıqlar  formalaşdırılır. 

Nəğmə dərsəlri də rəsm dərsləri kimi estetik tərbiyədə böyük əhəmiyyətə malikdir. Nəğmə dərslərində səs, 


musiqi,  onun  ahəngi  haqqında  məlumatlar  verilir,  musiqini  dinləmə,  dərk  etmə  qabiliyyət  və  bacarıqları 

formalaşdırılır.  İstər  nəğmə  istərsə  də  rəsm  dərslərində  məktəblilərin  bu  sahədə  xüsusi  qabiliyyətləri  üzə 

çıxırılır və inkişaf etdirilir. 

Estetik  tərbiyəni  yalnız  təlim  prsesi  ilə  məhdudlaşdırmaq  olmaz.  Dərsdə  binovrəsi  qoyulmuş  estetik 

tərbiyə    dərsdənkənar  tədbirlər  prosesində  və  məktəbdənkənar  tərbiyə  müəssisələrində  davam  etdirilir. 

Sinifdənkənar tədbirlər prosesində şagirdlərin təlim zamanı qazandıqları bilik, bacarıq və vərdişləri daha da 

inkişaf etdirilib təkmilləşdirilir. 

Təlim  prosesinə  nisbətən  sinifdənkənar  tədbirlər  məktəblilərin  fərdi  tələbatına,  arzu  və  istəklərinə, 

maraq və meyllərinə uyğun şəkildə təşkil edilir.  

Rəngarəng sinifdənkənar estetik tərbiyə işlərinə müxtəlif dərnəklər, kütləvi tədbirlər ekskursiyalar və s. 

daxildir.  

Mədəniyyət  müəssisələrində  təşkil  edilən  estetik  tərbiyə  məşğələlərində  də    inçəsənətin  müxtəlif 

sahələrinə  aid  bilik,  bacarıq  və    vərdişlər  formalaşdırılır.  Bu    məşqələlər  təlim  məşqələləri  olduğu  üçün 

təlimə    verilən  bütün  pedaqoci  tələblər    onlara  da  verilir.  Elmi  pedaqoci  yeniliklər  təlimin  bu  sahəsinə  də  

tətbiq edilir. Mədəniyyət  müəssisələrində təşkil edilən bu tip  məşğələlər  də təlim və  tərbiyə  məşğələləri 

hesab edilir və  şəxsiyyət  formalaşdırılması  məqsədlərinə xidmət edir. 

Estetik  tərbiyə  işində  bədii  yaradıcılıq  və  ya  incisənət  dərnəkləri  əhəmiyyətli  yer  tutur.  Bura    rəqs, 

dram,  ədəbiyyat,  xor,  rəsm,  bədii  tərtibat,  tikiş  və  s.  dərnəklər  daxildir.  Uşaqlar  və  gənclər  arasında  geniş 

yayılmış  incəsənət  növlərindən  biri  də  rəqsdir.  Uşaq  və  yeniyetmələr  bayram  təntənələrində,  müsamirə  və 

şənliklərdə həvəslə rəqs edirlər. Uşaqlar, yeniyetmələr və gənclər rəqs zamanı əylənir, sevinir və fərəh hissi 

keçirirlər.  Rəqs  zamanı  hər  kəs  öz  bacarıq  və  istedadlarını  səfərbərliyə  alır,  gördüklərini  yadda saxlamağa 

çalışır,  hərəkətləri  üzərində  düşünür.  Bu  isə  onlarda  həm  də  hafizə  və  təfəkkürü  inkişaf  etdirir. 

Məktəbdənkənar  və  mədəniyyət  müəssələrində  təşkil  edilən  rəqslər  yaşauyğun  təşkil  edilir.  Ona  görə  də 

dərnəklər eyni yaşlı, heç olmazsa yaşlarında az fərq olan insanları biləşdirir. Rəqs zamanı geyimlər də gözəl, 

milli və ya müasir olmalıdır.  

Yeniyetmə  və  gənclərin  estetik  tərbiyəsində  dram  dərnəkləri  də  böyük  əhəmiyyət  kəsb  edir.  Dram 

dərnəyində  aktyor  kimi  iştirak  edən  zaman  iştirakçı  özünü  əsərdə  göstərilən  aləmdə  hiss  edir,  rola  girir, 

personajın  hiss  və  görüşlərini  yaşamağa  çalışır.  Bu  proses  insanlarda  təxəyyül,  fantaziya,  yaradıcı  

qabiliyyətləri də inkişaf etdirir.  

Hazırlanan  tamaşa  yeniyetmə  və  gənclərin,    ümumiyyətlə  tərbiyə  olunanların  yaş  xüsusiyyətləri  və 

səviyyələrinə uyğün olmalıdır. Sinifdənkənar və məktəbdənkənar tərbiyə işlərində incəsənət əsərlərinə daha 

arqtıq fikir verilməlidir.  

Dərnək  işlərinin  müvəffəqiyyətinin  təmin  edilməsi  iştirakçılar  arasında  vəzifə  bölgüsünün  düzgün 

aparılması  və  s.  kimi  şərtlərdən  də  asılıdır.  Kütləvi  tədbirlər  də  estetik  tərbiyənin  mühüm  formalarından 

biridir.  Bura  incəsənətin    ayrı-ayrı  sahələrinə  həsr  olunmuş  məruzə,  müharizə  və  söhbətlər,  ədəbi-bədii 

gecələr, radio və televiziya verlişlərinin müzakirəsi, təbiətə və incəsənət muzeylərinə ekskursiyalar, teatr və 

kino tamaşalarına kollektiv gedişlər, mədəni əyləncələr, bədii albom, kütləvi oyunlar və s. daxildir.  Təbiət, 

cəmiyyət  və  incəsənətdəki  gözəllikləri  müşahidə  və  dərketdirmək  bu  əsasda  insanlarda  estetik  zövqü, 

mühakimə və baxışı formalaqşdırmaq nöqteyi-nəzərindən bütün bu tədbirlərin çox böyük əhəmiyyəti vardır. 

Misal üçün məlum olduğu kimi teatr və kino öz konkretliyi və bədii tərtibatı ilə, həmçinin musiqi və canlı 

söz  vasitəsilə  təsir  edrək  insana  gözəllikləri  dərk  etməyi  öyrədir,  insanın  bədii  zövqünü  və  estetik 

mühakiməsini inkişaf etdirir.  

İşin  müvəffəqiyyəti  əvvəlcədən  hazırlıq  aparılmasını  tələb  edir.  Bu  zaman  tərbiyə  olunanlara 

baxacaqları film və ya teatrın süjeti ideyası haqqında qısa məlumat verilir. Sonra isə baxılmış əsər müzakirə 

edilir, hər kəsin şəxsi fikri üzə çıxarılır.  

Tərbiyə  olunanların  incəsənət  muzeylərinə  ekskursiyaları  da  əhəmiyyətli  yer  tutur.  Bu  ekskursiyalar 

zamanı şagirdlər və tələbələr incsənət nümayəndələri və onların növləri ilə rəssamın, heykəltarışan, memarın 

yaratdığı xarüqələr ilə tanış olurlar.  

Təbiətə ekskursiyalar da tərbiyə olunanların estetik tərbiyəsində, doğma vətənimizin gözəlliklərini dərk 

edib,  sevməkdə  əhəmiyyətli  yeri  tutur.  Təbiətin  estetik  gücü  haqqında  K.  D.Uşinski  «Bəs  şəlalələr,  bəs 

təbiət, şəhərin gözəl ətrafı, bəs ətirli çəmənliklər və dalğalı səhralar, bəs güllü-çiçəkli bahar və qızıla bənzər 

payız bizim tərbiyəçilimiz olmayıblarmı? Mən həyat təəssuratımın dərin etiqadı nəticəsində bilirəm ki, gənc 

ruhun  tərəqqisində  gözəl  mənzərənin  tərbiyəvi  təsiri  o  qədər  böyükdür  ki,  müəllimin  təsiri  ona  rəqib  ola 

bilməz».


7

 

                                                           



7

 К.Д.Ушински. Сочинения, 1952, с.52. 

 


Ailədə və ictimai təşkilatlarda da estetik tərbiyəyə diqqət yetirmək də əhəmiyyətli yer tutur.  

Estetik tərbiyə insan məişətinin hər bir sahəsinə daxil olmalıdır. Böyüyən nəslin zövqünü tərbiyə edib 

təkmilləşdirməkdə onu əhatə edən şəraiti böyük rol oynayır. Tərbiyə olunanı əhatə edən şərait özü də gözəl 

olmalıdır.  

Y.A.  Kominski  qeyd  edirdi  ki,  məktəbin  özü  gözləri  cəlb  edəcək  xoş  bir  yerdə    olmalıdır.  Məktəbin 

foyesi  və  dəhlizləri  məşhur  şəxsiyyətlərin  portretləri,  tarixi  hadisələrin  təsviri,  ornament    nümunələri  ilə 

bəzənmiş olmalıdır. Məktəbin xaricində  isə kəzinti bağı olmalıdır ki, şagirdlər ağacların bitki və çiçəklərin 

mənzərəsindən zövq alsınlar. 

 Böyük  pedaqoqun  bu  sözlərindəki  həqiqət  indi  də  öz  əhəmiyyətini  saxlayır.  Bu  tələb  mədəniyyət 

müəssisələrinə, həmçinin məktəbdənkənar tərbiyə  müəssisələrinə də aiddir.  

Yeniyetmə  və  gəncin  xarici  görkəmi,  özünün  zəngin  daxili  aləminə  və  nəcib  hərəkətlərinə  uyğun 

gəlməlidir.  Bu  nöqteyi–nəzərdən  geyim  insanın  estetik  mədəniyyəti  və  zövqü  haqqında  müəyyən  təsəvvür 

verə bilir. 

Hər  bir  yeniyetmə  və  gənc  təkcə  danışıqda  deyil,  hər  şeydə;  danışığında,  yerişində,  rəftar  və 

hərəkətlərində, başqalarına qaoşı münasibətində gözəl olmalıdır.  

Uşaqların  estetik  tərbiyəsində  bütün  yaş  dövrlərində  ailə  daha  çox  rol  oynayır.  Beləki,  ailənin  yaşlı 

üzvləri, valideyinlər gəzintilər zamanı təbiətdəki gözəllikləri onlara müşahidə etdirir, bu gözəllikləri onlara 

dərk etdirməyə çalışırlar. Ümumiyyətlə tərbiyənin digər tərkib hissələrində olduğu kimi  estetik tərbiyədə də 

ailə mühum, əvəzedilməz əhəmiyyətə malikdir.  


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin